Məhkəmə qərarları › İş №1(102)-22/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-22/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-22/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar Məhkum1 və Məhkum2ın müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıxov Əlimərdan Sadıx oğlunun, Məhkum1, Tərcüməçi Vəliyev Veysəl İsaxan oğlunun iştirakları ilə xx xxxxxx 1966-cı il tarixdə X6 şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, işləməyə n, əvvəllər məhkum olunmamış, X15, Nyu-York şəhəri, ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxx 1972-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində anadan olmuş, Ukrayna Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ukrayna Respublikası, ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum1un özü və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhk əməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsiri bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsiri bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir Məhkəmənin həmin hö kmündən məhkumların müdafiəçisi və Məhkum1 özü tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və E.E.Rəhimov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, istintaqa məlum olmayan vaxtda və naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,141 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə təqribən saat 09:10-da birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 və Məhkum1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı sərnişin dəmir yol vağzalının 1-ci platformasında saxlanılaraq, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə gətirilib üzərlərinə keçirilmiş baxış zamanı Məhkum 2 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd tünd göy rəngli «West» markalı siqaret qutusunun içərisindən siqaretin gümüşü rəngli falqa kağızına bükülmüş satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 3,141 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, istintaqa məlum olmayan vaxtda və nam əlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 4,052 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə təqribən saat 09:10-da birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 və Məhkum1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı sərnişin dəmir yol vağzalının 1-ci platformasında saxlanılmış, həmin tarixdə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə gətirilib üzərlərinə keçirilmiş baxış zamanı Məhkum1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibi ndən «Parlament» markalı siqaret qutusunun içərisində ağ rəngli kağıza bükülmüş satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 4,025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya məhkəməsində heç bir araşdırılma aparılmamış, istintaq və məhkəmə icraatı zamanı verilmiş ifadələr müqayisə edilməmiş, şablon sözlərdən istifadə edilməklə məhkəmə qərarları qəbul edilməmişdir. Məhkum həmçinin qeyd edir ki, Azərbaycan Respublikasına gəlməzdən öncə bir neçə ölkənin ərazisindən keçmiş və gömrük orqanları tərəfindən yoxlanmışdır. Lakin onun üzərində narkotik vasitələr aşkar edilməmişdir. İttiham tərəfi ona narkotik vasitələrin satışı ilə əlaqədar ittiham verərkən nəzərə almamışdır ki, həmin narkotik vasitələrin dəyəri onun yol xərcini ödəyə bilməzdi. Məhkum2ın müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü və apelyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi Məhkum2 əməlinə hüquqi qiymət verərkən mötəbər və təkzibolunmaz sübutlara əsaslanmamış,iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, qəbul etdiyi hökmün əsasını şübhəli sübutlar təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə, apelyasiya şikayətinin dəlillərini əsassız olaraq qəbul etməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum2 tutulması ilə əlaqədar əməliyyat keçirən polis işçiləri tərəfindən Məhkum2 qanunla nəzərdə tutulan hüquqları təmin olunmamış, onun üzərinə baxış tutulandan dərhal sonra deyil, polis idarəsində keçirilmişdir. Lakin hər iki instansiya məhkəməsi bu qanunsuzluqlara, habelə Məhkum2 üzərindən narkotik vasitələrin tapılması il ə əlaqədar polis əməkdaşlarının, hal şahidlərinin ifadələrində ziddiyyətləri araşdırmamışdır. Bundan başqa, Məhkum2 üzərində tapılmış narkotik vasitənin satış məqsədi ilə saxlanması və daşınması nəticəsinə gələn məhkəmə, gəldiyi nəticəni əsaslandırmaq üçün heç bir sübut müəyyən etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1 və müdafiəçi Ə.Sadıxovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin fakti ki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş şikayətlərdə məhkumlara istinad edilən cinayət hadisələrini törətməmələri, onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndi nə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixot rop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il t arixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bi r halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr külli miqdarda narkotik vasitənin məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanmasına dair yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaəti ndədir. Belə ki, iş materiallarından görünür ki, külli miqdarda narkotik vasitənin məhkumlar Məhkum1 və Məhkum2ın üzərindən aşkar olunaraq götürülməsi, yəni onlar tərəfindən ayrı-ayrılıqda qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması, şahidlər X16, X12, X17, X13, X5, X23 və X11 ifadələri, xx xxxxxxx 2018-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 27221 nömrəli ekspert rəyi, xx xxxxxxx 2018-ci il tarixli 27220 nömrəli ekspert rəyi, xx xxxxxx 2018-ci il tarixli, 28331 nömrəli ekspert rəyi, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkumlar Məhkum1 və Məhkum2ın “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ittiham olunması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum2 həm ibtidai araşdırma, həm də məhkəmə zamanı verdiyi ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, yaxşı açar ustasıdır və hər bir seyfə açar düzəldə bilir. Ukraynada olan zaman 2018-ci ilin təxminən oktyabr ayında Sergey adlı tanışı ona zəng edərək bildirmişdir ki, pul müqabilində Azərbaycan Respublikası Bakı şəhərinə getmək lazımdır, orada Amerikada yaşayan Vladi mir adlı şəxslə dörd banka gedib, bankların individual saxlama kameralarından birini icarəyə götürməli, fotoşəkillərini çəkərək həmin şəkilləri Vladimir dediyi şəxsə verməlidir. Həmçinin Sergey ona müxtəlif individual saxlama kameralarının açarlarının lekallarını vermiş və həmin seyfləri açmaq üçün açarların hazırlanmasında istifadə olunacaq alətləri hazırlamasını tapşırmışdır. O, alətlərin 1-2 günə hazır olacağını bildirmişdir. Sergey ona demişdir ki, o, alətləri də götürüb Kiyev şəhərinə gəlsin və orada onu bir nəfər şəxs qarşılayaraq qatara oturdub Bakı şəhərinə yola salacaqdır. O, alətləri götürüb Kiyev şəhərinə gəlmiş və onu avtovağzalda əvvəllər tanımadığı xadlı şəxs qarşılamışdır. xonu Məhkum1 adlı şəxs ilə tanış etmiş və bildirmişdir ki, o, məhkumilə bir yerdə Bakı şəhərinə gedəcək lər. 15 və ya 16 oktyabr 2018-ci il tarixdə Kiyev şəhərindən Dəmir yolu vağzalından Bakı şəhərinə yola düşmüşlər. Özləri ilə Vladimirin tanışı Oleqin verdiyi çantaları da götürmüşlər. Həmçinin onun çantasında sifariş edilmiş alətlər olmuşdur. Nəzarət məntəqələrində çantalar yoxlanılmış, heç bir irad bildirilməmişdir. xx xxxxxxx 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə çatmışlar. Saat 09 radələrində Bakı sərnişin dəmir yol vağzalında olarkən ona və Məhkum1a bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaqlarını bildirərək onları polis idarəsinə dəvət etmişlər. Orada hüquqlarını müdafiə etmək üçün müdafiəçi və tərcüməçi dəvət edilmişdir. Bundan sonra hal şahidlərinin iştirakı i lə üzərinə və çantalara baxış keçirilmişdir. Üzərindən pul vəsaiti, əlində olan çantadan açarların hazırlanmasında istifadə olunan cihazlar aşkar edilmişdir. Əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd tünd göy rəngli «Vest» markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutularının içərisinə baxış zamanı qutuların birinin içərisindən siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində toz şəkilli maddə olması aşkar edilmişdir. Ancaq həmin maddənin necə, hansı şəraitdə onun siqaret qutusunun içərisində olmasını o bilməmişdir. Onda narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs Məhkum1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, uzun illərdir ki, X8 yaşayır. Birinci dəfə Bakı şəhərində xx xxxxxx 2018-ci il tarixdə olmuşdur. İqor adlı tanışı onu ABŞ-dan Ukraynanın Kiyev şəhərinə yola salmış və bildirmişdir ki, orada onu xadlı şəxs qarşılayacaqdır. Kiyev aeroportunda onu xadlı şəxs qarşılamış, oteldə yerləşdirmiş, mobil telefon almış və onu Bakı şəhərinə yola salmışdır. Bakı şəhərinə yola salarkən Bakı şəhərində yerləşən dörd bankın ünvanlarını vermiş və həmin banklara daxil olmalı, orada bankın individual saxlama kameralarından birini icarəyə götürməli, fotoşəkillərini çəkərək həmin şəkilləri İqora və Oleqə göndərməli olduğunu bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərinə gəldikdən bir neçə gün sonra hal-hazırda ünvanını xatırlamadığı yerdə yerləşən «Nikoil» banka gedərək orada bir illiyinə individual saxlama kamerala rından birini icarəyə götürmüş və orada olan saxlama kameralarının şəkillərini çəkərək qeyd edilən şəxslərə göndərmişdir. Digər banklarda boş saxlama kameraları olmadığına görə icarəyə yer götürə bilməmiş və ona görə də fotoşəkillərini çəkmək mümkün olmamışdır. Bunun müqabilində isə ona 2000 Avro pul verilmişdir. 2018-ci ilin sentyabr ayının 25-də isə o, yenidən Kiyev şəhərinə qayıtmış və telefonu xə qaytarmışdır. Bundan sonra o, Kiyevdə bir müddət qalmış və əldə etdiyi pulları xərcləmişdir. Pulu qalmadığına görə o, yenidən ABŞ-a qayıda bilməmişdir. Ona görə də xpul qazanmaq istədiyi halda, müəyyən xüsusi avadanlıqları Bakı şəhərinə aparmağı təklif etmişdir. xona demişdir ki, Bakı şəhərində onu Dəmir yolu vağzalında qarşılayıb çantanı götürəcəklər və bunun müqabilində də ona 1000 ABŞ dolla rı pul verəcəklər. Məhkum2 ilə onu Kiyev şəhərində Bakıya gəlməzdən təxminən bir həftə qabaq xtanış etmişdir. xona demişdir ki, Məhkum2 onunla birlikdə Bakı şəhərinə gedəcək və Manqo da özü ilə müəyyən alətləri aparacaqdır. xx xxxxxxx 2018-ci il tarixdə xKiyev şəhərindən Dəmir yolu vağzalından Məhkum2 və onu Bakı şəhərinə yola salmışdır. Oleqin verdiyi çantaları da götürmüşlər. Nəzarət məntəqələrində çantalar yoxlanılmış, heç bir irad bildirilməmişdir. xx xxxxxxx 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə çatmışlar. Saat 09 radələrində Bakı sərnişin dəmir yol vağzalında olarkən ona və Məhkum2 bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaqlarını bildirərək onları polis idarəsi nə dəvət etmişlər. Orada hüquqlarını müdafiə etmək üçün müdafiəçi və tərcüməçi dəvət edilmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə və çantalara baxış keçirilmişdir. Üzərindən pul vəsaiti, əlində olan çantadan müxtəlif xüsusi vasitələr və geymiş olduğu qara rəngli gödəkçəsinin sağ yan cibindən Ukrayna istehsalı olan «Parlament» markalı siqaret qutusunun içərisində ağ rəngli kağızda büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində toz şəkilli maddə olması aşkar edilmişdir. Ancaq həmin maddənin necə, hansı şəraitdə onun siqaret qutunun içərisində olmasını o bilməmişdir. O, vaxtilə narkotik vasitələrdən istifadə etmiş, lakin hal hazırda narkotiklərin alqı-satqısı ilə məşğul olmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-c i il tarixli 27221 nömrəli ekspert rəyindən görünür ki, Məhkum1 üzərindən götürülmüş 1 ədəd bükümdə, təmiz çəkisi 4,025 qr. olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1,vərəqə 66-67) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 27220 nömrəli ekspert rəyindən göründüyü ki, Məhkum2 üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 3,141 qr. olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.( cild 1,vərəqə 70-71) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 28331 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Rəy № 27221 Vət. Məhkum1...” yazı və imzalar olan mətni yazılan paketdə təmiz çəkisi 3,92 5 qram heroin iləüzərində “Rəy № 27220 Vət. Məhkum2...” mətni yazılmış paketdə təmiz çəkisi 3,041 qram olan heroin xarici görünüşlərinə və tərkiblərindəki komponentlərinə görə fərqlidirlər.( cild 1,vərəqə 236-238) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, Məhkum1un və Məhkum2 əməllərində narkotik maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müdd əalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termin inə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2ın narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları və qanunvericiliyin istinad edilən normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən tövsiyələrin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, Məhkum1 və Məhkum2ın narkot ik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2ın hər birinin ayrı-ayrılıqda “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətmələri iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkum1 və Məhkum2ın hər birinin ayrı-ayrılıqda əməli “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.1ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddə ilə cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum1 Ukrayna Respublikası vətəndaşı və Məhkum2 Rusiya Federasiyası vətəndaşı olduqlarından, onlara cəza təyin edilərkən, onlar əsas cəza növünü çəkdikdən sonra barələrində CM-nin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzasının da təyin olunması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşina nın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməklə, məhkumlar Məhkum1 və Məhkum2ın törətdikləri əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum1 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkum2ın əməli Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum2 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar