Məhkəmə qərarları › İş №1(102)-2182/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2182/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2182/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1966-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda hə bsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 29, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və N.T.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2, 29, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 178.2.2 və 29, 178.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddət ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, 5 iyun 2020-ci il tarixdə tutulduğu 1 (bir) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 oktyabr 2022-ci il tarixdən hesablanması, hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxslər Şahid14, Şahid5 və Şahid10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının CM-in 29, 178.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, həmin cəzalar və məhkəmənin hökmünə əsasən CM-in 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 5 iyun 2020-ci il ta rixdə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 29, 178.2.2, və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, təkrarən, dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli ilə iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə üçüncü ş əxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə, təkrarən, təhrik etmişdir. Belə ki, o, Şahid5 ilə təsadüfən Gədəbəy Mərkəzi rayon Xəstəxanasının qarşısında qarşılaşan zaman qrup əlilliyi alması üçün həmin xəstəxanaya gəldiyini öyrənib, aralarında həmkəndli kimi yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid5 geniş əlaqələri olmasını, Gədəbəy rayon xəstəxanasında olan həkim komissiyasından keçirmək imkanına malik olduğunu, qeyd olunan əlaqələrdən istifadə edərək 1100 (min yüz) manat pul verəcəyi halda sonuncunu keçirdiyi ürək xəstəliyi ilə əlaqədar təqaüd verilməsi üçün qrup əlillik təyin edilməsinə nail olmaq imkanına malik ol masına inandırıb, yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə, 2014-cü ilin aprel ayında, günü istintaqa dəqiq olmayan tarixdə Gədəbəy şəhəri, Z.Əliyeva küçəsində yerləşən Gədəbəy rayon xəstəxanasının qarşısında əvvəl 300 (üç yüz) manat, daha sonra 2014-cü ilin aprel ayında, günü istintaqa dəqiq olmayan tarixdə həmin ünvanda yerləşən Gədəbəy rayon xəstəxanasının yaxınlığında 800 (səkkiz yüz) manat pulunu alıb, ümumilikdə ona vahid niyyətlə 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid5 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə uzun müddət həmyerlisi kimi əvvəllər tanıdığı X2 ilə təsadüfən sonuncunun sahibi olduğu mağazadan ərzaq alan zaman mağazada piştaxtanın üzərində olan, arvadı X6 qrup əlilliyi ilə əlaqədar Gədəbəy rayon Dövlət Sosial Müdafiə fonduna ünvanlanması üçün müvafiq sənədlər toplanmasını görüb, aralarında həmyerli kimi yaranan etibarlı münasibətdən istifadə edərək Məhəmməd İskəndərovun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Məhəmməd İskəndərova geniş əlaqələri olm asını, onun arvadına iş stajını yazmaq və buna görə təqaüd düzəltmək imkanına malik olduğunu, qeyd olunan əlaqələrdən istifadə edərək 1600 (bir min altı yüz) manat pul verəcəyi halda təqaüd verilməsi üçün iş stajını artırmağa nail olmaq imkanına malik olmasına inandırıb, yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə 02 iyun 2016-cı il tarixdə Məhəmməd İskəndərova məxsus Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən mağazada 1600 manat, daha sonra 05 iyun 2016-cı il tarixdə “əmək kitabçasının alınması üçün” həmin mağazada 100 (yüz) manat almaqla, ümumilikdə M.İskəndərova vahid niyyətlə 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə X2 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Düzyurd kənd sakini Şahid4 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda hərbi xidmətdə olmuş oğlu Nicat Orucova hərbi qulluqçu kimi ev, maşın və 8000 manat pul almasına kömək etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2017-ci ilin sentyabr ayında, günü istintaqa dəqiq olmayan tarixdə Şahid4 Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evində sonuncunun 5000 (beş min) manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid4 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etm əklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə uzun müddət həmyerlisi kimi tanıdığı Gədəbəy rayon sakini Şahid6 qızına geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 1000 (bir min) manat pul verəcəyi halda sonuncunun oğlu X12 heç bir əmək fəaliyyəti ilə məşğul olmadığı halda, ona güya, Şəmkir şərab Konyak zavodunda işçi kimi işləməsi barədə iş stajını artırmaq üçün əmək kitabçası yazılması barədə kömək etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2017-ci ilin sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Şahid6 ünvan 4 ünvanında yerləşən evində 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib 250 (iki yüz əlli) manat pulu verdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Şəmkir şərab-konyak zavodunda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid6 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə uzun müddət həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Qumlu kəndində yaşayan Şahid8 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3500 (üç min beş yüz) manat pul verəcəyi halda xəstəliyə görə təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2018-ci ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Şahid8 Gədəbəy rayonu, Qumlu kəndində yerləşən evində 3500 (üç min beş yüz) manat məbləğində pulunu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib, 500 (beş yüz) manat pulu verdiyindən iradəsindən asılı olmayan səbəblərə gör ə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə təkrarən cəhd etmiş, təkrarən, həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid8 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Çayrəsullu kəndində yaşayan Şahid1 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 30 00 (üç min) manat pul verəcəyi halda xəstəliyi ilə əlaqədar 2016-cı ilin dekabr ayından etibarən azad olunduğu Gədəbəy rayon Yanğından Mühafizə Şöbəsinin Şınıx Bölməsində işlədiyi üçün təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 25 yanvar 2018-ci il tarixdə, saat 11 radələrində Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerdə Şahid1 1500 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin həmin vaxt qeyd edilən yerdə Şahid1 1500 (min beş yüz) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə yolu etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini b aşa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid1 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədilə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Plankənd kənd sakini Şahid10 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 2800 (iki min səkkiz yüz) m anat pul verəcəyi halda sonuncunun oğlu Sübhan Həsənovun bədənində olan qüsurla bağlı əlillik dərəcəsi alaraq təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin fevral ayının ortalarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mustafa Kamal Atatürk prospekti 225 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı parkda Şahid10 2800 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid10 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlib bu məqsədilə təsadüfən tanış olduğu Gədəbəy rayonu, İnəkboğan kənd sakini Şahid9 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun qohumu Şahid12 təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Şahid9 Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerin yaxınlığında əvvəl 3000 manat, daha sonra 2019- cu ilin may ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə ünvan 8 ünvanında yerləşən A.Səhhət adına xəstəxananın qarşısında 1500 manat, həmçinin 2019-cu ilin may ayında günü istintaqa məlum olmayan tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndinin girişində 500 manat pulunu alaraq Şahid9 vahid niyyətlə cəmi 5000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid9 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə təsadüfən tanış olduğu Daşkəsən rayonu, Astaf kənd sakini Şahid7 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 4000 (dörd min) manat pul verəcəyi halda əlillik dərəcəsi ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 27 iyun 2019-cu il tarixdə saat 15 radələrində ünvan 8 ünvanında yerləşən A.Səhhət xəstəxanasının qarşısında əvvəl 900 manat, daha sonra 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri “Xan bağı”ı adlanan parkın qarşısında 1100 manat, daha sonra 2019-cu ilin sentyabr ayında günü istintaqa məlum olmay an tarixdə ünvan 9 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin birinci mərtəbəsində yerləşən yeməkxanada 1500 manat, həmçinin 2019-cu ilin sentyabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Gəncə şəhər Univermağının yaxınlığında 300 manat pulunu alaraq Şahid7 vahid niyyətlə cəmi 3800 manat pulunu ələ keçirməklə, təkrarən, dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid7 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik e tmişdir. Bundan əlavə, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir şəhər sakini Şahid17 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 650 (altı yüz əlli) manat pul verəcəyi halda xəstəlik ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, X18 küçəsi 63 saylı ünvanda Şahid17 650 (altı yüz əlli) manat pulunu alıb ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid17 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlib bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid14 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun oğlu Şahid19 yüksək təzyiqinin olması ilə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla et ibardan sui-istifadə edib aldatma yolu 2020-ci ilin dekabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir rayon Məhkəməsinin inzibati binasının arxa hissəsində əvvəl 2500 (iki min beş yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə ünvan 16 ünvanında yerləşən “Kapital Bank”ın yaxınlığında 1500 (min beş yüz) manat, Şahid14 vahid niyyətlə cəmi 4000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin həmin vaxt qeyd edilən yerdə Şahid14 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, təkrarən, dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid14 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan əlavə, o, təkrarən, şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid13 Qənbər qızına geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda vərəm və epilepsiya xəstəliyindən əziyyət çəkən sonuncunun oğlu X7 qeyd edilən xəstəliklə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2020-ci ilin dekabr ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Şəmkir şəhər bazarının içərisində 3000 (üç min) manat pulunu aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmiş, təkrarən, həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində ver məyə Şahid13 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini X10 geniş əlaqələri olmasını, xəstəlik ilə bağlı təqaüdünü bərpa etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2021-ci ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, Heydər Əliyev prospektində Təcili Tibbi yardım Stansiyasının yaxınlığında 200 (iki yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə sonuncunun Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evində 2000 (iki min) manat, bundan sonra X20 şəhərinin mərkəzində H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı milli ön terminalı vasitəsilə onun istintaqa məlum olmayan bank kartına 500 (beş yüz) manat pul göndərməsi nəticəsində X10 vahid niyyətlə cəmi 2700 (iki min yeddi yüz) manat pulunu ələ keçirməklə, təkrarən, dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə X10 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvə t verməyə təhrik etmişdir. Bundan əlavə, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayon sakini Şahid15 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 650 (altı yüz əlli) manat pul verəcəyi halda sonuncunun nəvəsi X1 Hepatit C xəstəliyi ilə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2021-ci ilin mart ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən Şəmkir rayon Təcili Tibbi Yardım Xidmətinin içərisində Şahid15 650 (altı yüz əlli) manat pulunu ələ keçirərək, təkrarən, d ələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid15 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, onun barəsində təyin edilmiş cəza ağırdır və ittihamından Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməlidi r. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzr ə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində törətmiş olduğu cinayət əməlinin düzgün tövsif edilməməsi, əməlində CM-in 32.4, 312.2-ci maddəsinin tərkibinin o lmadığı, həmçinin məhkuma təyin edilmiş cəzanın sərt olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsi ndən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnu n pozulmasına gətirib çıxara bilər. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prins ipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası CPM-nin tələblərinə müvafiq olaraq kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlamalı olduğundan, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum əməlinin tövsifi zamanı qanunvericiliyin tətbiqinə münasibət bildirməyi zəruri hesab edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyektinin: cinayətin obyektiv cəhətinin; cinayətin subyektinin; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə ed ilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 4-cü bəndində deyilir: “Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüquq unun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair).” İş materiallarından müəyyən edilir ki, Məhkum əmlaklarını dələduzluq yolu ilə əla keçirdiyi zərərçəkmiş şəxslərlə yanaşı, bəzi şəxslərdən ələ keçirmək istədiyi qədər deyil, daha az məbləği ələ keçirməyə nail olmuşdur. O cümlədən: -tanışı Şahid6 qızına 1000 man verəcəyi halda, onun oğlu X12 guya, Şəmkir şərab Konyak zavodunda işçi kimi işləməsi barədə əmək kitabçası yazılmasına kömək etmək imkanına malik olduğunu vəd edib, 2017-ci ildə Şahid6 1000 manat pulu ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği verməkdən imtina edib 250 manat pul vermişdir; -tanışı Şahid8 3500 man pul verəcəyi halda, xəstəliyə görə təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, 2018-ci ilin sentyabrında Şahid8 3500 manat pulunu ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib, 500 manat pul vermişdir; - tanışı Şahid1 3000 manat verəcəyi halda, xəstəliyi ilə əlaqədar təqaüd düzəltmək imkanı olduğunu yalan vəd edərək, xx.xx.2018-ci ildə 1500 man pulunu ələ keçirməklə dələduzluq etmiş, həmçinin Şahid1 1500 manat pulu ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etmişdir; -Şahid14 5000 manat pul verəcəyi halda, onun oğlu Şahid19 təqaüd düzəltmək imkanı olduğunu yalandan vəd edərək 2020-ci ilin dekabr ayında 2500 manat, daha sonra 2021-ci ilin mart ayında 1500 manat, cəmi 4000 man pulunu ələ keçirməklə dələduzluq etmiş, həmçinin Şahid14 1000 manat istəmiş, lakin sonuncu həmin məbləği verməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum verilmiş ittihamlar üzrə həm Azərbaycan Respublikası CM-in 29, 178.2.2-ci maddəsi ilə, həm də Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cəza təyin edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında deyilir: “31. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş ci nayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir.

32. CM-nin 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-nin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmu su üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir.

33. Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir.” Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 29, 178.2.2-ci maddəsi i lə, yəni özgə əmlakını təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməyə cəhd etməyə görə cəza təyin etməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 29, 178.2.2-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarından xaric edilməlidir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq həmçinin hesab edir ki, Məhkum zərərçəkmiş şəxslərin əmlaklarının dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə onu həm dələduzluq, həm də həmin şəxsləri rüşvət verməyə təhrik etməyə görə təqsirli bilərək, Azərbaycan Respublikası CM-in 178.2.2 və 29, 178.2.2-ci maddələri və həmin Məcəllənin 32.4, 312.2.2-ci maddəsi i lə təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsinə gəlinərək, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən səhvə yol verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178- ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı mü dafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və c əzalandırılmasına dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddələri ilə təyin olunmuş cəza ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində üç nəfər yetkinlik yaşına çatmamış övladının olmasını və zərərçəkmiş şəxslərə vurulmuş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərə findən Məhkum təyin edilmiş cəza ədalətlidir və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, habelə Məhkum həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 29, 178.2.2-ci maddəsi ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum 5 iyun 2020ci il tarixdə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzas ından çıxılaraq, üzərində 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar