Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2176/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(101)-743/2022 hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4 və 32,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2022ci il tarixli, 1(103)-2026/2022 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2022-ci il tar ixdən hesablanmışdır. Həmin hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2026/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (X4 (sədrlik edən, məruzəçi), Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(101)743/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(103)2026/2022 nömrəli qərarından kassasiya şikayəti vermiş və prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində şikayətin verilməsi üçün buraxılmış müddətin üzrlü səbəbdən, yəni vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən, iradəsindən asılı olmayan hal baş verməsi ilə əlaqədar olduğunu qeyd etmişdir. Belə ki, onun ailəsində faciə baş vermiş, bu müddət ərzində özünə qapanmış və psixoloji sarsıntılar keçirmişdir. Eyni zamanda məhkumun kifayət qədər hüquqi savadı olmamışdır. Buna görə də o, kassasiya şikayəti vermə müddətini 02 (iki) ildən artıq müddətə ötürmüşdür. Bununla yanaşı, təqsirli bilindiyi 32.4,312.2-ci maddənin cinayət işindən xaric edilməli olduğunu qeyd etmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarına əsasən məhkumun törətdiyi bütün əməllər CM-nin 178-ci maddəsində əhatə olunur və 312-ci maddə il ə ittiham olunması doğru deyildir. Qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarının ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa olunmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasi ya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada 18 ay) müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin v erilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı o lmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu mə hkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səh hətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının cinayət prosessual qanu nvericiliyinin tələblərinə uyğun olaraq tərəflərə göndərilmişdir. Beləliklə Məhkum verdiyi vəsatət Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti 2 ildən çox müddət keçdikdən sonra daxil olmuşdur. Bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə heç bir əsas yoxdur. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 12 ay (köhnə redaksiyada 18 ay) müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin 2 (iki) il keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən müvafiq müddəti ötürülməklə verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri ya ranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2176/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2176/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver