Məhkəmə qərarları › İş №1(102)-218/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-218/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-218/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Sadıxov Əlimərdan Sadıx oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Sadıxov Əlimərdan Sadıx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: H.X.Bəhmənov) Məhkum - 01 yanvar 1983-cü ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşamış Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəlinin həbsə alındığı 15 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Məhkum, 2007-cı ildə evləndiyi Masallı rayonu Xırmandalı kənd sakini, 07 iyun 1985-ci il təvəllüdlü X13 ilə ər-arvad kimi yaşadığı dövrdə maddi və sair cəhətdən ondan asılı olmuş X2ya qarşı amansız rəftar edərək müxtəlif vaxtlarda onu döyüb bədən xəsarətləri yetirməklə, ləyaqətini mütəmadi olaraq alçaltmaqla X2nı özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Məhkum, 2007-cı ildə ailə qurmaq məqsədilə qaçıraraq daha sonra rəsmi nikaha daxil olduğu arvadı X13 ilə Masallı rayonu Xırmandalı kəndində özlərinə məxsus olan torpaq sahəsində tikdirdikləri evdə yaşadıqları dövrdə maddi və sair cəhətdən, yəni ailənin başçısı kimi ondan asılı olmuş X2ya həmin kənddə yaşayan valideynləri və yaxın qohumları ilə münasibət saxlamağa, qohumlarının evinə gediş-gəliş etməyə, eləcə də arvadının valideynlərinin və yaxın qohumlarının onlara gələrək X2 və azyaşlı uşaqları ilə görüşməyə və vəziyyətləri ilə maraqlanmağa qəti icazə verməyərək, ona qapalı həyat tərzi yaşatmaqla daima mənəvi istirab vermiş, onu şəxsi təsərrüfatlarında olan ağır fiziki işlərdə işləməyə məcbur etmiş, mütəmadi olaraq ailədə mübahisə yaradaraq onu və valideynlərini söyüb-təhqir etməklə ləyaqətini alçaltmış, müxtəlif vaxtlarda, o cümlədən 2019-cu ilin yanvar ayında X2ya qarşı amansız rəftar edər ək istintaqa məlum olmayan uzunsov formalı bərk küt əşya ilə sonuncunu döyüb döş qəfəsinin arxa hissəsinin və bel nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmçinin 05 fevral 2019-cu il tarixdə, saat 14 radələrində özlərinə məxsus olan təsərrüfatda qoyun-quzuların tövlədən buraxılmaması səbəbindən X2 ilə yenidən mübahisə edərək onu döyüb sol bazu və sol kürək nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun dəfələrlə döyülərək amansız rəftara məruz qalmasına, qadın və ana ləyaqətinin mütəmadi olaraq alçaldılmasına dözməyərək özünü öldürmək məqsədilə 05 fevral 2019- cu il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində yerləşən tövləyə girərək özünə məxsus qırmızı parçadan olan baş yaylığını pres ipi (sintetik kəndir) ilə bağlayaraq pres ipini tövlənin tavan hissəsində olan taxta mildən, yaylığı isə boynuna keçirməklə özünü asaraq intihara cəhd etməsi səbəbindən boyun üzvlərinin sıxılması nəticəsində əmələ gəlmiş hipoksik ensefalopatiyadan törənmiş baş beynin kəskin ödemi kimi sağlamlığına ağır zərər vurma xəsarətlərdən 12 fevral 2019-cu il tarixdə Masallı rayon xəstəxanasında ölmüşdür. Bununlada təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının CM-nin 125ci maddəsində nəzərdə tutulan təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərcəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu iləözün ü öldürmə həddinə çatdırma cinayət əməlini törətmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: F.K.Soltanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 11 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Sadıxov Əlimərdan Sadıx oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Sadıxov Əlimərdan Sadıx oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzanın ağırlığına görə mübahisələndirdiyi məhkəmə a ktlarının qəbuluna əsas olmuş cinayət hadisəsinin baş verməsində Məhkum günahkar olunmasını təsdiq edən sübutlar mötəbər və kifayət qədər olmasa da, hər iki aşağı instansiya məhkəməsi onun barəsində ittihamedici hökm və qərar qəbul etmişlər. Məhkum edilmiş şəxsin qənaətinə görə onun həyat yoldaşına qarşı davranışı və münasibəti sonuncunun intihar etməsinə əsas verə bilməzdi. Məhkum olunmasına əsas verən sübutlar–onu əvvəlki illər ərzində davranışını xarakterizə edən zərər çəkmiş şəxsin yaxın qohumlarının ifadələri, habelə mərhumun həyat şəraitinə uyğun bədənində əmələ gələ bilən dərəcəsi təyin oluna bilməyən xəsarətlərin olması barədə maraqlı şəxslərin ifadələri və məhkəmə tibbi ekspertizasının şübhə doğuran rəyidir. Məhkum edilmiş Məhkum təqsiri üzündən mərhum N.Əhmədovanın özünə qəsd e tməsini təsdiqləyən hər hansı sübut məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Cinayət işi üzrə müəyyən olunmuş mövcud sübutlar Məhkum edilməsi üçün kifayət etməmişdir. Lakin aşağı instansiya məhkəmələri sübutların belə nisbətinə əhəmiyyət verməyərək onu məhkum etmişlər. Cinayət işinin materialları ilə müəyyən olunur ki, baş vermiş hadisədən dərhal sonra Məhkum zərər çəkmiş şəxsə yardım göstərmiş, tibbi yardım göstərilməsi üçün həkim və təcili yardım çağırışlarını etmişdir. Göründüyü kimi, hadisəyə qədər və hadisədən sonra Məhkum zərərçəkmiş şəxsə qarşı münasibəti və davranışı onun cinayət əməli törətməyə meyilli olmaması, əvvəlki qüsurlu xarakterindən qurtulub islah olunmasına dəlalət edən hallardır. Diqqətə çatdırılan əsas məqamlardan biri odur ki, Məhkum əməlini ağırlaşdıran hal müəyyə n edilməmiş, əməlini yüngülləşdirən hallar isə onun cəmiyyətdən təcrid olunmadan tam islah olunmasına kifayət qədər əsaslar vermişdir. Bununla belə, aşağı instansiya məhkəmələri Məhkum cəza təyin edən zaman bunun kifayət qədər nəzərə almamışlar. Müdafiəçi kassasiya şikayətində bildirmişdir ki, məhkəmələr cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağının olmasını, onun ailənin yeganə qazanc gətirəni olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə almamışlar. Həmçinin bildirmək istərdim ki, zərər çəkmiş şəxsin hüquqi varisi məhkəmə hökmündən apelyasiya şikayəti verib Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmasını tələb etmişdir. Lakin son dövrdə zərərçəkmiş şəxsin hüquqi varisi, eləcədə digər qohumlar, məhkum edilmiş şəxslə barışmış, ona dair hər hansı şikayətinin və tələbinin olmamasını bildirmişlər. Hər iki aşağı instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməli olduğu halda, ona təqsirli bilindiyi cinayət qanunun imkan verdiyi yuxarı həddə yaxın cəza təyin etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli qərarını dəyişdirərək Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi vari sinin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları m üəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində göstərilmişdir ki, Məhkum olunmasına əsas verən sübutlar–onu əvvəlki illər ərzində davranışını xarakterizə edən zərər çəkmiş şəxsin yaxın qohumlarının ifadələri, habelə mərhumun həyat şəraitinə uyğun bədənində əmələ gələ bilən dərəcəsi təyin oluna bilməyən xəsarətlərin olması barədə maraqlı şəxslərin ifadələri və məhkəmə tibbi ek spertizasının şübhə doğuran rəyidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X21 göstərmişdir ki, X2 onun doğma əmisi qızıdır, Məhkum isə onun arvadinin qardaşidir. Təxminən 6-7 il bundan əvvəl onun Məhkumlə münasibətləri pozulmuş, həmin vaxtdan o, və ailə üzvləri Məhkumin evinə getməmiş, Məhkum də onların evinə gəlməmişdir. Münasibətlərin pozulmasına səbəb isə Məhkumin öz arvadı X2ni döyməsi olmuşdur. Belə ki, Məhkumin qayınları «Novruz bayramı» ilə əlaqədar evinə qonaq gedərək, uşağına 5 manat pul vermişdir, qayınların həmin hərəkəti, yəni bacısı uşaqlarına 5 manat pul vermələri Məhkumin xoşuna gəlməmişdir. Bunun üstündə Məhkum arvadı X2ni döyərək, atası X4in evinə aparıb X4i və arvadını söymüşdür, daha sonra oradan X2ni döyülmüş vəziyyətdə onun evinə gətirmişdir. Məhkum demişdir ki, arvad qohumları onun evinə gəlməsinlər, ailə münasibətlərinə qarışmasınlar. O, Məhkumi tənbeh edib səbirli olmağı tələb etsə də, sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. Məhkumnin X2yə qarşı etdiyi hərəkətləri ilə bağlı aralarında mübahisə baş vermiş, həmin mübahisədən sonra münasibətləri kəsilmişdir. Həmin dövrdə Məhkum spirtli içkilərə meyilli olmaqla, arvadı ilə tez-tez mübahisə etmiş, arvadını ən ağır təhqiredici sözlərlə təhqir edərək şəxsiyyətini alçaltmışdır. Lakin Məhkumin qorxusundan arvadı X2 heç bir yerə şikayət edə bilməmiş, hətta öz dərdini və vəziyyətini valideynlərinə deyə bilməmiş, ümumiyyətlə onlarla görüşməyə belə ixtiyarı olmamışdır. O, özünə məxsus mal-qaranı küçə ilə örüşə apararkən, bir neçə dəfə Məhkumin öz həyətində arvadı X2 ilə mübahisə edərək on u təhqir etdiyini görmüşdür. Axrıncı dəfə belə bir hal X2nin ölümündən təxminən bir-iki ay əvvəl olmuşdur. Həmin vaxt günortaya yaxın qoyun-quzularını küçə ilə örüşə apararkən, Məhkumin arvadı X2 ilə mübahisə etdiyini, X2ni və valideynlərini söyüb təhqir etdiyini eşitmiş, lakin aralarında qan düşəcəyindən qorxaraq, həyətlərinə getməmiş və mübahisələrinə müdaxilə etməmişdir. X12rşı bu cür hərəkətlər etdiyini qaynanası Məhkumin anası Xa demişdir. 05 fevral 2019-cu il tarixdə bibisi oğlu X9 zəng edərək əmisi qızı X2nin yaşadığı evin həyətində olan tövlədə özünü asdığını, vəziyyəti ağır olduğuna görə Masallı rayon mərkəzi xəstəxanasına aparıldığını bildirmişdir. Bundan başqa məhkumun cinayət əməli, zərərçəkmiş şəxsin hüquqi varisi X5, şahidlər X6, X7, X8 ifadələri ilə də təsdiq edilmişdir. Bir inci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş cinayət işində olan əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, Masallı rayonu Xırmandalı kənd sakini 1985-ci il təvəllüdlü X10 mexaniki asfiksiya diaqnozu ilə Masallı rayon mərkəzi xəstəxanasına daxil olması və 12 fevral 2019-cu il tarixdə orada ölməsi faktına görə başlanmış cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X2nın əri Məhkumla ailə münasibətləri səmimi və normal olmamış, əri Məhkum tələbinə əsasən zərərçəkmiş X2 valideyinləri və yaxın qohumları ilə ünsiyyət saxlamamış, aralarında gediş-gəliş olmamış, sonuncu əvvəllər dəfələrlə əri tərəfindən döyülməsinə baxmayaraq ailəsinin dağılmasından ehtiyat edərək hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Məhkəmə-tibb e kspertizasının 09 mart 2019-cu il tarixli, 04 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, X2nın meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: A) boyun nahiyəsində stranqulyasiya şırımı və baş beynin kəskin ödemi; B) sol bazu və sol kürək nahiyəsinin sıyrıqları; C) döş qəfəsinin arxa hissəsində və bel nahiyəsində piqmentasiya sahələri. A)-bəndində qeyd olunan xəsarət boynun yumşaq küt əşya ilə əmələ gələ bilər ki, baş yaylığı ilə sıxılma nəticəsində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ağir dərəcəli bədən xəsarəti əlamətlərinə malikdir. B)-bəndində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 57 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. C)-bəndində qeyd olunan piqmentasiya sahələri qançırların sağaldıqdan sonrakı izi olub, uzunsov formalı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 30 günə qədərdir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb boyun üzvlərinin sıxılması nəticəsində əmələ gəlmiş hipoksik ensefalopatiyadan törənmiş baş beynin kəskin ödemi olmuşdur. X3 qarşılıqlı mübarizə zamanı əmələ gələ biləcək hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işində olan məhkəmə-psixoloji ekspertizasının 19 aprel 2019-cu il tarixli, 8364 nömrəli rəyindən görünür ki, X10 ölümündən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətlərində psixoge n-depressiv reaksiya əlamətləri aşkar olunmur. X13 ölümündən əvvəlki dövrdə emosional gərginlik halında olmuşdur. Beləliklə birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxs Məhkum verilmiş Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Apelyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması halları müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası cinayət işinə baxmış məhkəmələrin məhkumun cinayət əməlinin hüquqi tövsifinə dair hissədə qanuni və əsaslı nəticəyə gəldiyindən kassasiya şikayətinin bu hissədə dəlillərini əsassız hesab edir. Cəza təyini məsələsinə gəldikdə birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlində Cinayət Məcəlləsinin 59.1. maddələrində nəzərdə tululmuş himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal hesab etmiş və əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar olmamasını da nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar olmadığından birinci instansiya məhkəməsinin hökmü bu hissədə də düzgün olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən e dilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Sadıxov Əlimərdan Sadıx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar