Məhkəmə qərarları › İş №1(102)-2179/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2179/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2179/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxxx 1980-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, rəsmi olaraq işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarix li, 1(011)-272/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(103)-342/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə verilmiş əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il ta rixli, 1(001)144/2023 nömrəli hökmü ilə (hakim: A.Ə.Rzayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə, CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunması və ona 1 (bir) il 6 (altı) ay sınaq müddətinin təyin edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum üzərinə sınaq müddəti ərzində onun davranış ına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti isə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmdən CM-in 70-ci maddəsinin tətbiqi barədə müddəalar xaric edilmiş, Məhkum məhkəmə iclas zalından dərhal həbs edilmiş, birinci instansiya məhkəməsi tərəfindən CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 3 (üç) ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 10 gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarından müdafiəçi Ə.Ə.Zeynalov tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmas ı ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuraraq xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Məhkum 21 may 2022-ci il tarixdə, səhər saat 12.00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən «Qala» kafesində Zərərçəkmiş şəxs aralarında olan münasibətlərdən irəli gələrək özünə pul verməsini istəyən zaman sonuncunun ona pul verməsindən imtina etməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ictimai iaşə obyekti hesab edilən "Qala” kafesinin həyətində orda olan işçi və müştərilərin narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla Zərərçək miş şəxs ünvanına nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib əlində olan insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi əşya ilə vurub zor tətbiq edilməsi ilə müşayiət edilən "sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alın- almacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığıntısı, sağ yana ğın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Zeynalov Əbülfəz Əli oğlu kassasiya şikayətini (əlavə nəzərə alınmaqla) onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum əməli düzgün tövsif olunmamış, sübutlar düzgün və hərtərəfli tədqiq edilməmiş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli b ilinmişdir. Belə ki, kassasiya şikayətində işin faktiki hallarını mübahisələndirən müdafiəçi Məhkum zərərçəkmiş şəxslə arasında baş vermiş mübahisə şəxsi münasibətlər zəminində baş verdiyini, Məhkum zərərçəkmiş şəxsə bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən yerə yıxıldığını, sonuncunun silah qismində hər hansı bir əşyadan istifadə etmədiyini, mübahisənin kafenin arxasında heç kimin olmadığı yerdə baş verdiyini, hadisə zamanı iş üzrə şahid həmçinin özünün əmisi oğlu Şahid1 orada olmadığı və hadisəni görmədiyini, hadisə zamanı Elton adlı şəxsin orada olduğunu, başqa heç kəsin olmadığını bildir. Müdafiəçi Ə.Ə.Zeynalov hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 127.2.3 və 221.3-cü maddələrindən CM-nin 127.1-ci maddəsinə tövsif etməklə, CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Sonradan verilmiş kassasiya şikayətinə əlavədə isə məhkumun əməlini CM-nin 127.1-ci maddəsinə tövsif edilməklə zərərçəkmişlə barışdığı üçün CM-in 73.2-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasi ya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qayda sında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ə.Ə.Zeynalov kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi Məhkum əməlinin Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, CM-in 73.2-ci maddəsi tətbiq edilməklə sonuncunun cinayət məsuliyyətindən azad edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasl ar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi Ə.Ə.Zeynalovun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkr et cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tap an və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilə n şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 14 4, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi p rinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmas ında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə Zərərçəkmiş şəxs, həmçinin Şahid1 həm ibtidai istintaq dövründə həmdə apellyasiya instansiya məhkəməsində vermiş olduqları ifadələri, məhkəmə tibbi ekspertizasının 21 may 2022-ci il tarixli, 1007 saylı və 18 noyabr 2022-ci il tarixli, 51/1007 saylı rəyləri əsas olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə ilk növbədə Məhkum qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında əks olunmuş obyektiv cəhətin zəruri əlamətinə məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi t əsbit edilmişdir. CM-in 221.3-cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə....müşayiət olunması” müəyyən etmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qay danı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin edilməsində istifadə edilən alət və vasitə, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında istinad olunan “silahdan və ya silah qismində istifadə olunan əşyalar” cinayətin obyektiv tərəfini səciyyələndirən zəruri əlamət kimi çıxış edir. CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Həmçinin cinayət əməlinin təsviri verilərkən təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkib inin zəruri və fakultativ elementi kimi göstərilən bu və ya digər hal nəzərdən qaçırılmamaqla dəqiq müəyyən edilməlidir. Belə ki, zəruri və fakultativ əlamətlərin müəyyənləşdirilməsi ayrıayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Eynilə, əgər şəxsin təqsirli bilindiyi CM-in müvafiq maddəsinin dispozisiyasında cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olaraq cinayətin obyektiv tərəfini səciyyələndirən zəruri əlamətlə (CM-nin 221.3-cü maddəsində istinad edilmiş silah və ya silah qismində istifadə olunan əşya) əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin zəruri əlamət - hazırkı işin kontekstində cinayətin törədilməsi üçün istifadə edilmiş alət və vasitənin müffəssər təsvi ri verilməklə göstərilməlidr. Aydın məsələdir ki, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan qərəzli xuliqanlıq hərəkətləri odlu silah, soyuq silah, eləcə də silah qismində istifadə olunan əşya tətbiq etməklə törədilə bilər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli Qanunu Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Silah qismində istifadə olunan əşyalara gəldikdə isə istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir söz lə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Bu baxımdan cinayət işi üzrə silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yaranmasının müəyyən edilməsi üçün həmin əşyanın cinayətin alət və vasitəsi kimi faktiki maddi sübut qismində müəyyən edilməsi və yaxud məhvetmə xüsusiyyətinə malik olmasını təsdiq edən mötəbər dəlillərin olması mütləqdir. Lakin ibtid ai istintaq tərəfindən irəli sürülmüş ittihamda, həmçinin birinci və apellyasiya məhkəmələrinin məhkəmə aktlarında Məhkum təqsirli bilindiyi cinayət əməlinin təsvirində qərəzli xuliqanlıq cinayətinin tərkibinin obyektiv cəhətin zəruri əlaməti konkret qeyd olunmamış, CM-nin 221.3-cü maddəsinin dispozisiyasında əks olunmuş müddəalar birə bir köçürülməklə aşağıdakı kimi verilmişdir. “Məhkum 21 may 2022-ci il tarixdə, səhər saat 12.00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən «Qala» kafesində...... bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib əlində olan insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi əşya ilə vurub zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlı hərəkətlərinə yol vermişdir.” Göründüyü kimi birinci və apellyasiya məhkəmələri Məhkum cinayət əməlinin təsvirində nəinki tətbiq edilməsi ehtimal olunan silah qismində istifadə olunan əşyanın yuxarıda göstərilən xüsusiyyətə - yəni məhvetmə xüsusiyyətinə malik olub-olmamasını, hətta ümumiyyətlə həmin əşyanın özünün nədən ibarət olmasını göstərməməklə sadəcə olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında əks olunmuş müddəaları (silah qismində istifadə olunan əşya tətbiq etməklə) məhkəmələrin özlərinin müəyyən olunmuş saydığı cinayət əməlinin təsvirinə köçürməklə kifayətlənmişlər və mücərrəd əşyadan çıxış etməklə Məhkum qərəzli xuliqan hərəkətlərinə yol verməsi barədə yekun nəticəyə gəlmişlər. Halbuki yuxarıda istinad olunan cinayət və cinayət prosessual normalardan və Ali Məhkəmənin Plenumunun izahın dan görünür ki, şəxsə qarşı irəli sürülmüş ittiham və bu ittiham üzrə məhkəmə qənaəti konkret olmalı, cinayətin hansı üsulla törədilməsi, müvafiq üsulu təşkil edən hərəkətlər, istifadə edilmiş alət və vasitələr və bu faktiki halların sübuta yetirilmiş hesab edilməsi barədə nəticə qəbul edilən prosessual sənədlərdə uzlaşan sübutlarla səlist əks etdirilməlidir. Bundan başqa müdafiə tərəfi hazırkı işlə bağlı vermiş olduğu apellyasiya şikayətində məhkum edilmiş şəxsin əməllərinə düzgün hüquqi qiymətin verilməsində şahid ifadələrinin həlledici rol oynamasını, verilmiş ittihamın məhz zərərçəkmiş Zərərçəkmiş şəxs ziddiyyətli ifadələri əsasında qurulmasını, həmçinin Məhkum ittiham əks olunduğu mücərrəd əşya ilə zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini, ümumiyyətlə mübahisənin şəxsi münasibətlər z əminində baş verməsini, baş vermə səbəbinin isə X11 əmək haqqı qismində ödənilməli olduğu məbləğin verməməsi ilə bağlı olduğu iddia etmişdir (faktiki olaraq məhkumun həm ibtidai istintaq, həmdə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrindən çıxış etmişlər). Belə olan halda apellyasiya məhkəməsi cinayət işi üzrə məhkum edilmiş şəxsin əməllərinə düzgün hüquqi qiymət verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün 21 may 2022-ci il tarixdə, səhər saat 12.00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən «Qala» kafesində baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymət verməli, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizmi, cinayət törəd ilərkən istifadə edilmiş alət və vasitənin təsvirini verməklə digər halları nəzərə almalı idi. Eyni zamanda iş üzrə obyektiv həqiqətə nail olunması üçün məhkəmə tərəfindən cinayət prosesi iştirakçılarının vermiş olduğu ifadələr tədqiq edilməli, onların ifadələrində birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab etməli, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verilməli idi. Lakin, qeyd olunan halların müəyyən olunmuş sayılmasına dair apellyasiya məhkəməsinin qənaətini cinayət işinin materialları ilə müqayisə etdikdə, aydın olur ki, bu qənaət baxılmış sübutlarla uzlaşmır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə görə həmin gün o,........ «Qala» kafesinin arxasında boşluq olan keçid tipli yerlə hərəkət etmişdir ki, bu zaman o telefonu qulağında danışaraq hərəkətdə olmuşdur ki, arxadan nəsə sifətinə dəymiş və o geri dönən zaman Xin əlində olan təsvir edə bilməyəcəyi dəmir parçası ilə onun sifətindən vurmasını görmüş və o bir qədər huşunu itirib yerə yıxılan zaman o yenə əlində olan dəmir parçası ilə onun ayağına zərbə endirmiş və o yerə yıxılmışdır. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs proses iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab verərək göstərmişdir ki, 4 ildir Xi tanıyır, Xin ona xəsarət yetirərkən onun əlində heçnə görməmiş, X ondan zəhmət haqqı tələb etmiş o, da verə bilməyəcəyini demiş, hadisənin 1 dəqiqə çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Zər ərçəkmiş şəxs bildirmişdir: may ayında Məhkum ilə kafedə oturmuşduq, mübahisəmiz düşdü. X əvvəllər mənim yanımda işləyirdi, sonra işlər zəiflədi deyə yanımdan göndərdim. Bir gün sonra X mənə dedi ki, mən sənin yanında işləmişəm, mənə 100 manat pul verməlisən. Mən də dedim ki, iş yoxdur, mən sənə o pulu verə bilmərəm. Buna görə mübahisəmiz yarandı, daha sonra mən aralanıb kafenin arxası ilə telefonla danışaraq gedirdim, X arxadan gəldi və əlindəki nəynənsə məni vurdu, huşumu itirib yerə yıxılanda ayağıma vurdu, ayağım sındı. Eyni zamanda ona ünvanlanmış sualları cavablandırarkən Məhkum əlində olan əşyanı tam görə bilmədiyi amma dəmir olduğu zənn etdiyini, ayaq və üz nahiyyəsinə xəsarətlərin ayrıayrı dəmir parçaları ilə yetirdiyini, Xin onu qarşılığında isə onun Xin ünvanına nalayıq ifadəl ər işlətdiklərini, hadisədən bir həftə əvvəl Xi iş dalınca göndərdiyini, X də hadisə günü gəlib ondan 100 manat tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs az ağır xəsarətin dəmir parçası yetirilməsini yaxın qohumu (əmisi oğlu) şahid X9 ibtidai istintaq zamanı təsdiq etdiyi halda (şahidin ifadəsi kopyuter vasitəsi ilə yazılmış və zərərçəkmiş şəxsin ifadəsi ilə birə bir eynilik təşkil edir) birinci instansiya məhkəməsində ifadə verərək hadisəni bilavasitə görmədiyini, x2ın üzünün qanaması gördüyünü, ibtidai istintaq zamanı elan edilmiş ifadəni vermədiyi, bunun müstəntiq tərəfindən yazıldığını, apellyasiya məhkəməsində isə hadisəni bilavasitə görmədiyini, x2ı o vəziyyətdə gördüyündən ibtidai istintaqda hadisəni görməsi ilə bağlı ifadə verdiyini, x2ın ona X tərəfindən beşbarmaq və dubinka i lə vurduğunu bildirdiyini qeyd etmişdir. Apellyasiya baxışı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, o Məhkum və Zərərçəkmiş şəxs iş yoldaşı kimi tanımış, hadisə günü X və x2 mübahisə etmişlər, X söyüş söymüş, daha sonra onlar kafenin arxasında mübahisəyə davam etmişlər, o həmin vaxt telefonla danışmış, X x2ı arxadan vurmuş, Xin x2ı necə vurmağını, ya da əlində nəsə olmağını görməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların bu dərəcədə uzlaşmadığı, hətta zərərçəkmiş şəxsin ifadəsi ilə ziddiyyət təşkil etdiyi (Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı “Xin onu təsvir edə bilməyəcəyi dəmir parçası ilə vurduğunu”, birinci instansiya məhkəməsində “Xin ona xəsarət yetirərkən onun əlində heç nə görmədiyini” apellyasiya məhkəməsində isə “Ayaq və üz nahiyyəsinə X tərəfindən xəsarətl ərin ayrı-ayrı dəmir parçaları yetirildiyini”, həmçinin şahid X5 “X tərəfindən beşbarmaq və dubinka ilə vurduğu” barədə müxtəlif fərziyyələr irəli sürmüşdür) vəziyyətdə, şahidlər X6 və zərərçəkmiş şəxsin əmisi oğlu olan X4 hadisəni bilavasitə görmədikləri, həmçinin Məhkum zərərçəkmiş şəxsə xəsarətin yumruqla yetirdiyini israr etdiyi halda birinci və apellyasiya instansiyası məhkəmələrinin faktiki halların hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş şəraitdə mövcud olması barədə nəticəyə gəlmələrini yuxarıda qeyd edilən məhkəmə hökmün əsaslılığına dair tələblə yanaşı, həm də sübutetməyə dair cinayət-prosessual normaların pozuntusu kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əssən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. CPM-in 146.1-ci maddəsinə görə “cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəl məyə imkan versin”. Bu cür, yəni toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə etibarlı sayıla bilməz. Digər tərəfdən zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri (“Xi 4 ildən artıq tanıması, onun yanında işləməsi, hadisədən bir həftə əvvəl müvafiq iş dalınca göndərməsi, bunun müqabilində Xin də hadisə günü gəlib ondan 100 manat tələb etməsi”), Məhkum ifadələri (“mən bazara getmişdim, x2 pulumu verməmişdi, demişdi ki, sabah verərəm amma verməmişdi. Mən də bir gün sonra gedib pulumu istədim, aramızda mübahisə düşdü”) ilə faktiki olaraq üst üstə düşdüyü halda, həmçinin məhkum və müdafiəçisi mübahisənin şəxsi münasibətlər zəminində baş verməsi (baş vermə səbəbinin X11 Quliyevə əmək haqqı qismində ödənilməli olduğu məbləğin verməməsi olmuş) haqqında tutarlı dəlilər irəli sürdükləri şəraitdə aşağı instansiya məhkəmələri mübahisələndirlən hallarla bağlı keyfiyyətli araşdırma aparmamışlar (irəli sürülmüş dəlilər müdafiə tərəfi üçün həlledici rol oynadığı halda), şablon sözlərdən istifadə etməklə, heç bir müfəssəl təhlil vermədən həmin iddiaları rədd etmişlər. Kollegiya hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırılma tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz, əksinə göstərilən xüsusatlar məhkəmələr tərəfindən natamam və səthi araşdırmanın aparılmasının göstəricisi kimi çıxış edir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məh kəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olun ub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri proses iştirakçıları tərəfindən mübahisələndirildiyi halda (bununla bağlı tələbləri), həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətind ə olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da hərtərəfli məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkü n olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdaf iəçi Zeynalov Əbülfəz Əli oğlunun kassasiya şikayəti (əlavə ilə birlikdə) qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(103)342/2024 nömrəli qərarı ləğv edilməli (Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi hissəsi istisna olunmaqla), cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Zeynalov Əbülfəz Əli oğlunun kassasiya şikayəti (əlavə ilə birlikdə) qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(103)-342/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar