Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2189/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4 Məhkum – Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayə t işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(099)-364/2024 saylı hökmü ilə (hakimlər X7 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 34, mənzil 15-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 cəza çəkən Məhkum, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməl ini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) 1(106)-817/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-364/2024 nömrəli, 04 iyul 2024-cü il il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Təqsirləndirilən şəxs və Məhkum edilmişlər ona görə ki, onlar, qəsdən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak məqsədilə əldə edilməsi, saxlanılması və daşınması ilə razılaşaraq məlum olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 3-cü sərhəd zastavasının 23-cü sahəsində, İmişli rayonu ərazisində yerləşən avtomobil yolunun kənarında, işıq dirəyinin altında gizlədilmiş həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3180 qram qurudulmuş marixuananı Tural adı ilə məlum olan şəxsin idarə etdiyi “BMW” markalı avtomobillə Gəncə şəhərindən İmişli rayonunun ərazisinə gedərək, qeyd olunan yerdən bir ədəd bağlamanın içərisində olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3180 qram qurudulmuş marixuananı 17 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmışlar, Məhkum bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 3180 qram marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs və Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən y uxarıda göstərilmiş qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən onun səmimi peşman olmağını, istintaq zamanı əməlini etiraf etməyini, Qarabağ döyüşlərində iştirakını, qazi olmasını və üçüncü qrup əlilliyini tam nəzərə almamışdır. Apellyasiya məhkəməsi də qərar qəbul edərkən yüngülləşdirici halları nəzərə almadan birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkum ailə vəziyyətinin, sosial və səhhətindəki ciddi problemlərinin nəzərə alınaraq hökm üzrə ona təyin olunan 04 (dörd) il azadlıqdan məhrumetmə cəzasının minimum həddə-03 (üç) ilə endirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kass asiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması haqqında dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrind ən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin müəllifi işə baxan apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən onu törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddə cəza təyin edilməməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstəri lən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsir liliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfl i və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəf indən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, m əhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictima i təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsin ə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş azadlıqdandan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və oby ektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qə rarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nə ticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayəti təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-817/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2189/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2189/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver