Məhkəmə qərarları › İş №1(102)-2199/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2199/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2199/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 3 iyul 2025-ci il tarixli, 1(103)1338/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim Nəriman Mehdiyev) 08 may 2025-ci il tarixli, 1(007)-290/2025 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, mənzil 39-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmiş, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 may 2025-ci il tarixə çəkilməmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi, CM-in 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 26 sentyabr 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 may 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,476 qram psixotr op maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 26 sentyabr 2024-cü il tarixdə saat 15:10-da Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,476 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sə drlik edən və məruzəçi), Zaur Hüseynov və Ramin Qaraqurbanlı) 3 iyul 2025-ci il tarixli, 1(103)-1338/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 1(007)-290/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli, 1(103)-1338/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 17 dekabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə k assasiya qaydasında baxılanadək yəni, 18 sentyabr 2025-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Məhkum ərizəsində müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq və geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2025-ci il tarixli, 1(103)1338/2025 nömrəli qərarından Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar