Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-217/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakları ilə, Sumqayıt Şəhər M əhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 322.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi M.Q.Cəlalzadə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Xəlilov Rövşən Elbrus oğlu) Məhkum, xx xxxxxxx 1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, heç yerdə işləməyən, təqaüdçü, əvvəllər Sumqayıt Şəhər Xalq Məhkəməsinin 17 fevral 2000-ci il tarixli hökmü ilə 01 sentyabr 2000- ci il tarixədək qüvvədə olmuş CM-nin 93-7-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy asının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146, 152, 153 və 157-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 202 2-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan Zərərçəkmiş şəxs əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusiyon hüquqlarını pozması, ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi M.Q.Cəlalzadə tərəfində n birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 23 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi M.Q.Cəlalzadə birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, habelə onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş cəmisi 50000 (əli min) manat məbləğində maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 5, 71-ci maddələrinə, 127-ci maddəsinin II hissəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 3, 5 və 6-cı maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, işin müəyyən olunmuş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən şikayət müəllifləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq edən mötəbər sübutlar ibtidai araşdırma orqanı tərəfindən əldə olunmamış və belə sübutlar məhkəmələr tərəfindən araşdırılmamış, araşdırılmış sübutlara isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün hüquqi qiymət verilməmiş, məhkəmə istintaqı cinayət prosessual qanunun normaları gözlənilməklə aparılmamışdlr. Bundan başqa, birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanının səhvlərini düzəltmək əvəzinə Məhkum qarşı irəli sürülmüş ittihamla razılaşaraq sonuncunun barəsində ə sassız və qanunsuz ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvləri təkrarlamışdır. Halbuki Məhkum təqsirsizliyi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Məhkum əsassız olaraq məhkum olunmasını iddia edən müdafiəçi həmçinin qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində yalnız CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin, yəni qanunsuz olaraq özgənin yaşayış sahəsinə qanunsuz olaraq girmə cinayətinin tərkibi ola bilər ki, bu məsələ də məhkəmələr tərəfindən müzakirə edilməyərək məhkumun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Müdafiəçinin qənaətinə görə, bütün bunlar nəinki Məhkum qanunsuz olaraq məhkum olunmasına, həmçinin ona maddi və mənəvi zərərin vurulmasına, onun buna görə kompensasyia almaq hüququna mali olmasına əsas yaratm ışdır ki, bunların da məbləği ümumilikdə 50.000 manat təşkil edir. Qeyd olunan dəlillərə əsaslanaraq şikayət müəllifləri kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkə mə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirən şikayət müəllifi öz şikayətində həmin məhkəmə tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək həm Məhkum əməlinin düzgün tövsif edilməməsini, həm də onun törətmədiyi cinayət əməlinə görə əsassız olaraq məhkum olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qər arının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.Q.Cəlalzadənin və Məhkum birgə şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin material larını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassas iya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdı rılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni süb utlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədləri n tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. K onstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. B ununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetiri lməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. C inayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzal andırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən hə yata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmə lər və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qə rəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üç ün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində t əqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, həqiqəti n müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş d igər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstit usiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mü xtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Şərh olunanlardan əlavə, məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədi lməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyət li subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şə xs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən də lillərin əksinə olaraq ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla əldə edilərək məhkəməyə təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nətic ə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyən və özbaşınalıq əməlini törətməsini inkar edən Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş şəxsin öünün faktiki etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, mülki icraat qaydasında qəbul edilmiş məhkəmə aktları ilə, bir sıra istintaq hər əkətlərinin aparılması haqqında protokollarla və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 3 ünvanında yer ləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146, 152, 153 və 157-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan Zərərçəkmiş şəxs əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusiyon hüquqlarını pozması, ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum e tməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə müvafiq icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X tərəfindən 17 sentyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzildən könüllü şəkildə çıxarılmış və həmin mənzilin mülkiyətçisi Zərərçəkmiş şəxs mənzilə köçürülmüşdür. 01 dekabr 2021-ci il tarixədək o, göstərilən mənzilin mühafizəsinin dayandırılması haqqında məlumat aldıqda həmin tarixdə mənzilə daxil olmaq qərarına gəlmiş və bu məqsədlə özündə olan açarla mənzilin seyf qapısının yuxarı kilidini açıb, aşağı kilidin isə qırıq olduğunu jörüb oraya daxil olmuşdur. Əsasən o, ailə üzvləri ilə birlikdə qonşusu, 32 saylı mənzildə yaşayan Məhərrəm müəllimin mənzilində yaşasa da, 01 dekabr 2021-ci il tarixdə mübahisəli mənzilə girdikdən sonra orada gecələmişdir. Zərərçəkmiş şəxsnun 31 saylı mənzilində həmin vaxt köhnə televizor, köhnə soyuducu, 02 ədəd köhnə qoltuqlu stol, 01 ədəd açılıb-bağlanan yataq, 01 ədəd döşək, 01 ədəd yorğan olmuş və o, bu əşyaları Bəndalı adlı şəxslə birlikdə daşıyıb səliqəli şəkildə 36-cı məhəllədə yerləşən mərasim evinin saxlanc yerinə qoymuşlar. 25 yanvar 2022-ci il tarixdə tarixdə Zərərçəkmiş şəxs mənzilə gəlməsi barədə məlumat alıb dərhal oraya gəldikdə Zərərçəkmiş şəxsin mənzilin seyf qapısını qırmağa çalışdığını, orada Zərərçəkmiş şəxsi, onun qardaşını və polis işçilərinin olduğunu görmüşdür. 26 yanvar 2022-ci il tarixdə o, Sumqay ıt ŞPİ-nin 3-cü PB-də izahat yazaraq ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə necə daxil olduğunu bildirmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, 2014-cü ildə o, ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən 40.000 (qırx min) manata almış, lakin həmin ilin dekabr ayında Məhkum öz ailə üzvləri ilə birlikdə qeyri-qanuni olaraq onun mənzilinə daxil olub orada yaşamağba başlamışlar. Bundan sonra o, Məhkum ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin olunmuşdur. Bununla razılaşmayan Məhkum öz növbəsində mənzilə dair alqı-satqı müqaviləsinin, onun, yəni Zərərçək miş şəxs adına olan reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və son nəticədə onun iddiası təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı ilə isə mənzilin onun mülkiyyətində olması müəyyən edilmiş və buna görə həmin məhkəmə aktları əsasında verilmiş icra sənədi əsasında Məhkum 17 sentyabr 2021-ci il tarixdə icra məmuru tərəfindən ailə üzvləri ilə mənzildən çıxarılmış, bu barədə də müvafiq akt tərtib edilmişdir. 25 yanvar 2022-ci il tarixdə o, öz mənzilinə gəldikdə mənzilin dəmir seyf qapısının kilidinin dəyişdirildiyini və evdə heç kəsin olmadığını görmüş, eyni zamanda mənzilin mühafizədən çıxarılması barədə məlumat almışdır. Buna görə o, DİN-nin 102 qaynar xəttinə zəng edərək Məhkum tərəfindən mənzilinin qıfılının dəyişdirilməsi barədə məlumat vermiş və bu haqda Sumqayıt ŞPİ-nin 3cü PB-nə ərizə ilə müraciət müraciət etmişdir. Elə həmin gün onun ərizəsinə əsasən polis bölməsində araşdırma aparılmağa başlanmış və onunla yanaşı Məhkum də bölmədə izahat verərkən mənzilin seyf qapısının kilidini dəyişdirdiyini etiraf etmişdir. 26 yanvar 2022-ci il tarixdə o, qardaşı Şahid1la birlikdə öz mənzilinə gedərək Məhkum tərəfindən dəyişdirilmiş kilidini sökməyə başlayarkən sonuncu və onun ailə üzvləri onlara hücum çəkərək mane olmuşlar. Mənzilə daxil olduqda o, həmçinin orada saxlanılan əşyaların olmadığını da müəyyən etmiş və Məhkum polis bölməsində izahat verərkən həmin əşyaları mənzilə qanunsuz daxil olaraq oradan çıxardıb başqa yerə yığmasını da etiraf etmişdir. Hazırda həmin əşyaların harda olmas ını bilmir və ona təqdim edilməmişdir. Məhkum və onun ailə üzvlərinin belə qanunsuz hərəkətlərinə görə o, ailəsi ilə birlikdə başqa mənzildə kirayədə qalmağa, buna görə isə hər ay 230 manat məbləğində pul ödəməyə məcbur olmuş, bu məbləğ isə onun əmək haqqının üçdə birini təşkil etdiyi üçün o, maddi cəhətdən sıxıntılara məruz qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid1 da qardaşı Zərərçəkmiş şəxs ifadələri ilə eynilik təşkil edən ifadələr vermişdir. Təsvir edilmiş ifadələrin, habelə iş materiallarına əlavə edilmiş bir sıra sənədlərin təhlili göstərir, uzun müddət gedən məhkəmə çəkişmələri nəticəsində Məhkumun ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququnun, yəni onun bu mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnun olmaması müəyyən edilmiş, bu hal aşağıda istinad müvafiq sənədlərlə və məhkəmə aktları ilə təsdiq olunmuş, lakin sonuncu buna baxmayaraq, özünün etiraf etməsinə görə, mübahisəli mənzilə dair mülkiyyət hüququna malik olmasını ehtimal edib qanunsuz şəkildə həmin mənzilə daxil olmaqla mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qanunla qorunan hüquq və mənafeyinə mühüm ziyan vurmuşdur. Əvvəla iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil əvvəllər Məhkum mülkiyyətində olsa da, həmin mənzil ipoteka ilə yüklü edilərək banka girov qoyulmuş, sonradan isə bu daşınmaz əmlak hərracdan X7 satılmışdır. Məhkum mülki iddiasına əsasən hərracın nəticələri və bankla X4 arasında bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edlilsə də və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılsa da, buna qədər, yəni 20 dekabr 2014-cü il tarixdə mənzil X4 tərəfindən sonradan aşağıda istinad olunan müvafiq məhkəmə aktları ilə vicdanlı alıcı hesab edilmiş Zərərçəkmiş şəxs satılaraq sonuncunun mülkiyyətinə keçmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 20 dekabr 2014-cü il tarixli AN-İ №047**** nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzili 34.150 (otuz dörd min bir yüz əlli) manata X4 almışdır. Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzil 20 dekabr 2014-cü il tarixdən Zərərçəkmiş şəxs mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bunula razılaşmayan Məhkum həm 20 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin (X4lə Zərərçəkmiş şəxs arasında bağlanmış) etibarsız hesab edilməsi və həm də eyni tarixli Zərərçəkmiş şəxs adına olan çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, həmin qətnamədən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş Məhkum iddiası isə təmin olunmamışdır. Buna görə Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Məhkum ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq cavabdehlər Məhkum və onun ailə üzvləri X19nın, Məhkumun, X20nın, X21nın və X22in iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzildən çıxarılmaları qərara alınmış, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə Məhkum apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həm 22 avqust 2019-cu il tarixli, həm də 14 avqust 2020ci il tarixli qətnamələrindən narazı qalan Məhkum bu məhkəmə aktlarından kassasiya şikayətləri vermiş (ikinci iş üzrə çıxarılmış qətnamədən ailə üzvləri ilə birlikdə) və həmin şikayətlərə əsasən mülki işlərə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qərarı ilə birinci iş üzrə 22 avqust 2019-cu il tarixli qətnamə, 16 mart 2021-ci il tarixli qərarla isə - ikinci iş üzrə 14 avqust 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayətləri isə təmin edilməmişdir. Göründüyü kimi, son nəticədə yuxarıda göstərilən yekun məhkəmə aktları Zərərçəkmiş şəxs ünvan 3 ünvanın da yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququ tanınmış və o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bu hüquqdan irəli gələn digər hüquqlara da malik olmuş, Məhkum isə ailə üzvləri ilə birlikdə adı çəkilən mənzildən çıxarılmasına dair yekun qərar icraya yönəldilərək həmin qərarın icrası Sumqayıt şəhərə İcra və probasiya şöbəsinə həvalə edilmişdir. 17 sentyabr 2021-ci il tarixdə isə qərar icra məmuru X tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiayasının 16 mart 2021-ci il tarixli qərarı icra olunaraq Məhkum və onun ailə üzvləri yuxarıda göstərilən mənzildən çıxarılmalarına, buna əsas olmuş məhkəmə aktlarından məhkum olunmuş şəxsin məlumatlı olmasına, yəni onun mənzilə dair mülkiyyət hüqunun olmamasına baxmayaraq o, 01 dekabr 2021-ci il tar ixdə özbaşına olaraq mənzilə daxil olmuş və 25 yanvar 2022-ci il tarixədək həmin mənzildə yaşamış, bununla da mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs mülkiyyət hüqunu pozmaqla ona mühüm ziyan vurmuşdur. Halbuki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ-İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç k əs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Təsbit edilən hüquq həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində də nəzərdə tutulmuşdur. Beynəlxalq müqavilənin “Mülkiyyətin müdafiəsi” adlandırılan həmin normasına görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları y erinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-nin) 152.1ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 164.1-ci maddəsinə əsasən isə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 322.1-ci maddəsində özbaşınılığa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur və həmin maddənin dispozisiyasına əsasən, cinayət hüquqi normasının tələbi baxımından özbaşınalıq dedikdə mühüm ziyan vurmaqla qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi başa düşülür. Cinayət qanunun bu normasının mənasəna görə, şərh olunan cinayətin obyekti subyektiv hüquqların həyata keçirilməsinin və vəzifələrin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır. Bu cinayətin əlavə obyekti qismində fiziki və ya hüquqi şəxslərin qanuni hüquq və mənafeləri çıxış edir. Obyektiv cəhətdən təsvir edilən cinayət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkətin özbaşına törədilməsində ifadə olunur. Təhlil edilən cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan aşağıdakı şərtlərin məcmusunun mövcud olması tələb olunur: a) hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir. Bu baxımdan özbaşınalığa görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, təqsirkar şəxs öz hərəkətləri ilə subyektiv hüquqların həyata keçirilməsi və vəzifələrin icrası sahəsində müəyyən edilmiş davranış qaydasını pozmuş olsun. Hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə, həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və vasitələrlə və yaxud formada həyata k eçirilməsi başa düşülür (məsələn, müvəqqəti istifadəyə verilmiş əmlakın mülkiyyətçi tərəfindən onu qaytarmaq istəməyən istifadəçidən özbaşına geri götürülməsi). Bu halda mülkiyyətçi istifadəçinin qanunsuz sahibliyində və istifadəsində olan əmlakını tələb etmək hüququnu müəyyən edilmiş davranış qaydasına zidd olaraq realizə edir. Belə ki, mülkiyyətçi bu hüququnu əmlakı özbaşına götürməklə deyil, məhkəməyə müraciət etməklə həyata keçirməli idi); b) hərəkətin qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir. Təkzib edilmə (mübahisələndirmə) faktı qanuniliyi təkzib edilən hərəkətin edilməsinədək, onun edilməsi prosesində və bundan sonra mövcud ola bilər. Hərəkətin qanuniliyinin təkzib edilməsi məhkəmə qaydasında, inzibati və intizam qaydasında ola və ümumiyyətlə, qeyri-hüquqi xarakter daşıya bilər. Hər hansı bir hərəkət özbaşına edilsə də, onun qanuniliyi təkzib olunmursa, bu hərəkət cinayət kimi qiymətləndirilə bilməz. Qanun cinayət tərkibinin zəruri əlaməti kimi məhz özbaşına hərəkətin özünün qanuniliyinin təkzib edilməsini nəzərdə tutur. Buna görə də hərəkətin qanuniliyi deyil, əsasında hərəkətin edildiyi normativ hüquqi aktın qanuniliyinin təkzib olunması şərh olunan cinayətin tərkibini yaratmır. Çünki bu halda hərəkət həmin normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına uyğun həyata keçirilir; c) hərəkət özbaşına törədilməlidir. Yəni təqsirkar öz hərəkətinin (hərəkətsizliyinin) müəyyən edilmiş davranış qaydasına zidd olaraq icazəsiz (sanksiyasız) həyata keçirildiyini dərk etməlidir; d) hərəkət nəticəsində təşkilat və ya vətəndaşların qanunla qorunan mənafelərinə mühüm ziyan vurulmalıdır. Mühüm ziyan qiymətləndirici əlamət oİmaqla işin bütün faktiki halları nəzərə alınaraq müəyyənləşdirilir. Mühüm ziyan əlaməti qiymətləndirilərkən fiziki və hüquqi şəxslərin əmlak və maliyyə vəziyyəti və digər maddj, mənəvi və fiziki ziyan, hüquqların pozulması və s. nəzərə alınmalıdır. Özbaşına hərəkət nəticəsində hüquqi şəxslərə, hüquqi şəxs olmayan təşkilatlara və fiziki şəxslərə mühüm ziyan dəyə bilər. Bu zaman həmin hərəkətin qanuniliyinin həm də üçüncü şəxslərin xeyrinə təkzib olunması mümkündür; e) özbaşına hərəkətlə mühüm ziyandan ibarət olan nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, əvvəla ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzil Zərərçəkmiş şəxs xüsusi mül kiyyətindədir və o, həmin mənzilə sahiblik, ondan istifadə etmək və ona sərəncam vermək hüququna malikdir, onun bu hüquqları Məhkum tərəfindən təkzib olunsa da, həm normativ-hüquqi aktlarla, həm də qüvvədə olan məhkəmə aktları ilə və digər sənədlərlə tanınmışdır. Məhkum isə yalnız öz mülahizələrinə əsasən həmin mənzildə yaşamaq hüququna malik olmasını ehtimal edərək, bunun üçün nə Zərərçəkmiş şəxs razılığını almadan, nə də ki, ehtimal olunan hüquqa malik olmasınının tanıması üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmədən məhz özbaşına olaraq 01 dekabr 2021-ci il tarixdə mənzilə daxil olmuş və ailə üzvləri ilə birlikdə 25 yanvar 2022-ci il tarixədək orada yaşamış, onun bu əməli isə Zərərçəkmiş şəxs konstitusiyon hüququ olan mülkiyyət hüququnun pozulmasına, yəni ona mühü m ziyanın vurulmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, Məhkum bu hərəkətləri barədə yalnız 25 yanvar 2022-ci il tarixdə məlumat alan Zərərçəkmiş şəxs tərəfindən məhkum olunmuş şəxsin mübahisəli mənzildə yaşamaq hüququ, habelə onun qanunsuz olaraq etdiyi özbaşına hərəkəti qəti şəkildə zərər çəkmiş şəxs tərəfindən təkzib edilmiş və bu zaman o, həm qanunun tələblərinə, həm də qüvvədə olan yekun məhkəmə aktlarına, habelə onun göstərilən mənzilə mülkiyyət hüquq olmasını təsdiq edən müvafiq sənədlərə əsaslanmışdır. Təsadüfi deyil ki, bundan əvvəl Zərərçəkmiş şəxs Məhkum ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və istər birinci və apelyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi tərəfindən onu n xeyrinə, yəni iddiasının təmin edilməsi barədə müvafiq məhkəmə aktları qəbul edilmiş və sonradan da həmin aktlar icra olunmuşdur. Məhkum əməlinin CM-nin 157.1-ci maddəsi ilə tövsif edilməli olması barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin maddənin dispozisyasına görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma bu əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Cinayət qanunun bu normasının mənasına görə, həmin maddədə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün şəxsin qanunsuz mənzilə daxil olması qısa müddət ərzində törədilən, yəni davam etməyən bir əməldən ibarət olmalı, həmin şəxsin niyyəti mənz il mülkiyyətçisinin mülkiyyət hüququnun pozulmasına yönəlməməli, əməli törətmiş şəxs isə daxil olduğu mənzilə dair mülkiyyət hüququnun olmasını ehtimal etməməli, bu əməlin törədilməsi nəticəsində mülkiyyətçiyə mühüm ziyan vurulmamalıdır. Təsadüfi deyil ki, belə halların müəyyən edilməli zəruriliyindən çıxış edən qanunverici də CM-nin Xüsusi hissəsində yayşayış sahəsinə, o cümlədən mənzilə qanunsuz daxil olmaqla törədilən bir sıra digər əməllərin cinayətlərin məcmusu tövsif edilməsini nəzərdə tutmamış və bu əlaməti belə cinayətlərin tövsifedici əlaməti kimi müəyyən etmişdir (məsələn CM-nin 177.2.3-cü maddəsində). Bu hal belə nəticəyə gəlmək üçün əsas verir ki, qanunsuz olaraq mənzilə daxil olmuş şəxsin əməlinin yalnız CM-nin 157.1-ci maddəsi ilə tövsif edilməsi üçün həmçinin belə şəxsin həm in mənzildə başqa cinayət əməllərini törətməsi də müəyyən edilməsin. Hazırki işin hallarından isə görünür ki, əvvəla Məhkum Zərərçəkmiş şəxs məxsus mənzilə qanunsuz və özbaşına daxil olarkən özünün ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malik olmasını ehtimal etmiş, bu ehtimala əsasən təxminən iki aya yaxın özgənin mənzilində yaşamış (01 dekabr 2021-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək), onun bu əməli isə Zərərçəkmiş şəxs mülkiyyət hüququna ziyan vurulması ilə nəticələnmişdir. Buna görə, məhkəmə kollegiyası CM-nin 157.1-ci maddəsinə verdiyi təfsirdən və işin müəyyən edilmiş faktiki hallarından çıxış edərək Məhkum törətdiyi əməlin həmin maddə ilə tövsif edilməsi üçün əsaslar görmür və bununla bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayəti n digər hissələrdə olduğu kimi, bu hissədə də təmin edilməsini mümkün bilmir. Müdafiəçi M.Q.Cəlalzadənin kassasiya şikayətinin mücərrəd məzmunundan göründüyü kimi, əvvəla onun müəllifi öz müraciətində zərərçəkmiş Zərərçəkmiş şəxs mübahisəli mənzilə dair mülkiyyət hüquna və bu hüquqdan irəli gələn digər hüququlara (orada yaşamaq, mənzildən istifadə etmək, onu barəsində sərəncam vermək, həmin mənzildə özünə məxsus əmlakı saxlamaq və sair) malik olmasını təkzib edən heç bir sübuta əsaslanmamış, eyni zamanda Məhkum həmin mənzildə yaşamaq hüququnu təkzib edən və qüvvədə olan məhkəmə qətnamələrinə və qərarlarına istinad etməmiş, bunlarla bağlı heç bir təhlil aparmamış və sadəcə olaraq hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirməmişdir. Lakin, məhkəmə kollegiyası vurğulayır ki, kassasiya şikayəti müəllifinin inandırıcı olmayan bu dəlilləri araşdırılmış sübutlarla inkar edilir və buna görə həmin dəlillər Məhkum cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş dəlillər kimi qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Məhkum tamamilə əsaslı olaraq özbaşınalıq cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, onun törətdiyi əməl CM-nin 322.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, qanuni olaraq həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuş, digər tərəfdən isə onun istər azadlıq (Avropa Konvensiyasının 5-ci maddəsi), istər ədalətli məhkəmə araşdırılmasına malik olmaq, müdafiə və digər hüquqları (Avropa Konvensiyasının 5 və 6-cı maddələrində, CPM-nin 91ci maddəsində nəzərdə tutul muş) pozulmamış, ona maddi və ya mənəvi ziyan vurulmamış və buna görə də o, həmin ziyana görə hər hansı məbləğdə ödənişin edilməsi və ya kompensasiya almaq hüququna malik deyil. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və həmin şikayətdə irəli sürülmüş tələbləri qəbul edilməz sayraq hesab edir ki, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də səhvə, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliy i), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən hallar, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyən edilməməsi kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsv ir olunanlardan görünür ki, müdafiəçi M.Q.Cəlalzadənin kassasiya şikayətində irəli sürülmüş dəlillər və tələblər tamamilə əsassız olmaqla baxılan işdə CPMnin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun təqsirinin sübuta yetirilməməsi kimi hal) və ya onun əməlinin başqa cür, o cümlədən CM-nin 157.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə müdafiəçi M.Q.Cəlalzadənin və Məhkum, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-217/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-217/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver