Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2171/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(106)-291/2023 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Göyçay rayonu Natəvan küçəsi ev 1a-da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası vət əndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Mehsan adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr - ümumi təmiz çəkisi 99,895 qram tiryəki, ümumi təmiz çəkisi 1680 qram qurudulmuş marixuananı, təsir mad dəsinin miqdarı 0,250 qram olan narkotik vasitə metadonu və 400 həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan külli miqdarda güclü təsir edən X12 Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 06 dekabr 2021-ci il tarixdə Mehsan adlı şəxs ona məlumat verdikdən sonra, o, Təq sirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərindən Beyləqan rayonunun, Əmirzeydli kəndi ərazisinə gedərək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfindən 1 ədəd sarı rəngli bağlamada qablaşdırılmış qeyd olunan külli miqdarda narkotik vasitələri vəkülli miqdarda güclü təsir edən maddəni 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 1 ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür.
3. Lənkəran Ağır C inayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X10 və X6 ibarət məhkəmə tərkibində) 30 yanvar 2023-cü il tarixli, 1(099)-46/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməmsi, Məhkum cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddətin cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Məhkum və məhkum Təqsirləndirilə n şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində) 18 may 2023-cü il tarixli, 1(106)291/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs1 Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi, həmin hökmdən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəanın xaric edilməsi, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanılması və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılması, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqda n məhrum etmə cəzasının qismən toplanılması, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
6. Hökmdən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən işinə qanuni və ədalətli baxılmamasını, müdafiəçisi tərəfindən verilmiş şikayətinin dəlillərinin apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamasını, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə digər məhkumlara humanist mövqeydən yanaşılaraq onların cəzasının yü ngülləşdirilməsi, lakin əsassız olaraq onun barəsində olan şikayətin təmin edilməməsini qeyd edib, məhkəmədən apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, CM-in 32.5, 206.2-ci maddəsi üzrə barəsində bəraət verilməsini, digər əməlləri üzrə isə cəza siyasətində humanizm prinsipini rəhbər tutbarəsində təyin edilmiş cəzanın həddinin azaldılaraq yüngülləşdirilməsini xahiş etmişdir.
8. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyev a Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, y əni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqd a, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(106)-291/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq m əhkumun kassasiya şikayətinin “barəsində CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınm ası tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərli yi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
20. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
21. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
22. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum arqumentlərini əsassız hesab edir.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normad a təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
26. Kollegiya qeyd edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayətində hazırkı şikayətinin dəlillərindən fərqli olaraq əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi xahiş edilsə də, apellyasiya instansiya kollegiyası məhkumun şikayətinin dəlillərinə, eyni zamand a cinayət işi üzrə digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifinə qiymət verərkən Məhkum hazırda mübahisələndirdiyi məsələlərə, xüsusi ilə də əməlində CM-in 32.5, 206.2-ci maddəsi ilə cinayət tərkibinin olmamasına qiymət vermişdir.
27. Belə ki, apellyasiya məhkəmə kollegiyası cinayət işi materiallarında olan sübutlara əsasən belə qənaətə gəlmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs2 hadisəyə qədər İİR mobil operatoruna sonunculara məxsus nömrələrlə əlaqə saxlamış və orada yaşayan şəxs(lər)in Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün göndərəcəkləri narkotik vasitələri götürməyə əvvəlcədən razılıq vermişlər. İİR-də olan şəxs narkotik vasitələri və güclü təsir edən maddəni İİR-dən gömrük nəzarətindən kənar və ya gizli keçirilib Bi ləsuvar rayonunun ərazisində gizlətdikdən sonra, yəni 06 dekabr 2021-ci ildə Məhkum məlumat vermiş, yalnız bundan sonra sonuncu Təqsirləndirilən şəxs1 birlikdə gedib həmin ərazidən qeyd olunan maddələri götürməyi təklif etmişdir. Narkotik vasitənin Beyləqan rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs1 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir.
28. Hətta, ibtidai istintaq orqanı sözügedən ittihamı əsaslandırarkən həlledici sübut kimi istinad etdiyi Məhkum etirafedici ifadələrində gö rünür ki, o, müstəsna olaraq öz adından İİR sakini ilə narkotikin İİR-dən Azərbaycan Respublikasına göndərilməsi barədə danışmış, narkotikin göndərildiyini və Beyləqan rayonunda gizlədildiyini iranlı telefonla ona bildirdikdən, yəni artıq qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotiki gizlədilmiş yerdən götürmək üçün Təqsirləndirilən şəxs1 özü ilə həmin yerə aparmışdır.
29. Qeyd olunan sübutların təhlilindən apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 İİR-də yaşayan şəxs tərəfindən törədilmiş narkotik vasitənin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Məhkum təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitlərin və güclü təsir edən maddənin Beyləqan rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında Məhkum və Təqsirləndirilən şəxs2 birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir.
30. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər maddi sübutlar) təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
31. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismində onun ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, is tərsə də, həmin hökm ilə Məhkum aid hissədə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
32. Məhkəmə kollegiyası eyni zamanda, kassasiya şikayətinin dəlilləri qismdində göstərilən məhkumun təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə barəsində təyin edilmi ş cəzanın şəxsiyyətinə uyğun olmamasına münasibətdə aşağıdakıları qeyd edir.
33. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
34. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
35. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan R espublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
36. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
37. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsi nə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
38. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
39. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nə zərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
40. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
41. Apellyasiya məhkəməsi cəz anın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, ona münasibətdə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona qeyd olunan maddələrin sanksiyasında göstərilən hədd nəzərə alınmaqla qanuni və ədaləti olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da məhkum edilmiş şəxs Məhkum təyin edilən cəzanın həddinə təsir edə biləcək hər hansı bir cəzanı yüngülləşdirən əlavə hal müəyyən e dilməmişdir.
42. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkum edilmiş şəxs Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, ona daha yüngül cəza təyin edilməsi barədə tələblərlə razılaşmayıb hökmü ona münasibətdə dəyişdirilmədən saxlamışdır.
43. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası mə hkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və cəza təyini barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
44. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin hökm maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
45. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli, 1(106)-291/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
46. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(106)-291/2023 nömrəli hökmü Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.