Məhkəmə qərarları › İş №1(102)-2186/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2186/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2186/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Aki f oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində ikisi yetkinlik yaşına çatmayan, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır. 2. 27 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.2-ci maddəsi ilə təqsirləndiril məsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Şahid6 16 oktyabr 2023-cü il tarixdə etibarnamə əsasında aldığı **-MS-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero İO” markalı avtomobili 26 avqust 1971-ci il tarixdə Laçın rayonu, Hacısamlı kəndində anadan olmuş əmisi Zərərçəkmiş şəxs da almaq istəməsini bəhanə edərək, 17 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexinin qarşısında sonuncu ilə mübahisə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs avtomobil təmiri sexindən bıçaq götürüb onun üzərinə gəldikdə digər əmisi Şahid2 onu həmin “Mitsubishi Pajero İO” markalı avtomobilə əyləşdirib oradan getməsini demiş, o, idarə etdiyi avtomobil ilə təxminən 30 metr məsafə qət etdikdən sonra avtomobilin yük yerində özünə məxsus ov tüfənginin olması yadın a düşdüyündən, avtomobili saxlayaraq yük yerindən “Turac” markalı, AZE 01SA42005913 nömrəli, 12 kalibrli, təklüləli, yivsiz odlu ov tüfəngini götürərək yenidən avtomobil təmiri sexinin qarşısına qayıtmış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla heç bir səbəb olmadan 17 oktyabr 2023-cü il tarixdə, saat 15:06-da həmin sexin içərisində kresloda tək halda oturmuş Zərərçəkmiş şəxs həmin ov tüfəngi ilə təxminən 5 metr məsafədən 3 qırma gülləsi ilə atəş açmaqla zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağı rsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan XXİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı xəsarətlərini yetirmiş, tibbi yardım göstərilməsindən ötrü “X8” Xəstəxanasına çatdırılan Zərərçəkmiş şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində almış olduğu odlu silah (qırma) xəsarətləri nəticəsində baş vermiş travmatik və hemorraqik şokdan həmin xəstəxanada ölmüş, bununla da o, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. 3. 12 fevral 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxış ına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum uzun müddət şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış münaqişəli vəziyyətdə olduğu əmisi Zərərçəkmiş şəxs ilə arasında 17 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexinin qarşısında Məhkum bir gün əvvəl aldığı avtomobillə bağlı yenidən mübahisə yaranmış, həmin vaxt onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir edən Zərərçəkmiş şəxs mübahisəni davam etdirərək avtomobil təmiri sexindən bıçaq götürüb onun üzərinə gəlmiş, təkrarən onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələri, nalayiq söyüşləri söyləməkdə davam etmiş, digər əmisi Şahid2 tərəfindən oradan kənarlaşdırıldıqdan sonra Məhkum “Mitsubishi Pajero İO” ma rkalı avtomobilin yük yerində saxladığı, özünə məxsus “Turac” markalı, AZE 01SA42005913 nömrəli, 12 kalibrli, təklüləli, yivsiz odlu ov tüfəngini götürərək geri qayıdıb onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi səbəbindən 17 oktyabr 2023-cü il tarixdə, saat 15:06da həmin sexin içərisində tək olan Zərərçəkmiş şəxs yaxşınlaşaraq həmin tüfəng ilə təxminən 05 metr məsafədən 03 qırma gülləsi ilə atəş açmaqla zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan X-Xİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı xəsarətlərini yetirmiş, tibbi yardım göstərilməsindən ötrü “X8” Xəstəxanasına çatdırılan Zərərçəkmiş şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində almış olduğu odlu silah (qırma) xəsarətləri nəticəsində baş vermiş travmatik və hemorraqik şokdan həmin xəstəxanada ölmüş, bununla da Məhkum Zərərçəkmiş şəxs Yusif oğlunu qəsdən öldürməklə həyatdan məhrum etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1372/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddə tinin əvvəlinin 17 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasına nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxsə bu maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsini xahiş etmişdir.

8. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Sultanova Günay Bəşir qızı apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Şahid3 əməlinin Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsinə tövsif edilməsi, maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1372/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

10. Apellyasiya insta nsiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Kassasiya protestində qeyd edilir ki, məhkum edilmiş şəxs tərəfindən törədilmiş qəsdən adam öldürmə cinayətinin motivi onun öz şəxsiyyətini digərlərinin fövqündə qoymasında, zərərçəkmiş şəxsin hərəkətlərini cüzi səbəb kimi bəhanə etməsində ifadə olunan xuliqanlıq niyyətində özünü biruzə vermişdir. Lakin birinci instansiya məhkəməsi işdəki sübutları müqayisəli təhlil edib düzgün qiymətləndirmə aparmamış, apellyasiya instansiyası məhkəməsi də məhkum olunmuş şəxsin əməlinin tövsifi ilə bağlı eyni nəticəyə gələrkən həm qanunvericiliyin tələblərini, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında verilmiş hüquqi mövqeyni nəzərə almamış və sübutları düzgün qiymətləndirməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilir.

12. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr şahidlərin məhkum edilmiş şəxsin xeyrinə verdiyi ifadələrini nəzərə alsalar da, bu ifadələrdə onun ziyanına təsvir edilə bilənləri gözdən qaçırmışlar. Bundan əlavə məhkəmələrin nəzərə almadığı məqam hadisənin zərərçəkmiş şəxsin iş yerində avtomobil təmiri sexində baş verməsi faktı o lmuşdur. Yəni münaqişə bir-birinə qohum olan şəxslər arasında baş versə də, ailədə və ya mənzildə deyil, ölmüş zərərçəkmiş şəxsin iş yerində baş vermişdir. Hadisə baş verərkən ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik göstərilməsi həm kamera görüntülərində, həm də məhkumun hərəkətlərində öz təsdiqini tapmışdır. Məhkəmələr tərəfindən əmələ yanlış qiymət verilmiş, nəticədə məhkuma təyin olunan cəza ədalət prinsipini tamamilə pozmaqla törədilən cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və cinayətin törədilməsi hallarına uyğun hesab olunmur və cəzanın məqsədlərini əhatə etmir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərba ycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilməsi, onun barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi xahiş edilir.

13. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və m övcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyas ı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəsi edilən qərarın qəbul edilərkən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun olaraq tədqiq edilmədiyi və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyi, kassasiya şikayətində əlavə olaraq məhkuma təyin edilmiş cəzanın yüngül olduğu iddia edilir, kassasiya xahişləri müvafiq olara q Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmiş dir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif olunmasının səhv nəticə olduğuna dair hazırda irəli sürülən dəlillərə apellyasiya müraciətləri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, məhkəmə bu dəlillərin baxılmış sübutların məcmusu, eləcə də həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirərək həyatdan məhrum etməsi ilə bağlı ittiham irəli sürülməsinə əsas olaraq onun zərərçəkmiş şəxsi ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla heç bir səbəb olmadan öldürməsi göstərilmişdir.

26. Halbuki, Ali Məhkəmənin əlaqəli Plenum qərarında formulə etdiyi hüquqi mövqeyinə görə, qəsdən adam öldürmə o vaxt Azərbaycan R espublikası CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz (“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 3, § 6)

27. Məhkəmə araşdırması nəticəsində Məhkum özünə məxsus silahla atəş açaraq qəsdən Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yarısının kor odlu silah (qırma) yaraları, ağciyərin, dalağın, mədənin, sol böyrəyin, bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri, daxili qanitirmə, soldan X-Xİ qabırğaların sınıqları, sol bazunun və sol budun odlu silah (qırma) yaraları, sol bud sümüyünün açıq yerdəyişmiş sınığı xəsarətlərini yetirməsi, zərərçəkmiş şəxsin almış olduğu odlu silah (qırma) xəsarətlərdən baş vermiş travmatik və hemorraqik şokdan ölməsi məhkumun özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirilsə də, lakin onun cinayəti məhz xuliqanlıq niyyəti ilə törətməsi öz təsdiqini tapmamışdır.

28. Əksinə cinayət işinin materiallarında olan sübutların məcmusu, eləcə də şahidlərin ifadələri əsasında Məhkum və Zərərçəkmiş şəxs aralarında uzun müddət, təxminən 3 ildən artıq davam edən mübahisəli halların mövcud olması, şəxsi münasibətlərinin gərgin olması, hadisədən bir gün əvvəl Məhkum etibarnamə əsasında almaq istədiyi avtomobili Zərərçəkmiş şəxs də almaq istəməsi, bununla bağlı hadisə baş verən günü Məhkumlə Zərərçəkmiş şəxs arasında mübahisə olması, zərərçəkmişin məhkumu və sonuncunun ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi, işlədiyi sexdən bıça q götürərək Məhkum üzərinə hücum etməklə münaqişəni gərginləşdirməsi, təkrarən Məhkum və onun ailə üzvlərini ağır sözlərlə söyüb yenidən təhqir etməsi, Məhkum bütün bunların baş verməsindən sonra maşınında saxladığı ov silahını götürərək sexdə tək olan Zərərçəkmiş şəxs 3 dəfə atəş açmaqla ona xəsarət yetirməsi müəyyən edilmişdir. Tərəflər arasında uzun müddətdən davam münaqişəli vəziyyətin olması həmçinin qüvvədə olan 22 iyun 2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla da bir daha təsdiqini tapmışdır.

29. Belə olan halda məhkəmələr haqlı olaraq hesab etmişlər ki, ibtidai istintaq orqanı yaxın qohumluq əlaqəsində olan məhkum və zərərçəkmiş şəxsin arasında şəxsi münasibətlərin uzun müddətdən bəri pozulmasından irəli gələn qisas motivini, eyni zamanda zə rərçəkmiş şəxsin aşkar hüquqa zidd hərəkətlərini cinayət törədilməsi üçün əsaslı olmayan bəhanə kimi qiymətləndirərək məhkumun zərərçəkmiş şəxsə qarşı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsi barədə səhv və əsassız nəticəyə gəlmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

31. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.

32. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş şəxs cəza təyin edilməsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin birgə verdiyi kassasiya şikayətinin dəlillərini də müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, onların həmin hissədə gəldiyi qənaətləri müvafiq maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.

33. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu tör ətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

34. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsi ndə təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

35. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəl ləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

36. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

37. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.161.1.13-cü maddələrində sadalanm ış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

38. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

39. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

40. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanı n məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

41. Kassasiya şikayətində istinad edilən Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələ ri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

42. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya i nstansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

43. Kassasiya şikayətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

44. Belə ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsində xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu ma ddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, məhkəmələr Şahid3 məhkum edildiyi Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yuxarı həddə - 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişlər.

45. Həmin cəzanı təyin edərkən, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, cəzasını ağırlaşdıran hallar olaraq cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitəl ərdən istifadə etməklə törədilməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışlar.

46. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyin edilməsinə aid mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisəsi edilən qərar bu hissədə də maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmələr törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın qa nunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

48. Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.

50. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olu nan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

51. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1393/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar