Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2173/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Bayramov Zaur Vahid oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(107)-197/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxar aq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(025)-2/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim A.B.Əliyev) xx.xx.1988-ci il tarixdə Qəbələ rayon Bayramkoxalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi, MMX üzrə mühafizəçi işləyən, xxx qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum tutulub saxlandığı 01 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadl ığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum ona təyin edilmiş qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Məhkum cəzasını n icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinin həyata keçirməsi, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması qərara alınmışdır. Hökmdən Məhkum və onun müdafiəçisi Bayramov Zaur Vahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.H.Şükürov, hakimlər A.M.Eyvzaov və X.H.Səmədovdan ibarət tərkibdə) 23 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 10 mart 2023-cü il tarixdən etibarən 2023-cü ilin may ayının ortalarına, istintaqa dəqiq məlum olmayan tarixə kimi Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X-733849.7179 Y-45l8l640.310; 2.X733858.5089, Y-4518158.1283; 3.X-733858.4750, Y-4518119;7530; 4.X-733855.5380, Y4518116.0070; 5.X-733851.7940, Y-4518111.6520; 6.X-733844.6869, Y-4518117.7121; 7.X733831.8393, Y-4518128.6670; 8.X-733833.4428, Y-4518130.5834; 9.X-733826.6623, Y-4518136.2926; 10.X-733833.5628,Y-4518144.5948; olmaqla Bayramkoxalı bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi olan 0,10 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan s ementbeton bünövrə üzərində 12 və 8 cərgə mişar daşı ilə 2 metr hündürlükdə özbaşına hasara alıb tutmuş, eləcə də həmin torpaq sahəsinin içərisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X-733838; Y- 4518136; olmaqla Bayramkoxalı bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi olan 200,0 kv.metr torpaq sahəsində sement-beton bünövrə üzərində 12 cərgə mişar daşı ilə 2 metr hündürlükdə fərdi yaşayış evi və təsərrüfat məqsədi ilə tövlə tikmək üçün 9 cərgə mişar daşı ilə 1,80 metr hündürlükdə özbaşına tikinti işləri aparmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o, heç bir cinayət törətməmiş, sahələrdə bələdiyyənin sədri tərəfindən ona verilmiş icazə əsasında tikinti işləri aparmış, bələdiyyə sədri ilə arasında olan səs yazıları da bunu təsdiq edir. Həmçinin hesab edir ki, zəbt etməkdə ittiham olunduğu torpaq sahəsi heç də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələl ər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyə tlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyi şdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət m əsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ni özbaşına tutması haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri - məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 24 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3997/2023 nömrəli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pub lik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəmə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-688/2024 nömrəli məktub, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansi yası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 188.3-cü maddəsilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkumun kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaması, həmçinin həyata keçirilmiş tikinti işlərinin bələdiyyə sədri tərəfindən ona verilmiş şifahi icazə əsasında aparılması ilə bağlı iddialarına gəldikdə, məhkəmə kollegiyası kassasiya şikayətində istinad olunmuş bu dəliləri də, əsassız hesab edir. Belə ki, məhkəmələr tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, 3-21-3-42/ 2-3997/2023 nömrəli məktubdan müəyyən olunur ki, məhkum tərəfindən zəbt olunmuş torpaq sahəsi “Bayramkoxalı” bələdiyyəsinin mülkiyyətində olmaqla “Kənd təsərrüfat təyinatlı” torpaqlara aiddir. Digər tərəfdən mübahisələndirilən torpaq sahəsində tikinti işləri bələdiyyə sədrinin şifahi icazə əsasında deyil, məhz qeyd olunan torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ əldə edildiyi təqdirdə aparıla bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində istinad edilmiş onun CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanunil iyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, kassasiya şikayətinin tə min edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 23 aprel 2024-cü il tarixli, 1(107)-197/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(107)-197/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2173/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2173/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver