Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2190/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri 21 saylı Vəkil Bürosun un vəkili Məmmədov Pərviz Yaşar oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə, zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu və nümayəndəsi Məmmədov Pərviz Yaşar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 dek abr 2023-cü il tarixli 1(010)504/2023 nömrəli (hakim: Kərimov Namiq Həsrət oğlunun sədrliyi) hökmü ilə xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, onun 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməm ək haqqında” iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, iş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili, eləcə də məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli 1(103)-318/2024 nömrəli (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlu (sədrliyi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən kassasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu və nümayəndəsi Məmmədov Pərviz Yaşar oğlu tərəfindən birgə kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama və məhkəmələrin gəlmiş olduğu qənaətə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, xx.xx.2023-cü il tarixində saat 20:57 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Camry» minik markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda Hövsan istiqamətində hərəkətdə olarkən Zığ qəsəbəsi, 1 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola doğru adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölməsinə səbəb olan baş beyin maddə sinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sol gicgahtəpə sümüklərinin sınmış fraqmentlərinin defekti ilə müşayiət olunan çoxsaylı açıq qəlpəli sınıqları, başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınıqları və həmin səviyyədə yumşaq toxumaların, damar və sinir dəstəsinin cırılması ilə müşayiət olunan-sol baldırın aşağı 1/3-i səviyyəsindən natamam amputasiyası, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası, burunun, sağ əl barmağının, sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Hüseynov Əli Meybulla oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin hadisənin video-görüntüsünü müvafiq məhkəmə video-texniki ekspertiza yolu ilə tədqiq etməkdən qəsdən yayınaraq, video-görüntüdən hər hansı parametrləri müəyyən edib götürmək səlahiyyəti olmadığı halda, video-görüntüyə baxış keçirməklə və bu barədə qeyri-mötəbər sübut olan bir protokol tərtib etməklə kifayətlənmiş, bu yolla hadisədə təqsirsiz olan sürücü Məhkum digər qərəzli sübutlar vasitəsi ilə təqsirləndirilən şəxsə çevirmişdir. İstintaqçının video-görüntünü video-texniki ekspertizaya təqdim etmədən özünün qiymətlənd irməsi halını və bu halın yolverilməzliyini görüb dərk etməsinə baxmayaraq yol nəqliyyat hadisələri eksperti də iş üzrə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə qərəzli rəy vermişdir. Video-görüntüdən isə açıq-aşkar görünür ki, mərhum piyada Zərərçəkmiş şəxs avtomobillərin hərəkəti istiqamətində sağdan sola doğru hərəkət edən zaman ikinci hərəkət zolağının mərkəzinə qədər təqsirləndirilən Məhkum görünüş dairəsindən kənarda olur, belə ki, onun sağında eyni istiqamətdə ikinci hərəkət zolağında hərəkətdə olan “Toyota” markalı naməlum avtomobil onun görünüş dairəsini tutur və piyadanı görməyə imkan vermir. Yalnız, həmin “Toyota” markalı avtomobili üçüncü zolaqla 80-90 km/saat sürətlə hərəkət edərək ötən zaman, o “Toyota”nın bərabərliyinə çataraq ondan irəli çıxd ığı anda bu zaman ikinci zolağın mərkəzindən üçüncü zolaq istiqamətində qaçaraq yolu keçməyə çalışan mərhum piyadanı görmək imkanı yaranır və görür, lakin vaxt çatdırıb heç bir təhlükəsizlik tədbiri görə bilmədiyindən öz hərəkət zolağının təxminən orta hissələrində piyadanı vurur. İstintaqçı təqsirləndirilən Məhkum piyadanı hərəkət hissəsinə daxil olduğu anda görmək imkanının olmadığını bilə-bilə, sürücünün hərəkəti üçün təhlükənin mərhum piyadanın hərəkət hissəsinə daxil olduğu andan götürməklə, təhlükə yarandığı andan piyadanın vurulduğu ana qədər 12 metr məsafə qət etməsi barədə qərəzli nəticəyə gəlir və bu qərəzli nəticə, yəni piyadanın təhlükə yarandığı andan 12 metr məsafə qət etməsi barədə hadisə mexanizminin qeyri-obyektiv parametri ekspertə imkan verir ki, təqsirləndirilən səxsin bu yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olması barədə qərəzli nəticəyə gələ bilsin. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, lakin ekspertiza qarşısında qoyulmuş suallar son dərəcə qeyripeşəkar formada tərtib edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı cinayət işi üzrə kompleks məhkəmə videotexniki və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək müvafiq rəy alınmadan iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmayacaqdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində olan cinayət işinin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni məhkəm ə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu və nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırki iş üzrə məhkəmə halları araşdırmamış, ümumiyyətlə heç araşdırma aparmağa cəhd belə etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 9 aprel 2024-cü il tarixli qərarı ciddi prosessual pozuntularla qəbul olunmuş, hakim sübutları qismən tədqiq etmiş, yalnız müdafiə tərəfinin xeyrinə olacaq sübutları araşdırmış və qalan hissələrə heç bir münasibət bildirməmişdir. Halbuki CPM-in 28.1 və 33.4-cü maddələrinin tələblərinə əsasən hakim işi hərtərəfli, obyektiv və qərəzsiz baxmalı idi. Bununla da Bakı Apellyasiya Məhkəməsinin qərarı ciddi prosessual pozuntularla qəbul olunmuşdur. Hadisə zamanı avtomobildə olmuş və şahid qismində ifadə verən Şahid1 ifadəsindən görünmüşdür ki, təqsirləndirilən şəxs maşına nəsə çırpıldığını hiss edərək maşını yolun sağ hissəsində saxlamışdır. Bundan sonra onlar piyadaya yaxınlaşmış və onun ağır xəsarətlər aldığını və qan içində olduğunu görmüşlər, hadisədən 5-10 dəqiqə sonra hadisə yerinə Suraxanı DYPŞ-nin əməkdaşları və təcili tibbi yardım gəlmişdir. Şahidin ifadəsindən də göründüyü kimi təqsirləndirilən şəxs qəza anında tormoz etməmiş, hətta o qədər diqqətsiz və yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli formada avtomobil idarə etmişdir ki, maşın insana çırpıldığı halda o sadəcə olaraq "maşına nəsə çırpıldığını” hiss etmiş və elə buna görə də maşını saxlamışdır. Bununla da sürücü Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla digər yol h ərəkəti iştirakçıları üçün real təhlükə yaratmışdır. Həmçinin ifadədən göründüyü kimi təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra zərərçəkmiş şəxsə heç bir köməklik göstərməmiş, təcili tibbi yardıma zəng etməmişdir. Bununla belə məhkəmə bu halı nəzərə almamış, sübutları qərəzli formada qiymətləndirmişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə heç bir barışıq əldə etməmiş, X11 məhkəmə iclasında aralarında hər hansı barışığın olmasının qeyri-mümkün olduğunu və təqsirləndirilən şəxs Məhkum şikayətçi olduğunu dəfələrlə qeyd etmişdir. Bununla da məlum olur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında heç bir barışıq olmamışdır və barışıqla bağlı hər hansı normaya istinad edərək daha yüngül cəzanın təyin edilməsi qanunsuz və əs assızdır. Tərəflər arasında barışığın olmaması həm də onunla sübut olunur ki, təqsirləndirilən şəxs özünü heç vaxt tam təqsirli bilməmiş, qismən təqsirli olduğunu bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd belə etməmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi barəsində əsassız olaraq polisə şikayətlər yollamış və onu bu yolla gücdən salmağa cəhd etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 9 aprel 2024-cü il tarixli qərarı ləğv edilmə li, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək məqsədilə təcili tibbi yardım stansiyasına zəng edərək çağırmasını əsassız olaraq Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, nə ibtidai, nə də məhkəmə istintaqı zamanı ifadələr alınarkən belə bir halın olması müəyyən edilməmişdir. Məhkum hərəkətlərində könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi kimi hallar olmamış və belə olan halda məhkəmə onun əməlini etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası qərarının təsviri-əsaslandırıcı hissəsində əvvəlcə təqsirləndirilən şəxs Məhkum bəraət hökmü çı xarılmasına dair apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etsə də, sonda Məhkum əməlindən peşman olduğunu göstərmişdir. Buradan da məhkəmənin qərarında ziddiyyətin olduğu açıq-aşkar görünür. Həmçinin, iş materialları ilə təsdiq edilir ki, hadisə zamanı Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun məhz iki maddəsi, həm 50ci maddəsinin 1-ci hissəsi, həm də 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu hal isə məhkəmələr tərəfindən Məhkum əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməli idi. Zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu məhkəmə iclasında aralarında hər hansı barışığın olmasının qeyri-mümkün olduğunu və təqsirləndirilən şəxs Məhkum şikayətçi olduğunu dəfələrlə qeyd etmişdir. Yəni təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə edilməməsinə baxmayaraq, məhkəmə hökm çıxararkən bu ciddi xüsusatı nəzərə almamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxsin hüquqi vari si və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumla barışmadığını, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, özü və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Məmmədov Pərviz Yaşar oğlu çıxış edərək, hüquqi varisin nümayəndəsi kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, hüquqi varislə birgə verilmiş kassasiya ş ikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hüseynov Əli Meybulla oğlu çıxış edərək, məhkumun övladının 8 aylıq olduğu zaman həyat yoldaşının rəhmətə getdiyini, övladının hal-hazırda 13 yaşı olduğunu, hüquqi varislə barışıq üçün hər şeyi etdiyini, hüquqi varisin onlardan əvvəl 100.000 manat istədiyini, daha sonra 70.000 manata endirdiyini, məhkumun pulu düzəldə bilmədiyini, iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığını bildirib, özü tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlər inin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasl ar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdi kdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Əvvəla kassasiya məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən edirki, həmin dəlillər Məhkum ona verilmiş ittiham, yəni avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol verm ədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiy a müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gət irdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obye ktiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyə n edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilmək lə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), m ənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığ ına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl in törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, Məhkum ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin iş materiallarında olan ifadələri, həmçinin istintaq hərəkəti protokolları, hadisənin görüntülərini əks etdirən DVD disk, ekspertiza rəyləri və tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Müdafiə tərəfi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və iş üzrə yenidən araşdırılma aparılması haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qa ydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcı da cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olunur ki, qaranlıq hava şəraitdə Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən Zığ-Hövsan avtomobil yolunda 2 qadın cinsli piyadaların hərəkət hissəyə daxil olması, piyadaların birinin geriyə qayıtması, digər bir piyadanın yolu sağdan sola doğru asta yerişlə, avtomobillərin gəldiyini gördükdə isə iti addımlarda hərəkət etməsi, 3-cü hərəkət zolağında hərəkətdə olan avtomobilin qabaq sağ hissəsi ilə vurulması müəyyən olunmuşdur. Qeyd olunanlarla yanaşı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 may 2023-cü il tarixli, 8/1334 nömrəli rəyindən görünür ki, Toyota Camry markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə h adisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin cinayət işinin materiallarında olan müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 11 oktyabr 2023-cü il tarixli 3-16-16/2-8/2975 nömrəli rəyindən görünür ki, mövcud vəziyyətdə orta hərəkət zolağı ilə hərəkətdə olan “CİP” markalı avtomobilin uzaq vuran işıqları ondan arxada və daha sonra ondan solda onun la eyni istiqamətdə hərəkətdə olan Toyota Camry markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum görünüşünü məhdudlaşdırmır və hər iki avtomobilin ön işıqları eyni istiqamətdə yolu işıqlandırdığından yolun görünüş məsafəsi daha da artır. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Camry markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məhkum avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası nın Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Odur ki, Məhkum hərəkət üçün təhlükənin piyadanı sağındakı hərəkət zolağının mərkəzində, sağdan sola doğru qaçarkən gördüyü anda yaranması, həmin ana qədər Məhkum onun sağında və bir qədər irəlidə eyni istiqamətdə hərəkət edən naməlum “Cip” markalı avtomobilin görünüş dairəsini məhdudlaşdırması səbəbindən piyadanı görə bilmədiyi və bu səbəbdən də onun avtomobili saxlamaq imkanın olmaması ekspert rəyləri ilə öz təsdiqini tapmamışdı r. Bu da o nəticəyə gəlməyə əsas verir ki, müdafiə tərəfinin kassasiya şikayətindəki dəlilləri aşağı instansiya məhkəmələrində məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə təqsirliliyinin özünün ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsinə dair ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X oğlunun, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri, hadisənin görüntülərini özündə əks etdirən DVD diskə keçirilmiş baxış, məhkəmə tibbi ekspertizasının 12 mart 2023-cü il tarixli 34 nömrəli rəyi, yol Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 may 2023-cü il tarixli 8/1334 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 11 oktyabr 2023-cü il tarixli 3-16-16/2-8/2975 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir və həmçinin məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, kassasiya şikayətində göstərilmiş Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə dəlillərini əsassız hesab edir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmağı nəticəsində ehtiya tsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı ittiham, məhkəmələr tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi tərəfi ndən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunve riciliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqs irkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid ola n və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudl uğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən o nun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qeyd olunan cinayət-hüquqi normalarına əsaslanmaqla məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protesti və kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələ r cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunm ayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrum etmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi isə kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Halbuki Azərbayca n Respublikası CPM-in 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya şikayətində göstərilmiş “oxşar işlər üzrə yalnız zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edildiyi təqdirdə təqsirləndirilən şəxsə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə daha yüngül cəza təyin edilməsinə dair vahid məhkəmə təcrübəsinin mövcudluğu barədə” dəlillərini qeyri-qanuni və əsassız hesab edir. Belə ki, CM-in 60-cı maddəsinin imperativ tələbinə əsasən müəyyən olunmuşdur ki, bu Məcəllənin 5 9.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yəni vahid məhkəmə təcrübəsinə heç bir aidiyyəti olmadan yuxarıda qeyd edilən hallar mövcud olduğu təqdirdə oxşar cinayət əməlinə görə cəzaçəkmə müəssisəsinin növü məntəqə tipli olmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın həddi dörd il altı aydan artıq ola bilməz. Əks halda oxşar işlər üzrə hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyil. Belə ki, cəza təyini cinayət qanunvericiliyinin yuxarıda təhlili verilmiş bir sıra normalarının tələblərdən irəli gələn, cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Qeyd edilənələrə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu və nümayəndəsi Məmmədov Pərviz Yaşar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: M əhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X oğlu və nümayəndəsi Məmmədov Pərviz Yaşar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2190/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2190/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver