Məhkəmə qərarları › İş №1(102)-2196/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2196/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2196/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs X6 və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 11 mart 2025-ci il tarixli, 1(103)-22/2025 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyeva (sədrlik edən və məruzəçi) Siyavuş Hacıyev və Vüqar Quliyev) 14 dekabr 2023-cü il tarixli 1(101)-131/2023 nömrəli hökmü ilə 18 mart 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azad lıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən X9 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, X9 şəxsiyyəti istintaqa məlum olmayan “Siyavuş” və İran İslam Respublikası vətəndaşı ehtimal olunan “Cəlal” adlı şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün düşən öhdəliyinə əsa sən Siyavuş adlı şəxsin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan külli miqdarda ümumi təmiz çəkisi 102,716 qram narkotik vasitə olan heroini əldə edib istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ehtimal olunan “Cəlal” adlı şəxsə çatdırmaq məqsədi ilə üzərində daşıyaraq saxlamış, 22 yanvar 2022-ci il tarixində saat 16:15 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılmış, daha sonra Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilərək onun üzərinə PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 102,716 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 11 mart 2025-ci il tarixli, 1(103)-22/2025 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(101)-131/2023 nömrəli hökmü ləğv edilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, məhkum A.A.Məhərrəmovun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı kasasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli, 1(103)-22/2025 nömrəli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, H.Əjdərov 91 ünvanındakı evinə 22 yanvar saat 3-4 ar ası polislər daxil olmuş, qapını qıraraq hamam otağına girib onu hamam otağında tutmuşlar. Polislər 20-30 dəqiqə onun evində olmuş, evdə olarkən stolun başındakı dəmirlə də döyülmüşdür. Evdə həmin vaxt anası və qardaşı olmuşdur. Polislər “BMW”, “Hyundai Santa Fe” və “Kia” markalı üç maşında gəlmişlər. 12-ci polis bölməsinə aparılmış, orada da döyülmüşdür. Təhdidə, döyüldüyünə görə çəkiliş zamanı narkotik vasitənin onun olduğunu bildirmişdir. Evdən də narkotik çıxaracaqları ilə təhdid etmişlər. “Telefon məlumatlarına baxış keçirilməsi barədə” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, X3 istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər və mesaj mətnləri götürülmüş, həmin məlumatlara baxış zamanı oradan 29 oktyabr 2021-ci il tarixdə ********** nömrəsindən “Azə r mənə zəng vur nece dene qara var mənimkindən başqa uşaqlar is”, 02 noyabr 2021-ci il tarixdə 077 ******* nömrəsində “Azer qaqa men dediyimi verə bilirsən?” 19 noyabr 2021-ci il tarixdə ********** nömrəsindən “brat dord kamaz torpaq bir amsın daş 2 dənədə qaa kismis lazımdır”, 18 yanvar 2022-ci il tarixdə 050 ******* nömrəsindən “adlarını da at dərmanların”, 15 yanvar 2022-ci il tarixdə 055 *** ** ** nömrəsinə “ağartı olsa oturersen”, 055 ******* nömrəsinə 17 noyabr 2021-ci il tarixdə ********** nömrəsindən “1 dənə bütöv, 2 klo kişmiş, 5 manatlıq daş, 15 manat da borcumdan verə”, 23 dekabr 2021-ci il tarixdə 055 *** ** ** nömrəsindən “senetkar 50 mene saxla alınsa nağdı verecem pulunu” eləcə də bu kimi narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesaj mətnləri müəyyən edilmişdir. Göründüyü kimi, kifayət qədər “müştəri çevrəsi”nə malik olan A.Məhərrəmovun külli miqdarda narkotik vasitəni tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxıb üzərində gəzdirməsi onun həmin maddələri şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə daşımasına dəlalət edir. Məhkəmə kollegiyası isə A.Məhərrəmovun məhkəmə istintaqı zamanı verdiyi özünü müdafiə xarakterli ifadəsini nədənsə rəhbər tutub onun təqsirsiz olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, X4 aşkar olunmuş xəsarətlərlə bağlı araşdırma polis əməkdaşları tərəfindən saxlanılmasından uzun müddət keçdikdən sonra aparılmışdır. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən material üzrə məhkəmətibbi ekspertizası təyin edilməmişdir. Məhkəmə-tibbi ekspertizası ona görə təyin edilməmişdir ki, guya o özü imtina etmişdir. Maraqlı hal ondan ibarətdir ki, X9 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) və Bakı İstintaq Təcridxanasına qəbul olunarkən hər iki halda tibbi müayinədən keçmiş, lakin prokurorluq tərəfindən araşdırma aparılarkən bundan imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xəsarət almış şəxsin şikayətinin olub-olmamasından aslı olmayaraq prokurorluq orqanı araşdırmanın obyektivliyini təmin etmək məqsədilə hər bir halda xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizası təyin etməli idi, gələcəkdə X9 tibbi müayinədən keçməsi və ya bundan imtina etməsi məsələsinə qanuna uyğun qaydada rəsmləşdirilməli idi. X3 tibbi müayinədən keçirilməsi həm də ona görə zəruri olmuşdur ki, X4 aşkar olunan xəsarətlərin onun söylədiyi kimi yıxılması nəticəsində alınmasının mümkünlüyü müəyyən olunsun. Prokurorluq tərəfindən aparılmış araşdırma o qədər səthi aparılmışdır ki, hətta X1 polis əməkdaşları belə dindirilməmişdir. Hadisədən uzun müddət keçməklə xəsarət izləri artıq silindiyindən hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində iş üzrə məhkəmətibbi ekspertizasının təyin edilməsi isə iş üzrə əhəmiyyətini artıq itirmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası yuxarıdakı bir abzas daxilində özü öz fikirlərini inkar edir. Yəni hadisədən uzun müddət keçdikdən sonra hazırkı mərhələdə xəsarət izləri artıq silindiyindən məhkəmə-tibbi ekspertizasının təyin edilməsinin iş üzrə əhəmiyyətini itirməsi qənaətinə gəlsə də, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasından uzun müddət sonra aparılan araşdı rma zamanı A.Məhərrəmovun iradəsinə və CPM-in 444.2-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə-tibbi ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Həmin faktla bağlı preyudisial əhəmiyyətə malik olan Sabunçu rayonu prokurorluğunun 17 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qüvvədə olduğu halda məhkəmə kollegiyası həmin qərarı əsassız olaraq şübhə altına almışdır. Hansı ki, müdafiə tərəfindən həmin qərardan heç bir şikayət verilməmiş və təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında, nə də bədəni üzərində xəsarət aşkar edilməsi faktına dair araşd ırma aparılarkən qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda (cild 1, səhifə 204205) təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. Göründüyü kimi, heç bir əsas olmadan, yalnız təqsirləndirilən şəxsin sözlərinə inanmaqla, xidməti vəzifələrinin icrası birbaşa olaraq Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən, cinayətkarlıqla mübarizə, dövlətçiliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində daim səmərəli fəaliyyət göstərən polis əməkdaşları tərəfindən təqsirin boynuna alınması məqsədilə təqsirləndirilən şəxsə xəsarətlər yetirilməsi kimi ittihamın məhkəmə tərəfindən irəli sürülməsi qanuna zidd olmaqla yanaşı, təəssüf doğuran bir haldır. Bundan başqa, məhkəmə kollegiyası göstərmişdir ki, cinayət işi üzrə müəyyən olunmuşdur ki, ibtidai istintaq mərhələsində X3 müdafiə hüququ formal olaraq “təmin olunmuşdur”. Cinayət işinin materialları öyrənilərkən müəyyən olundu ki, sanki müdafiəçi prosessual sənədləri imzalamaq üçün gəlmiş, cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən müddət ərzində dövlət büdcəsi hesabına təyin olunmuş vəkilin hüquqlarını müdafiə etdiyi X3 xeyrinə hər hansı prosessual fəaliyyətinin olması iş materiallarından görünmür. Belə ki, o, bu xüsusat üzrə istintaq orqanına hər hansı vəsatətlə (təqsirləndirilən şəxsin əlavə dindirilməsi, hər hansı sübutun xaric edilməsi, qətimkan tədbirinin növünün dəyişdirilməsi və s.) müraciət etməmişdir. Məhkəmə kollegiyasının bu mövqeyi əsassız olmaqla anlaşılmazdır. İbtidai araşdırma dövründə şübhəli şəxs qismində tutulduğu andan iş məhkəməyə göndərilənədək dövlət büdcəsi hesabına təyin olunmuş müdafiəçinin iştirakı təmin edilmişdir. Bunu həmin müdafiəçi apellyasiya icraatı zamanı verdiyi ifadəsində də təsdiq etməklə yanaşı, təqsirləndirilən şəxsin ona döyülməsi və hər hansı istintaq hərəkəti aparılması ilə bağlı müraciət etmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyası əsassız olaraq X3 polis əməkdaşları tərəfindən saxlanıldığı yer ilə bağlı da kifayət qədər ziddiyyətlər mövcud olması qənaətinə yalnız maraqlı şəxslərin - sonuncunun yaxın qohumları və tanışının ifadələri əsasında gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası X9 ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması saxlanılmasından təxminən 1 saat 30 dəqiqə sonra aparılmasını və həmin müddət ə rzində o, tamamilə polislərin nəzarəti altında olmasını bəraət hökmünün əsaslarından biri kimi qeyd etmişdir. Həmin istintaq hərəkətinin aparılması üçün aparılan proseduru - günümüzdəki yolnəqliyyat şərtləri altında vəkil və digər şəxslərin iştiraklarının təmin olunması, çəkilişin təşkil olunması və s. nəzərə alsaq, məhkəmə kollegiyasının gətirdiyi bu əsas işin faktiki hallarına birmənalı olaraq ziddir. Bundan başqa, məhkəmə kollegiyası göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərarın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi məktubdan da X3 üzərindən aşkar olunduğu iddia olunan bir bükümün zərfə qoyularaq qablaşdırıldığı və həmin zərfin “DİN-in Zərflər üçün № 7” möhürü ilə möhürləndiyi qeyd edilsə də müvaf iq ekspert rəyində “DİN zərflər üçün № 159” möhür kimi göstərilmiş, istintaq orqanı həmin hissədə də ziddiyyət yaratmış, müvafiq sənədləşmələrdə zərfin “DİN-in zərflər üçün № 7” möhürü ilə möhürləndiyi qeyd edildiyi halda, ekspertə “Azərbaycan Respublikası DİN zərflər üçün № 159” möhürü ilə möhürlənmiş zərf təqdim olunmuşdur. Bu ziddiyyətin aradan qaldırılması üçün müvafiq sorğular verilmiş və müdafiə tərəfinin vəsatəti əsasında təhqiqatçı Nəcəf Aburşunun məhkəmə baxışında dindirilməsi barədə qərar qəbul edilmişdir. Sorğulara alınmış cavablar əsasında müəyyən edilmişdir ki, “DİN zərflər üçün “159” nömrəli möhür axtarış və götürmənin aparıldığı 12-ci Polis şöbəsinə, “DİN-in Zərflər üçün “7” nömrəli möhür isə DİN-nin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinə təhkim edilmişdir. Tərəfindən Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçirtdiyi əməliyyat-axtarış tədbirlərində polis şöbələrinə təhkim edilmiş möhürdən istifadə edilməsinin müvafiq Təlimatın tələblərinə uyğun olub-olmaması ilə bağlı sorğu verilməsi və N.Aburşunun məhkəmə iclasına çağırıb dindirilməsi barədə verilmiş vəsatətlər şifahi olaraq səbəbi və əsasları göstərilmədən təmin edilməmişdir. Cinayət kollegiyası təqsirləndirilən şəxsin mobil nömrəsinə daxil olmuş narkotik vasitələrin satışı ilə bağlı sms-lərə qiymət verərkən arbitr funksiyasından kənara çıxaraq müdafiə funksiyasını öz üzərinə götürmüşdür. Belə ki, kollegiya qeyd etmişdir ki, X9 narkotik istifadəçisi olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdir və onun şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədilə hər hansı şəxslə danışıqlar və ya yazışmalar aparması istisna olunmur. Lakin qeyd edilən ismarıcların məzmununa diqqət yetirdikdə onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu birmənalı söyləmək mümkün deyildir, ismarıcların məzmunu qeyri-müəyyən, ümumi məzmunlu olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya məhkəməsinin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, X7 qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları n tədqiqindən əsassız imtina edilməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və qiymətləndirməməsi, nəticədə təqsirləndirilən şəxsə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı A.A.Məhərrəmova qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. A.A.Məhərrəmovun elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün istintaq orqanı məhkəməyə onun özünün istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşlarının ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi haqqında 22 yanvar 2022-ci il tarixli protokolu, məhk əmə-kimyəvi ekspertizasının rəyini və məhkumun istifadəsində olan mobil telefonuna daxil olmuş və göndərilmiş SMS-lər haqqında mobil rabitə operatorunun məlumatlarını təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittiham tərəfinin sübutlarını məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla A.A.Məhərrəmovun ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham üzrə təqsirli olması təsdiq olunur və barəsində həmin maddələrlə ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə müdafiəçinin apellyasiya şikayətinə əsasən baxıb, cinayət işi üzrə sübutları yenidən araşdırıb nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törəd ilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi öz mövqeyini aşağıda göstərilən hallara əsaslanmışdır:

1. X9 cinayət işi üzrə ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olması və polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilməsi barədə ifadə versə də, məhkəmə iclasında bu ifadəsini təkzib edərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadə polis əməkdaşları tərəfindən ona psixiki və fiziki təsir göstərilməsi nəticəsində alınmışdır. X3 bu barədə ifadəsi Sabunçu RPİ-nin MSY-də tərtib edilmiş aktda, eləcə də onun İstintaq Təcridxanasına daxil olarkən müayinə keçirilməsi barədə sənədlərdə bədəni üzərində xəsarətlərin aşkar edilməsinə dair qeydləri ilə təsdiq olunur.

2. İbtidai istintaq zamanı X3 müdafiə hüququ kobud şəkildə pozulmuşdur.

3. A.A.Məhərrəmovun üzərində şəxsi axtarış dərhal və onun saxlanıldığı yerdə deyil, 1 saat 30 dəqiqədən sonra polis bölməsində məhkəmənin qərarı olmadan aparılmışdır.

4. A.A.Məhərrəmovun barəsində əməliyyat-axtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun rəsmiləşdirilməmişdir.

5. X3 üzərində aşkar edilmiş kimi iddia olunan maddi sübut – narkotik vasitə heroin qablaşdırıldığı zərfin üzərində DİN-in 159 nömrəli möhür olduğu halda təhqiqatçı tərəfindən qəbul edilmiş ekspertiza təyin edilməsi barədə qərarda, habelə qərarın və maddi sübutun ekspert müəssisəsinə göndərilməsi barədə məktubda maddi sübutu olan zərfin DİN-in 7 nömrəli möhürlə möhürlənməsini qeyd edilmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş A.A.Məhərrəmov un anası və qardaşı, habelə qonşuda yaşayan iki şəxs göstərmişlər ki, A.A.Məhərrəmov ittihamda göstərildiyi kimi küçədə deyil, öz evində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, məhkəmə tərəfindən sübutlar CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq araşdırılmamış, işin yuxarıda göstərilən halları tam, hərtərəfli və obyektiv araşdırılmadan sübutlara qiymət verilmişdir. Kassasiya protestində irəli sürülmüş dəlillərin əsaslığını müzakirə edərək məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsindən görünür ki, cinayət mühakimə icraatın vəzifələrindən biri cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmı ş sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası işin hallarını və cinayət-prosessual qanunun yuxarıda sadalanan normalarını təhlil ed ərək kassasiya protestinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutların tədqiq edilməsi, habelə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması barədə qanunun tələblərinə əməl etməmiş, sübutlar arasında mövcud olan ziddiyyətləri, eləcə də sübutların mötəbərliyinə şübhə yaradan və təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməsinə əsas kimi hökmdə istinad edilən halları kifayət qədər araşdırmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs A.A.Məhərrəmov iş üzrə ziddiyyətli ifadələr vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində A.A.Məhərrəmov ona qarı irəli sürülmüş ittihamın məzmununa uyğun ifadə vermişdir. Cinayət işinə birin ci instansiya məhkəməsində ilk dəfə - digər hakimlərdən ibarət məhkəmə kollegiyası tərəfindən baxılan zaman - 18 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında A.A.Məhərrəmov ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Siyavuş adlı şəxsin xahişi ilə Rza adlı İİR vətəndaşı tərəfində gizlədilmiş narkotik vasitə ona deyiləcək şəxsə çatdırmaq üçün götürmüş və özündə saxlamışdır. 22 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən küçədə saxlanılmış və şəxsi axtarış zamanı onun üzərində həmin heroin aşkar olunmuşdur. Cinayət işinə birinci instansiya məhkəməsində hakimlərin başqa tərkibində yenidən baxılması zamanı A.A.Məhərrəmov ifadəni deyişərək göstərmişdir ki, polis əməkdaşları onu evin qarşısında küçədə deyil, yaşadığı evdə saxlamışlar. Döyüldüyünə gö rə cinayəti boynuna götürmüşdür. Hətta A.A.Məhərrəmov göstərmişdir ki, onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də demişdir ki, cinayət törətməmişdir. İşdə olan məhkəmə iclası protokollarından görünür ki, A.A.Məhərrəmovun küçədə deyil, məhz öz evində saxlanılması barədə məlumatın ilkin mənbəyi təqsirləndirilən şəxsin özü olmamışdır. Bu məsələ ilk dəfə A.A.Məhərrəmovun müdafiəçisi tərəfindən məhkəmə qarşısında əlavə şahidlərin dindirilməsi barədə qaldırılmış vəsatətdə göstərilmişdir (c.1, i.v. 281–282). Yalnız müdafiəçinin həmin vəsatətindən sonra təqsirləndirilən şəxs öz ifadəsini dəyişərək polis əməkdaşları tərəfindən evində saxlanıldığını bildirmişdir. Məhkəmə iclasının sonrakı mərhələsində isə bu hal müdafiəçinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş A. A.Məhərrəmovun yaxın qohumları – anası və qardaşı, habelə iki qonşusu tərəfindən də təsdiq edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı cinayət törətmədiyini hakimə bildirməsi barədə A.A.Məhərrəmovun məhkəmə iclasında verdiyi ifadə işə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarının məzmunu ilə uzlaşmır. Belə ki, həmin qərarda göstərilir ki, məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 ona elan edilmiş cinayətdə özünü təqsirli bilmişdir. Birinci instansiya məhkəməsində verdiyi ifadələrdə A.A.Məhərrəmov cinayəti döyülməyə görə boynuna götürdüyünü bildirsə də, üzərində narkotik vasitənin olmaması barədə faktiki olaraq heç bir məlumat verməmişdir. Əksinə, o, ifadəsində “iki gün əvvəl heroin almışam” deyə göstərmişdir (c.2, i.v.32). A.A.Məhərrəmovun cinayəti döyülməsi nəticəsində boynuna götürməsi barədə verdiyi izahatla əlaqədar qeyd edilməlidir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələr yalnız üzərində narkotik vasitənin aşkar edilməsi faktına aid olmamış, eyni zamanda cinayəti Rza və Səbuhi adlı şəxslərlə qabaqcadan əlbir olaraq və satış məqsədi ilə törətməsi barədə də olmuşdur. Yalnız apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında A.A.Məhərrəmov göstərmişdir ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi A.A.Məhərrəmovun barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəmədə, eləcə də işə mahiyyəti üzrə baxılarkən birinci instansiya məhkəməsində verdiyi etirafedici ifadələrlə bağlı heç bir araşdırma aparmadan, həmin ifadələrə hüquq i qiymət vermədən və onlara münasibət bildirmədən, həmçinin A.A.Məhərrəmovdan bu məzmunda məlumatların məhkəmələrə verilməsinin səbəbləri barədə soruşmadan, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri polis əməkdaşlarının təzyiqi altında verməsi əsası ilə mötəbər sübut kimi qəbul etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinin tələblərinə görə cinayət prosesi gedişində bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əldə etdiyi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Azər Məhərrəmovun ibtidai istintaq zamanı ifadəsinin polis əməkdaşlarının təzyiqi altında verilməsi barədə iddialarının mötəbərliyinə işə əlavə edilmiş Sabunçu RPİ-nin MSY ə məkdaşları tərəfindən tərtib olunmuş 24 yanvar 2022-ci il tarixli aktı, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tibbi sənədlərini əsas götürərək nəticəyə gəlmişdir. İşə əlavə edilmiş Sabunçu RPİ-in MSY-in əməkdaşları tərəfindən tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, X9 MSY-nə 24 yanvar 2022-ci il tarixdə saat 13:00-da qəbul olunarkən üzərinə baxış keçirilib və boğazın sol hissəsində qızartı, sağ böyründə göyərmiş əzik aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, X9 25 yanvar 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Daxil olarkən üzərinə baxış keçirilm iş və sağ üst gözqapağı nahiyəsində, döş qəfəsinin sol nahiyəsində bənövşəyi qançır, sol sağrı nahiyəsində açıq sarımtıl qançır aşkar edilmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin istinad etdiyi sənədlər bir-biri ilə ziddiyyət təşkil edir. Həmin sənədlərdən aydın olur ki, A.A.Məhərrəmovun üzərində 24 və 25 yanvar 2022-ci il tarixlərində müxtəlif, bir-birinə uyğun gəlməyən bədən xəsarətləri qeydə alınmışdır. Cinayət işinin materiallarından isə görünür ki, A.A.Məhərrəmovun etirafedici ifadələri təhqiqat və ibtidai istintaq orqanı tərəfindən onun Sabunçu RPİ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsinədək alınmışdır. İfadə verdikdən sonra onun üzərinə baxış keçirilmiş və bu zaman bədənində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına qəbul edilərkən sonradan qeydə alınmış xəsarətlərin mövcudluğu müəyyən edilməmişdir. A.A.Məhərrəmovun üzərində aparılmış şəxsi axtarışın video görüntülərindən də onun sağ üst göz qapağı nahiyəsində hər hansı qançırın olması müşahidə edilmir. İşə əlavə edilmiş A.A.Məhərrəmovun izahatından isə görünür ki, Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı o, bədənində olan xəsarətləri polis əməkdaşları tərəfindən tutulduğu vaxt aldığını bildirmişdir. Həmçinin A.A.Məhərrəmov ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadələri müdafiəçinin iştirakı ilə vermişdir. Beləliklə, iş materiallarından görünür ki, təqsirləndiri lən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və fiziki zorakılığa məruz qalması ilə bağlı məsələni nə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə qarşısında, nə ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında, nə də bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı üzrə aparılmış araşdırma zamanı qaldırmamışdır. Cinayət işinin materialları ilə tanış edilmə barədə protokoldan da təqsirləndirilən şəxsin hər hansı vəsatətinin olmadığı aydın olur. Apellyasiya instansiya məhkəməsi öz qərarında birinci instansiya məhkəməsi tərəfindən A.A.Məhərrəmovun işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması barədə məlumatlarla bağlı hər hansı araşdırmanın aparılmadığını qeyd etsə də, özü də A.A.Məhərrəmovun bədənində xəsarətlərin olub-olmaması, həmin xəsarətlərin ha nsı şəraitdə və nə zaman alınması, habelə bu məsələlər üzrə mövcud ziddiyyətlərin aradan qaldırılması istiqamətində hər hansı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsinin A.A.Məhərrəmovun ibtidai istintaq zamanı verdiyi ifadələrin və üzərində aparılmış şəxsi axtarışın qeyri-mötəbər hesab edilməsinə dair nəticəyə gəlməsinin əsaslarından biri onun müdafiə hüququnun kobud surətdə pozulması ilə əlaqələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, ibtidai istintaq mərhələsində A.A.Məhərrəmovun müdafiə hüququ formal xarakter daşımış, dövlət hesabına təyin edilmiş müdafiəçi vəkil Müdafiəçi3 onun müdafiəsi üçün hər hansı prosessual fəaliyyət göstərməmiş, vəsatətlər qaldırmamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iş materiallarına ə sasən ibtidai istintaq dövründə A.A.Məhərrəmov ona istinad edilən əməli törətməsini etiraf etmiş, təhqiqat və istintaq orqanlarının hərəkətlərindən hər hansı şikayət və ya etiraz irəli sürməmişdir. Şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntülərdən də aydın olur ki, A.A.Məhərrəmov müdafiəçinin sualına cavab olaraq təhqiqatçının hərəkətlərindən narazılığı və şikayətinin olmadığını bildirmişdir. Belə olan halda, A.A.Məhərrəmova dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən onun xeyrinə vəsatətlərin verilməməsi faktının özlüyündə müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməsi və yalnız bu əsasla həmin mərhələdə A.A.Məhərrəmovun iştirakı ilə aparılmış istintaq hərəkətlərinin protokollarının mümkün olmayan sübutlar hesab edilməsi əsaslı sayıla bilməz. Apellyas iya instansiyası məhkəməsi maddi sübut olan heroinin qablaşdırıldığı zərfin üzərində 159 nömrəli möhürün olması, həmin maddi sübut üzrə ekspertiza təyin edilməsi barədə qərarda və maddi sübutun ekspert müəssisəsinə göndərilməsi haqqında məktubda isə zərfin üzərindəki möhürün nömrəsinin 7 kimi göstərilməsi faktını müəyyən edərək bunu A.A.Məhərrəmovun üzərində aparılmış şəxsi axtarışın nəticələrinin mötəbərliyini şübhə altına alan hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən ziddiyyətin yaranma səbəbləri araşdırılmadan şəxsi axtarışın nəticələrinin şübhə altına alınması əsaslı sayıla bilməz. Belə ki, A.A.Məhərrəmovun üzərində şəxsi axtarış aparılması haqqında protokolda ondan aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırılması göstərilsə də, qablaşdırma üzərində vurulmuş möhürlərin nömrələri barədə heç bir qeyd aparılmamışdır. Həmin istintaq hərəkətinin videoyazısından görünür ki, A.A.Məhərrəmovun üzərində aşkar edilmiş maddi sübut təhqiqatçı tərəfindən kağız zərfinə qablaşdırılmış və zərfin üzərinə möhürün əksi olan kağızlar yapışdırılmışdır. Lakin videogörüntülərdən həmin möhürlərin nömrələrini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, şəxsi axtarış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı N.A.Aburşu tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində aparılmışdır. Məhkəmə iclasında dindirilmiş ekspert Z.T.Bayramova izah etmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində n daxil olan sənədlərdə adətən 7 nömrəli möhürdən istifadə olunur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İ.Hümbətovun 21 avqust 2024-cü il tarixli məktubundan görünür ki, A.A.Məhərrəmov həmin idarənin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə gətirilmiş, onun üzərində aşkar edilmiş maddi sübutun qablaşdırılması zamanı həmin polis bölməsinə məxsus 159 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürdən istifadə edilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı yaranmış ziddiyyətlərin səbəbini araşdırmaq və ziddiyyətləri aradan qaldırılmaq məqsədilə təhqiqatçı N.A.Aburşunun məhkəmə iclasında şahid qismində dindirilməsi barədə vəsatət qaldırmış, lakin apellyasiya instansi yası məhkəməsi bu vəsatəti heç bir əsaslandırma vermədən təmin etməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinin tələblərinə görə vəsatət və ya xahiş üzrə qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin gətirdiyi dəlillərə verilmiş hüquqi qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların lazımi hüquqi prosedur çərçivəsində hərtərəfli, tam və obyektiv araşdırılmasına, habelə cinayət prosesində iştirak edən şəxslərin pozulmuş hüquq və qanuni mənafelərinin bərpasına yönəlmiş vəsatət və xahişlər əsassız olaraq rədd edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il № 15 Qərarında məhkəmələrə izah edilmişdir ki, əlavə sübutları n tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, dövlət ittihamçısı tərəfindən təhqiqatçının yuxarıda göstərilən hallar üzrə dindirilməsi barədə verilmiş vəsatət işin hallarının qa nunla müəyyən edilmiş qaydada hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəlmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətin təmin edilməməsi Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. A.A.Məhərrəmovun üzərində şəxsi axtarışın dərhal, saxlanıldığı yerdə deyil, Polis Bölməsində təxminən 1 saat 30 dəqiqə sonra aparılması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində axtarışın tutulduğu yerdə və saxlanıldıqdan dərhal sonra aparılmaması, işin hallarından və digər sübutlardan asılı olaraq, həmin istintaq hərəkətinin nəticələrinin mötəbərliyinə şübhə yaradan hal kimi qiymətləndirilə bilər. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış və çoxsaylı presedent təcrübəsi mövcud dur. Lakin belə nəticəyə gəlmək üçün məhkəmələr polis əməkdaşlarının həmin prosessual hərəkəti şübhəli şəxsin tutulduğu yerdə aparmaq üçün obyektiv maneələrin olub-olmamasını, bu səbəbdən şəxsin axtarışın aparılması üçün daha münasib yerə aparılmasının zəruri olub-olmadığını, habelə axtarışın aparılmasına qədər keçən vaxtın ağlabatan olub-olmadığını və bu müddətdə zəruri prosessual təminatların yaradılması məqsədilə hərəkət edilib-edilmədiyini araşdırmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi A.A.Məhərrəmovu saxlayan polis əməkdaşlarını göstərilən məsələlər üzrə dindirmədən, bu barədə heç bir əlavə araşdırma aparmadan və gecikmənin səbəblərini müəyyən etmədən, onun üzərində şəxsi axtarışın saxlanıldığı yerdə deyil, Polis Bölməsində 1 saat 30 dəqiqə sonra aparılmasını həmin istintaq hərəkətinin nəticələrinə şübhə yaradan hal kimi qiymətləndirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi A.A.Məhərrəmov barəsində əməliyyat-axtarış tədbirlərinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsini onun təqsirliliyini şübhə altına alan hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar vurğulayır ki, yuxarıda göstərilən cinayətprosessual qanunvericiliyin normalarına əsasən hökm qanuni və əsaslı olmalıdır. Hökmün əsaslılığı isə məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara əsaslanmasında ifadə olunur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, hazırkı cinayət işi üzrə əməli yyat-axtarış tədbirləri nəticəsində yalnız X3 olduğu yeri müəyyən edilmiş, o tutulmuş və polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Göründüyü kimi məhkumun elan edilmiş ittihamda təqsirini müəyyən edən sübutlar, o cümlədən maddi sübut olan narkotik vasitələr cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində deyil, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin normalarının tələblər inə uyğun olaraq təhqiqatçı və müstəntiq tərəfindən aparılmış istintaq və prosessual hərəkətlərin nəticəsində əldə edilmişdir. Cinayət işinin materiallarına A.A.Məhərrəmov barəsində əməliyyat-qeydiyyat işinin açılıb-açılmaması barədə heç bir məlumat əlavə edilməmiş, əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş polis əməkdaşları da bu məsələ üzrə dindirilməmiş və hər hansı izahat verməmişlər. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına dair gəldiyi nəticə işin materialları ilə təsdiq olunmur və sübutlara əsaslanmır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi X3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirini n sübuta yetirilməməsi və onun təqsirli olmasının iş üzrə mövcud sübutlarla təkzib edilməsi barədə nəticəyə gələrkən, sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, onların qiymətləndirilməsini Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun şəkildə aparmamışdır. Məhkəmənin A.A.Məhərrəmovun təqsirsizliyi ilə bağlı istinad etdiyi bir sıra hallar lazımi qaydada araşdırılmamış və cinayət işinin materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, h abelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutları və işin halları tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 143, 144 və 349-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protest inin sübutların Azərbaycan Respublikası CPM-in 143-144cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün sübutların tədqiqindən əsassız imtina edilməsi hissəsində dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli, 1(103)-22/2025 nömrəli hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müv afiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirilməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. X3 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli, 1(103)-22/2025 nömrəli hökmü ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar