Məhkəmə qərarları › İş №1(102)-218/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-218/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-218/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2015-ci il tarixli qərarından kassasiya şikay ətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Məhkumnın vəsatətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.B.Məmmədova, hakimlər M.A.Xankişiyev və R.A.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xxxx xxx1984-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli hökmü ilə t əyin edilərək çəkilməmiş qalan 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilərək, Məhkum qəti olaraq 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum bu iş üzrə 7 (yeddi) ay həbsdə olduğu müddət cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 mart 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2015-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər M.H.Zeynalov və F.G.Zeynallıdan ibarət məhkəmə tərkib i) dövlət ittihamçısı Dövlət İttihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş,Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və Xəzər Rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən tam toplanılmaqla, Məhkum 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkumun 7 (yeddi) ay həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2015ci il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatətin dəlilləri: Məhkum vəsatətində hüquqi savadının olmaması, bu səbəbdən qərardan kassasiya şikayəti verilməsi müddətinin nə qədər olmasını bilməməsi ilə izah edərək, üzrlü hesab etdiyi bu hallara görə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2015-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq, vəsatətin təmin edi lməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıdakı səbəblərə görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onun çıxarıldığı gündən 18 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkumnın barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2015-ci il tarixli qərarının çıxarılmasından sonra onun tərəfindən kassasiya şikayətinin verildiyi günədək 18 aydan artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, məhkum Məhkumun kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti 18 oktyabr 2019-cu i l tarixdə XXX80nin 17/28-3198 saylı məktubu ilə Ali Məhkəməyə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarılmasından dörd il üç aydan artıq vaxt keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psix i pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə təmin etmək hüququna malikdır. Lakin, Məhkum vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə və yaxud apellyasiya məhkəməsinin qərarının çıxarılmasından sonrakı dövrdə hansısa xəstəlik keçirməsinə, yəni cinayət-prosessual qanunun 411.2-ci maddəsinin nəzərdə tutduğu halların heç birinə istinad etməmişdir. Məhkumun apellyasiya məhkəməsinin qərarından qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti verməməsini hüquqi savadının olmaması, yəni hansı müddətdə kassasiya şikayəti vermək hüququna malik olduğunu bilməməsi ilə izah etməsinə gəldikdə, bu dəlillər əsaslı sayıla və prosessual müddətin gerçəkdən də üzrlü səbəblərdən buraxıldığını göstərən əsaslar kimi nəzərdən keçirilə bilməz. Belə ki, işdə olan materiallardan görünür ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi müddətinə həsr olunmuş Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 410-cu maddəsinə istinad olunmaqla kassasiya şikayəti vermək hüququna dair izahı da əks etdirən 23 iyun 2015-ci il tarixli qərarın surəti 24 iyun 2015-ci il tarixdə, yəni cinayət-prosessual qanunun 407-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində məhkəmənin müşayiətedici məktubu ilə Məhkum təqdim olunması üçün XXX99na göndərilmişdir. Bununla belə Məhkum kassasiy a şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən təxminən 3 dəfə artıq olan müddətə yaxın dövr ərzində apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. Təsvir olunanlardan görünür ki, məhkumun apellyasiya instansiyası məhkəməsinin 23 iyun 2015-ci il tarixli qərarından vaxtında kassasiya şikayəti verməməsi onun həmin qərarın məzmunundan, ondan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətdən, şikayətin verilməsi qaydasından məlumatsız olmasından irəli gəlməmişdir. Beləliklə, məhkum Məhkumun vəsatətinə baxılması nəticəsində CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar və yaxud gerçəkdən də onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü hallar müəyyən edilmir. Azərb aycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit olunan halların və yaxud CPM-in 203-cü maddəsinin işığında üzrlü səbəblər kimi qiymətləndirilə biləcək (məhkumu obyektiv olaraq məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən) digər halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 203 və 411-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Məhkumnın onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2015-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar