Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-217/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X5 və onun nümayəndəsi, vəkili Nümayəndə iştirakları ilə, X2 Azərbaycan Respublik ası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinməsi və CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə ona cəza təyin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 iyul tarixli, 1(105)-446/2024 nömrəli qərarından Məhkum və zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (X11) 2024-cü il 8 may tarixli, 1(060)-62/2024 nömrəli hökmü ilə, 8 mart 1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kr istal ünvan 2 ünvanında yaşayan, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinməsi, CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə ona cəza təyin edilməməsi, mülki iddia ərizəsinin təmin olunaraq 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə maddi ziyanın və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun Məhkum tutularaq Zərərçəkmiş şəxs3 verilməsi, X5 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizələrinin baxılmamış saxlanılması hökm edilmişdir. Hök mdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X8 (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayevdən ibarət tərkibdə) 2024-cü il 17 iyul tarixli, 1(105)-446/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Verilmiş ittihama əsasən, Məhkum etibardan sui- istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünə aid lombardın olmasını bildirməklə ucuz qiymətə qızıl satacağına dair yalan vəd verib, sonuncunun etibarından sui-istifadə etməklə, 2019-cu ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərç əkmiş şəxs1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən lombardın qarşısında görüşərək, Zərərçəkmiş şəxs1 1000 manat pul alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X3 Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 2 otaqlı mənzili hissə-hissə ödəniş etmək şərti ilə sonuncunun adına keçirəcəyinə dair vəd verib aldadaraq, Mehman Adıgözəlovun etibarından sui-istifadə etməklə, Mehman Adıgözəlovdan 2019-cu ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində ye rləşən "Evdə fərdi təhsil məktəbi"ndə, sonuncu dəfə 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində "Elmar market” adlı mağazanın qarşısında 2000 manat olmaqla ümumilikdə 15000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş Mehman Adıgözəlova ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pul müqabilində ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətində işə düzəldəcəyinə dair y alan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu məqsədlə 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanında 1000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 3060 manat təşkil edən 1800 X7 dollar pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4060 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə 1-ci və 2-ci epizod üzrə, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 münasibətdə Məhkum təqsirli olmasını sübuta yetirmək mümkün olmadığından, həmin iki epizod CPM-in 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilmiş və Məhkum əməli CM-in 178.1-ci maddəsinə tövsif edilm işdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏRİN, VƏKİLİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, istər birinci instansiya məhhkəməsində, istərsədə apellyasiya instansiyası məhkəməsində özünü təqsirli bilməmiş və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadələrində kifayət qədər ziddiyətli və şübhəli məqamlar olduğu halda məhkəmə tərəfindən bu ziddiyyətli məqamlar və şübhələr araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkum bildirmişdir ki, zərərçəkmiş şəxslərin onun barəsində yazdıqları şikayət ərizələrində, izahatlarında və ifadələrində qeyd olunan hallar hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamış və onların yalanı qismən birinci ins tansiya məhkəməsində aparılan araşdırmalarla üzə çıxmışdır. Məhkəmə cinayət işində olan bütün ziddiyyətləri onun xeyrinə təfsir etməli olduğu halda bunu etməmiş və barəsində ittihamedici hökm çıxarmış, onu CM-in 178.1-ci maddəsi ilə təqsirli bilmiş, yalnız müddətin keçməsi səbəbindən ona cəza təyin edilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 iyul tarixli, 1(105)-446/2024 nömrəli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Mehman Adıgözəlov, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, Sumqayıt Apellyasiya Məhkəməsi də Sumqayıt Şəhər M əhkəməsinin qanunsuz hökmünü təkrarlayaraq qərarını belə əsaslandırmışdır ki “birinci instansiya məhkəməsinin Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad etdilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Məhkum müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxış zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmi şdir”. Zərərçəkmiş şəxslər bununla bağlı bildirmişlər ki, birinci instansiya məhkəməsi qanunsuz hökm çıxara bilməsi üçün məhkəmə istintaqında şahid ifadələrini olduğu kimi yox, təhrif edilmiş şəkildə qeyd etmişdir. Məhkəmə bütün sübutları saxtalaşdıraraq əsassız hökm çıxarmışdır. Məhkum o qədər peşəkardır ki, hətta pul aldıqda müxtəlif bəhanələrlə iddia müddətini 3 il uzadır ki, iddia müddəti ötmüş hesab edilsin, tələbkarlar həmin pulu ondan ala bilməsin. Zərərçəkmiş şəxslər kassasiya şikayətlərində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 iyul tarixli, 1(105)446/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın verilməsi ni xahiş etmişlər. Nümayəndə və zərərçəkmiş şəxslər məhkəmə iclasında çıxış edərək kassasiya şikayətlərinin təmin edilməsini, Məhkum kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmaması və Məhkum barədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 iyul tarixli, 1(105)-446/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılımasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edil mişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Zərərçəkmiş şəxslər kassasiya şikayətlərində Məhkum əməlinin tövsifini və ona cəza təyin edilməməsini, iki şəxsə münasibətdə epizodların itt ihamdan xaric edilməsini, iki mülki iddianın baxılmamış saxlanmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi nin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə a raşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərindən verilmiş kassasiya şikayətlərinin təmin olunması, Məhkum kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxslərin və nümayəndənin, kassasiya şikayətlərinin təmin edil məməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və Məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, Məhkum əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslər birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmış və həmin hökmdən apellyasiya şikayəti verməmişlər və apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü yalnız müdafiə tərəfinin apellyasiya şikayəti əs asında yoxlayaraq qüvvəsində saxlamışdır. Göründüyü kimi, hazırkı vəziyyətdə zərərçəkmiş şəxslərin kassasiya şikayətləri perespektivsiz görünür. Belə ki, zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin olunacağı təqdirdə belə, yenə də, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin apellyasiya müraciəti olmadığı üçün, yalnız müdafiə tərəfinin apellyasiya müraciətinə baxacaqdır. Ümumiyyətlə götürdükdə isə, zərərçəkmiş şəxslərin kassasiya şikayətləri əsassızdır və istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarında hərtərəfli, tam və obyektiv araşdırma və əsaslandırma aparılmış və kassasiya şikayətlərinin bütün dəlillərinə həmin məhkəmə qərarlarında əsaslandırılmış cavablar verilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kolle giyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə X4 cəza təyin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 iyul tarixli, 1(105)446/2024 nömrəli qərarı Məhkum, zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-217/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-217/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver