Məhkəmə qərarları › İş №1(102)-2194/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2194/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2194/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Novruzov X3 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 10 dekabr tarixli, 1(103)-2199/24 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər F.A.Məmmədov (sədrlik edən), A.B.Sadıqov və M.N.Kərimovadan ibarət tərkibdə) 2024-cü il 20 avqust tarixli, 1(101)1168/2024 nömrəli hökmü ilə, xx xxx 1976-cı ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu, M.Hüseynzadə küçəsi, ev 9-da qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 33, mənzil 40da kirayədə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəza sına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2023-cü il tarixdən hesablanmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) 2024-ci il 10 dekabr tarixli, 1(103)-2199/24 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli m iqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə «Həsən» adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, gəlir əldə etmək müqabilində “Həsən” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə razılığa gəlib, 10 avqust 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 7,245 qram olan narkotik vasitəheroini və külli miqdarda təmiz çəkisi 5,960 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 avqust 2023-cü il tarixdə saat 22 radələrində Nizami RPİ-in 25-ci PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-in 25-ci PŞ-in inzibati binasına gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindəki sellofanın içərisindən 03 ədəd bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 6,423 qram, 0,481 qram, 0,341 qram, ümumi təmiz çəkisi 7,245 qram olan külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 5,960 qram külli miqdarda ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən üzərində heroin və metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin başlanılmasına əsas güya odur ki, 11 avqust 2023-cü il tarixdə vətəndaş X6 «102» mərkəzi zəng xidmətinə zəng vuraraq ünvan 4 ünvanında yaşayan İlham adlı şəxsin onun həyat yoldaşı Ağaəliyə narkotik maddələr satması barədə məlumat vermişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «İlham» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Məhkum bildirmişdir ki, X4 «102» mərkəzi zəng xidmətinə zəng vurması həm məhkəmə istintaqı zamanı, həm də şahidlərin verdiyi ifadələr zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildən Bakı şəhərində yaşayır. Əvvəllər narkotik vasitə istifadə etmiş, lakin hazırda istifadə etmir. Narkotik vasitəni o İlhamla birlikdə istifadə etmişdir. O, İlhama zəng edərək onunla birlikdə gedib narkotik vasitə alıb istifadə edirmişlər, lakin narkotik vasitəni g ötürdükləri yeri tanımır. O "kola", arabir isə falqa vasitəsilə "patı” istifadə etmişdir. O, narkotik vasitəni almağa tək deyil, həmişə İlhamla birlikdə getmişdir. Narkotik vasitəni aldığı adamı İlham tanıyır, o tanımır. Gülnar Paşayeva adlı şəxsi tanımır. Məhkum ona narkotik vasitə satmamışdır. Onlar yalnız birlikdə narkotik vasitə alıb istifadə etmişlər. Qeyd olunanardan müəyyən olunur ki, Məhkum barəsində aparılmış əmliyyat-axtarış tədbirləri qanunsuz olmuş və bu qanunsuz tədbirlər nəticəsində əldə edilmiş bütün sübutlar qanunsuzdur. Bundan başqa, hazırki işdə keçirilmiş əməliyyat-axtarış tədbirinin məhkəmənin qərarı olmadan keçirilməsi üçün "Əməliyyat-axtarış fəaliyyəti haqqında" AR Qanununun 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş əsaslar olmamışdır. Əməliyyat-axtarış fəal iyyətini həyata keçirən orqan yalnız görüləcək tədbirlərin təxirəsalınmazlığına istinad edərək, məhkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirməklə haqlı olmamış və qanunun tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa, cinayət işinin materiallarında əməliyyat işçisinin əməliyyat məlumatı barədə tərtib etdiyi raportda əlavə heç bir təsdiqedici məlumatlar, sübutlar öz əksini tapmamışdır. Cinayət işinin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində yalnız əməliyyat məlumatı olmuş, bu məlumatın dəqiqliyi yoxlanılmamış, əlavə əməliyyat-axtarış tədbirləri keçirilmədən az ağır və ya ağır cinayətlər kateqoriyasına aid olan bu cinayət əməli üzrə onun barəsində dərhal və təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti də cinayət işinin m ateriallarında öz əksini tapmamışdır. Digər tərəfdən, təqsirləndirilən şəxsin tutulduğu yerdə üzərində şəxsi axtarışın keçirilməməsi, tutulan anda onun müdafiəçi ilə təmin edilməməsi, oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşaiyəti ilə 20 dəqiqədən sonra polis bölməsinə gətirilərək şəxsi axtarışa məruz qalması onun təqsirinin sübut olunması istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir. Həmçinin istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri hansı səbəbdən davam etdirilməyərək onun yaşadığı evə baxış keçirilməməsi də müəyyən suallar doğurur, belə ki, bununla bağlı hər hansı bir protokola iş materiallarında rast gəlinmir. Belə başa düşülür ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarı və bükümlərin sayı istintaq orqanını düşündürməyib ki, əgər Məhkum narko tik vasitələrin satışı ilə məşğul olurdusa bəlkə yaşadığı evdə daha artıq miqdarda narkotik vasitə aşkar oluna bilərdi. Bütün bu xüsusatlar əməliyyat-axtarış tədbirlərinin qanunsuz və əsassız olmasına dəlalət edir. Daha sonra məhkəmə öz hökmündə, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini əsas sübut növü qismində götürməklə ciddi prosessual pozuntuya yol vermişdir, belə ki, təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadədən mahiyyəti üzrə əhəmiyyətli dərəcədə fərqlənən ifadə versə bu artıq yeni sübutdur və məhkəmə həmin şəxsin ifadəsini onun ibtidai istintaq, məhkəmə baxışı zamanı verdiyi ifadələrlə, iş materiallarında olan digər sübutlarla müqayisəli təhlilini aparmalı, işin faktiki hallarına əsasən və iş materiallarında olan digər ə laqəli sübutları tədqiq edərək həmin ifadələrdən hansının daha mötəbər olması qənaətinə gəlməlidir. Sübutların bu cür qiymətləndirilməsi özü də məhkəmə tədqiqatıdır və heçdə hər bir halda məhkəmə istintaqı zamanı əldə edilən və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlardan daha mötəbər olması anlamına gəlmir və yaxud əksinə, ibtidai istintaq zamanı əldə edilmiş sübutlar üstün və mütləq deyildir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2299/2024 saylı 10 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olmaması səbəbindən bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhk um kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 10 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kass asiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona bəraət verilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayı b, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həl li: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallar ını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in iki maddəsi ilə, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.4.3-cü maddəsi üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edi r ki, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Bununla bərabər, məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. İttiham tərəfinin Məhkum “Həsən” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən – narkotikləri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. B elə ki, ittihamda Məhkum “Həsən” adlı şəxslə necə tanış olmaları, hansı qaydada ünsiyyət qurmaları, danışmaları qeyd edilməmiş, konkret vaxt, yer, üsul göstərilmədən Məhkum “Həsən” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar “...Həsən adlı qrup üzvünün istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi...” kimi təsvir olunmuşdur. Verilmiş ittihamda Məhkum “Həsən” adlı şəxslə hansı qaydada əlaqə saxlaması göstərilmədiyindən ittihamın bu hissəsinin, yəni qabaqcadan əlbir olan bir qrupun üzvlərinin bir-biri ilə hansı qaydada əlaqə saxlamalarını, qru p üzvlərinin cinayət əməlində rollarını necə bölüşdürdüklərini, bir-birini hansı qaydada məlumatlandırdıqlarını da müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə, cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə hazırkı iş üzrə Məhkum narkotik vasitə və psixotrop maddə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Məhkum külli miqdarda nar kotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır...” Birinci instansiya məhkəməsi qabaqcadan əlbir olan qrupun mövcudluğunun hansı sübutlara əsasən müəyyən edilmiş olmasını çıxardığı hökmdə əks etdirməmiş, öz mövqeyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar isə əsasən satışı təsdiq edən sübutlardır. Bu zaman nəzərə almaq lazımdır ki, əgər məhkum hər hansı bir şəxsdən narkotik vasitə və ya psixotrop maddə alırsa və ya həmin şəxsə satırsa, bu zaman, məhkum alıcı və ya satıcı qismində iştirak etdiyindən, alıcı və satıcını bir qrupun üzvü kimi, qabaqcadan əlbir olan bir qrup şəklində cinayət əməlini törətmiş şəxs qismində cəlb etmək mümkün deyil və iştirakçılığın ma hiyyətinə ziddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədil ən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Ümumiyyətlə, Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan şəxs və şəxslər”, “istintaqla müəyyən edilməyən qaydada və şəraitdə” kimi konkretl əşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələ sində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPM-in 143-146cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prose dur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edi lməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Məhkum qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayə t əməlini törətməsi sübuta yetirilmədiyindən, ona qarşı irəli sürülmüş ittihamdan və məhkəmə qərarlarından (hökm və yekun qərar) CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilməli, ittihamın həcminin azaldılması nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 20 avqust tarixli, 1(101)-1168/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 2024-ci il 10 dekabr tarixli, 1(103)-2199/24 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsın. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar