Məhkəmə qərarları › İş №1(102)-2191/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2191/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2191/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 318.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Tahirov Zamin Cəbrayıl oğlu) Məhkum, xx xxxxxx 1991-ci il tarixdə Göyçay rayonunun Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci madd əsi ilə təqsirli bilinərək aylıq qazancının 10% (on faizi) dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ləğv edilərək CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə əməlində həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığına görə bəraət verilmiş, törətdiyi əməl CM-nin 221.1 və 326.1-ci maddələrinə tövsif edilərək CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, eyni tarixli qərarla CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməl CM-nin 127.1-ci maddəsinə tövsif edilərək CM-nin 73.2-ci maddəsinə əsasən həmin hissədə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilmiş, 15 noyabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibitəli amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu götürülmüş, Göyçay Rayon Məhkəməsinin 18 aprel 2023-cü il hökmü il ə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdludlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər hesabla hesablanmaqla həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, bu hökm üzrə məhkumluğu ödənilməmiş, Göyçay rayonunun Kürd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Göyçay Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökm ü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanmaqla qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmiş, 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun 01 iyul 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək 01 (bir) gün, 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək 02 (iki) gün və 17 avqust 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək 01 (bir) ay 03 (üç) gün olmaqla cəmi 01 (bir) ay 06 (altı) gün həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər hesabla hesablanaraq 02 (iki) ay 12 (on iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəza sından çıxılmış, məhkum olunmuş şəxsin üzərində əvvəl 2000 (iki min) manat miqdarında cərimə cəzası və 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, sonradan isə Məhkum 15 may 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 02 (iki) gün müddəti də həmin növ cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə və 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzaları saxlanılmış, həmin cəzaların isə müstəqil icra olunması qərara alınmışdır. Hökmlə Məhkum üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nə zarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya Şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmuş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəlinin yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Məhkum yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yerinin cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunması, göstərilən müddət ərzində cəzanın icrasına nəzarətin həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ibtidai istintaq orqaın tərəfindən Məhkum qarşı CM-nin 318.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntə qələrindən kənar qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Məhkum Gürcüstandan quru xətti ilə qanuni yolla çıxa bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə, tanışı şəxsiyyəti istintaqa Azər adı ilə məlum olan şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 iyul 2022-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 8-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. İşə Balakən Rayon Məhkəməsində baxılması nəticəsində məhkəmə Məhkum ona ittiham olunmuş əməli təkbaşına törətməsi barəd ə qənaətə gələrək onun əməlini CM-nin 318.2-ci maddəsindən CM-nin 318.1-ci maddəsinə tövsif edib onun həmin maddə ilə təqsirli bilinərək məhkum olunması barədə yuxarıda göstərilən hökmü çıxarmışdır. Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Nəsimiyev İsmət Aydın oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 30 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə dair hissədə dəyişdirilmiş, Məhkum 318.1-ci maddəsind ə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.5- ci maddəsinə əsasən həmin cəza Göyçay Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanmaqla ona qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzaları təyin olunmuş, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkum 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək 02 (iki) gün və 17 avqust 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək 01 (bir) ay 02 (iki) gün olmaqla cəmi 01 (bir) ay 04 (dörd) gün həbsdə saxlanılma müddətinin azadlığın məhd udlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 08 (səkkiz) gün və Göyçay Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 15 may 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək çəkdiyi 03 (üç) ay 02 (iki) gün, ümumilikdə isə 05 (beş) ay 10 (on) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılmış, CMnin 69.4-cü maddəsinə əsasən məhkum olunmuş şəxsin hazırki iş üzrə 01 iyul 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimənin miqdarı 1850 (min səkkiz yüz əlli) manatadək azaldılmış və sonuncunu üzərində qəti olaraq 1850 (min səkkiz yüz əlli) manat miq darında cərimə və 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzaları saxlanılmış, hökmün qalan hissədə isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən və bununla bağlı sübutetməyə, sübutların araşdırılmasına və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və cin ayət cəzalarının təyin edilməsinin prinsipləri və şərtləri təsbit edilmiş CM-nin bir sıra normalarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş, birinci instansiya məhkəməsinin hökmü ilə isə təqsirli bilindiyi biri-birindən fərqli olan ittihamlara və sonuncunun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı B.Q.Cabbarlı kassa siya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi əməli CM-nin 318.2-ci maddəsindən CM-nin 318.1-ci maddəsinə tövsif edərkən bu haqda çıxardığı hökmdə sonuncunun ziddiyyətli, habelə sadə məntiqlə uyğunlaşmayan, öz məsuliyyətini yüngülləşdirməyə yönəlmiş ifadələrinə əsaslanmış, apellyasiya instansiyası məhkəməsi də toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməyərək əsassız olaraq həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Belə ki, ibtidai araşdırma zamanı Məhkum dövlət sərhədini qanunsuz olaraq X3 adlı şəxslə qabaqcadan əlbir olub razılaşaraq onunla birlikdə keçməsini göstərmiş, məhkəmə iclasında isə həmin şəxsin Şahid3 olduğunu bildirsə də, sonuncunun onunla birlikdə bu əməli törətməsini inkar etmişdir. Halbuki, Məhkum bütün ifadələrində X 3 adlı şəxsin ona dövlət sərhəddini keçməkdə köməklik etdiyini, məhkəmə iclasında isə həmçinin həmin şəxsin Şahid3 olduğunu, onunla birlikdə dövlət sərhəddinə getdiklərini, bundan sonra özünün saxlanıldığını, X3ün isə qaçdığını göstərmişdir. İş materiallarından da görünür ki, Şahid3 törədilmiş cinayətdə iştirakı ilə bağlı məlumatlar məhz Məhkum özü və Şahid4 tərəfindən verilmiş ifadələrlə müəyyən edilmişdir. Məhkəmələr isə X3 adlı şəxsin müəyyən edilməməsinə əsaslanaraq Məhkum onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə ittiham olunduğu cinayəti təkbaşına törətməsi barədə səhv nəticəyə gəlmiş və yalnız ehtimallara əsaslanaraq onun həmin əməlini CM-nin 318.1-ci maddəsi ilə tövsif edilməsini məqsədə uyğun hesab etmişlər. Hərçənd, iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutl arla Məhkum başqa şəxslə (burada həmin şəxsin “X3” adında və ya başqa adda olması heç bir əhəmiyət kəsb etmir) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə dövlət sərhədini onunla birlikdə keçməsi tam təsdiq olunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi Məhkum CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilib məhkum etsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hissədə dəyişdirilmədən saxlanılmış ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməmiş, bununla prosessual qanunvericiliyin tələbləri pozularaq Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021- ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə əməl edilməmişdir. Eyni zamanda kassasiya protestinin müəllifi qeyd etmişdir ki, məhkəmələr Məhkum cəza təyini məsələsini həll edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və yalnız iş üzrə müəyyən etdikləri cəzanı yüngülləşdirən hallara əsaslanmaqla onun cərimə cəzasına məhkum olunmasını mümkün bilərək ədalətsizliyə də yol vermiş, nəticədə bu məsələni tənzimləyən maddi hüquq normalarının pozulmasına yol vermiş, eyni zamanda Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əməl etməmişlər. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı B.Q.Cabbarlı onun kassasiya protestinin təmin edil məsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi dövlət ittihamçısı B.Q.Cabbarlı həmin protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, onlara düzgün qiymət verilməməsini, Məhkum əməlinin tovsifində məhkəmələrin səhvə yol vermələrini, həbelə ona həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol ver dikdə, habelə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və hazırki iş üzrə yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkil də kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkə mələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cina yət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bu ndan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılma sına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə, həmçinin Məhkum barəsində cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstit usiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsin i də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etd iyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, bu konstitusion müddəa eyni zamanda iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin öz təşəbbüsü ilə də əlavə sübutların əldə olunaraq araşdırılması və qiymətləndirilməsi vəzifəsindən azad etmir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyekti v araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan ə saslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapm ış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hü quqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təq sirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edə n halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsir liliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayə t etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyə n edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutet məyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda gö stərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşd ırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müd afiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlə rindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkə n qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CMnin 318.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Məhkum Gürcüstandan quru xətti ilə qanuni yolla çıxa bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə, tanışı şəxsiyyəti istintaqa X3 adı ilə məlum olan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 iyul 2022-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 8-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı bu məzmunda ittihamın irəli sürülməsinə əsas cinayət təqibinin ilkin mərhələsində toplanmış sübutlar – bir nəfərin N saylı hərbi hissənin 8-ci sərhəd zastavasnın xidməti ərazisindən Gürcüstan Respublikası istiqamətindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikasının ərazisinə keçəcəyi barədə əməliyyat məlumatı, həmin məlumatın y oxlanılması üçün 01 iyul 2022-ci il tarixdə qəbul edilmiş əməliyyat tədbirinin keçirilməsi barədə qərar, həmin qərara əsasən keçirilmiş əməliyyat tədbiri, bu tədbir nəticəsində Məhkum dövlət sərhədini qanunsuz keçdikdən sonra saxlanılması, onunla birlikdə olmuş ikinci şəxsin isə Gürcüstan Respublikasının ərazisinə qaçması haqqında eyni tarixli raportlar, Məhkum, hökmdə göstərildiyi kimi izahatı deyil, sonuncunun CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin statusda və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, onun dövlət sərhədini qanunsuz keçdikdən sonra saxlanılmasında iştirak etmiş şahidlər – N saylı hərbi hissənin 8-ci sərhəd zastavasnın hərbi qulluqçuları Şahid1 və Şahid2 ifadələri, habelə ibtidai araşdırma zamanı hər hansı qanun pozutu suna yol verilmədən toplanmış sübut əhəmiyyətli sənədlər və bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollar. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Məhkum ibtidai araşdırma zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 23 iyun 2022ci il tarixdə Azərbaycan Respublikasından təyyarə ilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə getmiş, oradan isə Rusya Federasiyasının Yekaterinburq şəhərinə getmək niyyətində olmuş, lakin pulu az olduğuna görə həmin şəhərə getmək üçün təyyarə bileti ala bilməmiş və buna görə quru sərhəd yolu ilə Rusiyaya getmək qərarına gəlmişdir. Bunun üçün o, sərhədi rəsmi qaydada kemək məqsədilə 24 iyun 2022-ci il tarixdə “Kazbek” sərhəd buraxılış məntəqəsinə getmiş, lakin orada ona sərhədlərin bağlı olması bildirilərək ona Rusiyaya keçməsinə icazə verilməmişdir. Buna görə o, həmin tarixdə saat 14 radələrində Tbilisi şəhərinə qayıtmış və Azərbaycana qayıtmaq qərarına gələrək altı gün ərzində həmin şəhərin hava limanında qalmışdır. 28 iyun 2022-ci il tarixdə o, hava limanında “X3” adlı şəxslə tanış olmuş və sonuncu onu qeyri qanuni yolla Gürcüstan ərazisindən Azərbaycan Respublikasına keçirəcəyini vəd etmişdir. O, da bu vədə inanaraq 30 iyun 2022-ci il tarixdə saat 00 radələrində “X3” adlı şəxslə sərhədə yaxın kəndə gəlmiş, oradan isə yenə də onunla birlikdə meşəlik əraziyə daxil olub xeyli yol qət etdikdən sonra bir çayın sahilinə çatmış, həmin yerdə onlar yuyunduqdan sonra irəliyə doğru hərəkət edib çayın üzərindəki bir körpüyə çatmış və həmin yerdə “X3” orada oturub gözləməyi təklif etmişdir. Lakin o, bu təkliflə razılaşmamış və bu vaxt sərhədçilər “dayan” komandası verərək onu saxlamış, X3 isə oradan qaçaraq uzaqlaşmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Məhkum ona CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasını bildirərək göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə o, rəsmi qaydada Azərbaycan Respublikasından təyyarə ilə Gürcüstana getmiş, həmin tarixdə saat 21:05-də Gürcüstanın Tbilisi şəhər hava limanında təyyarədən düşmüş, Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmək istəmiş, lakin pulu az olduğundan təyyarəyə bilet ala bilməmişdir. Sonra o, Gürcüstanla Rusiya Federasiyası arasında quru sərhədi keçmək üçün “Kazbek” b uraxılış məntəqəsinə getmi və oradan qanuni yolla Rusiyaya keçmək istədiklə ona yolların bağlı olması ona bildirilərək həmin ölkəyə keçməsinə icazə verilməmişdir. 24 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində o, Tbilisi şəhərinə qayıtmış və hava limanında altı gün qalmışdır. 28 iyun 2022ci il tarixdə o, hava limanında Gürcüstanda doğulmuş və yaşamış, Gürcüstan vətəndaşı olan Şahid3 olmasının bildiyi şəxslə başqa bir azərbaycanlı ilə yemək yeyəndə tanış olmuşdur.X3r gürcü dilində sərbəst danışırdı. X3 ona Balakən rayonunun ərazisində yerləşən sərhəd zastavasında xidmət edən və onun tanışı olan hərbi qulluqçunun vasitəsilə qanuni şəkildə Azərbaycana keçirəcəyini bildirmiş və buna görə ondan 150 manat pul istəmişdir. 30 iyun 2022-ci il tarixdə Şahid3 həmin mayor rütbəsində olan hərbi qull uqçu ilə “Whatsapp” əlaqə sistemi vasitəsilə görüntülü danışmış və həmin zabit danışıq zamanı onun pasportuna ölkə sərhədini qanuni yolla keçməsi üçün möhür vurduracağına söz vermişdir. Sonradan həmin zabiti o, saxlanıldığı sərhəd zastavasında görmüşdür. Bundan sonra o, X3ə onu tanışı vasitəsilə qanuni yolla sərhəddən keçirməsi üçün 100 manat pul vermiş, qalan 50 manatını isə sərhədi qanuni yolla keçdikdən sonra Azərbaycanda verəcəyi ilə bağlı aralarında razılaşma olmuşdur. Tbilisi aeroportunda o, X3ün onu qanuni yolla sərhəd xidmətində işləyən tanışı vaitəsilə sərhəddən keçirəcəyini və bununla bağlı “Whatsapp” əlaqə sistemi vasitəsilə göstərilən zabitlə görüntülü danışıqlar aparılmasını Göyçay rayonundan olan Şahid4 adlı yerlisinə danışmış, Şahid3 da ona X3ə inanmamağını demişdir. Lakin y aşamağa pulu olmadığı və burada qalmaq istəmədiyi üçün o, X3ün onu qanuni yolla sərhəddən keçməsinə kömək edəcəyinə inanmışdır. Buna görə 20 iyun 2022-ci il tarixdə o, X3lə birlikdə avtomaşınla Gürcüstanın Tbilisi şəhərindən Balakən rayfonu ilə həmsərhəd olan Laqodexi şəhərinə gəlmiş və sonuncu orada onun pasportunu götürmüş və onu sərhəd məntəqəsinə gətirmək adı ilə piyada sərhədə doğru aparmışdır. Onlar çaya yaxınlaşmış, çayın üzərindəki körpüyə çatdıqda Azər ona pasportunu qaytarmış və həmin körpü tərəfdə sərhədçilərin ona kömək edəcəyini bildirmiş, özü isə Gürcüstanın ərazisində qalaraq qəfildən yoxa çıxmışdır. Belə olan halda o, X3ün onu aldatdığını başa düşmüş, lakin həmin vaxt sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkum həmçinin göstərmişdir ki, o, X3 adlı şəxslə sərhədi qanunsu z olaraq keçməsi barədə qabaqcadan əlbir olmamış, sonuncu özü sərhədi keçməmiş, həmin şəxs isə barəsində Balakən Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X3r. Bütün göstərilənlərə əsasən, o, özünü təkbaşına qanunsuz olaraq Azərbaycanın dövlət sərhədini keçməsinə, yəni CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkum təhlil edilən ifadələri arasında ziddiyyətlərin olmasına baxmayaraq, birinci instansiya məhkəməsi nəinki bu ziddiyyətlərin aradan qaldırılması üçün heç bir hərəkət etməmiş, hətta onun ibtidai araşdırma zamanı verdiyi ifadələrini də elan etməyərək ən azından təqsirkarın cinayət təqibinin müxtəlif mərhələlərində biri birindən fərqli ifadələr verməsinin səbəbini aydınlaşdırmamış, apellyasiya instansiyası məhkəməsi də bu məsələyə münasibət bildirməmişdir. Halbuki, CPM-nin 327.1-ci maddəsinin tələbinə və mənasına görə, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda, məhkəmə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bu tələbə riayət olunması həm mövcud ziddiyyətlərin aradan qaldırılmasına, həm də iş üzrə həqiqətin müəyyən edilməsinə xidmət edə bilərdi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsi Plenumunu 24 dekabr 2021-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələr izah olunmuşdur ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmçinin adı çəkilən Qərarın 25-ci bəndinə görə, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmələr hansı səbəbdən Məhkum iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış digər sübutlarla uzlaşmayan ifadələrinə (məhkəmə iclasında verdiyi) üstünlük vermələrini də qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq əsaslandırmamış, onun ibtidai araşdırma zamanı verdiyi ifadələrinin (izahatının yox) qanun pozuntusu alınmasını müəyyən etməmiş, belə halın baş verməsi cinayət işinin materiallarından da görünmür və müdafiə tərəfi də həmin ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsini iddia etməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsi qərarından göründüyü kimi, məhkəmələr yalnız Məhkum ilkin araşdırma zamanı verdiyi izahatı qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirərək bu izahatı həmin yekun məhkəmə aktlarını əsası kimi qəbul etməkdən imtina etmişlər ki, məhkəmə kollegiyası da məhkəmələrin bu qənaətini əhəmiyyətsiz hesab edir ona görə, CPM-nin 124.2-ci maddəsində şəxsin ilkin araşdırma zamanı verdiyi izahatının sübut kimi qəbul edilməsi nəzərdə tutulmamışdır. Həmin izahatın Məhkum sonradan təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri ilə üst-üstə düşməsinə gəldikdə, bu haqda tərtib olunmuş protokoldan 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, əvvəla həmin ifadələri Məhkum özünün seçdiyi müdafiəçi E.O.Səmədovanın iştirakı ilə vermiş, sonra isə həmin protokolda ifadələrini oxuduğunu, həmin ifadələrin onun sözlərindən düzgün yazılması barədə qeyd apararaq bu prosessual sənədi imazası ilə təsdiq etmişdir. Daha sonra, məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd etməyi lazım bilir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrində onu Gürcüstan Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən keçirilməsini vəd etmiş şəxsin “Azər” adlı şəxs olmasını, onun başqa anket məlumatlarını bilmədiyini göstərdiyi halda, yalnız 02 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında həmin şəxsin barəsində Balakən Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən, həmin vaxt isə müəyyə n edilməmiş əsaslarla məhkəmə iclas zalında olan Şahid3 olmasını bildirərək onun əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırmışdır. Məhkəmə tərəfindən bu vəsatət təmin edildikdən sonra Şahid3 iş üzrə əlavə şahid qismində dindirilmiş və verdiyi ifadələrində göstərmişdir ki, o, Məhkum tanımır və onunla Gürcüstanın Tbilisi şəhərinin hava limanında görüşməmiş, onu sərhəddən keçirməmişdir. O, 2021-ci ildə Gürcüstana “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə keçmiş, sonradan isə üzərində ödənilməmiş cəriməsi olduğuna görə Azərbaycana gələ bilməmişdir. O, 22 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini Balakən rayonunun ərazisindən qanunsuz olaraq keçmiş və buna görə də onun barəsində CM-nin 318.1-ci maddəsilə cinay ət işi başlanmışdır və həmin iş hal hazırda Balakən Rayon Məhkəməsinin icraatındadır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum 01 iyul 2022-ci il tarixdən 02 may 2023-cü il tarixədək keçən dövr ərzində barəsində olan cinayət işi üzrə dindirilərkən naməlum səbəblərdən onu sərhəddən keçirməyi vəd etmiş “X3” adlı şəxsin Şahid3 olmasını bildirmədiyi halda birdən-birə sonuncunun da barəsində cinayət işinin Balakən Rayon Məhkəməsinin hakimi Z.C.Tahirovun (hazırki iş üzrə də məhkəmə iclasında sədrlik edənin) icraatına daxil olması barədə məlumatın əldə etməsinin mənbəyi yoxlanılmamış, Şahid3 dindirildikdən sonra isə o, Məhkumla üzləşdirilməmişdir, baxmayaraq ki, onların verdikləri ifadələr arasında ziddiyyətlərin olması müəyyən edilmişdir. Bundan başqa, Şahid3 dindirildikdən sonra Məhkum həm də onun verdiyi ifadələrlə əlavə şahidin verdiyi ifadələr arasında ziddiyətin olmasının səbəbləri də aydınlaşdırılmamış, hətta ona X3 tanıyıb-tanmaması barədə sual belə verilməmişdir. Hərçənd iş üzrə həqiqətin müəyyən edilməsi üçün həm bu istiqamətdə, həm də Şahid3 həm Məhkum saxlanılmasında iştirak etmiş şahidlər Şahid1 və Şahid2, həm də məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 təqdim edilərək onların hamısının eyni vaxtda dindirilmələri labüd olmuşdur. Belə ki, şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadələrindən görünür ki, 01 iyul 2022-ci il tarixdə hərbi hissənin 8-ci sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədinin pozulması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumata əsasə n o, və baş leytenant Şahid2 bu məlumatın yoxlanılması üçün keçirilən əməliyyat tədbirinin keçirilməsinə cəlb edilmişlər. Tədbirin keçirilməsi zamanı onlar iki nəfər şəxsin zastavanın 6-cı sahəsindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkət etmələrini müşahidə edərək bu barədə dərhal sərhəd zastavasına məlumat vermiş və əlverişli yer seçərək şübhəli şəxslərin yaxınlaşmasını gözləmişlər. Həmin şəxslər onlara bir qədər yaxınlaşdıqdan sonra onlar "dayan" komandası vermiş, lakin sərhəd pozucuları əmrə tabe olmayaraq qaçmağa başlamışdır. Onlardan birini saxlasalar da, digəri qaçmağa müvəffəq olmuşdur. Saxlanılan şəxs özünü Göyçay rayon sakini Məhkum kimi təqdim etmişdir. Daha sonra saxlanılan şəxs sərhəd zastavasına gətirilmişdir. Eyni məzmunlu ifadələri həmçinin məhkəmə iclas ında şahid qismində dindirilmiş Şahid2 da vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 isə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasına təyyarə ilə uçmaq üçün olduğu Rusiya Federasiyasının Dağıstan Respublikasından Gürcüstanın Tbilisi şəhərinə gəlmiş, həmin şəhərin hava limanında bir neçə azərbaycanlı şəxslər ona yaxınlaşıb haradan olduğunu soruşmuşlar. O, Göyçay rayonundan olduğunu bildirdikdə, ona hava limanında həmin rayondan daha bir şəxsin olmasını, sonuncunun iki gündür ki, ac-susuz qalmasını bildirmişlər. O, həmin şəxslə tanış olub onun Məhkum olmasını müəyyən etdikdən sonra azərbaycan millətindən olan başqa şəxslərlə birlikdə kafedə olan zaman həmin şəxslərdən biri özünü Gürcüstandan olan Şahid3 kimi təqdim edəərək Məhkumu Balakən rayonu vasitəsi lə qanuni yolla sərhəddən keçirə biləcəyini, bununla bağlı sərhəd xidmətində tanış sərhədçinin olduğunu bildirmişdir. O, Məhkum X3dən gözü su içmədiyi üçün X3lə getməməsini təklif etsə də, Məhkum imkanının olmamasını və mütləq getməli olmasını bildirmişdir. Məhkumun dediyinə görə Azər onu sərhəddən qanuni yolla keçirmək üçün “Whatsapp” əlaqə sistemi vasitəsilə tanışı olan bir sərhəd xidməti mayoru ilə görüntülü söhbət etmiş, həmin mayor Kamilin sərhəddən qanuni yolla keçirilməsi ilə bağlı pasportuna möhür vurduracağını bildirmiş, həmiçinin onu sərhəddən keçirmək üçün X3 Məhkumdən 150 manat istəmiş, bu pulun 100 manatını Məhkum X3ə vermiş, qalan 50 manatını isə Azərbaycanda verəcəyi barədə razılaşmışlar. Şahid3 həmin vaxt bir neçə nəfəri sərhəddən keçirməsini də bildirmişdir. Təsvir olunmuş, lakin natamam ifadələrlə bağlı məhkəmə kollegiyası məhkəmələr tərəfindən aşağıdakı halların araşdırılmamasını qeyd edir: - Şahid3 Məhkumla yanaşı adları göstərilən şahidlərə və əlavə şahidə təqdim edilməmiş, onun 01 iyul 2022-ci il tarixdə həqiqətən sonuncu ilə birlikdə sərhədi keçən şəxsin olub-olmaması yoxlanılmamışdır; - Məhkum sərhədçilər tərəfindən saxlanıldığı, onunla birlikdlə olan ikinci şəxsin onlardan qaçması yeri dəqiq müəyyən edilməmiş, bunun üçün həm də cinayət işinə əlavə edilmiş sxem şahidlərə təqdim olunmayaraq tədqiq edilməmişdir (bununla bağlı halların düzgün müəyyən edilməsi Məhkum əməlinin düzgün tövsif edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir); - Şahidlərə və əlavə şahidə ikinci şəxsin zahiri əlamətləri, Məhkum saxlamış hərbi qulluqçularla həmin şəxs arasında olan mə safə, yekun məhkəmə aktlarında məhkəmələrin istinad etdikləri kimi, həmin şəxsin də saxlanılması üçün xidməti itdən istifadə olunmamasının səbəbləri barədə suallar verilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, məhkəmələrin əsas sübut kimi istinad etdikləri Məhkum məhkəmə iclasında verdiyi ifadələrə görə, o, sərhəddən keçirilməsi üçün “X3” adlı şəxsin istədiyi 150 manat məbləğində puldan ona 100 manat vermiş, qalan 50 manatı isə sərhəddi keçdikdən sonra verəcəyi barədə onunla razılıq əldə etmişdir. Məhkum olunmuş şəxsin verdiyi ifadələrinin bu hissəsi ilə bağlı məhkəmələrin araşdırmadıqları daha bir hal ondan ibarətdir ki, Məhkum həmin vaxt həqiqətən üzərində 100 manat məbləğində pulun olub-olmaması, bu məbləğdə pula Tbilisi-Bakı aviareysinə təy yarə bileti ala bilib-bilməməsi və təyyarə ilə qanuni yolla Azərbaycana gəlmək imkanında olub-olmaması aydınlaşdırılmamış və bu halla bağlı da heç bir araşdırma aparılmamışdır. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, bu halların da düzgün müəyyən edilməsi onun cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrin qiymətləndirilərək onlardan hansına üstünlük verilməsi barədə nəticəyə gəlmək üçün zəruri olmuşdur. Apellyasiya icraatına aid olan materiallardan görünür ki, birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı İ.A.Nəsimiyev tərəfindən verilmiş apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların təkrarən tam və ya qismən araşdırılmasına ehtiyac görməmiş, əlavə olaraq Dövlət Sərhəd Xidmət inə verdiyi sorğulara cavablar əldə edərək cinayət işinə əlavə etmiş, lakin həmin cavablar Məhkum əməlinin CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilib-edilməməsi məsələsinə heç bir aydınlıq gətirməmiş, iş üzrə qəbul etdiyi 30 aprel 2024-cü il tarixli qərarında isə faktiki olaraq hökmdə istinad olunan sübutlara əsaslanaraq Balakən Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşıb həmin nəticələri təkrarlamış, Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı qənaətini isə aşağıdakı cümlələrlə əsaslandıraraq faktiki apellyasiya protestinin dəlillərinə lazımi qaydada və inandırıcı şəkildə cavab verməmişdir: “Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 318.1-ci maddəsi ilə cinayət törətdiyini demə yə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 318.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 318.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.” Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardan, o cümlədən yuxarıdakı təsvirdən görünən odur ki, həmin məhkəmə də Məhkum təkbaşına Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəza rət-buraxılış məntəqələrindən kənarda keçməsi, yəni CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gələrkən, birinci instansiya məhkəməsi kimi, yalnız məhkum olunmuş şəxsin məhkəmə iclasında verdiyi ifadələrə əsaslanmış, lakin iş üzrə müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılmasını, habelə məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı zəruri olan və yuxarıda göstərilən halların araşdırılmasını təmin etməmiş, nəticə etibarı ilə isə, kassasiya protestində göstərildiyi kimi, sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsinə və onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməməsinə, yəni həmin məhkəmənin qərarının ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hə mçinin vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Məhkum apellyasiya şikayətinin dəlillərinin bir qismini qəbul edilən, digərlərini isə qəbul edilməz olmasına dair də hər hansı tutarlı əsaslandırma aparmamış, bu dəlillərə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməklə inandırıcı cavab verməmiş, əsasən də onun barəsindəki cinayət işi üzrə toplanmış sübutların yolverilməz olması barədə məhkumun iddiaları üzrə sonuncunun hər hansı sübut təqdim etməməsinə nəzər yetirməmişdir. Eyni zamanda məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq onu da qeyd edir ki “hökm məhkəmə iclasında araşdırılmış sübutlara uyğun olmalı və bu sübutlar vasitəsilə əsaslandırlmalı” dedikdə təkcə birinci və ya apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökmlər deyil, həmçinin apellyasiya və ya kassasiya müraciətlərinə baxılması nəticəsində müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin qərarları da başa düşülür və belə qərarların da qanuna müvafiq qaydada əsaslandırılması, digər tərəfdən isə apellyasiya və kassasiya müraciətlərinin bütün dəlillərinə cavab verilməsi tələb olunur. Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından bu tələblərə cavab verilməsi görünmür. Şərh olunanlara, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut etməyə və sübutların qiymətləndirilməsinə dair qanunverici liyin tələblərinin pozulması müəyyən edildiyinə görə bu vəziyyətdə Məhkum əməlinə münasibətdə cinayət qanunu normasının tətbiq edilməsinə, yəni onun əməlinin hüquqi tövsifinin düzgün olub-olmamasına qiymət vermək, nəticə etibarı ilə həmin məhkəmənin CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verib-verməməsi, buna görə də kassasiya protestinin bununla bağlı dəlilinin əsaslı olub-olmaması barədə nəticəyə gəlmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir bu məsələ yalnız yuxarıda göstərilən nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanuna müvafiq qaydada həll edilə bilər. Belə qənaət isə həmçinin kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir ki, həmin tələblərə görə də (CPM-nin 419-cu maddəsi) özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura, həmçinin maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirə bilər. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasi ya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün apellyasiya protestində irəli sürülmüş bütün dəlillər yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən o nun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və yeni apellyasiya araşdırmalarını labüd edir. Bununla bağlı kassasiya protestinin dəlillərini qəbul edilən sayan məhkəmə kollegiyası həmçinin həmin protestin o, dəlili ilə də razılaşır ki, apellyasiya instansiyası məhkəməsi Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edərkən nəzərə almamışdır ki, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsinin araşdırılmış sübutlara əsasən gəldiyi nəticə üzrə Məhkum təqsirli bilindiyi cinayətin müvafiq halları deyil, ibtidai araşdırma orqanı tərəfindən sonuncu ya qarşı irəli sürülmüş, lakin məhkəmənin razılaşmadığı ittiham üzrə müəyyən edilmiş hallar əks etdirilmiş, bununla da həm prosessual qanunvericiliyin tələbləri pozulmuş, həm də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl olunmamışdır. Belə ki, 353.2-maddəsinin tələblərindən görünür ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: 353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; 353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; 353.2.4. ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; 353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri; 353.2.6. qərarların qəbul edilməsində məhkəmənin istina etdiyi qanunların normaları; 353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; 353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri; 353.2.9. mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 29-cu bəndində məhkəmələrə izah edilmişdir ki,. CPM-nin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törə dilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-nin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etmək lə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protesti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması zəruri olduğu halda Məhkum CM-nin 318.1-ci maddəsi ilə təyin edilmiş cəzanın həddindən artıq yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab verilməsi mümkünsüzdür və buna görə kollegiya hazırki qərarında bu məsələyə münasibət bildirilməsini məqsədə müvafiq müvafiq hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, bu müraciətin təmin edilməməsi barədə isə Məhkum çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərin i də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddə alarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar