Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-22/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X6 oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştiraklı ilə, Bərdə Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhk um olunmuş x1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-ci il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X5 ) x1- xx xxxx 1968-ci il tarixdə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ilə 1 il 6 ay 5 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olan və həm in ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 24 ədəd 100 nominal, 9 ədəd 50 nominal, 34 ədəd 20 nominal, 12 ədəd 10 nominal, 62 ədəd 5 nominal, 40 ədə 1 nomnal həqiqi pul əskinaslarına oxşar əskinaslardan ibarət ümumilikdə saxta 4000 Azərbaycan manatıını əldə edib, ünvan 1 yaşadığı evdə saxlamış, xx xxxxxx 2018-ci il tarixdə saat 18:50 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməli yyat-axtarış tədbirləri zamanı x1 evində axtarış aparılmış, axtarış zamanı evdə olan servantın üzərindəki vazanın içərisindən sonuncunun satış məqsədi ilə əldə etdiyi saxta 4000 Azərbaycan manatından qalan saxta 3137 Azərbaycan manatı aşkar edilərək götürülmüşdür. Hökmdən x1 və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxx 2019-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü maddi sübutlara aid hissədə dəyişdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-ci il tarixli qərarından x1 kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlindən səmimi peşimandır. Ona təyin edilmiş cəza ağır olduğundan kassasiya şikayətinin təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya insta nsiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x1 kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs x1 təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2003-cü il tarixli hökmündən görünür ki, x1 CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarından görünür ki, x1 Bakı Ağır Cinayətlər Məhkəm əsinin xx xxxxx 2003-cü il tarixli hökmü ilə təyin edilən 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 6 ay 5 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi x1 əvvəllər xüsusilə ağır cinayət törətməyə görə təqsirli bilinərək məhkum olunmasına baxmayaraq cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya qanuna müvafiq qaydada üzərində götürülməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Bu hal onun əməlində cinayətlərin residivini yaratmışdır. Məhkum x1 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, hər iki instansiya məhkəməsinin c əza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, ailəli olmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirl ər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və o byektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum x1 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki halların a uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-ci il tarixli qərarı x1 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-22/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-22/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver