Məhkəmə qərarları › İş №1(102)-2170/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2170/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2170/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 29,178.3.2, 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Heydərov Vüqar Heydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən isə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-in 29,178.3.2, 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-in 32.4,312.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, ona qeyd olunan maddə ilə cəza təyin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum təyin edilmiş 5 (beş) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası nın CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmasının müstəqil icra edilməsi və CM-nin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi ona irəli sülmüş ittihamdan çıxarılmış, zərər çəkmiş şəxs ( mülki iddiaçı) Şahid2 Rüsxət oğlu tərəfindən verilmiş mülki iddia təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 57000 (əlli yeddi min) manat məbləğində pulun tutularaq Şahid2 xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 29,178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs ilə qabaqcada n əlbir olan bir qrup şəxs qismində birləşərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xiyabani küçəsində yerləşən 4 sot torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar sonuncu vasitəsilə 2018-ci ilin oktyabr ayında özünə müraciət etmiş Şahid4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə bi rbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxsla birlikdə Şahid4 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin oktyabr ayında ünvan 2 ünvanının yaxınlığında yerləşən özünə məxsus ofisdə Şahid4 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxsla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində bir başa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə başqaları ilə aralarında rol bölgüsü aparıb sonuncuların müraciət edən şəxsi özünə yönəltməsi, özünün isə həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib torpaq sahəsi almaq üçün 2018-ci ilin oktyabr ayında Şahid7 müraciət etmiş Şahid2 Şahid7 və X2nın guya Bakı şəhəri, Qaradağ rayonu, "Meyvəli” ticarət mərkəzinin yaxınlığında müvafiq olaraq 0,605 ha və 0,38 ha ölçüdə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışı olmayan bir-birinə bitişik torpaq sahələrinin olması, həmin sahələrin 165.000 (bir yüz altmış beş min) manat məbləğində pul müqabilində satılması, eləcə də, özünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək göstərilən Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitinin veriləcəyi təqdirdə torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnu qeydə alacağını başqaları ilə birlikdə yalandan bildirib aldadaraq, cinayətkar niyyətini həyata keçirmək, özünə olan inamı daha da möhkəmləndirmək məqsə dilə 2018-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 2 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binası ilə üzbəüz yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində özünə məxsus ofisində başqaları ilə vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədlər olan 116/94 nömrəli 20.X.1992-ci il tarixli məktubun məzmununa Azərbaycan Dəmir Yolu İdarəsinə məxsus 95 sot torpaq sahəsinin X24 istifadəsinə verilməsi barədə kiril qrafikasında çap üsulu ilə məlumat daxil edib Yol rəisinin müavini, yol xidmətinin rəisi X tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında "SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vu rulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan n-64/170 nömrəli 8.X.1993-cü il tarixli Azərbaycan Dövlət Dəmir Yolu Təsərrüfatı İstehsalat Birliyinin rəisinin məktubuna dəmir yoluna məxsus 35 sot torpaq sahəsinin X4 verilməsi barədə məlumat əlavə edib Yol rəisinin müavini, yol xidmətinin rəisi X tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında "SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dəmir Yolu Qaradağ-Heybət mənzilinin 516 km nK-9, nK-töx torpaq zolağının sxematik planının görüntüsünü yaratmaq niyyəti ilə sxematik təsvirlər tərtib edib Yol rəisinin müavini, yol xidmətinin rəisi X tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında "SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517 km nK-1- 20+60m. torpaq zolağının sxematik planı görüntüsünü yaratmaq niyyəti ilə sxematik təsvirlər tərtib edib Yol rəisinin müavini, yol xidmətinin rəisi X tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında "SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edərək hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 179 nömrəli xx.xx.2003-cü il tarixli Həmkarlar Komitəsinin ümumi protokolundan çıxarışın məzmununa Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi Həmkarlar Komitəsi X24, X14, X7, X1 istifadəsinə ayrılmış olan dəmir yol torpaq zolağına məxsus sahədə onların adına ayrılmış torpaq sahəsinin onların istifadəsinə verilməsinə dair məlumatlar əlavə edib Azərbaycan Dövlət Dəmir Yolu Həmkarlar Komitəsinin sədri Y tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respublikası Azərbaycan Dövlət Dəmir Yolu Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlə rini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 26.X.2003-cü il tarixli 245/168 nömrəli məktubun məzmuna 95 sot torpaq sahəsi X24 istifadəsinə verilmiş xx.xx.1992-ci il tarixli P116/94 saylı məktub sxemi ilə, öz qüvvəsində saxlanılması barədə məlumatlar əlavə edib Azərbaycan Dövlət Dəmir Yolu Həmkarlar Komitəsinin sədri Y tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respublikası Azərbaycan Dövlət Dəmir Yolu Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi Həmk arlar Komitəsinin 156 nömrəli xx.xx.2002-ci il tarixli ümumi protokolundan çıxarışın məzmununa Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi Həmkarlar Komitəsi X8, X4, X2, X17 istifadəsinə ayrılmış olan dəmir yol torpaq zolağına məxsus sahədə onların adına ayrılmış torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə məlumatlar daxil edib Azərbaycan Dövlət Dəmir Yolu Həmkarlar Komitəsinin sədri Y tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respublikası Azərbaycan Dövlət Dəmir Yolu Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan xx.xx.2003-cü il tarixli 268 nömrəli məktubun məzmununa Azərbay can Dövlət Dəmir Yolu İdarəsi X24, X14, X9, X1 istifadəsində olan dəmir yolu torpaq zolağına məxsus sahəsinin onların adına özəlləşdirilməsinə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi etiraz etməməsi barədə məlumatlar əlavə edib Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəis müavini Z tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respublikası Azərbaycan Dövlət Dəmir Yolu” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dövlət Dəmir Yolunun 247 nömrəli xx.xx.2003-cü il tarixli məktubunun məzmununa Qaradağ-Heybət mənzilinin 516 km, PK-9, PK-10m. 517 km PK- 1 +20 m olan sahədə kilometr artımı istiqaməti ndə yolun sağ tərəfində, dəmir yoluna məxsus 95 sot torpaq sahəsinin onun adına özəlləşdirilməsinə Azərbaycan Dövlət Dəmir Yolu idarəsi etiraz etmir məzmunda məlumat daxil edib Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəis müavini Z tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respublikası Azərbaycan Dövlət Dəmir Yolu” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dövlət Dəmir Yolu Yol Təsərrüfatı İstehsalat Birliyinin 124/110 nömrəli 8.X.2002-ci il tarixli məktubuna X4 Qaradağ-Biləcəri mənzilinin 517km nK 1-20m.-dən +60m qədər yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yoluna məxsus 35 sot to rpaq sahəsi onun sərəncamına verilmiş P64/170 saylı xx.xx.1993-cü il tarixli məktub öz qüvvəsində saxlanılması məzmununda məlumatlar daxil edib Azərbaycan Dövlət Dəmir Yolu Yol Təsərrüfatı İstehsalat Birliyinin rəisi Xun imzası görüntüsü yaradaraq üzərində "Azərbaycan Dövlət Dəmir yolu Yol Təsərrüfat İstehsalat Birliyi” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 207 nömrəli xx.xx.2003-cü il tarixli Azərbaycan Dövlət Dəmir Yolunun məktubunun məzmununa 35 sot torpaq sahəsinin X3 adına özəlləşdirilməsinə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin etiraz etməməsi barədə məlumat daxil edib Azərbaycan Dövlət Dəmir Yolu İdarəsini n rəis müavini Z tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respublikası Azərbaycan Dövlət Dəmir Yolu” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin 189 nömrəli xx.xx.2003cü il tarixli məktubunun məzmununa "Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi X8 və qeyrilərinin istifadəsində olan dəmir yol torpaq zolağına məxsus sahəsini onların adına özəlləşdirilməsinə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin etiraz etməməsi barədə məlumat daxil edib Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəis müavini Z tərəfindən imzalanması görüntüsü yaradıb içərisində "Azərbaycan Respubl ikası Azərbaycan Dövlət Dəmir Yolu” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, özünə olan inamı daha da möhkəmləndirmək, törədəcəkləri dələduzluq əməlini asanlaşdırmaq məqsədilə 2018-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə göstərilən ünvanda yerləşən ofisində həmin sənədləri istifadə etmək məqsədilə Şahid2 göstərərək həmin torpaq sahələrinin sonuncunun adına rəsmləşdirilərək satılması müqabilində ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pulun verilməsinə sonuncunun razılığını alaraq, onunla sövdələşib, həmin adla Şahid2 göstərilən ünvanda yerləşən ofisində 25 oktyabr 2018-ci il tarixdə ilkin olaraq 50.000 (əlli min) manat məbləğ ində pulu alıb həmin vəsaitindən 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini vəzifəli şəxsə rüşvət qismində vermək üçün özünə götürüb, qalan 15.000 (on beş min) manat məbləğində pulu qabaqcadan əlbir olduğu başqasına verərək qanunsuz olaraq hazırladıqları həmin saxta sənədləri sonuncu və başqaları ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən istifadə edərək Şahid2 təqdim edib, eyni niyyətlə həmin yerdə 30 oktyabr 2018-ci il tarixdə sonuncudan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini alıb həmin pul vəsaitinin 22.000 (iyirmi iki min) manat məbləğində hissəsini özünə, qalan 18.000 (on səkkiz min) manat məbləğində pulu isə başqasına verdikdən sonra həmin niyyətlə 2019-cu ilin fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Aygün City” ticarət mərk əzində 10.000 (on min) manat, bir neçə gün sonra Bakı şəhəri Nərimanov rayonu, "N.Nərimanov” adına istirahət parkının yanında 4.000 (dörd min) manat məbləğində pulu Şahid2 alıb, başqaları ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus ümumilikdə 104.000 (bir yüz dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə rəşmi sənədləri vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənədlərdən istifadə etmiş, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, Şahid2 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədlərin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar sonuncu vasitəsi ilə 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyr inə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, eləcə də, özü üçün əlavə olaraq xidmət haqqı kimi 5.000 (beş min) manat məbləğində pulun verilməsinin zəruriliyini sonuncuya Təqsirləndirilən şəxsla birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında Şahid1 şəxsi avtomobilində sonuncudan ilkin olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəx s ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 2 ünvanının yaxınlığında yerləşən özünə məxsus ofisində Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid n iyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu rayon şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan xx.xx.2004-cü il tarixli, JN -10646H KOD 00500026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmununa Bakı şəhəri 39 saylı Dövlət Notariat kontorunun 29 iyul 2003-cü il tarixli 4Ə/2-170 saylı alqısatqı müqaviləsi ilə 1.0 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X18 mülkiyyətinə verilməsinə dair məlumatlar əlavə edib DTXK-nin Sabunçu rayon şöbəsinin vəzifəli şəxsi N.Məlikov adından imzalanması görüntüsü yaradıb üzərində "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu Rayon Şöbəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğu sunda hazırlayıb təsdiq edərək Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 5 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən təkrarən istifadə etmiş, Şahid1 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona küll i miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Əsədov Samir Ağaəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 29 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından məhk um Təqsirləndirilən şəxs müdafiəçisi S.A.Əsədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 17 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən və qərardan Məhkum və Təqsirləndirilən şəxs, hər birisinin CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinmələrinə və cəzalandırılmalarına, cinayətin təkrar törədilməsinin və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərə findən törədilməsinin cəzanı ağırlaşdıran hallar qismində müəyyən olunmasına, onlara cəzanın CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə CM-in 29, 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, həmin hökmlə CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsi nəzərə alınaraq, CM-in 67.1-ci maddəsinə əsasən 20 dekabr 2017-ci il tarixli hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi kassasiya instansiyası məhkəməsinin qərarı i lə CM-in 29, 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum üzərində ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə yalnız CM-in 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunaraq şərti tətbiq edilmiş 5 (beş) il 9 ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının isə müstəqil icra olunması qərara alınmış, qərar və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 4 mart 2024-cü il tarixdə Məhkum müdafiəçisi V.H.Heydərov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, CM-in 32.4, 312.2-ci maddəsi ilə Məhkum bəraət verilməsini və ona həmin Məcəllənin 29,178.3.2 və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 29 mart 2024-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisinin vəsatəti təmin edilməmiş, onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum müdafiəçisi V.H.Heydərov kassasiya şikayəti verərək, onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına ist inad edən müdafiəçi V.H.Heydərov həmin şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası ilə əlaqədar vəsatət verilmiş, vəsatət onula əsaslandırılmışdır ki, həmin qərar məhkuma təqdim edilməmiş, bu vaxta qədər məhkum həmin qərardan məlumatsız qalmışdır. Yəni bu vaxta qədər qərardan kassasiya şikayəti verməməsinin səbəbi qərarın ona təqdim edilməməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi vəsatəti təmin etməyərək qərarını belə əsaslandırmışdır ki, kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı qəbul edildiyi (çıxarıldığı) gündən qanunla nəzərdə tutulmuş şikayət vermə müddəti, yəni 12 ay keçdik dən sonra verilmişdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, qeyd edilən səbəb üzrlü hal hesab edilə bilməz, vəsatət təmin edilməməli, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamalıdır. Məhkəmə qərar qəbul edərkən Məhkum məhkəmənin qərarının hansı vaxtda almasını dəqiqləşdirməmiş, bununla bağlı qəbul etdiyi qərarında heç bir tarix göstərməmişdir. Beləliklə, Məhkum kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət məhkəmənin qərarının ona verildiyi tarixdən hesablanmaqla o, 12 ay müddəti buraxmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında bu hal araşdırılmamış, halbuki hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 12 ay müddət ötürülməmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq M əhkum müdafiəçisi V.H.Heydərov həmin şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş, onun müdafiəçisi V.H.Heydərov isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi V.H.Heydərovun iştirak ları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhk əməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilm işdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qər arın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsaslar ı isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarını n tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə koll egiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki birinci instansiya məhkəməsinin ittiham hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik o lması müəyyən edilmişdir. Belə ki, CPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-c i maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təhlilin priz masından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarında n onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-in 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Hazırki cinayət işinin materiallarından görünür ki, 25 iyun 2020-ci il tarixli Qanunla CPM-in 410-cu maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə məh kəmə baxışı iclasında bilavasitə iştirak etmiş Məhkum, müdafiəçisi H.V.Əliyevin, cinayət işi üzrə digər məhkum Təqsirləndirilən şəxs, onun müdafiəşisi S.A.Əsədovun və dövlət ittihamçısının iştirakları ilə elan olunmuş, qərarının surəti Məhkum təqdim edilməsi üçün eyni tarixli 1(103)-838/2022 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Göründüyü kimi, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 12 (on iki) aylıq prosessual müddətin axımı müdafiəçi üçün 29 aprel 2022-ci il tarixdən başlamış və sonuncunun həmin şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 29 aprel 2023-cü il tarixdə başa çatmışdır. Məhkum müdafiəçisi V.H.Heydərov 4 mart 2024-cü il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün sonra həmin qərardan kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermiş, vəsatətində isə göstərilən müddəti buraxmasının səbəbini hüquqlarını müdafiə etdiyi Məhkum apellyasiya instansiya məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarını əldə etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıda kı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, məhkum və onun müdafiəçisi işə apellyasiya instansiyası məhkəməsində baxılmasında və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etmələrinə, apellyasiya ins tansiyası məhkəməsinin qərarının qanunda nəzərdə tutulmuş müddətdə məhkum olunmuş şəxsə verilməsinə baxmayaraq, həm sonuncu, həm də onun müdafiəçisi CPM-in 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddət ərzində kassasiya şikayəti verməmiş, Məhkum müdafiəçisi V.H.Heydərov isə hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən həmin müddətin məhz yuxarıda göstərilən üzrlü səbəbə görə buraxılması ilə izah etmişdir. CPM-in 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum müdafiəçisi tərəfindən verilmiş vəsatətdən məhkum barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onların iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 29 aprel 2022-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanu nvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum müdafiəçisi V.H.Heydərovun 29 mart 2024-cü il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayə tinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 29 mart 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum müdafiəçisi V.H.Heydərov tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar