Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2170/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən),Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 1(103)-360/25 nömrə li qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Rzayev) 2024-cü il 18 noyabr tarixli, 1(008)-461/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1990-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, Bağ sahəsi 1103 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Məhəmməd Hadi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, onun cəzas ından 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X4 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə) 2025-ci il 8 yanvar tarixli, 1(103)-360/25 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Hökmə əsasən Məhkum özgə əmlakını gizli olaraq talama məqsədilə 19 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayon u, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxladığı “Chevrolet Cruze” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsinə daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan 305 manat nağd pul və 250 manat dəyərində üzərində “AC-9213-2+16g-İPS” yazıları olan avtomobil monitorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 555 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə 07 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində işlədiyi dönərxananın yaxınlığında saxladığı “Mercedes-Benz E240” markalı, 99ME480 dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan dəyəri 30 manat olan “Nokia” markalı mobil telefonu və dəyəri 300 manat olan gödəkcəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 330 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə 08 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi nömrəsiz fərdi evin qarşısında saxladığı “Vaz 2106” markalı, **MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonundan 90 manat dəyərində olan 01 ədəd “Autobat” markalı 12V 60Ah 540A (EN) avtomobil akkumulyatoru və 60 manat dəyərində olan 01 ədəd “Pioneer” markalı maqnitofonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumil ikdə 150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 08 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərənin açıq olmasından istifadə edərək qanunsuz olaraq daxil olub oradan 450 manat dəyərində 01 ədəd Rusiya istehsalı “LG” markalı, 43LK6200PLD modelli, 109 diaqonal (43 düyüm) televizoru və 100 manat dəyərində 01 ədəd “Hugo Boss” markalı ətri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 12 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxladığı “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol şüşəsinin alt hissəsindən bıçaqla salıb sındıraraq avtomobilin salonundan 420 manat dəyərində 01 ədəd üzərində “TS7-4+64-AHD- İPS” yazıları olan avtomobil monitoru və içərisində 500 manat nağd pul olan 01 ədəd 10 manat dəyərində üzərində “Hovis H Brand” yazıları olan, 11x20 sm ölçüdə, qara rəngli pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 930 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 13 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ra mana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxladığı “Toyota Prado” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop faralarını üzərindəki bıçaqla söküb çıxararaq 200 manat dəyərində həmin “Toyota Prado” markalı, Tayvan istehsalı, üzərində TY1132- BORE2 70052960 yazıları olan avtomobilin stop faralarını, bıçağın dəstəyi ilə avtomobilin ön sağ şüşəsinə vuraraq sındırıb avtomobilin salonundan içərisində 3000 manat nağd pul vəsaiti olan 01 ədəd 30 manat dəyərində qara rəngli, üzərində “ZARA” yazısı olan, 21x28 sm ölçüdə, Çin istehsalı əl çantası, 250 manat dəyərində 01 ədəd üzərində “Starvis F/1.8 1080P FOV 140 6G LENS” yazıları olan video qeydiyyat aparatı, 700 manat dəyərində 01 ədəd 100 ml “Xerjoff” markalı ətir, 370 manat dəyərind ə 01 ədəd “X9 Leather” 100ML markalı parfum, 165 manat dəyərində 01 ədəd “Pilot 65” 100ML markalı parfumu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 4715 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona cəza təyin edilərkən törətdiyi əməldən səmimi peşiman olması, ailəsinin yeganə gəlir gətirəni olması və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmaması nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını v ə Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11- ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət v ə cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsin i təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamı və əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara mü nasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə alınmış və məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi ü çün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8.1.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 1(103)-360/25 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2170/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2170/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver