Məhkəmə qərarları › İş №1(102)-219/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-219/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-219/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X6 iştirakları ilə x xxxx 1992-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Balakən rayo nunun Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət almasına, xx xxxxxx 1974-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Balakən rayonunun Qazma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, xx xxx 1993-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “XXX” İstehsalat Birliyində çilingər vəzifəsində işləyən, Balakən rayonunun Hənifə kəndində qeydiyyatda olmaqla hə min ünvanda yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, x xxxxxx 1994-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 4 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli 1(107)-299/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 202 4-cü il tarixli 1(091)-7/2024 nömrəli hökmü ilə (hakimlər: X.M.Məmmədov (sədrlik edən), B.M.Məmmədov və T.Q.Əfəndizadə) X8 – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 4 (dörd) günü CM-in 68-ci maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzan ın bir gününə iki gün hesabı ilə hesablanıb 7 (yeddi) ay 2 (iki) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum2 hökmlərin məcmusu ilə qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 4 yanvar 2023-cü il tarixdən hesablanması, Məhkum2 tutulma və həbs qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində həbsdə olduğu müddəti aşmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün həbsdən azad edilməsi hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azad lığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum3 5 yanvar 2023cü il tarixdən 7 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 4 (dörd) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başl anğıcının 5 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmü ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və E.B.İsayev) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 1(091)-7/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə qismən, Məhkum2 barəsində irəli sürülmüş ittihamdan X11 ilə bağlı bəndin xaric edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni ittiham hökmü çıxarılaraq Məhkum2 təqsirli bilinmişdir. İşin halları: İbtidai isti ntaq orqanı tərəfindən X8 CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 3 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində, həmin kənd sakini Məhkum2 yaşadığı ünvanın qarşısında sonuncunun vasitəsi ilə Məhkum1 20 manat pulun müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini istifadə etməsi məqsədi ilə Məhkum2 əvəzsiz olaraq pay vermiş, qalan şəxsi istehlak miqdar ından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan narkotik vasitə heroini isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub əynindəki qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, 3 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X1 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 22:20 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 3 yanvar 2023-cü il tarixdə Balakən rayonunun Gərəkli kənd sakini X6 öz istifadəsindən ötrü narkotik vasitə heroin əldə etmək üçün Balakən rayonunun Qazma kəndinin ərazisində ona verdiyi 20 manat pulun müqabilində həmin tarixdə saat 17 radələrində Balakən şəhər sakini Məhkum1 Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarın dan artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini bəraət almış şəxsa vermək məqsədi ilə həmin 20 manat pulun müqabilində alıb əldə edərək üzərində saxlayıb daşımış, qeyd olunan 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroini göstərilən tarixdə saat 17 radələrindən bir qədər sonra yaşadığı ünvanın qarşısında bəraət almış şəxsa vermiş, həmin vaxt sonuncu 1 ədəd bükümdə olan narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan hissəsini özünə götürüb, qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini istifadə etməsi mə qsədi ilə ona qaytarıb əvəzsiz olaraq pay vermiş, o da bəraət almış şəxsun pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edərək əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisinə qoyub daşıyaraq üzərində saxlamış, 4 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X7 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanuns uz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum3 CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 2022-ci ilin dekabr ayının sonlarında Balakən rayonunun Hənifə kəndinin ərazisində yaşadığı evin yaxınlığında Balakən şəhər sakini Məhkum1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə 200 manat pulun müqabilində alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,401 qramdan artıq çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində daşıyaraq yaşadığı evə aparıb gizlədərək saxlamış, həmin narkotik vasitə heroinin istintaqa məlum olmayan hissəsini müxtəlif vaxtlarda istehlak etmiş, qalan hissəsini, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamış, 5 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Layıcov X10 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 17:30 dəqiqədən saat 17:55 dəqiqəyədə k olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq Balakən şəhər sakini Məhkum1 öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin əynində olan cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümu mi təmiz çəkisi 2,021 qramdan artıq çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 2022-ci ilin dekabr ayının sonlarında qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qramdan artıq çəkidə olan hissəsini Balakən rayonunun Hənifə kəndinin ərazisində həmin kənd sakini olan tanışı Məhkum3 200 manat müqabilində satmışdır. Bundan başqa, Məhkum1 təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,021 qramdan artıq çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi i stehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 3 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində 20 manat pulun müqabilində həmin kənd sakini olan tanışı Məhkum2 satmış, geriyə qalan, yəni 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub daşıyaraq üzərində saxlamışdır. 3 yanvar 2023- cü il tarixdə Balakən RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X1 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 22:20 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Məhkum1 3 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Məhkum2 satmış olduğu ümumi təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan hissəsi bəraət almış şəxsun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 04 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliy yat-axtarış tədbirləri nəticəsində X7 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Məhkum1 alaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən bəraət almış şəxsun ona pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsi Məhkum2 əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə, 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində X10 RPŞ-yə dəvət ed ilib şübhəli şəxs qismində tutularaq saat 17:30 dəqiqədən saat 17:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 2022-ci ilin dekabr ayının sonlarında Məhkum1 alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Məhkum3 əynində olan cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Bundan savayı, 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində X4 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 19:00 dəqiqədən saat 19:35 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparıl an zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq istintaqa məlum olmayan vaxta və mənbədən əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmünün X8 və Məhkum1 aid hissədə ləğv edilməsi və işin həmin hissəd ə yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, birinci instansiya məhkəməsi əsassız olaraq X8 bəraət vermiş, Məhkum1 əməlini isə CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmişdir. Apellyasiya məhkəməsi isə Məhkum2 əməlini qiymətləndirərkən birinci instansiya məhkəməsinin ittihamdan X11 ilə bağlı bəndin xaric edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və apelyasiya protestini yalnız həmin hissədə təmin edilmiş və birinci instansiya məhkəməsinin hökmünü həmin hissədə ləğv edərək həmin hissədə yeni hökm çıxarılmışdır. Dövlət ittihamçısının fikrincə, apelyasiya məhkəməsinin gəldiyi həmin nəticə ziddiyyətlidir. Belə ki, apelyasiya məhkəməsi Məhkum2 ifadəsinin narkotik vasitəni bəraət almış şəx sun verdiyi 20 manat müqabilində aldığı hissəsinə inanmış, lakin bəraət almış şəxsa narkotik vasitəni verməsi hissəsinə isə inanmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmünün onun barəsində olan hissəsinin ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, o etmədiyi əmələ görə polis işçiləri tərəfindən şərlənərək tutulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protes tinin təmin edilməsi, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə bəraət almış şəxs A.Qardaşovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmünün X8 və Məhkum1 aid hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması xahiş olunur. Məhkum1 tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmünün onun barəsində olan hissəsinin ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti n əzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamas ını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hü quqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsasl andığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakim lər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən: 1) X8 münasibətdə: “..... ibtidai araşdırmanın ilkin mərhələsində bəraət almış şəxsun təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə bəraət almış şəxsun polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı məhkəmə heyətində bəraət almış şəxsun üzərindən narkotik vasitə heroinin aşk ar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası bəraət almış şəxsun üzərindən aşkar olunmuş maddi sübutun (narkotik vasitə heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyin i nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər bəraət almış şəxsa qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Odur ki, təqsirləndirilən şəxs bəraət almış şəxsun işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası təqsirləndirilən şəxs bəraət almış şəxsun məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrində bəraət almış şəxsun əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları bəraət almış şəxsa qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar bəraət almış şəxsa qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə bəraət almış şəxsun polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin onun üzərinə yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsi ni iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X6 təqsirliliyi sübuta yetirilməmişdir. 2) Məhkum2 münasibətdə qeyd etmişdir ki: Cinayət işinin materiallarından görünür ki, 3 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Gərəkli kəndində yaşayan Məhkum2 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, 4 yanvar 2023-c ü il tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum2 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum2 3 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən şəhər sakini Məhkum1 Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından ar tıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pulun müqabilində alıb əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun içərisinə qoyub daşıyaraq üzərində saxlamış, 4 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 Balakən RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 1 ədəd gümüşüağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum2 törətmiş olduğu cinayət əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eləcə də artıq məhkəmə yuxarı hissədə bəraət almış şəxsa bəraət verilməsi qənaətinə gəldiyindən hesab edir ki, Məhkum2 qarşı verilmiş ittihamdan bəraət almış şəxsla bağlı bənd xaric olunmalıdır.” 3) Məhkum1 münasibətdə: Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,832 qram çəkidə ola n kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 2022-ci ilin dekabr ayının sonlarında qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rənglikağız bükümdə təmiz çəkisi 0,401 qram çəkidə olan hissəsini Balakən rayonunun Hənifə kəndinin ərazisində həmin kənd sakini olan tanışı Məhkum3 200 manat pulun müqabilində satmış, daha sonra Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,832 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 3 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində 20 manat pulun müqabilində həmin kənd sakini olan tanışı Məhkum2 satmış, 4 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X7 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 3 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Məhkum1 alaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan “West” markal ı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş, habelə 5 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində X10 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 17:30 dəqiqədən saat 17:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 2022-ci ilin dekabr ayının sonlarında Məhkum1 alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Məhkum3 əynindəki cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür..... məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum1 satış məqsədi ilə əl də edərək sonradan Məhkum2 və Məhkum3 satdığı narkotik vasitənin miqdarı 0,832 qram olduğundan onun qeyd olunan cinayət əməllərini törətməsi cinayət işi üzrə dindirilən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və biri digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmalıdır.” Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə yeni hökm qəbul edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “.....Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkum2 aid hissədə ona irəli sürülmüş ittihamdan X11 ilə bağlı bəndin xaric edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və bu hissədə protestl ə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin 1-ci cildinin 132-ci səhifəsində olan Məhkum2 izahatından, cinayət işinin 1-ci cildinin 158-ci səhifəsində olan Məhkum2 şübhəli şəxs kimi dindirilməsi barədə protokoldan, cinayət işinin 1-ci cildinin 182-ci səhifəsində olan Məhkum2 təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokoldan görünür ki, Məhkum2 X3 narkotik vasitə almaq üçün 20 manat pul aldığını etiraf etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası yalnız X6 təzyiqlərə məruz qalması əsas gətirilərək qeyd olunan bəndin Məhkum2 aid hissədə ona irəli sürülmüş ittihamdan xaric edilməsi halı ilə razılaşmır və hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək yeni itt iham hökmü çıxarılmalıdır...... Şəki Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2024-cü il tarixli hökmü Məhkum2 barəsində irəli sürülmüş ittihamdan X11 ilə bağlı bəndin xaric edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni ittiham hökmü çıxarılaraq Məhkum2 təqsirli bilinməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 ittihamından X11 ilə bağlı bəndi xaric edilməsinə dair nəticəyə gələrkən kifayət qədər araşdırma aparmamış və ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 3 ildir narkotik vasitələrdən isti fadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Balakən rayonunun Qazma kənd sakini Məhkum2 rayon sakini kimi tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamış və sonuncunun narkotik vasitədən istifadə etdiyini bilmişdir. 3 yanvar 2023-cü il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi avtomobillə Balakən rayonunun Qazma kəndindən keçən zaman Məhkum2 yaşadığı evin qarşısında küçədə dayandığını görmüş və çəkmək üçün narkotik vasitə heroin təşkil etməsini sonuncudan xahiş etmişdir. Məhkum2 də onun bu təklifi ilə razılaşmış və narkotik vasitə heroin tapmağa çalışacağını ona bildirmişdir. Lakin o, Məhkum2 həmin narkotik vasitə heroini kimdən alacağını və ya aldığını bilməmiş, sonuncu bu barədə ona heç nə deməmişdir. O, narkotik vasitədən istifadə edən ol duğuna görə birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş narkotik vasitə heroinin 10 manata satıldığını bilmiş, buna görə də alacağı narkotik vasitə heroindən Məhkum2 pay verə bilməsi üçün 20 manat məbləğində pulu sonuncuya vermişdir. Məhkum2 20 manat pul verdiyi vaxt sonuncunun ona narkotik vasitəni təşkil edəcəyini deməsinə görə həmin vaxt Məhkum2 satmaq üçün narkotik vasitənin olmadığını düşünmüş və sonuncuya verdiyi 20 manat pulun Məhkum2 çatmayacağını bilmişdir. O, Məhkum2 narkotik vasitə satmadığını bilsə də, sonuncunun özünün də narkotik vasitədən istifadə etməsi səbəbindən ona narkotik vasitə təşkil edəcəyini düşünmüş, lakin o, Məhkum2 ona narkotik vasitə təşkil etməsi müqabilində sonuncuya həmin narkotik vasitədən bir hissəni pay verəcəyi və ya narkotik vasitə təşkil etməsi əvə zində Məhkum2 hər hansı mənfəət, gəlir əldə edəcəyi ilə bağlı sonuncu ilə əvvəlcədən razılaşmamışdır. Bundan sonra o, 20 manat məbləğində pulu Məhkum2 verərək bir-iki saat sonra qayıdacağını bildirmiş və oradan yaşadığı evə getmişdir. Həmin tarixdə təxminən saat 17 radələrində o, yenidən Məhkum2 yaşadığı ünvanın qarşısına getmiş və həmin vaxt küçədə dayanmış Məhkum2 1 ədəd gümüşü rəngli kağız bükümü ona verərək içərisində təxminən 1 qram narkotik vasitə heroin olduğunu ona bildirmişdir. O, həmin bükümdə olan narkotik vasitə heroini iki yerə bölüb bir hissəsini istifadə etməsi üçün Məhkum2 pay vermiş, qalan 1 ədəd bükümdəki narkotik vasitə heroini isə özü istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun arxa tərəfinə, yəni siqaret qutusunun üzərindəki sellofan paketinin içərisinə qoyub üzərində saxlamış oradan uzaqlaşmış, lakin qeyd olunan narkotik vasitədən istifadə etməmişdir. Həmin tarixdə təxminən saat 21 radələrində Balakən şəhəri, H.Əliyev prospektində olan zaman Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyib onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 1 ədəd bükümdə narkotik vasitə heroin olan “Rothmans” ma rkalı siqaret qutusu aşkar olunmuşdur. Bu zaman o, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini 3 yanvar 2023-cü il tarixdə Balakən rayonunun Qazma kənd sakini Məhkum2 20 manat məbləğində pulun müqabilində aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,44 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan araşdırma zamanı Məhkum2 polis şöbəsinə gətirilməsi, üzərində şəxsi axtarış aparılarkən üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilməsi, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə ilə onun, Məhkum3 və Məhkum1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentləri nə görə eyni olması ona məlum olmuşdur. Bundan başqa o, bir neçə dəfə Məhkum3 ilə birlikdə narkotik vasitə heroindən istifadə etmiş, lakin heç vaxt pul müqabilində sonuncudan narkotik vasitə heroin almamışdır. Məhkum2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Balakən rayonunun Gərəkli kənd sakini X9 uzun müddətdir tanımış və sonuncunun narkotik vasitədən istifadə etdiyini bilmişdir. 3 yanvar 2023-cü il tarixdə təxminən saat 15 radələrində Balakən rayonunun Qazma kəndində yaşadığı ev in qarşısında küçədə dayanan zaman idarə etdiyi avtomobillə həmin küçədən keçən bəraət almış şəxs narkotik vasitə heroin istifadə etmək istədiyini bildirmiş və narkotik vasitə heroin tapmağa köməklik etməsini ondan xahiş etmişdir. O, Balakən şəhər sakini Məhkum1 narkotik vasitə satdığını bildiyi üçün bəraət almış şəxsla razılaşmış və narkotik vasitə heroin tapmaqda köməklik edəcəyini sonuncuya bildirmişdir. bəraət almış şəxs onun həmin narkotik vasitə heroini kimdən alacağını bilməmiş və o, bu barədə sonuncuya hər hansı məlumat verməmişdir. bəraət almış şəxs narkotik vasitə təşkil etməsi üçün ona 20 manat pul verən zaman bunun müqabilində ona təşkil edəcəyi narkotik vasitədən pay verəcəyi və ya narkotik vasitə təşkil etməsinin əvəzində ona hər hansı mənfəət, gəlir verəcəyi ilə bağlı əvvəlc ədən hər hansı bir razılığa gəlməmişlər. Həmin vaxt bəraət almış şəxs ona 20 manat məbləğində pul verərək narkotik vasitə heroin alaraq əlaqə saxlamasını xahiş etmiş və həmin yeri tərk edib getmişdir. Bundan bir müddət sonra o, istifadə etdiyi 051 ***-**-** mobil telefon nömrəsindən Məhkum1 istifadə etdiyi 051 ***-**-** və ya 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək yaşadığı ünvana gətirmək şərti ilə ona 20 manat pulun müqabilində narkotik vasitə heroin verməsini xahiş etmiş, Məhkum1 onunla razılaşaraq təxminən saat 17 radələrində onun yaşadığı ünvanın qarşısına gəlmiş, orada 01 ədəd bükümü çıxarıb ona vermiş və bu zaman bükümün içərisində təxminən 01 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. O da həmin bükümü götürüb bəraət almış şəxsun narkotik vasitə almaq üçün ona ver diyi 20 manat məbləğində pulu Məhkum1 vermiş və bundan sonra sonuncu həmin yeri tərk edib getmişdir. Bundan bir müddət sonra bəraət almış şəxs onun yaşadığı ünvanın qarşısına gəlmiş və bu zaman o, Məhkum1 aldığı bükümü cibindən çıxarıb bəraət almış şəxsa vermiş, daha sonra sonuncu bükümün içərisindəki narkotik vasitə heroini iki yerə bölüb bir hissəsini istifadə etməsi üçün ona pay vermişdir. O, narkotik vasitəni təşkil edib bəraət almış şəxsa verən zaman sonuncu istifadə etməsi üçün narkotik vasitədən ona bir qədər pay vermiş, lakin o, narkotik vasitə təşkil etmək üçün bəraət almış şəxsdan narkotik vasitə və ya mənfəət əldə etməyi düşünməmiş, sonuncu onun narkotik vasitədən istifadə edən şəxs olduğunu bildiyi üçün verdiyi pul ilə onun aldığı narkotik vasitədən ona bir qədər pay vermişdir. Bundan sonra bəraət almış şəxs narkotik vasitənin qalan hissəsini götürmüş və həmin yeri tərk etmişdir. O, bəraət almış şəxsun verdiyi həmin narkotik vasitə heroini siqaretin gümüşü kağızına büküb əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisinə qoyub yaşadığı evə getmiş, lakin qeyd olunan narkotik vasitədən istifadə etməmişdir. 4 yanvar 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində yaşadığı evin qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu demişlər və onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçin in iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində 1 ədəd bükümdə narkotik vasitə heroin olan “West” markalı siqaret qutusu aşkar olunmuşdur. Bu zaman o, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu və 3 yanvar 2023-cü il tarixdə X6 narkotik vasitə heroin alması üçün ona 20 manat pul verdiyini, həmin tarixdə Balakən şəhər sakini Məhkum1 20 manat məbləğində pulun müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin aldığını və aldığı 01 ədəd bükümdə olan narkotik vasitən heroni bəraət almış şəxsla yarı böldüyünü bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,52 qram olması müəyyən olunmuş, müvafiq qaydada qa blaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan araşdırma zamanı X6 3 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-yə gətirilməsi, üzərində şəxsi axtarış aparılarkən üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilməsi, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə ilə onun, Məhkum3 və Məhkum1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olması ona məlum olmuşdur. Məhkum1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, onurğa sütunundan əməliyyat olunduğu üçün bədənində olan ağrıların qarşısını alm aq məqsədi ilə narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitəni bir neçə dəfə Bakı şəhərində olan zaman tanımadığı şəxslərdən əldə etmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, hər hansı şəxsə narkotik vasitə satmamış və ya pay verməmişdir. Balakən rayonunun Qazma kənd sakini Məhkum2 və Balakən rayonunun Hənifə kənd sakini Məhkum3 rayon sakinləri kimi tanımış, aralarında şəxsi ədavət və dümənçilik olmamışdır. 5 yanvar 2023cü il tarixdə təxminən saat 10 radələrində Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən Balakən bazarının yaxınlığında olarkən yolun kənarında yerdə içərisində narkotik vasitə heroin olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin olduğunu görmüş və narkotik vasitədən istifadə edən olduğuna görə istifadə etmək məqsədilə həmin bükümləri götürüb cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoymuşdur. Həmin tarixdə günorta saatlarından sonra yaşadığı evin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu demişlər və onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 2 ədəd bükümdə narkotik vasitə heroin olan “Rothmans” markalı siqaret qutusu aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasit əsilə çəkilən zaman çəkisinin 1,09 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sol qulaq, sol alın nahiyəsində və sağ əlinin üzərində olan xəsarətləri təxminən 3-4 yanvar 2023-cü il tarixdə yaşadığı evdə olan zaman pilləkəndən yıxılaraq almış, bel nahiyəsində təxminən 3 ay əvvəl əməliyyat olunması ilə bağlı yara-tikiş izləri olmuş, sağ ayağında isə hansı şəraitdə aldığını xatırlamadığı xəsarətlər olmuşdur. O, Məhkum2 narkotik vasitə satmamış, 3 yanvar 2023cü il tarixdə sonuncunu ümumiyyətlə görməmiş və sonuncunun narkotik vasitəni ondan almasını deməsinin səbəbini bilmir. Onun idarə etdiyi avtomobil Balakən rayonunun Hənifə kəndinə gedən yolda avtomobil ustası kimi fəaliyyət göstərən X10in işlədiyi yerdə təmirdə olmuş, Məhkum2 də a vtomobil ustası X10i tanıdığı üçün o, Məhkum2 X10dən avtomobilin təmir xərclərinin azaldılması üçün xahiş etməsini bildirmiş, bu məqsədlə istifadəsində olan 051 ***-**-** və ***-***-**-** mobil telefon nömrələri vasitəsilə Məhkum2 istifadə etdiyi 051 ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Həmçinin o, heç vaxt Məhkum3 narkotik vasitə heroin satmamış, 2022-ci ilin dekabr ayının sonlarında sonuncunun istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng olunub-olunmadığını xatırlamır. O, Məhkum3 və Məhkum2 narkotik vasitədən istifadə etdiklərini bilməmiş və heç vaxt sonuncularla birlikdə narkotik vasitədən istifadə etməmişdir. Şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsin i təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan X6 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə 3 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə bəraət almış şəxs saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman üzərindən içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm aşkar olunmuşdur. bəraət almış şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitən i 3 yanvar 2023-cü il tarixdə 20 manat pulun müqabilində Balakən rayonunun Qazma kənd sakini Məhkum2 aldığını bildirmişdir. Buna görə də, həmin tədbirin davamı olaraq Məhkum2 4 yanvar 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun içərisində saxladığı içərisində narkotik vasitə heroin olan gümüşü-ağ rəngdə olan kağız büküm aşkar olunmuşdur. Məhkum2 həmin kütlənin narkotik vasitə heroin olduğunu, bəraət almış şəxsun ona narkotik vasitə almaq üçün verdiyi 20 manat pulu 3 yanvar 2023-cü il tarixdə saat 15-16 radələrində Balakən şəhər sakini Məhkum1 verərək sonuncudan narkotik vasitə aldığını, bəraət almış şəxsa narkotik vasitə satmadığını və daha sonra isə narkotik vasitəni bəraət almış şəxsla böldüklərini bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,52 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə 5 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələr ində Məhkum1 yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan2 ədəd büküm aşkar olunmuşdur. Məhkum1 həmin kütlələrin narkotik vasitə heroin olduğunu, 5 yanvar 2023-cü il tarixdə səhər saatlarında Balakən şəhərinin ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və belində ağrılar olan zaman istifadə etdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1,09 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə pro tokol tərtib olunmuşdur. Həmin vaxt Məhkum1 sifətində və bədənində olan xəsarətlərin 2-3 gün əvvəl öz ehtiyatsızlığından yıxılması nəticəsində yarandığını və belindən əməliyyat olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid6 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 3 yanvar 2023-cü il tarixli raportdan görünür ki, X11 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə heroini Balakən rayonunun Qazma kəndində yaşayan Məhkum2 aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan 4 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olm uş məlumat əsasında Balakən rayonunun Qazma kəndində yaşayan Məhkum2 narkotik vasitə satması və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması şübhəsi ilə həmin tarixdə saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan və gəldiyi nəticəni kifayət qədər əsaslandırmadan verilmiş apelyasiya protestini qismən təmin etməklə və nəticədə Məhkum2 ittihamından X11 ilə bağlı bəndin xaric edilməsinə dair hissədə yeni hökm qəbul edərkən ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarında olan Məhkum2 izahatlarında, şübhəli şəxs qismində dindirilməsi və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokollardan görünür ki, Məhkum2 X3 narkotik vasitə almaq üçün 20 ma nat pul aldığını etiraf etmişdir. İş materiallarında olan Məhkum2lə Məhkum1 arasında keçirilmiş üzləşdirmə haqqında protokoldan görünür ki, Məhkum2 istintaqa verdiyi ifadəsini təsdiq etməklə, X xahişi ilə 20 manat pul müqabilində Məhkum1 narkotik vasitə heroini almasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qeyrimüəyyəndir. Belə ki, apelyasiya instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum2 A.Qardaşovdan sonuncu üçün 20 manat pul müqabilində Məhkum1 narkotik vasitə olan heroin almasını və həmin əsasla Məhkum2 CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etmişdir. Belə olan halda, məhkəmə bir şəxsə münasibətdə ittihamın təsdiq edilməsini, bir-biri ilə bağlı olan digər şəxsə münasibətdə ittihamın isə təsdiq edilməməsinin göstərməsinin və nəticə etibarı ilə onun barəsində bəraət hökmünün çıxarılması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması səbəbini əsaslandırmamışdır. Yəni məhkəmə Məhkum2 ittihamından X8 20 manat pul müqabilində narkotik vasitə heroinin alınmasına dair epizodla istintaq orqanının ittihamı ilə razılaşırdısa, bu zaman məhkəmə həmçinin X6 və Məhkum1 əməllərinə də hüquqi qiymət verməli idi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəy inin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 91-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, “apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir.” Məh kəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə edilən hökmü “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında verilən tövsiyələrdə irəli sürülən tələblərə cavab vermir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibətdə şərh olunanlara əsasən Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və bununla əlaqədar təkrar şərhi zəruri hesab etmir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prose si tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmü X8 və Məhkum1 aid hissəd ə ləğv edilməli və işə həmin hissələrdə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasi ya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddə sini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmü X8 və Məhkum1 aid hissələrdə ləğv edilsin və iş həmin hissələrdə yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar