Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2184/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər – “Leqal Servis” Vəkil Bürosunun vəkilləri Seyidov Rahib Göyçə oğlunun, Ələsgərov Nadir Çərkəz oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Nurəliyev Rəcəb Rza oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu və Məhkum müdafiəçisi Seyidov Rahib Göyçə oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(022)-178/2023 nömrəli (hakim: M irzəyev Nüsrət Fətulla oğlunun sədrliyi) hökmü ilə 9 may 1983-cü ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İran İslam Respublikasının x şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək, onun 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 iyul 2023-cü il tarixdən hesablanması, CM-in 52.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, barəsin də seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; 1 sentyabr 1987-ci ildə İran İslam Respublikasının Zəncan şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İran İslam Respublikasının x şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək, onun 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 iyul 2023-cü il tarixdən hesablanması, CM-in 52.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıl ması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; 4 fevral 1991-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İran İslam Respublikasının x şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək, onunn 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 iyul 2023-cü il tarixdən hesablanması, CM-in 52.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 1(106)-133/2024 nömrəli (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Nurəliyev Rəcəb Rza oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu və Məhkum müdafiəçisi Seyidov Rahib Göyçə oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə Məhkum və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 5 iyul 2023-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin X rayonu X kəndi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respub likasına keçdikdən sonra mühəndis texniki çəpərindən 1200 metr içəridə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə Məhkum və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 5 iyul 2023-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin X rayonu X kəndi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra mühəndis texniki çəpərində n 1200 metr içəridə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. İran İslam Respublikası vətəndaşı Məhkum Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 5 iyul 2023-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin X rayonu X kəndi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra mühəndis texniki çəpərindən 1200 metr içəridə Dövlət Sərhəd Xidmətinin əməkda şları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum olunmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçiləri ayrı-ayrılıqda, lakin eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum saxlanıldıqları zaman üzərilərində milli-etnik və ya siyasi fikirlərinə görə İran İslam Respublikasında dövlət tərəfində təqiblərə məruz qalmaları ilə bağlı hər hansı sənəd, o cümlədən şəxsiyyətlərini təsdiq edən sənəd belə aşkar olunmamasının onların siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasına qanunsuz yolla gəlmələrinin ağlabatan və inandırıcı olmaması barədə mövqeyini anla maq mümkün deyildir. Belə çıxır ki, təqibə məruz qalan və canının hayında olan şəxs təqib edəndən icazə alaraq milli-etnik və ya siyasi fikirlərinə görə İran İslam Respublikasında dövlət tərəfindən təqib olunmasını təsdiq edən sənəd əldə etməli və evinə gedərək pasportunu götürəndən sonra yola çıxaraq dövlət sərhədini pozmalı idi. Bu dəlilin özünün ağlabatan və inandırıcı olmaması göz qabağındadır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum məhkəmə baxışında İran hüquq mühafizə orqanları tərəfindən barələrində araşdırma aparılması barədə məlumatsız olduqlarını, siyasi fəaliyyətlə məşğul olmasalar da hökumət əleyhinə keçirilən mitinq və iğtişaşlarda iştirak etdiklərini və məhz bu iştiraka görə polis tərəfindən mütəmadi təqib edildiklərini, işləyə, ailələrini dolandıra bilməd iklərini və siyasi sığınacaq almaq üçün Azərbaycan Respublikasına gəlmək istədiklərini göstərmişlər. Məhkəmə kollegiyası isə subyektiv mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum gətirdikləri dəlilləri əsassız hesab etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum apellyasiya baxışı zamanı sədrlik edən hakimin sualına cavab olaraq İrana deyil, üçüncü ölkəyə getmək istədiklərini bildirmişlər. Lakin məhkəmə özünün subyektiv mülahizələrinə əsaslanaraq onların siyasi sığınacaq hüququndan istifadə etmək barədə dəlillərinə inanmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı dövlət sərhədini məhz siyasi sığınacaq hüququndan i stifadə etmək üçün pozduqlarını, bu niyyətlərini nümayiş etdirmək üçün hər üçünün ağ bayraq qaldıraraq sərhədi keçdiklərini göstərmişdir. Hər üçü eyni məzmunlu ifadələr vermişlər. Lakin məhkəmə kollegiyası onların ifadələrini CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edərək qiymətləndirməmişdir. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirəcək hallan ümumiyyətlə araşdırmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, himayəsində işləməyən yaşlı anası, həyat yoldaşı və 7 yaşında oğlu vardır. Öz qərarında məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən çox mühüm əhəmiyyətə malik hallara hüquqi qiymət verməmişdir. Bundan başqa, Məhkum ilk dəfə az ağır cinayət əməlini törətmiş, məhkəməyə himayəsində 2 azyaşlı övladının olması barədə məlumat verərək, onların fotoşəklini təqdim etmiş, uşaqlarının doğum haqqında şəhadətnamələrinin də təqdim ediləcəyini bildirmişdir. Buna baxmayaraq, nə istintaq orqanı, nədəki məhkəmə kollegiyası həmin sənədləri əldə etmək üçün heç bir təşəbbüs göstərməmiş, bu faktı və Məhkum ilk dəfə az ağır cinayət əməlini törətməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Odur ki, kassasiya şikayətlərində göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarının ləğv edilərək, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edirl ər. Kassasiya məhkəmə baxışında müdafiəçilər Ələsgərov Nadir Çərkəz oğlu, Qocayev Ramil Alim oğlu oğlu, Seyidov Rahib Göyçə oğlu kassasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsini n tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini ka ssasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, onlara təyin edilmiş cəzanın ağır olduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq süb utları tədqiq etmədikdə), 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bil ər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yo xlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrin in tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunur ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin təl əblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və məhkumların təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərində məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə onların əməlində cinayət tərkibi olmadığına görə barələrində bəraət verilməli olduğu iddia edilir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum, onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətmələri kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübu tların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumlar müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhk əməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum edilmiş şəxslərin siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmələri barədə kassasiya şikayətlərinin dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, həmin dəlillər apellyasiya məhkəməsində də irəli sürülmüş apellyasiya məhkəməsi həmin dəlillərə də hüquqi qiymət vermiş və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum siyasi sığınacaq hüququndan istifadə etmək məqsədlərinin olmadığına dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, o nların saxlanılarkən üzərilərindən hətta şəxsiyyətlərini təsdiq edən sənədin belə aşkar olunmaması, İran İslam Respublikasında hüquq mühafizə orqanları tərəfindən barələrində araşdırma aparılmaması, yalnız mitinqlərdə iştiraka görə bir dəfə çağırılmaları və qısa müddət sonra da sərbəst buraxılmaları, hər hansı siyasi fəaliyyətlə məşğul olmamaları, ümumiyyətlə yaşadıqları dövlətin ərazisində heç vaxt inzibati və cinayət məsuliyyətinə cəlb edilməmələri özü-özlüyündə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum törətmiş olduqları əməllərinin sığınacaq hüququnun mahiyyətinə uyğun gəlmədiyini və onların siyasi sığınacaq hüququndan istifadə etmək məqsədlərinin ümumiyyətlə olmamasını müəyyən edir. Bundan əlavə kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, müdafiəçilər ka ssasiya instansiyası məhkəməsini yeni faktiki hallara istinad edərək apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasi ya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndir ə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onların hərəkətlərində Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinmələrini, o cümlədən CPMin 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində, həmçinin məhkumlara təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu barədə dəlillərinə münasibətdə onu göstərir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sos ial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məh kumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu qanunvericiliklə müəyyən olunmuş müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tu tur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasl arın məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictim ai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Odur ki, apellyasiya məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum CM-in 318.2-ci maddəsinin sanksiyası daxilində birinci instansiya məhkəməsinin təyin etdiyi 2 il müddətinə (sanksiyanın orta həddindən də aşağı) azadlıqdan məhr um etmə cəzasını dəyişdirilmədən qüvvədə saxlaması qanuni, əsaslı və ədalətli hesab edilir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Nurəliyev Rəcəb Rza oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu və Məhkum müdafiəçisi Seyidov Rahib Göyçə oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2184/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2184/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver