Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-218/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2017-ci il tarixli 1(101)-293/2017 nömrəli (hakimlər: E..Ə.Mikayılov (sədrliyi ilə), Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxxxxx-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, xxxx qe ydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Məhkum barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 avqust 2008-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsi və CM-in 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək Məhkum üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun ibtidai istintaq zamanı 25 yanvar 2014-cü il tarixdən 27 yanvar 2014cü il t arixədək həbsdə olduğu müddət, yəni 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərinə qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 31 mart 2016-cı il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdə həmçinin qərara alınmışdır ki: iş üzrə zərərçəkmiş şəxs X1 iddia tələbi tam təmin edilsin, ona vurulmuş maddi ziyan olmaqla cəmi 358000 ABŞ dolları, məzənnə üzrə 280000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən tutulsun, təqsirləndirilən şəxsə izah edilsin ki, X1 vurulmuş maddi ziyanla bağlı cinayə t əməlinin iştirakçısı olmaqla, ibtidai istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsə qarşı mülki mühakimə icraatı qaydasında qarşılıqlı iddia tələbi irəli sürmək hüququ vardır. Məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2017-ci il tarixli 1(103)1501/2017 nömrəli (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və C.C.Ramazanovdan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli 1(103)-1501/2017 nömrəli (hakimlər: E.E.Rəhimov (sədrliyi və məruzəsilə), F.İ.Əyyubov və E.Ə.Mehdiyevdən ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmış ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarından hüquqi savadsızl ığı səbəbindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Odur ki, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kass asiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada - 18 ay) müddətində verilə bilər. Bel ə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edilmiş, 21 sentyabr 2017-ci il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. O cümlədən, cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyündən Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 iyul 2019-cu il tarixli 1(102)-937/19 nömrəli (hakimlər: İ.T.Hacıqayıbov (sədrlik edən), G.L.Rzayeva və F.A.Kərimovdan ibarət məhkəmə tərkibində) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyab r 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmışdır. İş materiallarından görünür ki, Məhkum kassasiya şikayəti 10 may 2023-cü il tarixində tərtib edilməklə Bakı Apellyasiya Məhkəməsinə ünvanlamış, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarının göndərilməsindən təqribən 5 (beş) il 8 (səkkiz) ay sonra vermişdir. Göründüyü kimi, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsini heç bir sübut ilə əsaslandırmamı şdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşagıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından k assasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-218/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-218/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver