Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2197/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X12 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X12 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət iş i üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(105)-184/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X12 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X12 üzrə şöbəsinin prokuroru X15 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X7 xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2da yaşayır.
2. Bəraət almış şəxs X6 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan tarixdə və mənbədə n satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində gəzdirməklə saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Şabran şəhəri X26 küçəsi ərazisində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinə gətirilməklə xx.xx.2023-cü il tarixdə, saat 18:15-dən 18:25-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
3. Şabran Rayon Məhkəməsinin (sədrlik edən hakim: X16) 17 yanvar 2024-cü il tarixli, 1(031)-5/2024 nömrəli hökmü ilə X6 CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, X4 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, X6 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Şabran Rayon Məhkəməsinin 1(031)-5/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilərək X4 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiy ası həddində cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X10 və X11 ibarət məhkəmə tərkibində) 16 aprel 2024-cü il tarixli, 1(105)-184/2024 nömrəli qərarı ilə X6 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şabran Rayon Məhkəməsinin 1(031)-5/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X12 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X12 üzrə şöbəs inin prokuroru X15 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Tərlan Murtuzayevə CM-in 234.1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Müraciət müəllifi eyni zamanda qeyd edir ki, iş materiallarından görünür ki, Tərlan Murtuzayevin əvvəllər məh kum edildiyi cinayət əməli həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, habelə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən onda hazırkı iş üzrə də narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyacı vardır. Lakin, hazırki cinayət işi üzrə bəraət hökmünü qüvvədə saxlayan məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxsin həyat tərzini mənfi cəhətdən xarakterizə edən həmin məlumatlar, həmçinin yuxarıda sadalanan bilavasitə və düzünə sübutlar (şahid ifadələri, ekspertiza rəyləri və s.) nəzərə alınmadan, Tərlan Murtuzayevin keçmiş “kriminal təcrübəsinə" əsaslanaraq cəzadan yayınmaq niyyətilə “ustalıqla” uydurduğu və təhrif etdiyi xüsusatlar düzgün qiymətləndirilməmiş, bu nunla yanaşı, onun qanunvericiliyin tələblərinə əsasən heç bir məsuliyyəti yaranmadan söylədiyi, sırf özünümüdafiə xarakterli, obyektiv halları təhrif etdiyi fikirlər məhkəmə kollegiyası tərəfindən digər sübutlarla tutuşdurulmayaraq həqiqət kimi qəbul edilmiş, düzgün ifadə verməyəcəkləri halda cinayət təqibi barədə xəbərdar edilmiş cinayətkarlığa qarşı uzun illər mübarizə aparan şahidlərin yəni, Şabran rayon polis şöbəsinih NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Şabran RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı Şahid2, PPXB-nin polis nəfərləri polis serjantları Şahid3, Şahid4 Əlihüseyn oğlu və Şahid5 qərəzsiz ifadələri isə məhkəmə kollegiyası tərəfindən qeyri-obyektiv tənqidi yanaşmaya məruz qalmışdır.
8. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tər əfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(105)-184/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştir ak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqı nda nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(105)-184/2024 nömrə li qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
18. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
19. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndiri lən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 0,262 qram heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X4 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsə işgəncə və digər qəddar davranışların tətbiqi yol u ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X6 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı olmuşdur.
21. Şabran Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.
22. Belə ki, bəraət almış şəxs X7 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu qardaşının axtarışına görə polis əməkdaşları iş yerindən götürüb şöbəyə gətirmişlər. Polis əməkdaşları onun üstünə həmin vaxt baxış da keçiriblər, sonra da qardaşının yerini bilmədiyinə görə onu döyüblər, əllərinə qandal vurub arxa cibinə narkotik maddə atıblar, aşağı düşürdüblər və bundan sonra üstünə baxış keçirmişlər. Bu barədə barəsində qətimkan tədbirinin seçilməsinə dair işə baxıldığı zaman hakimə də məlumat verib və hakim tibbi ekspertiza təyin edib. Tibbi ekspertizanın nə rəy verdiyini bilməsə də, təcridxanaya gedərkən orada xəsarətlərini görüblər, bu barədə prokurorluqdan müstəntiq gəlib ondan izahat alıb və o, prokurorluğun müstəntiqinə də orada olanlar barədə məlumat verib. İttiham aktında yazılıb ki, onu küçədən götürüblər, amma onu küçədə saxlayıb üstünə baxış keçirib götürməyiblər. Onu iş yerindən aparıblar və lazım olsa bunu təsdiq edə biləcək şahidləri də var. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ibtidai istintaqda verdiyi ifadələri müstəntiqin özü yazdığını, müstəntiqin həmin ifadələri yazdıqdan sonra ifadələrin onu qane edib-etmədiyini ondan soruşd uğunu, həmin ifadələrin sərf elədiyi üçün ifadələrə etiraz etmədiyini, polis şöbəsində olduğu zaman qorxduğu üçün etiraz edə bilmədiyini, onu Şabran Rayon Polis Şöbəsinin əməliyyatçılarının döydüklərini, müdafiəçisinə döyülməsi barədə məlumat vermədiyini, döyüldüyü zaman müdafiəçinin onun yanında olmadığını, Şabran Rayon Polis Şöbəsinin ikinci mərtəbəsində döyüldükdən və cibinə narkotik vasitə atıldıqdan sonra onu Şabran Rayon Polis Şöbəsinin birinci mərtəbəsinə gətirib müdafiəçi ilə təmin etdiklərini, bundan sonra üzərinə baxış keçirildiyi zaman və ifadəsi alındığı vaxt qorxduğu üçün müdafiəçisinə döyülməsi ilə bağlı hər-hansı bir məlumat vermədiyini, narkotik vasitə istifadəçisi olduğunu, lakin ona edilən haqsızlığa dözmədiyini, onun üstünə şər atdıqlarını, Şabran Rayon Polis Şöbəsinə gə tirildiyi zaman üzərində narkotik maddə olmadığını, həmin narkotik vasitənin onu döyüb yerə yıxdıqdan sonra polis əməkdaşları tərəfindən arxa cibinə atıldığını, sədrlik edənin suallarına cavab olaraq isə qardaşının adının X8 olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman yerə laminat vurduğunu, qardaşıgilin isə “xostavara” plintus almağa göndərdiyini, orada aralarında narazılıq yarandığını və dava çıxardıqlarını, dava olandan sonra çıxıb getdiklərini, ev yiyəsinin ayaqqabıları xostavarda qaldığı üçün yanındakı uşağın ora geri qayıtdığını, polislər gəlib onu apardıqlarını, qardaşının da bunu görüb onun yanına gəldiyini, olanlar barədə ona danışdığını və polisə getmək istəmədiyini deyərək çıxıb getdiyini, qardaşı gedəndən sonra polis əməkdaşlarının gəlib onu götürüb şöbəyə apard ıqlarını, polis əməkdaşlarının onu axtardıqlarından xəbəri olduğunu, üstündə həmin vaxt hər-hansı bir qanunsuz əşyanın olmadığını, polis əməkdaşları onu apararkən orada digər ustaların olduqlarını, onu Şabran Rayon Polis Şöbəsinin ikinci mərtəbəsində Alış müəllimin otağı ilə üzbəüz otaqda əməliyyatçıların döydüklərini, telefon işlətmədiyini, polis əməkdaşlarının onu xx.xx.2023-cü il tarixdə nahardan əvvəl tutaraq Şabran Rayon Polis Şöbəsinə apardıqlarını, Şabran Rayon Polis Şöbəsində döyülməsi ilə bağlı Şabran rayon prokurorluğunun müstəntiqinin ondan izahat almasına baxmayaraq, şikayəti əsasında qəbul edilmiş qərarın ona təqdim edilmədiyini bildirmişdir.
23. X4 ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədi yindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
24. Məhkəmələrin X4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
25. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün d aha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
26. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X7 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclası nda vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermədiyindən, bu sübutların şübhəli və ziddiyyətli olması, ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən iş üzrə əsas sübut olan X4 üzərinə baxış keçirilməsi zamanı çəkilmiş vid eogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
28. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi etiraf ifadələrini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri anlaşılmaz qalmışdır” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir.
29. Belə ki, məhkəmələr tərəfin dən müəyyən edilmişdir ki, X4 Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkkilləri əməliyyat tədbiri zamanı X6 qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Halbuki, X4 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən X4 bədəni səthində sağ göz altı nahiyyənin bir ədəd qançırı aşkar edilmişdir və həmin xəsarətin xx.xx.2023-cü il tarixdə alına bilməsi inkar olunmur. Bununla yanaşı Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-13-107/2-15897/23 nömrəli məktubuna, 76 nömrəli X13 və X1 4 kitabına və Şabran Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixə gətirilmiş şəxslərin qeydiyyatı jurnalının müvafiq sənədlərinin surətlərinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 17:40-da Şabran Rayon Polis Şöbəsinə gətirilmiş X4 üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə gətirildiyi zaman bədəni üzərində hər-hansı bir xəsarəti olmayan X4 məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən bədəni səthində xx.xx.2023-cü il tarixdə alına bilməsi inkar olunmayan, yəni X4 Şabran Rayon Polis Şöbəsinə olduğu zaman ala biləcəyi bədən xəsarəti aşkar edilsə də, istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror nədənsə bu xüsusiyyət üzrə susqunluq və hərəkətsizlik nüma yiş etdirmiş, X4 döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmiş, hətta X4 Şabran Rayon Polis Şöbəsində döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı verdiyi məlumat üzrə toplanmış materialda bu fakt ilə bağlı hər-hansı bir əsaslandırma aparılmadan xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir.
30. Həmçinin, cinayət işində olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı X4 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, Şabran Rayon Polis X9 müstəntiqi X22, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Şahid1, Şabran Rayon Polis X27 Xidmətinin Polis N əfəri Şahid5 və müdafiəçi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs X4 üzərinə şəxsi axtarış aparılarkən X4 üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, X7 üzərində ona məxsus hər-hansı bir qanunsuz əşyanın olmadığını bildirsə də, əynində olan cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd bükümü çıxardıb (çəkilişin 1:15-ci dəqiqəsində müstəntiq təqsirləndirilən şəxs hələ əlini cibinə salmamış “sol yan cibindən bir ədəd” sözünü deyir) stolun üstünə qoymuş və ona həmin bükümlə verilmiş suallara cavab olaraq bükümün ona məxsus olmadığını bildirmişdir. X7 bundan sonra verdiyi ifadələrdə üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümün ona məxsus olduğunu və həmin bükümü 2-3 qabaq Şabran şəhərinin X26 küçəsi ərazisində tapdığını bildirsə də, məhkəmə X5 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar edildiyini və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu, həmçinin X4 narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən axtarılması barədə məlumatının olduğunu nəzərə alaraq, X4 həmin bükülünü rahat şəkildə polis şöbəsinə qədər gəzdirməsi və həmin büküm üstündə olmasına baxmayaraq heç-bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlməsinin də inandırıcı olmadığı qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 şöbəyə gətirilənə qədər üzərində heç bir xəsarətin olmaması barədə şahidlər də ifadə vermiş, onun tutulm ası və şöbəyə gətirilməsində iştirak etmiş polis əməkdaşları onun tərəfindən heç bir müqavimət göstərilmədiyini qeyd etmişlər.
31. Şabran rayon prokurorluğunun 51c-23 nömrəli materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi həmin qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, X4 bədəni səthində xx.xx.2023-cü il tarixdə alına bilinməsi inkar edilməyən xəsarətlərin aşkar edildiyinin qeyd edildiyi məhkəmə-tibb ekspertizasının rəyinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla yanaşı Şabran rayon prokurorluğunun müstəntiqi Xəlil Seyidov tərəfindən qəbul edilmi ş Şabran rayon prokurorluğunun 51c-23 nömrəli materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın təqsirləndirilən şəxs X6 çatdırılmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarında aşkar edilməmişdir. Bununla da o həmin qərarın dəlillərindən və araşdırmanın nəticəsindən xəbərsiz olduğundan onun yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəməhüquq isla hatlarının məqsədlərini şübhə altına almış olar.
32. Məhkəmə X4 ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə məhkəmələr tərəfindən qeyd edilmişdir ki, o, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə o, təqsirləndirilən şəxs qismində dindirmə zamanı etiraf edici ifadə verdiyi gün, Şabran Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu bildirmişdir.
33. Bundan əlavə Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən X4 bədəni səthində sağ göz altı nahiyənin bir ədəd qançırı aşkar edilmişdir və həmin xəsarətin xx.xx.2023-cü il tarixə alına bilməs i inkar olunmur. Lakin məhkəmə istintaqı zamanı X4 özünə xəsarət yetirməsi halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X4 üzərində olan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi heç bir sübutlarda təsdiq olunmayan şübhəli haldır və bu səbəbdən də bu hal təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır.
34. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digə r əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
35. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
36. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.
37. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
38. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
39. Azərbaycan Respublikası C PM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
40. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
41. X7 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin on a Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
42. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilmə si üçün əsasların olmadığını göstərir.
43. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(105)-184/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sum qayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(105)-184/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X12 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X12 üzrə şöbəsinin prokuroru X15 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.