Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2177/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 1(062)-6/2022 nömrəli (hakim: Mustafayev Nofəl Qara oğlunun sədrliyi) hökmü ilə xx.xx.1982-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, xxx-də qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum et mə cəzasının təyin edilməsi, ibtidai istintaq dövründə tutulduğu bir günün təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 79-cu maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin 13 aprel 2014-cü ildə anadan olmuş uşağı X18 14 yaşına çatanadək cəzasının çəkilməsinin təxirə salınması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli 1(104)-254/2022 nömrəli (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəç i), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 9 fevral 2022-ci il hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli 1(102)-224/2023 nömrəli (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya protesti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətd ə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli 1(104)-10/2024 nömrəli (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Tovuz Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur, ona görə ki, o, özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək ziyan vurmaq niyyəti ilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Tovuz rayonu X kəndində qeydiyyatda olan və yaşayan X9 məxsus Tovuz rayonu X kəndində yerləşən ümumi sahəsi 103,7 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində olan otağın birinə daxil olaraq özü ilə götürdüyü kibritlə otaqda kağız qutuya yığılmış X-lə bir yerdə həmin evdə yaşayan sonuncunun qızı Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarına od vuraraq yandırmaqla həmin evin birinci və ikinci mərtəbələrində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan ümumilikdə cəmi 13162 manat dəyərində yəni, hər biri 40 manat olmaqla ümumilikdə 800 manat dəyərində olan 20 ədəd bir nəfərlik yorğanı, hər biri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində 2 ədəd iki nəfərlik yorğanı, hər biri 136 manat olmaqla ümumilikdə 1632 manat dəyərində 11 ədəd bir nəfərlik döşəyi, 272 manat dəyərində 1 ədəd iki nəfərlik döşəyi, hər biri 50 manat olmaqla ümumilikdə 480 manat dəyərində 8 ədəd Türkiyə istehsalı olan yastığı, hər biri 50 manat olmaqla ümumilikdə 500 manat dəyərində 10 ədəd yastığı, hər biri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində 4 ədəd Azərbaycan istehsalı olan yun adyalı, 50 manat dəyərində 1 ədəd bir nəfərlik Azərbaycan istehsalı olan yun adyalı, 100 manat dəyərində 2 ədəd 2 nəfərlik Azərbaycan istehsalı olan yun adyalı, hər bir 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində Azərbaycan istehsalı olan 2 ədəd bir nəfərlik yun adyalı, hər biri 200 manat olmaqla ümumilikdə 800 manat dəyərində Azərbaycan istehsalı olan 4 ədəd xalçanı, 150 manat dəyərində Azərbaycan istehsalı olan 1 ədəd xalçanı, hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində Azərbaycan istehsalı olan 2 ədəd xalçanı, 200 manat dəyərində Azərbaycan istehsalı olan 1 ədəd dərin tarelka dəstini, 200 manat dəyərində 1 ədəd stəkan dəstini, 300 manat dəyərində 1 ədəd qazan dəstini, 250 manat dəyərində 1 ədəd qazan dəstini, 350 manat dəyərində 1 ədəd qazan dəstini, 50 manat dəyərində 1 ədəd qaşıq və çəngəl dəstini, 200 manat dəyərində 1 ədəd qaşıq dəstini, 100 manat dəyərində 1 ədəd qaşıq dəstini, 1000 manat dəyərində 1 ədəd serviz dəstini, 500 manat dəyərində 1 ədəd serviz dəstini, 250 manat dəyərində 1 ədəd boşqab dəstini, 100 manat dəyərində 1 ədəd boşqab dəstini, hər biri 120 manat olmaqla ümumilikdə 240 manat dəyərində hər biri 6 ədədlik 2 ədəd b akal dəstini, 300 manat dəyərində 1 ədəd qazan dəstini, 300 manat dəyərində Türkiyə istehsalı olan iki nəfərlik 1 ədəd çarpayı, hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində Azərbaycan istehsalı iki nəfərlik 2 ədəd çarpayı dəstini, hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində Azərbaycan istehsalı olan bir nəfərlik 2 ədəd çarpayı dəstini, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Türkiyə istehsalı olan bir nəfərlik 2 ədəd çarpayı dəstini, hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində Azərbaycan istehsalı olun iki nəfərlik 2 ədəd çarpayı dəstini, 300 manat dəyərində 1 ədəd kosmetika dəstini, cəmi 1000 manat dəyərində 5 dəst don və koftadan ibarət geyim əşyasını, 200 manat dəyərində bir ədəd çantanı, 150 manat dəyərində 1 ədəd duflini, 500 man at dəyərində alt paltarlarını, hər biri 200 manatdan cəmi 400 manat dəyərində idman paltarını, hər biri 200 manatdan cəmi 400 manat dəyərində 2 ədəd donu. X9 məxsus ümumi sahəsi 103,7 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin 16289 manat dəyərində əşyalarını və X-ə məxsus ümumilikdə cəmi 15008 manat dəyərində, yəni hər biri 136 manat olmaqla ümumilikdə 1088 manat dəyərində 8 ədəd bir nəfərlik döşəyi, hər biri 40 manat olmaqla ümumilikdə 400 manat dəyərində 10 ədəd bir nəfərlik yorğanı, hər biri 50 manat olmaqla ümumilikdə 1000 manat dəyərində 20 ədəd yastını, hər biri 50 manat olmaqla ümumilikdə 300 manat dəyərində Azərbaycan istehsalı olan 6 ədəd xalçanı, bir metri 20 manat olmaqla ümumilikdə 1600 manat dəyərində 80 metr pərdələri, hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyəri ndə Azərbaycan istehsalı olan 2 ədəd paltar şifoneri, 800 manat dəyərində 1 ədəd divan dəstini, hər biri 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində 3 ədəd bir nəfərlik çarpayını, 200 manat dəyərində 1 ədəd termonu, 500 manat dəyərində 1 dəst stol və stul dəstini, 300 manat dəyərində 1 ədəd korkanı, hər biri 40 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 30 ədəd döşəkcəni, 1 metri 2 manat olmaqla ümumilikdə 200 manatlıq 100 metr karnizi, hər biri 50 manat olmaqla ümumilikdə 250 manat dəyərində 5 ədəd kilimi, X-ə məxsus olmaqla gəlini X4 istifadəsində olan 500 manatlıq paltonu, hər biri 200 manat olmaqla ümumilikdə 6 ədəd donu, hər biri 60 manat olmaqla ümumilikdə 300 manat dəyərində 5 ədəd jaketi, hər biri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd ayaqqabını, 1 ədəd 600 manat dəyərində Türkiyə istehsalı olan xalçanı, hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində Azərbaycan istehsalı olan 2 ədəd xalçanı, hər bir 100 manat olmaqla ümumilikdə 500 manat dəyərində Azərbaycan istehsalı olan 5 ədəd adyalı, hər biri 100 manat olmaqla ümumilikdə 400 manat dəyərində 4 ədəd pastel dəstini, 350 manat dəyərində 1 ədəd şkafı, 300 manat dəyərində 1 ədəd qazan dəstini, hər biri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində servizi, 100 manat dəyərində 1 ədəd boşqabı, 100 manat dəyərində 1 ədəd qaşıq dəstini, hər biri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində bir nəfərlik 3 ədəd yorğanı, 80 manat dəyərində iki nəfərlik 1 ədəd yorğanı, hər biri 136 manat olmaqla ümumilikdə 408 manat dəyərində iki nəfərlik 3 ədəd döşəyi, 272 manat dəyərində iki nəfərl ik 1 ədəd döşəyi, 6 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 300 manat dəyərində içərisində qaz tükü olan yastığı, 1000 manat dəyərində Azərbaycan istehsalı olan divan dəstini, yəni ümumilikdə cəmi 44459 manat dəyərində özgənin əmlakı qəsdən yandırılmaqla məhv edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, cinayət nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə vurulmuş 44.459 manat maddi ziyanın onun tərəfindən könüllü olaraq tam və ya qismən ödənilməsi, eləcə də ziyanın aradan qaldırılması və ya azaldılmasına cəhd edilməmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi Məhkum hazırki cinayət əməlini törətməzdən əvvəl də Tovuz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 121-ci, yəni «ananın yeni doğduğu uşağı qəsdən öldürməsi» maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, 1 il sınaq müddəti müəyyən olunmaqla həmin cəzanın şərti olaraq tətbiq edilməsi müəyyən edilmişdir. Göründüyü kimi tətbiq olunmuş cəzanın çəkilməsinin təxirə salınması Məhkum islah olunması üçün yetərli sayıla bilməz. Məhkum barəsində CM-in 79-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salı nması sosial ədalətin bərpasına, məhkumların islah olunmalarına və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almasına xidmət edə bilməz. Məhkum barəsində CM-in 79-cu maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınması törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun deyildir. Birinci instansiya məhkəməsi Məhkum qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü övladı dörd yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək təxirə salmaqda haqlı olmamış, qəti cəza təyin etməklə CM-in 79-cu maddəsini tətbiq etmədən cəza təyin etməli olduğu halda, cinayət qanununun normasını düzgün tətbiq etməmişdi r. Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşaraq, qərarda onun möhkəmləndirilməsinə xidmət edən əsaslandırma aparmış, cinayət işinin hallarını nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək hal-hazırda yeganə övladının onun himayəsində olmasını nəzərə alıb kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, onun barəsində CM-in 79-cu maddəsinin tətbiq edilməsinin əsassız olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-i n 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, məhkumun isə təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş özgənin əmlakını qəsdən yandırılmaqla məhv edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışd ır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu, şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı və CM-in 79-cu maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınmasının törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəs i haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tə dbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmi şdir. Belə ki, cinayət işinin materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Onun anası Məhkum, atası X17r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 13 oktyabr 2019-cu ildə ölmüşdür. Cinayət işinin materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X18 anası M əhkum himayəsindədir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinin sanksiyası həddində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Həmin cəzasının çəkilməsi CM-in 79.1-ci maddəsinə əsasən himayəsində olan 13 aprel 2014-cü il təvəllüdlü oğlu X18 14 yaşına çatanadək təxirə salınmasını hökm etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsinin himayəsində olan azyaşlı övladının 14 yaşınadək təxirə salınması barədə nəticəyə gələrkən düzgün olaraq onun ailə vəziyyətini, yəni 1 azyaşlı uşağının onun himаyəsində olmasını nəzərə almışdır. Belə ki, CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd olunan qanun normasının məzmunundan göründüyü kimi, qanunverici Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiqinə törədilmiş cinayətin xarakteri, ağırlıq və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi şəraitindən asılı olaraq məhdudiyyət müəyyən etməmiş, yalnız həmin maddənin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə tətbiq olunmasına istisnalar müəyyən etmişdir. Göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində on dörd yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-in 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nə zərə alınmalıdır: birincisi təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. CM-in 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasi yasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamı ş uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına na il olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Hazırki işin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarında həmçinin görünür ki, məhkəmələr məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsini tətbiq edərkən, məhkumun şəxsiyyətini və məişətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun nəticələrini, məhkum edilmiş şəxsin fərdi əmək fəaliyyətini və uşağa layiqli həyat şəraitini təmin edə bilməsini, onun qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşağa zəruri valideyn qayğısı və tərbiyəsini təmin edə bilməsini nəzərə a lmışdır. Belə olan halda Məhkum barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni və əsaslı nəticə kimi qiymətləndirilə bilər. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkum barəsində təyin edilmiş cəzanın çəkilməsinin azyaşlı övladının 14 yaşına çatanadək təxirə salınmasını qeyriqanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də q eyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli, Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 9 fevral 2022-ci il t arixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2177/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2177/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver