Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2175/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mad dəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.N.Mahmudov (sədrlik edən və məruzəçi), D.H.İmanov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) 1(100)-298/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, 22 yanvar 2024cü ildə cəzasını çəkib qurtarm ış, Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2023-cü il tarixli, qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-298/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən sa xlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(102)1302/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) 27 dekabr 2023-cü il tarixli, 1(104)-477/2023 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 1(100)-298/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qəra rından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmuş və o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kağıza bükülmüş üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, Ş əmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşadığı evə daşıyaraq, həmin evin giriş qapısının yanında olan elektrik sayğacının üzərində saxlamış, 28 yanvar 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 14:10 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum Şəmkir rayonu, Mahmudlu kəndində saxlanılaraq, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş, onunla aparılan əməliyyatistintaq tədbirləri zamanı yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evə baxış keçirilərkən evinin giriş qapısının yanında olan elektrik sayğacının üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan bir ədəd kağıza bükülmüş üç ədəd sellofan b ükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyası Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən göndərilmiş və həmin telefon nömrəsinə daxil olmuş, is üzrə əhəmiyyət kəsb edən məlumatları tədqiq etmədən, sms-lər yazılmış şəxslərin ünvanları, şəxsiyyətləri bəlli olduğu halda, həmin şəxslər dindirilmədən, ümumilikdə isin faktiki halları araşdırılmadan yekun qərar qəbul etmişdir. Bundan başqa təqsirləndirilən şəxs istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya icraatında özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə narkotik vasitə əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr vermiş, məhkəmə də, öz növbəsində, M.Məmmədovun ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadəyə tənqidi yanaşmadan sonuncunun narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyqun olmamaqla reallığı özündə əks etdirmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirka r şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən, heroin narkotik vasitə hesab edilir, şəxsi istehlak miqdarından artıq miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. İşin faktiki hallarına əsasən Məhkum aşkar edilmiş üç ədəd sell ofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarının aşağı həddindən təxminən 27 dəfə çox olması, külli miqdardan 2 dəfə çox olması, çəkilib xırda bükümlərə ayrılaraq bölünməsi, təqsirləndirilən şəxsin işləməməsi, əvvəllər məhkum olunması, himayəsində azyaşlı uşaqlarının olması, narkotik vasitənin əldə edilməsi ilə bağlı maddi durumu, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları, bununla bağlı polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar, apelyasiya icraatında tədqiq edilmiş Məhkum mobil telefon nömrəsinə daxil olmuş və göndərilmiş sms-lər və işin digər faktiki halları Məhkum əməlində narkotik vasitənin məhz satış mə qsədi ilə əldə edilib, saxlanılmaqla daşınmasını ehtiva etdiyi halda, məhkəmənin sübutları əlaqəli şəkildə təhlil etməməsini və gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Məhkəmə Kollegiysası Məhkum məhkəmə istintaqı zamanı verdiyi “yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin hamsının ona məxsus olmaması” ilə bağlı ifadəsinin özünün müdafiə xarakterli daşımasını düzgün qiymətləndirsə də, sübutların qarşılıqlı təhlili aparılmamaqla və işin faktiki hallarını nəzərə almaqla Məhkum ibtidai istintaq zamanı ifadəsində irəli sürdüyü narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etməsi, daşıması və yaşadığı evdə saxlaması ilə bağlı dəlillərin də özünü müdafiə xarakterli daşıması nəticəsinə gəlməmişdir. Həmçinin, məhkəmə narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəti cələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisinin çox olmamasını əsas gətirməklə Rizavan Namazlının narkotik vasitə olan heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı qənaətə düzgün gəlməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum barəsində narkotik vasitələrin satışı ilə baqlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də şəxsi istehlak məqsədilə əldə edib saxlaması barədə düzgün olmayan qənaətə gəlmiş, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından çox olmaqla miqdarını və isin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək yeni apelly asiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid ed ilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmlərinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin mat eriallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təq sirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edil məsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu s əbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbayc an Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə ilə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblər inə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Gəncə Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...Narkotik vasitənin saxlanılması və daşınması üçün Məhkum tərəfindən istifadə edilmiş üsullar və davranışı (4,108 qram çəkidə heroini əldə etməsi, yaşadığı evin giriş qapısının yanında olan elektrik sayğacının üzərində kağıza bükülmüş üç ədəd sellofan bükümdə saxlaması) isə heç bir halda onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmiş olduğunu göstərmir. Məhkum həmin narkotik vasitəni hər-han sı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin çəkilib xırda bağlamaların hazırlanması üçün avadanlığın (tərəzinin) olması öz təsdiqini tapmamışdır. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən, satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində mötəbər mənbəyə əsaslanan heç bir məlumat yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli 4-cü bəndinin 2 və 3-cü hissələrində isə qe yd edilir ki, “törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur”. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək, belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə əməl edilərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymət ləndirilərək, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməm iş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2023-cü i l tarixli qərarında kassasiya protestinin dəlilləri əsasında qeyd olunmuş xüsusatları nəzərə alaraq, apellyasiya məhkəməsinin cinayət kollegiyası tərəfindən məhkəmə baxışında Azercell” MMC-dən götürülmüş CD diskdəki Məhkum istifadəsində olan ***-***-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl-müxtəlif vaxtlarda Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan SMS-lərin arasındaxx/xx/2021, 11:50:23, **********78, **********61, “Qaqa em 40 gatiram cavab ver yoidayam”; xx/xx/2021,13:25:03, **********02, **********61, “Бурдайам Мене ярым вер гедим”; xx/xx/2021, 08:17:54, **********78, **********61, “Saqoi 20 var qalxanda xabar eia”; xx/xx/20 21, 21:19:03, **********97, **********61, “Салам а Дайы менем, Тархан гелем йолдайам бидоне 35 ощумдеде шей вар”; 7/12/2021, 17:04:47, **********45, **********61, “a rizvan yuz qiram mal atdin ele bil pul verib alibsan beyaxdan yarim cet mala gore soymediyin soyus qalmadi utanmirsanmi hele balalarinin caninada and icirsen, elsenin sen telefonunu acirsan e yalandan deyirsen onnan gotururdum beyaxda camahata mal vermisen”; xx/xx/2022, 08:02:31, **********51, **********61, “Ayqa … 5 manat təmizdi sən balanın canı ağrıyıram”; xx/xx/2022, 08:04:06, **********51, **********61, “Sən balalarının canı kömək elə balamın canı təkəm ayqa"- mətnli SMS-lər mövcuddur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə ibtidai istintaq zamanı Şəmkir rayon X5 bölməsinin müstəntiqi, polis kapitanı Ra uf Sadıqov tərəfindən məhkəmə qərarı əsasında"xxxx" MMC-dən götürülmüş həmin CD diskdəki Məhkum istifadəsində olan ******-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilmiş və bununla bağlı 12 aprel 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Lakin həmin protokolda müstəntiq göstərmişdir ki, “Baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək olan vaxt ərzində aparılan danışıqlar və mesaj yazılarında cinayət işinin istintaqı üçün maraqlı olan məlumat aşkar olunmadı, diskdə olan məlumatlardan heç nə çap edilmədi”. Məhkum istifadəsində olan ***-***-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara dair Azercell” MMC-də n götürülmüş CD diskə apellyasiya məhkəməsində baxış keçirilərkən müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan SMS-lərin göndərildiyi- ”Azercell” mobil operatora məxsus olan dörd ədəd mobil nömrənin hər biri müxtəlif qadın abonentlərin adına rəsmiləşdirilmişdir. Bir ədəd SMS-nin göndərildiyi- NAR mobil operatora məxsus olan mobil nömrənin sahibi isə müəyyənləşdirilməmişdir. Həmin mobil telefon nömrələrinin faktiki istifadəçilərinin müəyyən edilib dindirilməsini, SMS-lərdəki məlumatların məhz narkotik vasitələrlə bağlı olub-olmasının aydınlaşdırılmasını, bunun nəticəsindən asılı olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də vaxtında ifşa olunmasını təmin etmək məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri keçirilməli olduğu halda, müstəntiq tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılması üçün vacib olan istintaq hərəkətləri aparılmamış, telefon zənglərini və SMSlərə dair məlumatları özündə əks etdirən- "xxxx" MMC-dən təqdim olunmuş CD diskdəki məlumatlar “iş üzrə əhəmiyyəti olmayan” kimi qimətləndirilərək cinayət işi üzrə sübut qismində qəbul olunmamış, ittiham aktında da sübutlar siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 32.2.3-cü maddəsinin tələblərinə görə, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir. Həmin Məcəllənin 85.2.1-ci maddəsinə əsasən m üstəntiq cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir: Cinayət-Prossesual Məcəlləsinin 124-cü maddəsinə əsasən sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunu r. Cinayət-Prossesual Məcəlləsinin 134.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş istintaq hərəkəti hesab olunan baxış protokolu sübut kimi istifadə oluna bilər. Həmin Məcəllənin 134.5-ci maddəsinin tələblərinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Cinayət-Prossesual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət-Prossesual Məcəlləsinin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq hərəkətləri həyata keçirmək vəzifələrini tam yerinə yetirməmişdir. Müstəntiq "xxxx" MMC-dən götürülmüş CD diskdəki Məhkum istifadəsində olan ******-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında 12 aprel 2022-ci il tarixli protokolu CinayətProssesual Məcəlləsinin tələblərinə uyğun tərtib etməmiş, qeyd olunan CD disk və oradakı məlumatlar sübut kimi qəbul edilmədiyindən, adı çəkilən 12 aprel 2022-ci il tarixli protokolun özü də sübut əhəmiyyətini itirmişdir. Cinayət-Prossesual Məcəlləsinin 387.5-ci maddəsinin t ələblərinə görə, apellyasiya şikayətində və ya apellyasiya protestində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlara istinad edilməsinə yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünün və ya onların həmin məhkəmə tərəfindən qəbul edilməməsinin əsaslandırıldığı halda yol verilir. Lakin İttiham tərəfi apellyasiya protestində "xxxx" MMC-dən götürülmüş CD diskə istinad etməmiş, bu disk və oradakı məlumatlar protestdə sübut kimi göstərilməmişdir. Cinayət-Prossesual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Bundan başqa, Cinayət-Prossesu al Məcəlləsinin 125.5-ci maddəsinin tələblərinə görə, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfi "xxxx" MMCdən götürülmüş CD diskin və həmin diskdə olan məlumatların sübut qismində qəbul edilməsinə etiraz etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Məhkum istifadəsində olan ******-**-** nömrəsinə daxil olmuş- “Qaqa em 40 gatiram cavab ver yoidayam”, “Бурдайам Мене ярым вер гедим”, “Saqoı 20 var qalxanda xabar eia”, “Салам а Дайы менем, Тархан гелем йолдайам бидоне 35 ощумдеде шей вар”, “a rizvan yuz qiram mal atdin ele bil pul v erib alibsan beyaxdan yarim cet mala gore soymediyin soyus qalmadi utanmirsanmi hele balalarinin caninada and icirsen, elsenin sen telefonunu acirsan e yalandan deyirsen onnan gotururdum beyaxda camahata mal vermisen”, “Ayqa … 5 manat təmizdi sən balanın canı ağrıyıram”, “Sən balalarının canı kömək elə balamın canı təkəm ayqa"- mətnli SMS-lər Məhkum tərəfindən cavablandırılmadığından, onun əleyhinə sübut kimi qəbul edilə bilməz. Cinayət-Prossesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin məcəllənin 397.3-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin və y a apellyasiya protestinin baxışı zamanı cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda və ya birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir. Belə halların mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum istifadəsində olan ***-***-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsinə daxil olmuş yuxarıda qeyd olunan SMS-lərin göndərildiyi mobil telefon nömrələrinin faktiki istifadəçilərini müəyyən edib dindirməklə, SMS-lərdəki məlumatların məhz narkotik vasitələrlə bağlı olub-olmasını aydınlaşdırmaqla və digər is tintaq hərəkətlərini aparmaqla (ittihamın həcminin və məzmununun dəyişməsinin mümkünlüyü baxımından) iş üzrə ittiham funksiyasını öz üzərinə götürmüş olardı. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Məhkum əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir...” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam ə sassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada gös tərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox ş əxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldi lmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin i ttihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum narkotik vasitəni məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyə nləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə koll egiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət iş i üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)477/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2175/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2175/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver