Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2183/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1974-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, sonuncu dəfə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan R espublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan 4 ay vaxtından əvvəl şərti olaraq azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(103)-281/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(101)-1204/2022 nömrəli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik ed ən), R.V.Salmanov və M.H.Əkbərov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), E.Ə.Mehdiyev və A.F.İbrahimov) apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3,486 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq, həmin narkotik vasitənin 0,953 qram hissəsini ayırıb 1 ədəd sellofan bükümdə qablaşdır maqla üzərində, 2,533 qram hissəsini isə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 33 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,953 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 16:35 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum yuxarıda qeyd olunan külli miqd arından narkotik vasitəni (herioini) satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmamış, Məhkum 3,486 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin məhz satış məqsədi əldə edib daşıması və saxlaması dair nəticəyə gələrək Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirli bilinib cəzalandırması haqqında yekun məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən cinayət mühakimə icraatının prinsiplərinin, cinayət-prosessual qanunun sübutlar və sübutet məyə dair normalarının tələbləri pozulmuş, nəticədə o, törətmədiyi cinayətə görə yəni müstəsna olaraq özünün istehlakı üçün narkotik vasitəni əldə etdiyi halda, əsassız olaraq onun əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkum onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddənin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli hökmünü ləğv edərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hü dudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyə n edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqə ləndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmənin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq 3,486 qram heroin narkotik vasitəsini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlməsinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və onun 6 (1 büküm üzəri ndə 5 büküm isə evində) bükümə qablaşdırılması səbəb olmuşdur. Məhkəmə mövqeyini əsaslandırarkən həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-c il tarixli qərarına istinad etmişdir. Apellyasiya məhkəməsi tərəfindən yuxarıda adı çəkilən Plenum qərarına istinad edilsə də, həmin qərarda ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini düzgün nəzərə alınmamışdır. Belə ki, Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və yaxud onun bir neçə bükümdə olması narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə b ilməz. Digər tərəfdən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VİQD nömrəli qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilməklə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi cinayət məsuliyyəti müəyyən edən yeni cinayət hüquq normaları (CM 234.1-1 və 234.4-1) əlavə edilmişdir. Qanunverici orqan Cinayət Məcəlləsinə göstərilən əlamətləri daxil etməklə sosial təhlükəliliyinə görə seçilən cinayətin yeni növlərinə uyğun məsuliyyəti ağırlaşdıran tərkib əlamətləri müəyyən etmiş, b ununla da məsuliyyətin daha ədalətli differensiasiyasına nail olmuşdur. Eyni ilə əlavə edilmiş maddi hüquq normalarını satış məqsədini ehtiva edən normalarla müqayisə etdikdə, yeni əlavə edilmiş maddələrin sanksiyalarında satış məqsədini ehtiva edən maddələrin sanksiyalarından sərtliyinə görə geri qalmayan (CM-nin 234.2-ci maddəsinə münasibətdə hətta daha sərt) məhrumiyyətlərin (CM-nin 234.1-1-ci maddəsində üç ildən səkkiz ilədək müddətə, CM-nin 234.4-1-ci maddəsində isə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası) nəzərdə tutulduğu müəyyən olunur. Yuxarıda sadalanmış hallarla ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum (həmçinin evindən) götürülmüş 3.486 qram heroinin külli miqdar və 6 bükümdə olduğu müəyyən edilsə də, Məhkum digər iste hlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Hətta cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum heroini əldə edərkən artıq həmin narkotik vasitə 6 bükümdə olmuşdur. Apellyasiya Məhkəməsinin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin tərkibinin olması haqqında yekun qənaəti onun istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “mənzildə axtarış və götürmə aparılması haqqında” 23 aprel 2022-ci il tarixli protokollara əsasən Məhkum üzərində və mənzilindən aşkar edilib-götürülmüş narkotik vasitə (heroin) 6 bükümdə olsa da, Məhkum həmin vəziyyətdə (bükümlərə bölünmüş halda) narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir (istintaq orqanı tərəfində göstərilən halı təkzib edən tutarlı sübuta istinad edilməmişdır). İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərində və mənzil indən heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Məhkumlə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda, həmçinin əməliyyat axtarış tədbirinin keçirilməsi barədə 23 aprel 2022-ci tarixli qərarda Məhkum narkotik vasitələrin satışı ilə də məşğul olması deyil, narkotik qanunsuz dövriyyəsi barədə məlumatın daxil olması qeyd edilmiş, eyni zamanda 24 aprel 2022-ci tarixdə müstəntiq tərəfindən Məhkum narkotik vasitənin kiməsə və kimlərəsə satmasının müəyyən edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, Nizami RPİ-nin 24-cü PB-nin rəisinin 13 may 2022-ci il tarixli 4221 nömrəli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin satışı ilə məşğul olmasına dəla lət edə biləcək məlumatlar əldə edilməmişdir. Həmçinin, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 aprel 2022-ci il tarixli 2469 nömrəli rəyinə görə Məhkum heroinin də daxil olduğu opioidlərin qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar edilmişdir. Digər tərəfdən öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum 2002-2019-cu illər ərzində 6 dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməyinə görə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Göründüyü kimi, Məhkum satış məqsədin in olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi və 6 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan, görünür ki, apellyasiya məhkəməsi Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-c i maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.. Odur ki, (Məhkum narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı ağırlaşdıran hal (cinayətin residivinin olması) və cəzanı yüngülləşdirən halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində - 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittiham çısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 17 yanvar 2023-cü il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 yanvar 2023-cü il tarixli, 1(103)-281/2023 nömrəli hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası maddəsindən 234.1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəlləsinin 234.4.3-cü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2183/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2183/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver