Məhkəmə qərarları › İş №1(102)-22/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-22/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-22/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 150.2.5 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarından Məhk um tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(101)-470/2021 saylı hökmünə əsasən (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə) xx xxxxxxx 1975-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş və cəza çəkməsinin əvvəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 01 avqust 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 17 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)470/2021 saylı, 18 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(105)-176/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, 2020-ci ilin aprel ayının 25-dən başlayaraq gecələr mütəmadi olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən özünə məxsus və eyni həyətdə yerləşən anası X6 məxsus yaşayış evlərinin yataq otaqlarında, 25 iyul 2020-ci il tarixdə, saat 20 r adələrində Siyəzən rayonu, Çarxana kəndi ərazisində idarə etdiyi VAZ-2107 markalı, **-CN-*** dövlət nömrə nişanli avtomobilin salonunda özünün doğma qızı, xx xxxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oxuduğu Sumqayit Şəhər Dövlət Universitetindən çıxartdıracağı, saçını qırxacağı, üzünü kəsəcəyi, zərərçəkmiş sonuncunun anası Şahid4 öldürəcəyi ilə hədələyib, hədənin real olduğunu sübut eləmək üçün üzərində gəzdirdiyi bıçağı nümayiş etdirərək, başqa oğlanlarla danışması, başqa oğlanlarla cinsi əlaqədə olması kimi yalandan şər-böhtan ataraq bu barədə rüsvayedici məlumatları yayacağı ilə hədələyib Zərərçəkmiş şəxs əynində olan paltarları yarımçıq çıxardaraq bədəninin hər yerinə toxunaraq öpüb, cinsiyyət üzvünü sonuncunun cinsiyyət orqanlarına sürtərək cinsi ehtirasını təmin etməklə seksual x arakterli zorakılıq hərəkətləri etmiş, bundan başqa təkrarən, 29 iyul 2020-ci il tarixdə, saat 03 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən özünə məxsus yaşayış evinin yataq otağında özünün doğma qızı, xx xxxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oxuduğu Sumqayit Şəhər Dövlət Universitetindən çıxartdıracağı, saçını qırxacağı, üzünü kəsəcəyi, zərərçəkmiş sonuncunun anası Şahid4 öldürəcəyi ilə hədələyib əynində olan paltarları yarımçıq çıxardaraq bədəninin hər yerinə toxunaraq öpmüş, cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anus dəliyindən içəri daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan başqa o, təkrarən, 31 iyul 2020-ci il tarixdə, saat 19 radələrindən 01 avqust 2020ci il tarixdə, saat 01 radələrinədək olan müddət ərzind ə Siyəzən şəhəri, Qalaaltı kəndi ərazisində yerləşən, kirayə götürdüyü həyət evində olan yataq otaqlarının birində, öz doğma qızı xx xxxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oxuduğu Sumqayit Şəhər Dövlət Universitetindən çıxartdıracağı, saçını qırxacağı, üzünü kəsəcəyi, zərərçəkmiş sonuncunun anası Şahid4 öldürəcəyi ilə hədələyib, hədənin real olduğunu sübut eləmək üçün üzərində gəzdirdiyi bıçağı nümayiş etdirərək, başqa oğlanlarla danışması, başqa oğlanlarla cinsi əlaqədə olması kimi yalandan şər-böhtan ataraq bu barədə məlumatları yayaraq rüsvay edəcəyi ilə hədələyib Zərərçəkmiş şəxs əynində olan paltarları tam çıxardaraq bədəninin hər yerinə toxunaraq öpmüş, öpdüyü zaman Zərərçəkmiş şəxs qarınüstü nahiyyəsinə dərəcəsi təyin edilməyən qançır xəsarətini yetirmiş, cinsiyyət orqanını Zə rərçəkmiş şəxs ağzına salmış, sonra cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, ən nəhayət, Zərərçəkmiş şəxs sinə nahiyyəsinə boşalaraq cinsi aktı başa çatdırmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,900 qram çəkidə heroin narkotik vasitəsi və 0,579 qram çəkidə metamfetamin psixotrop maddəsi əldə edib yaşadığı ünvan 2 ünvanında saxlamış, 01 avqust 2020-ci il tarixdə doğma qızı Zərərçəkmiş şəxs ərizəsi əsasında elə həmin gün, həmin evə saat 15 radələrində keçirilən baxış zamanı evin yataq otağında olan pəncərənin önündən qara rəngli dəmir qabın içərisində 1 (bir) ədəd bükümdə 0,900 qram çəkidə kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli narkotik vasitə olan heroin, 3 (üç) ədəd siqaretin ağgümüşü rəngli kağiz bükülülərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, 0,076 qram, 0,127 qram çəkidə və həmin otaqda olan güzgülü mebel dəstinin qarşısındakı mücrünün içərisindən “rothmans” markali siqaret qutusunun içərisində 2 (iki) ədəd siqaretin ağgümüşü rəngli kağız bükülülərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,103 qram və 0,06 qram çəkidə olmaqla ümumilikdə təmiz çəkisi 0,579 qram kustar üsulla hazırlanmış ağ kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum əsaslandıraraq işə birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-nin 14 3— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilmədiyini, məhkəmələr tərəfindən cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardığını bildirmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya insta nsiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində işə baxmış məhkəmələr tərəfindən CPM-nin 143— 146-cı ma ddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilmədiyini, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarıldığını bildirmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Məhkum tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(103)176/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası Məhkum əməlinə bəraət verilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 150.2.5 və 234.1-ci maddələrinin tərkibinin olmadığına dair Məhkum tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkum barəsində irəli sürülmüş ittiham üzrə işə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli s ürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın Məhkum əməllərində aşkar edilməməsi və kassasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası belə hesab edir ki, sübutlar ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, işə birinci instansiya məhkəməsində və apellyasiya məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittih am olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 150.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi cəza təyini ilə Məhkum əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halın olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya in stansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(105)-176/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Sadiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(105)-176/2022 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar