Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2183/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1155/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş k assasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx xxxx-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 01 noyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,209 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 01 avqust 2024-cü il tarixdə, saat 20:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ən Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,209 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 nömrəli, 18 mart 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-247/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəz ası ilə qismən birləşdirilib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun əvvəlki cinayət işi üzrə həbsdə olduğu 04 (dörd) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 avqust 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün cinayət qanunun normasının düz gün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1155/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 nömrəli, 18 mart 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd olunmuşdur ki, Məhkum əvvəlki hökm üzrə təyin edilmiş və çəkilməmiş qalan cəzası 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təşkil etdiyi halda, birinci instansiya məhkəməsi hökmlərin məcmusu əsas ında cəza təyin edərkən əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilmiş hissəsini də yeni hökm üzrə təyin edilmiş cəza ilə birləşdirmiş, daha sonra həmin çəkilmiş cəzanı qəti cəza müddətindən çıxmışdır. Bununla da cinayət qanunu norması düzgün tətbiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu mövqe ilə razılaşmışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1155/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya insta nsiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya protestində Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsində məhkəmə qərarı nın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallardan hər hansı birinə istinad olunmadan, məhkəmələr tərəfindən cəza təyin edilərkən maddi-hüquqi normanın tətbiqində səhvə yol verildiyinə istinad olunmuşdur.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1155/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində müəyyən edilmiş qaydada görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yen i hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
18. Eyni Məcəllənin 69.3-cü maddəsində isə təsbit edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
19. Baxılan kassasiya protestinin yeganə dəlili olaraq məhkəmələr tərəfindən cinayət normasının səhv tətbiq olunması və buna əsas kimi Azərbaycan Respublikası CM-nin 67.1-ci ma ddəsinə görə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi birləşdirməli olduğu halda (tamamilə və ya qismən), həmin normanın tələblərinin pozularaq əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilmiş 04 (dörd) gün hissəsinin nəzərə alınmadığı, təyin edilmiş cəzanın bütünlüklə birləşdirilərək, çəkilmiş cəza müddətinin sonda məcmu halda birləşdirilmiş qəti cəzadan çıxılmaqla cinayət qanunu normasının düzgün tətbiq edilmədiyi göstərilmişdir.
20. Eyni dəlillər üzrə verilmiş apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum əvvəlki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini əsas götürərək müraciəti təmin etməmişdir.
21. Qeyd edilənləri nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, hər iki instansiya məhkəməsinin yuxarıda əksini tapan qənaəti əsassız olmaqla, maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
22. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum barəsində çıxarılmış əvvəlki hökm üzrə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
23. Lakin birinci instansiya məhkəməsi yeni hökm üzrə cəza təyin edərkən əvvəlki hökm üzrə faktiki olaraq çəkilmiş 04 (dörd) gün müddəti çəkilmiş cəza müddətinə hesablamamış, əvvəlki hökm üzrə təyin edilmiş cəzanı çəkilmiş hissəsi ilə birlikdə, yəni 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası olaraq yeni hökm üzrə təyin etdiyi cəza ilə qismən birləşdirmiş, yalnız bundan sonra 04 (dörd) gün çəkilmiş cəza müddətini hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəza müddətindən çıxmışdır.
24. Halbuki, cinayət qanunun yuxarıda istinad edilmiş imperativ tələblərinə əsasən hökmlərin məcmusunda yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın yalnız çəkilməmiş hissəsi tamamilə və ya qismən birləşdirilir.
25. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsində təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu müddət daxil olduğu müəyyən edilir.
26. Eləcə də, eyni Məcəllənin 158.6-cı maddə sində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
27. Təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə qənaətdədir ki, məhkəmələr tərəfindən Məhkum 04 (dörd) gün tutma altında olduğu müddətin çəkilmiş cəza müddətinə hesablanmaması, bununla da hökmlərin məcmusu üzrə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilmiş hissəsinin də birləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
28. Bununla belə məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsaslanmaqla hesab edir ki, yuxarıda göstərilən hallar ba xılan işdə təyin edilmiş yekun cəzaya təsir etmədiyindən, həmçinin məhkumun hüquqi vəziyyətinə münasibətdə hər hansı dəyişikliyə səbəb yaratmadığından, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1155/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 1(103)-1155/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.