Məhkəmə qərarları › İş №1(102)-22/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-22/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-22/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(124)-76/2022 saylı hökmü (hakimlər H.S.Əliyev (sədrliyi və məruzəsi ilə), F.Z.Hümbətov və A.T.Rzayevadan ibarət tərkibdə) ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinay ət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(105)-25/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(124)-76/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmiş, Məhkum və müdafiəçisi Müdafiəçi5 14 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək kassasiya şikayətinin baxışdan çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir Məhkum müdafiəçisi Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(105)-25/2023 saylı qərarından kassasiya şikayəti vermiş və prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və M.Ə.Rzayevdən ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən ona ağır cəza təyin edilmiş, məhkumun səhhətində psixoloji problemlər olmuş və ailə vəziyyəti nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarının ləğv olunmasını və Simqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmündən kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilmə sini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410. 1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkib i) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddə tinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından kassasiya şikayəti vermə müddəti 31 yanvar 2024-cü il tarixdə bitmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 31 yanvar 2023-cü il tarixdə apellyasiya məhkəməsində işə baxılarkən Məhkum müqavilə bağladığı vəkil Müdafiəçi4 müdafiə etmişdir. Müdafiçinin hüquqi yardımını nəzərə alaraq Məhkum qanunda nəzərdə tutulduğu muddətdə kassasiya sikayəti verə bilərdi, yəni göstərdiyi səbəbləri nəzərə alaraq onun hüquqların müdafiə edən vəkil tərəfindən kassasiya şikayəti verilə bilərdi. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından nəzərdə tutulmuş müddət ərzində Məhkum müdafiəçisi Müdafiəçi5 və həmiş iş üzrə diğər məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmədə baxılmış, Ali Məhkəmənin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ilə Məhkum ərizəsinə əsasən müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürülmüş, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı Müdafiəçi7 kassasiya şikayətinə münasibətdə və məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilədək endirilmişdir. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 12 ay müddətində kassasiy a şikayəti vermək hüququ olmuş, həmçinin həmin müddət ərzində 1 dəfə kassasiya şikayəti verərək onu ərizəsi ilə geri götürmüş, lakin 2ci dəfə yenidən həmin müddəti üzrsüz səbəbdən buraxmaqla, 1 (bir) il 5 (ay) ay keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən vaxtın bitməsindən 5 (beş) ay sonra kassasiya şikayəti verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respubli kası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar