Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-218/2019 20.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 218/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "20" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.İ.Rüstəmov, hakimlər Z.B.Qasımov və D.H.İmanovdan ibarət tərkibdə) xx xxxxx 1960-cı ildə Tovuz rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əhmədabad kəndində Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək lə, 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə X6 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 15 kiloqram 445 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz daşıyaraq yaşadığı Tovuz rayonunun Abdal kəndindəki fərdi həyət evinə gətirərək həyətyanı sahədə yerləşən əl damma gətirdikdən sonra həmin narkotik vasitənin 295 qram olan hissəsini qohumu X3 bəxşiş olaraq verdikdən sonra narkotik vasitənin qalan 15 k iloqram 150 qram olan hissəsini fərdi həyət evinin həyətyanı sahəsində yerləşən əl damında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə Tovuz rayon polis şöbəsinin əməkdaşlarının 31 dekabr 2016-cı il tarixdə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində X3 həmin tarixdə saat 1210-da Tovuz rayonunun Alakol kəndində idarə etdiyi VAZ-2107 markalı AZ50-BE1-524 qeydiyyat nişanlı avtomobildə saxlanıldıqdan sonra keçirilən baxış zamanı narkotik vasitə qurudulmuş marixuananın 295 qram olan hissəsi X3ün idarə etdiyi VAZ-2107 markalı AZ50-BH- 524 qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerindən bir ədəd rəngsiz polietilen torbada aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 yanvar 2017-ci il tarixdə saat 0010-da yaşadığı Tovuz rayonunun Abdal kəndindəki fərdi həyət evində saxlanılmış, onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni 15 kiloqram 445 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın qalan 15 kiloqram 150 qram olan hissəsindən 6 kiloqram 100 qram olan hissəsi yaşadığı Tovuz rayonunun Abdal kəndindəki fərdi həyət evinin həyətyanı sahəsində yerləşən əl damından bir ədə d iri həcmli, qırmızı rəngli plastik vedrədə, 9 kiloqram 50 qram olan hissəsi isə həmin damdan bir ədəd rəngsiz polietilen sellofanda aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 24 aprel 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 aya endirilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirlmədən saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə cəzasının 03 ilə endirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum həmin əməli yalnız formal olaraq CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaratmaqla, əslində narkotik vasitənin çeşidi və külli miqdarda olması, eyni zamanda həmin narkotik vasitənin satış kimi qiymətləndirilməsi mübahisəli olmaqla, yalnız həmin maddənin dispozisiyasma uyğun gələn, ictimai təhlükəlilik baxımından isə, çox da ağır olmayan bir hərəkət olmaqla, məhkəmələr tərəfindən nəzərə alınmalı xüsusi haldır. Müdafiə tərəfi iki dəfə vəsatət verərək, həmin yabanı şəkildə olan çətənə bitkisi kollarının çəkisini və tərkibini mübahisələndirmiş, qeyd edilmişdir ki, Məhkum götürülmüş, iki torbada qablaşdırılmış çəkisi 15 kq olan çətənə bitkisi yabanı olmaqla, əsas kütləsini gövdələri və budaqları təşkil etməklə, süni surətdə külli miqdara uyğun gələn bir xammaldır. Hansı ki, həmin xammalda narkotik tərkib cüzi olmaqla, xammalın az bir hissəsini əhatə edir. Məlumdur ki, yabanı bitən çətənə bitkisinə hər yerdə rast gəlmək olar və onun əldə edilməsi heç də çətin deyildir. Göstərilənlərə əsasən, müdafiə tərəf hesab etmiş ki, məhkəmələr CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə cəza təyin edərkən, nar kotik vasitənin əldə edilməsini, onun növünü və hansı şəraitdə realizə edilməsiniə xüsusi diqqət yetirməlidirlər. Belə ki, iş materiallarından da, görünür ki, Məhkum sahələrdə yabanı bitmiş çətənə bitkisini yığıb evinə gətirmiş, onu xeyli müddət əl damında saxlasa da, onu satmamış və başqa şəkildə realizə etməmişdir. Bu isə o deməkdir ki, əgər onun satış məqsədi olsa idi, həmin müddət ərzində məqsədini asanlıqla həyata keçirərdi. Şikayətdə həm də qeyd edilmişdir ki, istintaq və məhkəmə orqanı Məhkum qohumu X3ün ondan özü istifadə etmək üçün əvəzsiz aldığı narkotik vasitəyə görə, onun əməlini satma kimi qiymətləndirmişdir. Qanunun tələbinə əsasən, həmin qiymətləndirmə düzgün hesab edilsə də, məhkəmələr cəza təyin edərkən narkotik vasitəni satmaqla, bəxşiş edilməsini, yəni təmənnasız verilmə sinin ictimai təhlükəliliyinə xüsusi diqqət yetirilməlidirlər. Yabanı kol şəkilində sahələrdə rast gəlinməyən, yalnız xüsusi üsullarla hazırlanan, daha ağır tərkibli narkotik vasitələrin satmaq niyyəti ilə əldə edilməsi, saxlanılması və sonra satılması, çox ciddi ictimai təhlükəli əməl olmaqla, yol verilməzdir. Belə bir əməllərə görə sərt cəzaların təyin edilməsi ədalətlidir, yabanı şəkildə çöllərdə bitən çətənə bitkisinin satış məqsədi olmadan da, yığılıb saxlanılması və kim istəyərsə, onlara hədiyyə verilməsi yol veriləndir, yaxud ictimai təhlükəli deyildir. Əksinə, həmin əməl də, cinayət tərkiblidir və cəzalandırılmalıdır. Məhkum yol verdiyi həmin əməl təqsirləndirildiyi maddənin dispozisiyasına uyğun gəlsə də, cəza təyinində nəzərə alınmalı xüsusi haldır. Göstərilənlərə əsasən, məhz yuxanda qeyd olunan hallar nəzərə alınmaqla, Məhkum CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha az cəzanın təyin edilməsi mümkün olmaqla, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Məhkum əməlində cəzanın ağırlaşdıran halların olmaması, əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, əvvəllər məhkum olmaması, yaşayış yerindən müsbət xarakterizə olması və himayəsində İİ-ci qrup əlil olan həyat yoldaşının olması, həmin İİ-ci qrup əlil arvadının saxlanılması və dolandırılmasının onun üzərində olması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmaqla, eyni zamanda yol verdiyi cinayətin törədilmə şəraiti və mexanizmi nəzərə alınmaqla onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi mümkün hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsin in qərarını dəyişdirməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə cəzasının 03 ilə endirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azə rbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum aşağı həddən də az cəza təyin edilməsi x ahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum təqsiri qanunla müəyyən edilmiş hüquqi prosedurlar daxilində sübuta yetirilmişdir. İstər ittiham, istərsə də müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifıni, habelə işin faktiki hallarını mübahisələndirmir. Məhkəmə kollegiyası da əməlin tövsifmdə və işin faktiki hallarında uyğunsuzluq və ya məhkəmə səhvləri aşkar et məmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqsirliliklə bağlı hissədə Məhkum cinayət törəməsinə dair sübutları tam, hərtərəfli araşdırmış, obyektiv və qərəzsiz qiymətləndirərək bu hissədə qanuni və əsaslı qərar qəbul etmişdir. Həmçinin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə Məhkum cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmaması, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təy in edilməsini məqsədə uyğun hesab etmişdir. Cinayət qanununvericliyinə görə cəza o halda ədalətli sayıla bilər ki, o, cəzanın məqsədlərinə cavab versin. Cəzanın məqsədləri CM-nin 41.2-ci maddəsində aşağıdakı kimi qeyd edilmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısmı almaq məqsədi ilə tətbiq edilir (CM- nin 41.2-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum azadlıqdan məhrum etmə cəzasını təyin edərkən düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin, kollegiyanın qənaətinə görə Məhkum barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar tam nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti yüngülləşdirilə bilər. Cəzanın müddət baxımından aşağı həddə endirilməsi cəzanın məqsədlərinə xələl gətirmir, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur və ədalətli hesab oluna bilər. Belə olan halda kollegiya cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları nəzərə alıb ona təyin edilmiş cəzanın müddətinin 5 il 6 aya endirilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb CM-nin 62-ci maddəsinin tətbiqi edilməsi üçün müstəsna əsaslar müəyyən etməmişdir. Belə ki, cinayət törətmiş şəxsin əməlindən səmimi peşman olması və sair kimi hallar qanuna əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, bu halların müstəsna hal kimi qiymətləndirilməsi üçün şərtsiz əsas ola bilməz. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən az cəza təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikrinə görə isə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən az cəza təyin edilməsinə inam yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü Məhkum aid hissəsində dəyişdirilməli, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 il 6 aya endirilməli, hökmün qalan hissələri isə dəyişdirlmədən saxılanılmalıdır...”. Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla qismən razılaşd ığını qərarda göstərmiş, buna dair nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədil miş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CMni n 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, şikayətin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxla nılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-218/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-218/2019
20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver