Məhkəmə qərarları › İş №1(102)-219/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-219/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-219/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum1 və Məhkum2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhk um2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.İ.Əliyev (sədrlik edən), A.H.Hacıyev və M.Ə.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1966-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq anası, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərd ə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və şübhəli şəxs kimi tutulduğu və ibtidai həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması, xx xxxxxxx 1964-cü ildə Astar a şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşaq anası, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlaqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəss isəsində çəkməsi və şübhəli şəxs kimi tutulduğu və ibtidai həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: hakimlər X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il saxlanılmışdır. İşin halları: tarixli hökmü dəyişdirilmədən Məhkəmənin hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Məhkum1 k ülli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə bacısı Məhkum2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq xx xxxx 2018-ci il tarxdə şəxsiyyəti istintaqla müəyyən edilməmiş cinayətkar qrupun Azərbaycanda olan üzvü ona külli miqdarda metadon natkotik vasitələrini cinayətkar qrupun İranda olan üzvündən əldə edib Azərbaycana gizli yolla gətirmə barədə göstəriş vermiş, o isə xx xxxx 2018-ci ildə Astara Gömrük İdarəsindən keçməklə İran İslam Respublikasının Astara şəhərinə getmiş, orada həmin gün cinayətkar qrupun digər üzvü ndən 2 bükümdə külli miqdarda, hər birində təsiredici maddəsinin miqdarı 15,88 qram təşkil edən 397 həb olmaqla, cəmi təsiredici maddəsinin miqdarı 31,76 qram təşkil edən 794 həb metadon narkotik vasitəsi qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən 1 bükümdə təsiredici maddəsinin miqdarı 15,88 qram təşkil edən 397 həbi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, cinsiyyət orqanında yerləşdirərək saxlamış, daşımış, digər bükümdə olan təsiredici maddəsinin miqdarı 15,88 qram təşkil edən 397 həbləri Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi məqsədi ilə bacısı Məhkum2 vermiş, sonuncu isə həmin həbləri bacısı Məhkum1 qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə alt paltar ı – tumanında yerləşdirərək saxlamış, daşımış və həmin tarixdə onlar birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən saat 12 radələrində qeyd edilən narkotik vasitələri Astara Gömrük İdarəsində Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Məhkum1 kassasiya şikayətində əvvəllər məhkum olunmadığını, ailəli və iki övladının olmasını, yaşının yüksək olmasını, səhhətində problemlərin yaranmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini qeyd edərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tə tbiq edilməsini və ona daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkum2 kassasiya şikayətində əməlindən səmimi peşman olmasını, səhhətində problemlərin yarandığını, ağır xəstəliklərdən əziyyət çəkdiyini, ailəli və 3 övladının olmasını vurğulayaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu təl əbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumlar kassasiya şikayətlərində barələrində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və cəzalarının yüngülləşdirilməsini mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar barəsində CM-nin 62-ci maddəsini tətbiq etməməklə düzgün nəticəyə gəlsə də, cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan R espublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumlar barəsində cəza təyin edərkən hər iki cinayətin ağır cinayətlər kateqoriyasına daxil olmasına baxmayaraq CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə daha ağır cəza təyin etməklə cəza təyinetmənin ümumi prinsiplərini pozmuş, həmçinin məhkumların əməllərindən səmimi peşman olmasını, müsbət xarakterizə olmalarını yüngülləşdirici hal kimi qiymətləndirsə də, cəza təyini zamanı kifayət qədər nəzərə al mamışdır. Apellyasiya məhkəməsi isə həmin qərarı qüvvədə saxlamaqla ədalətsiz nəticəyə gəlmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr c əza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsus i hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Res publikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum 1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X3rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanısta na qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata ke çirildiyini göstərən yeganə vasitədir Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2 019-cu il tarixli qərarı cəza təyini hissəsində dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 6 (altı) aya endirilsin. Həmin cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 206.3.2-ci maddəsinə əsasən təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Məhkum1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 6 (altı) aya endirilsin Həmin cəza Azərbaycan Respu blikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 206.3.2-ci maddəsinə əsasən təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Məhkum2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar