Məhkəmə qərarları › İş №1(102)-2196/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2196/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2196/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2şayış evində yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respub likasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)-28/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Mustafayev Dəyanət Musa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 1(091)-201/2023 nömrəli hökmü ilə (hakimlər R.Ə.Əliyev (sədrlik edən), X.M.Məmmədov və B.M.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin digər məhkum Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından müdafiəçi Mustafayev Dəyanət Musa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa məlum olmayan t arixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən 2 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumilikdə təmiz çəkisi 31,219 qram olmaqla xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,931 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bundan başqa istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibr li "MaKapoB” ("nM”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən yarımavtomatik tapançanı, 1 ədəd "MaKapoB” ("nM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan zavod üsuli ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı sandıqçanı, 6 ədəd 9 mm kalibrli "MaKapoB” ("nM”), "PA63”, "P64”, "RK59”, "CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, "Steçkin” (APS) konstruksiyalı avtomat tapançalarda və başqa uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronları əldə edib üzərində saxlayaraq daşımış, 19 fevral 2023-cü il tarixdə saat 15 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Natəvan küçəsi "dörd yol” kimi tanınan ərazidə saxlanılıb ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 15:30-da üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "west” markalı siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 14,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,931 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan şalvarın qabaq bel hissəsində qara rəngli gödəkçəsinin altında saxladığı göy rəngli sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofan bükümd ə təmiz çəkisi 16,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli "MaKapoB” ("nM”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən, yarımavtomatik tapança, 1 ədəd "MaKapoB” ("nM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı sandıqça, 6 ədəd 9 mm kalibrli "MaKapoB” ("nM”), "PA63”, "P64”, "RK59”, "CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, "Steçkin” (APS) konstruksiyalı avtomat tapançalarda və başqa uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Mustafayev Dəyanət Musa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaqda qanunsuz təsir etmə yolu ilə, o cümlədən işgəncə verilməklə Məhkum etirafedici ifadələr alınmış, onun müdafiə hüquqlarına əməl olunmamış, məhkəmələr tərəfindən də sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə hər hansı bir cinayət əməlini törətmədiyi, təqsirli olduğunu təsdiq edən sübutlar olmadığı halda əsassız və qanunsuz olaraq Məhkum 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinmişdir. Müdafiəçi Şəki Apellyasiya Məhkəməsinin 1(107)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğ v edilərək Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini, həmçinin onun əməlinin CMnin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə, CMnin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəza növünün təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şik ayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Mustafayev Dəyanət Musa oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qayda ların pozulduğunu, nəticədə Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi və Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və ona CM-in 228.2.1-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən ə saslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum qeyd olunan əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllində cinayət tərkibinin olmaması, təqsirli olmasının sübuta yetirilməməsi, məhkəməyədək icraatda onun prosessual hüquqlarına əməl olunmaması, qanunsuz yollarla, o cümlədən işgəncə tətbiq olunmaqla cinayətləri etiraf etməyə məcbur edilməsi barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən onun müdafiəçin iştirakı ilə ibtidai istintaqda verdiyi ifadəsi, şahidlərin ifadələri, sənədlər, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməllərinin faktiki məzmunu, onun əməllərinin Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edi lməsi, sonuncunun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsəd lərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təm in edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)-28/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Mustafayev Dəyanət Musa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 iyun 2024-cü il tarixli, 1(107)-28/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar