Məhkəmə qərarları › İş №1(102)-219/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-219/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-219/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X4 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) 12 yanvar 2022-ci il tarixli hökmü ilə xx.xx.1961-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri, N.Hacıyev küçəsi, 17 saylı evdə yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrumetm ə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, S.Vurğun küçəsi, 20 saylı evin 15 saylı mənzilində yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaç əkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması müəyyən edilmiş, iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən), X9 və X1 ibarət tərkibdə) 26 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 1(099)54/2022 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 1(099)54/2022 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən Məhkum1 və Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinin tələblərinə əsasən Məhkum2 cəza təyini hissəsində dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il həddinədək azaldılmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 8 (səkkiz) il 6 (altı) ay həddinədək azaldılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinərək məhkum olunmuşlar ona görə ki, onlar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, istintaqa məlum olmayan vaxta və mənbədən 1120 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq birgə əldə edib Məhkum2 məxsus və idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində birlikdə saxlayıb daşıdıqları zaman 17 iyul 2021-ci il tarixdə Hacıqabul Rayon Polis Söbəs inin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Qədir-Xum” ailəvi istirahət mərkəzinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilərkən qeyd olunan narkotik vasitə heroin yük yerində aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 barələrində təyin edilmiş cəzaları azaltmaqda haqlı olmamış, gəldiyi nəticəni cəza təyininə dair cinayət qanunun tələbləri baxımından əsaslandırmamışdır. Məhkəmənin Məhkum1 və Məhkum2 barələrində nəzərə aldığı cəzasını yüngülləşdirən hal, onların yaşayış yeri üzrə müsbət xarakterizə olmalarıdır. Bu halın hansı səbəbdən cəzanı yüngüll əşdirən hal kimi nəzərə alınması barədə qərarda hər hansı bir əsaslandırma aparılmamışdır. Məhkəmə Məhkum1 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onların kimin tərəfindən, hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Həmçinin, müsbət xasiyyətlənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxslərin davranışı CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərini törətməkdən ibarət olmuşdur. Məhkəmə isə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, nəticədə əsassız olaraq onlara törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarların şəxsiyyətinə uyğun olmayan cəzalar təyin etmişdir. Məhkəmə eyni zamanda apellyasiya şikayəti olmadığı halda Məhkum2 barəsində təyin edilmiş cəzanı yüngülləşdirməkdə də cinayət-prosessual qanunvericiliyin müəddəaları baxımından haqlı olmamışdır. Hazırkı cinayət işi apellyasiya baxışında olarkən Məhkum2 barəsində qanuni qüvvəyə minmiş hökm olmuş, Məhkum2 apellyasiya şikayəti verməmiş və apellyasiya instansiya məhkəməsinin onun barəsind ə olan hökmü dəyişməkdə hər hansı bir səlahiyyəti yox idi. Hazırkı işdə məhkəmə kollegiyasının Məhkum1 barəsində cəzanı yüngülləşdirərkən əsaslandığı hal - onun yaşayış yeri üzrə müsbət xarakterizə olması sırf təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı hal olmaqla fərdi xarakter daşıyır, digər şəxsin barəsində təyin edilmiş cəzanın dəyişdirilməsinə əsas verə bilməzdi. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Kassasiya protestində Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, s übutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində mübahisələndirilən, məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindikləri madd ələrinin sanksiyası çərçivəsində təyin olunmuş və apelyasiya instansiyası məhkəməsi tərəfindən həddi azaldılmış cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tə rəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsiri n forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi tə crübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı itti ham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum1 və Məhkum2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən halların olmaması barədə qənaəti ilə razılaşmamış, Məhkum1, Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını onların şəxsiyyəti ilə bağlı olduğuna görə şərh olu nan halın Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Məhkum1 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Məhkum2 isə 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı həm Məhkum1, həm də Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddindən (8 il 6 aydan) artıq cəza təyin etmiş, cəzanı ağırlaşdıran halların olmamasına baxmayaraq, bu həddə cəza təyin olunmasının zəruriliyini hökmdə əsaslandırmamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin etdiyi cəza ilə cəzanın məqsədinə nail olunacağını məhkəmə hökmündə əsaslandırmaması, yalnız formal surətdə CM-in müvafiq maddələrini sadalamaqla kifayətlənməsi və onların islah olunması üçün ağır cəza təyin etməsi barədə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, göstərilən məhkəmə birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə mövqeyi ilə haqlı olaraq razılaşmayaraq Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən halların mövcudluğu, həmçinin cəzasını ağırlaşdıran halların olmaması, törədil miş cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, onun şəxsiyyəti nəzərə alaraq düzgün olaraq onlara təyin edilən cəzanın həddini azaltmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya protesinin məhkumlara təyin olunmuş cəzanın yüngül olması barədə dəlilləri əsassızdır və yuxarıda şərh olunanlara əsasən məhkumlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitə m olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkum edilmiş şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla, ailələrinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onların islah olunmaları məqsədinə cavab verir. Məhkəmə koll egiyası həmçinin kassasiya protestinin digər dəlilinə-Məhkum2 apellyasiya şikayəti vermədiyi halda ona təyin edilmiş cəzasının yüngülləşdirilməsinin qanunsuz olmasına münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən ci nayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 397.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Qanunvericiliyin məzmunundan görünür ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının faktiki hallarını yalnız apellyasiya tələbi daxilində araşdırsa da, məhkəmə baxışı nəticəsində hər hansı bir şəxsin xeyrinə yekun qərar qəbul edilməsinin mümkünlüyü aşkar olunduqda, bu barədə apellyasiya tələbinin olu b-olmamasından asılı olmayaraq, belə qərar qəbul etməlidir. Belə ki, haqqında apellyasiya şikayəti verilməmiş şəxsin xeyrinə qəbul edilən qərar digər şəxslərin prosessual vəziyyətini pisləşdirə bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsi müvafiq apellyasiya tələbi olmadan hər hansı şəxsin xeyrinə qərarı yalnız o halda qəbul edə bilər ki, bu qərar heç kəsin ziyanına olmasın. Apellyasiya tələbi olmadan yalnız məhkumun, bəraət almış şəxsin, təqsirləndirilən şəxsin, habelə barəsində tibbi və ya tərbiyəvi tədbirlər tətbiq edilmiş şəxsin xeyrinə qərar qəbul etmək olar. Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti olmadığı halda Məhkum2 xeyrinə qərar qəbul etməsinin cinayət prosessual qanunvericiliyin tələbl ərinə zidd olması barədə kassasiya protestinin dəlilləri tam əsassızdır. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə Məhkum1 apellyasiya şikayətinə baxıb onun şikayətinə əsasən təyin olunmuş cəzanı yüngülləşdirərkən, apellyasiya baxışının nəticələri əsas verdiyindən Məhkum2 da təyin edilmiş cəzanın həddini azaltmışdır ki, bu hal CPM-in 397.5-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin məhkumlara cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgü n tətbiq edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin e dilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar