Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2172/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(039)-31/2023 nömrəli (hakim: Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi) hökmü ilə xx.xx.1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, xxx-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 125-ci maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 299.2-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Yevlax Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 4 (dörd) gün 1 (bir) günə hesablanmaqla 3 (üç) ay müddət müəyyən olunması, CM-in 66.5-ci maddələrinə əsasən hazırkı h ökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin edilmiş cəzanın əvvəlinin 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, onun narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli 1(107)-19/2024 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrliyi və məruzəsi ilə), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Yevlax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməsi ilə bağlı barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəs i ilə Yevlax RPŞ-nin istintaq bölməsində istintaq olunmuş cinayət işinə Yevlax rayon məhkəməsində baxılarkən Şahid3 ilə aralarında qeyri-rəsmi ər-arvad münasibətlərinin olmasından istifadə edərək, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı Şahid3 oğlu Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə döyülməsi ilə bağlı onun əleyhinə ifadə verəcəyi təqdirdə əl-ayağını bağlayıb yaşadığı evin zirzəmisinə ataraq sağlamlığına zərər vurmaq hədəsi ilə hədəqorxu gəlməklə Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı zərərçəkmiş şəxs qismində yalan ifadə verməyə məcbur etmişdir. Bundan başqa o, xx.xx.2007-ci il təvəllüdlü olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mütəmadi olaraq onun ünvanına nalayiq söyüşlər söyüb ləyaqətini alçaldaraq anasının əxlaqsız hərəkətlərinə görə özünü Kür çayın dan ataraq öldürməli olması və məhkəmə prosesində onu yalan ifadə verməyə məcbur etməsi ilə bağlı qəsdən hədə-qorxu gəlib sonuncunu özünü öldürməyə cəhd həddinə çatdırmış, nəticədə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihar etməyə cəhd etmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs nənəsi Şahid1 və hadisə yerinə gəlmiş digər şəxslər onun intihara cəhdinin qarşısını almaqla onun həyatını xilas etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayəti ilə, nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini, yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı övladının olmasını, övladının epilepsiya, həyat yoldaşının xərçəng, özü nün isə vərəm xəstəliyindən əziyyət çəkməsini, günahsız yerə cəza çəkməsini nəzərə alaraq ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən v erilmiş kassasiya şikayətində, barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edillməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 25 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hö kmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymə tləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum onun təqsirli bilindiyi təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, o cümlədən zərərçəkmiş şəxsi sağlamlığa zərər vurmaq hədəsi ilə yalan ifadə verməyə məcbur etmə cinayətləri ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsas sız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü süb utları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün ka ssasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instans iya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələrində nəzərdə t utulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmiş və gəlinən nəticə iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkum CM-in 125 və 299.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi, yəni onun əleyhinə ifadə verəcəyi təqdirdə Zərərçəkmiş şəxs əl-ayağını bağlayıb sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlməklə zərərçəkmiş şəxs qismində yalan ifadə verməyə məcbur etməsi, o cümlədən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mütəmadi olaraq onun ünvanına nalayiq söyüşlər söyüb ləyaqətini alçaldaraq anasının əxlaqsız hərəkətlərinə gö rə özünü öldürməli olması və məhkəmə prosesində onu yalan ifadə verməyə məcbur etməsi ilə bağlı qəsdən hədə-qorxu gəlib sonuncunu özünü öldürməyə cəhd həddinə çatdırması cinayətlərini törətməsi təqsirləndirilən, zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin ifadələri, üzləşdirmə aparılmasına dair protokolları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlar ilə təsdiq olunur. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum qeyd olunan cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəmə sinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 125 və 299.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində 1 az yaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmas ı) və ağırlaşdıran (CM-in 299.2-ci maddəsində nəzərdə tutulmuş əmələ münasibətdə cinayəti ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsin in hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqınd a qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-2172/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2172/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver