Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2177/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X6 və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakları ilə, Əliyev Müşviq Yaşar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə bəra ət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-576/2025 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs Əliyev Müşviq Yaşar oğlu 30 mart 1973-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə yaşayır.
2. Bəraət almış şəxs Əliyev Müşviq Yaşar oğlun a ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 5 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri “Papanin" kimi tanınan ərazidə, naməlum şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan 20 manat müqabilində bir ədəd sellofana bükülmüş təmiz çəkisi 5,777 qram külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 5 aprel 2023-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Yeni yol küçəsi “Xocasən” kafesinin yaxınlığında piyada olan zaman Binəqədi rayon Polis idarəsinin 40-cı Polis Böbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi rayon Polis idarəsinin 40-cı Polis bölməsinə aparılmış və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 5,777 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X17 (sədrlik edən), X8 və X4 ibarət məhkəmə təkibində) 16 yanvar 2024-cü il tarixli, 1(101)-567/2024 nömrəli h ökmü ilə Əliyev Müşviq Yaşar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.11-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcının 5.4.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Əliyev Müşviq Yaşar oğlunun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən), X5 və X2 ibarət məhkəmə tərkibində) 19 mart 2024-cü il tarixli, 1(103)-684/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Əliyev Müşviq Yaşar oğlunun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Əliyev Müşviq Yaşar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Əliyev Müşviq Yaşar oğlu kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən), X15 və X3 ibarət məhkəmə tərkibində) 8 yanvar 2025-ci il tarixli, 1(102)-95/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Əliyev Müşviq Yaşar oğlunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən), X20 və X9 ibarət məhkəmə tərkibində) 29 may 2025-ci il tarixli, 1 (103)576/2025 nömrəli hökmü ilə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsi, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-567/2024 saylı, 16 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, X10 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuror luğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
10. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticəyə, onun hüquqi əsaslandırılmasına, cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, ibtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da Müşviq Əliyevin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşıması və saxlaması sübuta yetirilmişdir.
11. Dövlət ittihamçısı şərh olunan cinayətin formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilməsinə istinad edərək, məhkəmənin bu tələbləri və sərhədi nəzərə almayan - qarışdırıcı mövqeyi hazırki cinayət işində digər sübutların yoxlanması, çəkişmə və ədalətli məhkəmə araşdırılması prinsiplərinin pozulmasına səbəb olmaqla yanaşı, həmin sübutların taleyinə də öncədən qiymət verilməsi ilə nəticələnmişdir, bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 143-146-cı maddələrinin tələblərini pozaraq və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə Əliyev Müşviq Yaşar oğluna əsassız bəraət verdiyini qeyd etmişdir.
12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tu tulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-576/2025 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
14. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azında n həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Əliyev Müşviq Yaşar oğlunun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-576/2025 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) t örədilməsi cinayət məsuliyyəti yaradır”.
22. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
23. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, Əliyev Müşviq Yaşar oğlunun satış məqsədi ilə külli miqdarda 5,777 qram olan psixotrop maddə metamfetamini əl də edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir. Məhkəmə bəraət hökmündə aşağıdakı əsaslarla çıxış etmişdir.
25. Belə ki, bəraət almış şəxs Əliyev Müşviq Yaşar oğlu qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tanışı Şahid3 vergi borcunu bağlaması üçün mühasibə pul versə də, pul mühasib tərəfindən dövlət büdcəsinə ödənilməmiş və mənimsənilmişdi. Onlar da bununla bağlı prokurorluğa şikayət etmişdilər. Prokurorluq onları 40-cı Polis Bölməsinə yönləndirdi. Mühasibi bölməyə çağırıb ondan etirafedici izahat aldılar. Təxminən bir həftə sonra, 05 aprel 2023-cü il tarixində, günorta radələrində Səbuhi ilə bölməyə getdilər. Mühasib tərəfindən verilmiş ərizə yoxa çıxdığı üçü n polis bölməsində əməkdaşlarla mühabisələri yaşandı. Onları ona görə bölmədən qovdular. Bu səbəbdən həmin gün saat 17 radələrində 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb dedi ki, “rəis səni istəyir”. O, bunun öz şikayəti ilə bağlı olduğunu zənn etdi. Polis əməkdaşları öz avtomobili ilə bölməyə getməyinə icazə verdilər. Maşını bölmənin qabağında saxlayıb, telefonu təhvil verib bölməyə daxil oldu. Onu arxiv otağına düşürdülər. On beş dəqiqə sonra polis əməkdaşları ona dedi ki, üzərinə narkotik və silah götürməlisən. Bunun səbəbini soruşanda dedilər ki, belə əmr verilib, üzərinə götürməsə, övladını da gətirəcəklər. O da bundan qorxub onların dediklərini etməyə məcbur qaldı. Proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik istifadəçisi olmayıb. Ondan istintaq v axtı narkotiklə bağlı analiz götürülməyib. Polis əməkdaşları saat 16:30-17:00 radələrində evinə gəlmişdilər. Həmin gün saat 09 radələrində Meyvəli bazarında olub. Malı oradan alıb dükana boşaldıb. Sonra isə Nizami metrosu yaxınlığındakı 3 saylı Poliklinikaya gedib.
26. Həmçinin, apellyasiya baxışı zamanı Əliyev Müşviq Yaşar oğlunun ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Belə ki, təxminən 1 ay olar ki, el arasında patı kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqa üzərində çəkməklə istifadə edir. 05 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 20 manat pul verməklə bir büküm metamfetamin alıb əynində olan qara rəngli şalvarının sağ yan c ibinə qoyub avtobusla Xocasən qəsəbəsində evinə gəlmişdir. Həmin gün saat 19:00-da yaşadığı evdən çıxıb marketə gedən zaman evinin yaxınlığında yerləşən “Xocasən” kafesinin yaxınlığında iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitə saxlamasından və istifadə etməsindən məlumatları olduqlarını bildirmiş, daha sonra onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman üzərinə baxış keçirilməmişdən əvvəl ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim olunmuş və o siyahıda göstərilən hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Sonra video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş içərisində metamfetamin olan bir bükümü təqdim etmiş və həmin maddəni şəxsi istifadəsi üçün həmin günü səhər saatlarında Bakı şəhərində yerləşən “Papanin” deyilən ərazidən adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi özünə məxsus “Samsunq A50" model mobil telefon və üzərindən aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq zərfə qoyulmuş və zərf möhürlənmişdir. O, bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur. Metamfetamini aldığı adamı ilk dəfədir ki, görürmüş.
27. Əliyev Müşviq Yaşar oğlunun şəxsi axtarış aparılması zamanı verdiyi “qismən etiraf edici” ifadələrinin işin fak tiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi onun qeyd edilən ifadəsinə şübhə ilə yanaşmış və bu ifadələri ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin Əliyev Müşviq Yaşar oğlunun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
29. Belə ki, adı çəkilən qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin b ilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
30. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Əliyev Müşviq Yaşar oğlu həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istin taqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadələri cinayət işi materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir.
31. Göründüyü kimi, cinayət işi üzrə ittiham tərəfinin istinad etdiyi, dövlət ittihamçısının kassasiya protestinin əsasını təşkil edən bəraət almış şəxsin ibtidai araşdırma zamanı (ibtidai istintaqın ilkin mərhələsində) vermiş olduğu qismən etirafedici ifadəsi yuxarıda qeyd edilən şəkildə təkzib edilməklə, cinayət işi üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Hətta kollegiya xüsusilə qeyd edir ki, M.Əliyev ibtidai araşdırma zamanı belə yalnız şəxsi axtarışa məruz qalarkən qismən etirafedici ifadə vermiş, istər şübhəl şəxs qismində, istərsə də təqsirlən dirilən şəxs qismində ifadəsi alınarkən psixotrop maddələrin dövriyyəsi ilə heç bir əlaqəsinin olmadığını qeyd etmişdir.
32. Göründüyü kimi, bəraət almış şəxsin həmin ifadəsi apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında öz əksini tapan sübutların apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlarla əlaqəli təhlili və tədqiqinə əsasən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması əsaslarından biri qismində çıxış etmişdir.
33. Kollegiya qeyd edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutların təkrarən sadalanması üzərindən qurulmuşdur. Belə ki, protestin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların düzgün, tam və hə rtərəfli tədqiq edilməməsi qeyd edilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən bəraət almış şəxsin ifadəsində qeyd etdiyi onun tutulma səbəbinin mühasibdən verdikləri şikayət üzrə ərizənin polis bölməsindən yoxa çıxmasına görə polis bölməsinin əməkdaşları ilə mübahisə yaşamaları üzərindən apardığı araşdırma nəticəsində əldə etdiyi sübutları ittiham tərəfi həqiqi mənada görməzdən gəlmiş, həmin sübutlarla bağlı nəinki onları təkzib edəcək dəlil gətirilməmiş, ümumiyyətlə protestinin dəlilləri qismində istinad etdiyi sübutlar siyahısında belə qeyd etməmişdir. Qeyd edilən fakt ittiham tərəfinin kassasiya müraciətinin formal mülahizələrdən ibarət subyektiv mülahizə olması qənaətinə gəlməyə əsas verir.
34. Kassasiya kollegiyası sadalanan halları, həmçinin cinayət işi materiallarında olan, apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmiş həmin hallara istinadən dövlət ittihamçısının kassasiya protestinə münasibətdə qeyd edir ki, Əliyev Müşviq Yaşar oğlundan ibtidai istintaqın ilkin mərhələsində alınmış “qismən etirafedici” izahata, şahidlər polis əməkdaşları olan Şahid1 və Şahid2 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, apellyasiya instansiya məhkəməsinin həmin izahat və ifadələri, 5 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.
35. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasə n (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
36. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
37. Apellyasiya instan siya məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır.
38. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlardan məhkəmə-kimyəvi ekspertizasının 6 aprel 2023-cü il tarixli rəyinə gəldikdə, ekspert rəyi psixotrop maddənin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – Əliyev Müşviq Yaşar oğlunun psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (“axtarış-baxış və götürmə” protokolunun əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermir.
39. Belə olan halda, məhkəmənin təqdim olunmuş sübutların Əliyev Müşviq Yaşar oğlunu ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz.
40. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edil məlidir.
41. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
42. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 3 3.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
43. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
44. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üz rə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). 45. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
46. Əliyev Müşviq Yaşar oğlunun verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin Əliyev Müşviq Yaşar oğluna Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
47. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
48. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Əliyev Müşviq Yaşar oğlunun təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-576/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Əliyev Müşviq Yaşar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-576/2025 nömrəli hökmü Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.