Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-218/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 05 iyul 2022-ci il tarixli qərarından Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən), Xamməd Nuriyev və Aqil Musayev) 05 oktyabr 2020-ci il tarixli, 1(099)-390/2020 saylı hökmü ilə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 və Məhkum2 da təqsirli bilinərək məhkum olunmuşlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Etibar Camalov (sədrlik edə n və məruzəçi), Rafiq Cəfərov və Kamil Bəşirov) 16 fevral 2021-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsindəki müddəalar hökmdən xaric edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən), Tahir Kazımov və Ələsgər Novruzov) 08 sentyabr 2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarı Dövlət ittihamçısı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 15 iyu n 2022-ci il tarixdə Məhkum3 kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər R.Cəfərov (sədrlik edən), Elşad Əliyev və İlkin Abdullayev) 05 iyul 2022-ci il tarixli, 1(106)173/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum Z.Ə.Hüseyov kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarı 05 iyun 2021-ci il tarixdə aldığını bildirir və onun iradəsindən asılı olmayan səbəblərdən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi mə sələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum3 onun iradəsindən asılı olmayan səbəbdən vaxtında kassasiya şikayəti verə bilmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarı Məhkum3 26 fevral 2021-ci il tarixli məktu bu ilə göndərilmiş və onun tərəfindən 17 mart 2021-ci il tarixdə alınmışdır. Məhkum tərəfindən qərarın alınması barədə qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 3, səh 223) Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Məhkum3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarından kassasiya şikayəti vermək müddəti 18 m art 2022-ci il tarixdə bitdiyi halda Məhkum3 kassasiya şikayətini 15 iyun 2022-ci il tarixdə vermiş və kassasiya şikayətinin gec verilməsini qərarın 05 iyul 2021-ci il tarixdə alınması ilə əsaslandırmışdır. Bu hal isə yuxarıda qeyd edildiyi kimi cinayət işinə əlavə edilmiş qəbzlə təkzib olunur. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kas sasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, məhkum tərəfindən irəli sürülmüş dəlillər onun kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrl ü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun apellyasiya məhkəməsinin qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci tarixli 1(106)-173/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli, 1(106)-173/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-218/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-218/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver