Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-217/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.4, 29, 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2013-cü il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx il tarixdə Astara rayonunun Ərçivan kəndində a nadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç işləməyən, ailəli, himayəsində bir azyaşlı uşaq olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-nin 206.4, 29,206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.4-cü maddəsi ilə 10 (on) il müddətə, CM-nin 29,206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona elan olunmuş ittihamdan CM-nin 234.4.2-ci maddəsi xaric edilmişdir. Həmin hökmlə həmçinin X19, X14, X4 və X7 da, hər birisi CM-nin 206.4, 29,206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, X19, X13, X4, X7 2012-ci ilin iyulsentyabr aylarında öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına, Azərbaycan Respublikasından isə Rusiya Federasiyasına keçirilməsi məqsədilə mütəşəkkil dəstədə birləşmişlər. Dəstə üzvləri arasında müəyyən edilmiş vəzifə bölgüsünə əsasən Məhkum və dəstənin digər üzvü 2012-ci ilin iyul ayında İran İslam Respublikasının Astara şəhərinə gedərək həmin ölkənin vətəndaşları olan şəxslərlə külli miqdarda narkotik va sitələrin sonradan Rusiya Federasiyasına göndərilmək üçün İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin təşkili barədə danışıqlar aparmış, Azərbaycan Respublikasına qayıtdıqdan sonra 2012-ci ilin sentyabr ayının əvvəllərində dəstə üzvü X77lə görüşüb İrandan göndəriləcək narkotik vasitələrin Rusiya Federasiyasına keçirilməsi yollarını müzakirə etmişlər. X77 tanışı, dəstə üzvü X22lə, X22 isə həmkəndliləri, dəstə üzvləri X23 və X55 ilə danışıb razılığa gələrək hər kiloqramına görə 500 ABŞ dolları ödəniləcəyi təqdirdə narkotik vasitələri X23 və X55 vasitəsilə Rusiya Federasiyasına keçirəcəklərini əvvəlcədən vəd etmişlər. Bundan sonra Məhkum 08 sentyabr 2012-ci il tarixdən 17 sentyabr 2012-ci il tarixədək yenidən İran İslam Respublikasında olaraq mü təşəkkil dəstənin həmin ölkədəki üzvləri ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hazırladıqları planın detallarını, əldə ediləcək gəlirin məbləğini bir daha dəqiqləşdirərək razılaşdırmışlar. Məhkum Azərbaycan Respublikasına qayıtdıqdan sonra aralarında olan razılığa əsasən X30 tapşırığına əsasən qadınlara Bakı-Moskva qatarına bilet almaq üçün X23 və X55nın pasportlarını onlardan alaraq X77ə vermişdir. X77 isə öz növbəsində qadınların pasportlarını Məhkum və dəstənin digər üzvünə çatdırmışdır. Məhkum 19 sentyabr 2012-ci il tarixdə Bakı-Moskva sərnişin qatarına X55 və X23nın adlarına bilet almışdır. 20 sentyabr 2012-ci il tarixdə şəxsiyyətləri müəyyənləşdirilməmiş mütəşəkkil dəstə üzvləri narkotik vasitə olan külli miqdarda, 12 kiloqram 128,1 qram həşiş qətranı və 53 qra m heroini İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, Astara rayonunun İstisu kəndi ərazisindən Azərbaycan Respublikasına keçirmişlər. Mütəşəkkil dəstənin üzvü Məhkum göstərilən miqdarda narkotik vasitələri 20 sentyabr 2012-ci il tarixdə yaşadığı Astara rayonunun Ərçivan kəndində qəbul edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı cinayət əməlini törətmiş, satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı, elə daşıyaraq saxlamışdır. Əvvəlcədən razılaşdırılmış plana əsasən dəstə üzvləri X31 vasitəsilə X23 və X55 ilə 12 kq 128,1 qram həşiş qatranının onlar tərəfindən Bakı-Moskva sərnişin qatarı ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, q açaqmalçılıqla Rusiya Federasiyasına keçiriləcəyi və qadınların hər birinə 3000 ABŞ dolları pul veriləcəyi barədə razılaşmışlar. Bundan sonra Məhkum X55 və X23nın adlırma 55 AZ №-li “Bakı-Moskva” sərnişin qatarının 7 PL vaqonuna aldıqları ******* və ******* nömrəli iki ədəd biletləri, onların pasportlarını, 12 kiloqram 128,1 qram həşiş qatranını qadınlara çatdırmaq üçün 20 sentyabr 2012-ci il tarixdə X77ə vermişdir. X77 öz növbəsində, vəzifə bölgüsünə uyğun olaraq göstərilən miqdarda narkotik vasitəni, qadınların adlarına alınmış biletləri, pasportlarını və yol xərcliyi kimi 4650 Rusiya rublu məbləğində pul vəsaitini 20 sentyabr 2012-ci il tarixdə X22 və dəstənin digər üzvünün vasitəsilə X23 və X55ya çatdırmışlar. 21 sentyabr 2012-ci il tarixdə X22 qadınları taksi ilə Bakı şəhərinə yola salmışdır. Mütəşəkkil dəstə üzvləri X23 və X55 mütəşəkkil dəstə tərkibində üzərlərinə düşən vəzifəni yerinə yetirirək qeyd olunan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla özləri ilə daşıyaraq Bakı dəmir yol vağzalına gətirmiş, əl çantalarına qablaşdıraraq gömrük nəzarətindən gizli olaraq Rusiya Federasiyasına keçirmək məqsədilə 21 sentyabr 2012-ci il tarixdə saat 21:55-də yola düşən “Bakı-Moskva” sərnişin qatarına minib narkotik vasitəni vaqonda yerləşdirmişlər. Lakin qatar yola düşdükdən sonra, 21 sentyabr 2012-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kiloqram 128,1 qram həşiş qətranı sərnişin qatarında onların əl çantalarında aşkar edilərək götürüldüyünd ən mütəşəkkil dəstə külli miqdarda narkotik vasitəni gömrük nəzarətindən gizli olaraq Rusiya Federasiyasına keçirməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qaçaqmalçılığa cəhd etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Namiq Eyyub oğlu və Dosiyev Amil Qaraxan oğlundan ibarət tərkibdə) 05 dekabr 2013-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə Məhkum aid hissədə və onun apellyasiya şikavyətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 15 iyun 2021-ci il tarixdə məhkum Şı̇ rvan Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tari xli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş edərək eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 26 iyul 2021-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, barəsindəki apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2013-cü il tarixli qərarını gec almış və bu səbəbdən də həmin qərardan vaxtında kassasiya şikayəti verə bilməmiş, yəni kassasiya şikayətinin verilməsi üçün müddəti üzürlü səbəbdən ötürmüşdür. Kassasiya şikayətində göstərdiyi bu hala əsaslanaraq Məhkum onun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 26 iyul 2021-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və 05 dekabr 2013-cü il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqq ında Məhkum qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və laz ımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq on u da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansi yası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılma sı dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. CPM-nin 15 iyul 2020- ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhru m etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhmə, həm də yeni normalarına və 25 iyun 2020-ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum - ona qərarın verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 1 8 (on səkkiz) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum apellyasiya şikayətinə məhkəmə baxışının bütün iclaslarıda iştirak etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarı da onun və müdafiəçinin iştirakı ilə elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarının surəti 16 dekabr 2013-cü il tarixli 1(106)-414/2013 saylı məktubla, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, müdafiəçi İ.İ.Qasımova, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və məhkuma verilməsi və onun şə xsi işinə əlavə olunması üçün sonuncunun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına göndərilmiş, 17 dekabr 2013-cü il tarixdə isə həmin qərar icraya qəbul edilmişdir. Göründüyü kimi, 15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 18 aylıq prosessual müddətin axımı 17 dekabr 2013-cü il tarixdən başlamış və 17 iyun 2015-ci il tarixdə isə başa çatmışdır. Məhkum onun barəsindəki 05 dekabr 2013-cü il tarixli qərarının ona verilməməsi halı isə işə əlavə edilmiş sənədlərdən, o cümlədən onun özünün kassasiya şkayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair 15 iyun 2021-ci il tarixli vəsatətindən görünmür və həmin vəsatətində o, göstər ilən müddəti buraxmasının səbəbini məhkum olunduqdan sonra yaxın qohumlarının vəfat etmələri, buna görə stress vəziyyətində olması ilə əlaqələndirmişdir. Beləliklə də, müəyyən olunur ki, Məhkum onun haqqında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarından kassasiya şikayətini 17 iyun 2015-ci il tarixə kimi, yəni qanunla (15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan cinayət-prosessual qanunvericiliyində) müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddət keçdikdən 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün sonra verilmiş və bununla da kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi ); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, sonuncu istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etmələrinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə məhkumun müəyyən etdiyi yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilm iş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum vəsatətindən onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun və ya məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Mə hkum 05 dekabr 2013-cü il qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum 26 iyul 2021-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə - təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 206.4, 29, 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2013-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-217/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-217/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver