Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-220/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxslər – X27, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Məhkum, Müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkili Mustafayev Muxtar Nağı o ğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018ci il tarixli qərarından Məhkum müdafiəçisi Əmirəliyev Ənvər Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxx 1980-ci il tarixdə Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaş amışMəhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirmiş, təkrarən dələduzluq etmişdir. Belə ki, o, 18 avqust 2011-ci ildən 12 mart 2014-cü ilədək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı İqtisadiyyat və Sənaye Nazirliyi) Protokol xidməti sektorunun baş məsləhətçisi, 13 mart 2014-cü ildən 13 oktyabr 2014-cü ilədək isə Az ərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin Hüquq, kadrlar və təşkilati işlər şöbəsinin hüquq, kadrlar və ümumi işlər sektorunun baş məsləhətçisi vəzifələrində işləyərkən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə vahid qəsdlə, Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 xalça ticarəti ilə məşğul olub, əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd verərək, 2012-ci ilin dekabr ayından 2014-cü ilin yanvar ayınadək hissə-hissə olmaqla Bakı şəhərində - müxtəlif yerlərdə şəxsən Zərərçəkmiş şəxs1 özündən və onun ailə üzvlərindən ümumilikdə 170.000 (yüz yetmiş min) manat alaraq, sonrakı vaxtda sonuncuya guya biznesdən əldə etdiyi gəlirin müəyyən hissəsi kimi az miqdarda pullar verib, bununla da hesablaşma görüntüsü yaratmaq la, sonradan həmin verdiyi pulları daha çox gəlir əldə etmək adı ilə sonuncudan geri alıb, bir müddət sonra xalça ticarətində uğursuzluğa düçar olduğunu bildirərək, aviabiletlərin alqı-satqısı ilə məşğul olmasını, yüksək gəlir əldə edəcəyi adı ilə 2014-cü ilin yanvar ayından iyul ayının sonlarınadək yenidən hissə-hissə Bakı şəhərində - müxtəlif yerlərdə 78.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 61.183 manat) və 6.000 manat olmaqla, Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni ümumilikdə 237.183 (iki yüz otuz yeddi min yüz səksən üç) manat pulunu alıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 aviab ilet və xalça alqı-satqısı ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd edib, 2013-cü ilin son aylarında Bakı şəhəri, Xəqani küçəsində 8.000 manat pulunu alaraq sonrakı vaxtda sonuncuya guya biznesdən əldə etdiyi gəlirin müəyyən hissəsi kimi az məbləğdə pullar verib, bununla da özünə olan inam və etimadı tam təmin etməklə, 14 avqust 2014-cü ildə yenidən həmin adla Bakı şəhəri, Səbail rayonu, ərazisindəki “Azneft” dairəsi yaxınlığında 20,000 (iyirmi min) ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 15.686 manat) olmaqla, cəmi 23.686 (iyirmi üç min altı yüz səksən altı) manat pulunu alıb, bununla da öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibarından sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus qeyd olunan külli miqdarda əmlakı ələ keçirərək tək rarən dələduzluq etmişdir. Bundan əlavə o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, tanışı - Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 aviabilet ticarəti ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd verib, 2014-cü ilin fevral ayından aprel ayınadək, hissəhissə olmaqla Bakı şəhərində - müxtəlif yerlərdə cəmi 10.000 manat pulunu alıb, ilkin məbləği ələ keçirdikdən sonra sonuncunun verdiyi vədinə inandırmaq üçün sonrakı müddətdə ona biznesdən əldə etdiyi gəlir kimi bir necə dəfəyə az məbləğdə, yəni cəmi 350 (üç yüz əlli) manat verərək və bununla da Zərərçəkmiş şəxs4 özünə qarşı olan inam və etibarı möhkəmlətməklə, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ona məxsus qeyd edilən külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, tanışı - Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 aviabilet alqı-satqısı ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd edib, 2014-cü ilin fevral ayından iyul ayınadək, hissə-hissə olmaqla Bakı şəhərində - müxtəlif yerlərdə cəmi 30.000 (otuz min) manat alaraq, sonrakı vaxtda sonuncuya guya biznesdən əldə etdiyi gəlirin müəyyən hissəsi kimi bir neçə dəfəyə, cəmi 7000 (yeddi min) manat pul verib, bununla da hesablaşma görüntüsü yaratmaqla, sonradan həmin verdiyi pulları daha çox gəlir əldə etmək adı ilə sonuncudan geri alaraq, öz qulluq mövqeyindən istifadə edib sonuncunun qeyd olunan külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, göstərilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, şəxsi avtomobili ilə sərnişin daşımaqla məşğul olan tanışı, Bakı şəhər sakini X20 aviabilet ticarəti ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd verib, 2014-cü ilin qış aylarında Bakı şəhəri, Nərimanov rayonu Montin qəsəbəsi ərazisində 12.000 (on iki min) manat pulunu alıb ələ keçirdikdən sonra, verdiyi vədini yerinə yetirdiyi görüntüsü yaratmaq, sonuncuda özünə qarşı olan inam və etimadı qoruyub saxlamaq üçün sonrakı müddətdə ona biznesdən əldə etdiyi gəlir kimi az məbləğdə, yəni cəmi 1500 (min beş yüz) manat verərək, öz qulluq mövqeyindən istifadə edib aldatma v ə etibardan sui-istifadə etmə yolu ilə Hamil Quliyevə məxsus qeyd edilən külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, tanışı - Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 aviabilet və xalça satışı ilə məşğul olub əldə ediləcək gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd edib, 2014-cü ilin aprel-iyun aylarında hissə-hissə olmaqla Bakı şəhərində - müxtəlif yerlərdə ümumilikdə 113.750 manat və 36.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 28.238 manat), ümumilikdə isə 141.988 (yüz qırx bir min doqquz yüz səksən səkkiz) manat pulunu alıb ələ keçirməklə, sonrakı müddətdə sonuncunun qarşısında verdiyi vədini yerinə yetirməsi görüntüsü yaratmaqla, ona guya biznesdən əldə etdiyi gəlir kimi hissə-hissə 17.300 (on yeddi min üç yüz) manat və 6400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 5020 manat) verərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin o, göstərilən vəzifədə vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, vahid qəsdlə tanışı - Bakı şəhər sakini X13 aviabilet satışı ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd verib, 2014cü ilin mart ayından iyul ayınadək hissə-hissə olmaqla, üç dəfəyə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Azərbaycan Dövlət Neft Akademiyasının inzibati binasının qarşısında cəmi 8.000 (səkkiz min) manat, bundan s onra isə qısa müddətdə qaytayacağını bildirib, onu inandırmaq üçün borc adı ilə 15 sentyabr 2014-cü il tarixə kimi qaytarmaq şərti ilə Bakı şəhəri 54 saylı notariat kontorunda müqavilə bağlayaraq 02 sentyabr 2014-cü ildə 10.000 manat olmaqla, ümumilikdə 18.000 (on səkkiz min) manat pulunu alaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İlhamə Osmanovaya məxsus külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, vahid qəsdlə tanışı - Bakı şəhər sakini X14 aviabilet satışı ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd edib, 2014cü ilin aprel-iyun aylarında hissə-hissə olmaqla, üç dəfəyə B akı şəhəri Nəsimi rayonu ərazisində, Azərbaycan Dövlət Neft Akademiyasının inzibati binasının qarşısında ümumilikdə 10.000 (on min) manat, bundan sonra isə qısa müddətdə qaytaracağını bildirib, onu inandırmaq üçün borc adı ilə 01 yanvar 2015-ci il tarixə kimi qaytarmaq şərti ilə Bakı şəhəri 46 saylı notariat kontorunda müqavilə bağlamaqla 28 avqust 2014-cü ildə 25.500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 20.002 manat), eləcə də müqavilədən kənar 6.000 manat olmaqla, cəmi 36.002 (otuz altı min iki) manat pulunu alaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Sevinc Qulizadəyə məxsus külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, tanışı - Sumqayıt şəhər sakini X1 aviabilet satışı ilə məşğul olub, əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd verib, 2014-cü ilin may və avqust aylarında hissə-hissə olmaqla, iki dəfəyə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Azərbaycan Dövlət Neft Akademiyasının inzibati binasının qarşısında cəmi 4.000 (dörd min) manat pulunu alaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Tamilə Atakişiyevaya məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, tanışı - Bakı şəhər sakini X21 aviabilet satışı ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bölüşdürüləcəyini yalandan vəd edib, 2014-cü ilin may ayından avqust ayınadə k hissə-hissə olmaqla Bakı şəhərində - müxtəlif yerlərdə ümumilikdə 35.600 manat və 12.800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 10.040), ümumilikdə 36640 (otuz altı min altı yüz qırx) manat pulunu alıb ələ keçirməklə, sonrakı müddətdə sonuncunun qarşısında verdiyi vədini yerinə yetirəcəyi görüntüsü yaratmaqla, ona guya biznesdən əldə etdiyi gəlir kimi hissə-hissə 15.000 (on beş min) manat verərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Riyad Qarayevə məxsus külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, tanışı - Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 aviabilet satışı ilə məşğul olub əldə olunacaq gəlirin aralarında bö lüşdürüləcəyini yalandan vəd verib, 14.07.2014-cü ildə Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Zabitlər» parkının qarşısında 10.000 (on min) manat pulunu alıb ələ keçirdikdən sonra, sonuncunu verdiyi vədinə inandırmaq üçün sonrakı müddətdə ona biznesdən əldə etdiyi gəlir kimi az məbləğdə, yəni cəmi 3.800 (üç min səkkiz yüz) manat verərək və bununla da hesablaşma görüntüsü yaratmaqla, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ona məxsus qeyd edilən külli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Hökmdən məhkumun müdafiəçisi M.N.Mustafayev və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 nümayəndəsi Z.M.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.S.Hüseynov, hakimlər H.H.Əhmədov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 01 iyul 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cəzası 07 ilədək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi M.N.Mustafayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Yusifov Şahin Yaşar oğlu, hakimlər Kazımov Tahir Lələkişi oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə) 31 yanvar 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi yenid ən baxılması üçün apellyasiya instansiya məhkəməsində məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Qail Fazil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cəzası 05 ilə endirilmiş, hökmdən əsassız olaraq ittiham məbləğlərinə daxil edildiyinə görə Məhkum elan edilmiş zərərçəkmişlər Xərərçəkmiş şəxs1, X17, X30, X18 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq epizodlarından müvafiq olaraq 350, 1500, 17300, 5020, 15000 və 3800 manat ümumilikdə 42970 manat xaric edilmiş, zərərçəkmişlər X18, X17, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq ep izodlarında “külli miqdar” ifadəsi “xeyli miqdar” ifadəsi ilə əvəz edilmiş, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi Zərərçəkmiş şəxs8lizadə Şəfi oğlu ilə birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Hacıqayıbov İmran Teymurxan oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə) 18 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təm in edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əmirəliyev Ənvər Mehdi oğlu kassasiya şikayəti verərək, Məhkum əməlini CM-nin 178.3.2-ci maddəsindən CM-nin 192-ci maddəsinə tövsif olunmaqla həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsini, həmçinin müdafiə tərəfi kassasiya şikayətinə əlavə verərək Məhkum azyaşlı uşaqlarının M.Abdullayevin himayəsinə verilməsi hissəsində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Əmirəliyev Ənvər Mehdi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018ci il tarixli qərarı qeyri-obyektiv, qan unsuz, ədalətsiz olduğundan, həmçinin Cinayət Prosessual Məcəlləsinin 416.0-cı maddəsində nəzərdə tutulmuş hallar olduğundan ləğv edilməli, Məhkum əməlləri Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə tövsif edilərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, Məhkum xalça alveri etməklə pul qazanacaqlarını vəd etməsində onun xidməti işi ilə bağlılığını ehtimal etməyə əsaslar olsa da (bunun da araşdırılmasına ehtiyac vardır), avia biletlərin satışı adı ilə ayrı-ayrı şəxslərdən pul alarkən qulluq mövqeyindən istifadə etməsi barədə məhkəmələr gəldikləri nəticələri heç bir sübutla əsaslandırmamışlar. Ona görə də, Məhkum zərərçəkmiş kimi tanınmış şəxslərdən pullarını alarkən qulluq mövqeyindən istifadə edib-etməməsi, əgər etmişsə, bunu məhz hansı fo rmada etməsi aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət verilməlidir. Bundan əlavə, məhkəmə heç bir hüquqi əsas olmadan tərəflər arasında imzalanmış borcun etirafına dair əqdləri, o cümlədən notariat qaydada təsdiqlənmiş borc müqavilələrini etibarsız hesab etmişdir. Halbuki, həmin əqdlərin etibarsız hesab edilməsinə dair “zərərçəkmiş” şəxslər tərəfindən hər-hansı iddia qaldırılmamış, bu əqdlər mübahisələndirilməmişdir. Tərəflərin sərbəst iradə ifadəsi kimi bağladıqları və notariat qaydasında təsdiq etdikləri, həmin əqdləri mübahisələndirmək hüququ olan şəxslər tərəfindən mübahisələndirilməyən əqdlərin məhkəmənin təşəbbüsü ilə etibarsız sayılması həmin müqavilələrin tərəfi olan Məhkum hüquqlarının açıq-aşkar pozulmasıdır. Məhkum cinayət qaydasında təqib olu nacağı yeganə əməl onun dövlət qulluqçusu olaraq, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması olmuşdur. Hazırkı işdə Məhkum müqavilə üzrə aldığı pulları dələduzluq yolu ilə ələ keçirmək niyyəti olması sübuta yetirilməmişdir, apellyasiya məhkəməsi qərar çıxararkən onun barəsində CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinin sübuta yetirilmədiyinin fərqinə varmadan həmin maddə ilə nəzərdə tutulmuş cəza təyin etmişdir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Məhkum “dələduzluq” əməli törətmədiyi tam və hərtərəfli olaraq cinayət işinin materialları ilə sübuta yetirilmiş, nəticədə məhkəmə qərarı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəra rlarına zidd olaraq çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum əməli CM-nin 178.3.2-ci maddəsindən CM-nin 192-ci maddəsinə tövsif olunmaqla həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin kassasiya şikayətinə əlavədə müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarının Məhkum azyaşlı uşaqlarının M.Abdullayevin himayəsinə verilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını d inləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, M əhkum dələduzluq cinayəti törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi isə ittihamın həcmi ilə tam razılaşmasa da, haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi dələduzluq cinayətinin törədilməsinə dair nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum bir sıra əməllərini qulluq mövqeyindən istifadə etməklə törədilməsinə dair ittihamın təsdiq olunmadığı, onun əməlinin Azərbaycan Respublikası CM-nin 192-ci maddəsinə tövsif edilməli olduğu iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırm ışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla Məhkum müdafiəçisi M.Mustafayevin və zərərşəkmiş şəxslərin nümayəndəsi Z.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə, apellyasiya şikayətləri təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, Məhkum təyin olunmuş cəza yüngülləşdirilməlidir. AR CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini n, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi apellyasiya şikayətində Məhkum əməlində cinayət məcəlləsinin 178.3.2-ci maddəsinin deyil, 192-ci maddəsinin tərkibi olduğu qeyd olunsa da, apellyasiya şikayətinin həmin dəlili əsassız olmaqla işin m ateriallarında olan sübutlarla təkzib olunur. Beləliklə, Məhkumnm vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi yuxarıda qeyd edilmiş və hökmdə geniş qeyd olunub müvafiq qiymət verilmiş qismən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və işin materiallarında olan digər sübutlarla öz təsdiqini tapmış, bunun əksini göstərən apellyasiya şikayətinin dəlili o cümlədən Məhkumnm əməlində CM-nin 192-ci maddəsinin tərkibinin olması barədə dəlili əsassızdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələdu zluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Ali məhkəmə Plenumunun qərarlarındakı tövsiyyə baxımından da Məhkum aldatma və etibardan sui istifadə etmə yolu ilə zərəçəkmişlərə xalça və ya aviabilet alqı-satqısından əldə edəcəkləri qazancı böləcəkləri barədə vəd verib aldatmaqla pul məbləğlərini ələ keçirməsi dələduzluq cinayəti tərkibini təşkil edir. Bununla belə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 31 yanvar 2018-ci il tarixli qərarında qeyd olu nan tövsiyyələri də nəzərə alaraq hesab edir ki, Məhkum bəzi zərərçəkmişlərə pul məbləğləri qaytarması nəzərə alınmaqla Məhkum ittihamından həmin məbləğlər çıxarılmalıdır. Belə ki, hökmdə gəlinən nəticəyə görə Məhkum zərərçəkmiş şəxslərdən onların etibarını qazanaraq əldə etdiyi pulların bir hissəsini hələ barəsində cinayət işi başlanana qədər onlara qaytarmışdır. O cümlədən, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs4 350 manat, X17 1500 manat, X20 17300 manat və 5020 manat, X18 15000 manat, Zərərçəkmiş şəxs2 3800 manat məbləğində pul qaytarılmışdır. Beləliklə Məhkum zərərçəkənlərin etibarını qazanıb onları aldatmaqla pullarını ələ keçirmək məqsədilə onlara cəmi 42970 manat pul vermişdir. Lakin qeyd edilən məbləğlər Məhkum ittihamından çıxılmamış, dələduzluq yolu ilə əldə etdiyi məbləğlərə daxil edilmişdir. Məlumdur ki, talama cinayətlərinin başlıca əlaməti ondan ibarətdir ki, həmin cinayətləri törədən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olur. Odur ki məhkəmə kollegiyası qeyd edir ki, Məhkum zərərçəkmiş şəxslərə verdiyi pul məbləğlərinin onun zərəçəkmiş şəxslərdən taladığı əmlak kimi ittihamına daxil edilməsini qanunauyğun hesab etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumnm zərərçəkmiş şəxslərə qaytardığı yuxarıda göstərilən pul məbləğlərini ittihama daxil etmək olmaz, ona görə də Məhkum elan edilmiş ittihamdan həmin məbləğlər çıxılmalıdır. AR Cinayət Məcəlləsi nə dəyişiklik edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli Qanuna görə (01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş) bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manadan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qanunda edilmiş bu dəyişikliyə əsasən dələduzluq yolu ilə törədilmiş cinayətlərdə külli miqdarda tövsifedici əlaməti artıq əlli min manatdan yuxarı olduqda yarandığından məhkəmə kollegiyası hesab edir ki Məhkum “Zərərçəkmiş şəxs4 cəmi 10000 manat, Zərərçəkmiş şəxs2 10000 manat, X17 12000 manat, X18 ümumilikdə 36640 (otuz altı min altı yüz qırx) manat pulunu alıb ələ keçirməsi” ilə bağlı cinayət epizodlarında “külli miqdar” ifadəsi “xeyli miqdar” ifadəsi ilə əvəz edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, onları müvafiq qaydada cavablandırmış, ittihamın hansı həcmdə təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətr aflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin təsdiq edilmədiyi, əməlinin düzgün tövsif olunmadığı, CM-nin 192-ci maddəsi ilə tövsif edilməli olduğu qənaətinə gəlməyə əsas versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin, o cümlədən dələduzluq cinayətini qulluq mövqeyindən istifadə etməklə törətməsinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxslərdən pulları onlarla bağladığı müqavilələrə əsasən müvafiq qəbzlə aldığı iddia edilir. Belə dəlillər hələ birinci instansiya məhkəməsində irəli sürülmüş və həmin məhkəmə tərəfindən sübutlara bu dəlillər baxımından da qiymət verilmişdir. Hökmdə bunlarla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Cinayət işində olan bəzi qəbzlərdən görünür ki, Məhkum pulları borc olaraq aldığını hamin qəbzlərdə bildirmiş, həmçinin zərərçəkmiş şəxslər X10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 ilə də kredit və borcun etirafı müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki. Məhkum tərəfindən tərtib edildiyi qəbzlər və borc adı ilə rəsmiləşdirdiyi müqavillərin bağlanması heç də, həmin sənədlərin mülki məsələyə aidiyyəti olduğuna dəlalət etmir. Belə ki, cinayət işində olan sənədlərdən, zərərçəkmiş şəxslərin ifadələrindən və şahid ifadələrindən görünür ki, ilk vaxtlarda Məhkum müəyyən zərərçəkmiş şəxslərdən aldığı cüzi məbləğli pulları faizlə qaytarmış, bununla da o, zərərçəkmiş şəxslərin etibarlarını qazanaraq, sonradan külli məbləğdə pul vəs aiti onlardan təkrarən alması üçün şərait yaradaraq, aldatma yolu ilə həmin pul vəsaitlərini əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11.07.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12.04.2004-cü il tarixli qərarına görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi etibarsız əqdlərin anlayışı və onun nəticələrini əks etdirmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamas mdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində göstərilmişdri ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cinayət işinin materiallarından olan qəbzlərin və müqavilələrin tarixlərinə nəzər yetirdikdə müəyyən olunur ki, qəbzlər və müqavilələr pulun verildiyi tarixlər dən sonrakı dövrlərdə tərtib edilmişlər. Zərərçəkmiş şəxslər məhkəmədə dindirilərkən bildirmişlər ki, Məhkum verdikləri pulların qaytarılmadığını hiss edərək, bu qəbzləri təqsirləndirilən şəxsə tərtib etdirmiş və borc müqaviləsini notariat kontorunda rəsmiləşdirmişlər. Göstərilənlər bir daha sübut edir ki, X10 25.500 ABŞ dolları məbləğində Məhkum borc verdiyini əks etdirən 28 avqust 2014-cü il tarixli kredit müqaviləsi, X11 10.000 manat məbləğində Məhkum borc verdiyini əks etdirən 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi, Zərərçəkmiş şəxs2 14.000 manat məbləğində Məhkum borc verdiyini əks etdirən 03 sentyabr 2014-cü il tarixli borcun etirafı müqaviləsi yuxanda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən özlüyündə etibarsız olan əqdlərdir...”. Göründüy ü kimi, birinci instansiya məhkəməsi işin hallarını müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər baxımından da araşdırılmış, bunlara dair nəticəni hökmdə işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarının müddəalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alı nmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətinə əlavədə aşağıdakı məzmunda dəlilə istinad edilir: “... Azyaşlı qız övladlarımın X8 himayəsinə verilməsi Cinayət Prosessual Məcəlləsinin “Prosessual məcburiyyət tədbirləri” adlanan dördüncü bölməsinin “Qətimkan tədbirləri” adlanan XVİİ fəslinin 160.1-ci maddəsinə əsasən tətbiq edilmişdir. Hazırda mən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyümdən mənim azadlıqdan məhrum edilməyimlə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən tətbiq edilmiş prosessua l məcburiyyət tədbirinin tətbiqi əsasları aradan qalxmışdır. Bu səbəbdən məhkəmə hökmünün 27 iyun 2010-cı il təvəllüdlü X19 və X6 ataları X8 himayəsinə verilməsi hissəsi də ləğv edilməlidir. Sübut etməyə ehtiyac yoxdur ki, azyaşlı qız uşaqlarının anasının yanında qalması onların tərbiyəsi üçün də mühüm əhəmiyyət kəsb edir və bu məsələdə həm yerli qanunvericiliyin, həm də Azərbaycan Respublikasının qoşulduğu konvensiyanın tələbləri nəzərə alınmalıdır...”. Həmin dəlillə əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsi Məhkum uşaqlarının hüquqlarının təmin edilməsi məqsədi ilə tətbiq edilmişdir. Həmin normada birmənalı olaraq təsbit olunmuşdur ki, “... valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır...”. Görü ndüyü kimi, bu norma Məhkum uşaqlarının maraqlarının qorunması baxımından tətbiq edilmiş, həmin normanın tətbiqi onun valideyni kimi hüquqlarını heç cür məhdudlaşdırmır, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi (azadlıqdan məhrum etmə cəzasını çəkməsi müəssisəsinin növünün dəyişdirilməsi) CPM-nin 160.1-ci maddəsinin tətbiqi əsaslarını aradan qaldırmır. Məhkum hüquqlarının əri M.Abdullayev tərəfindən məhdudlaşdırılması məsələsinə isə qanunvericiliyinin tələblərinə görə mülki icraat qaydasında baxılır (kassasiya şikayətində bu qaydada məhkəməyə müraciət edildiyi göstərildiyinə görə qanunun həmin tələbinin Məhkum izah edilməsinə ehtiyac yoxdur). Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hal lar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına və “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və müddəalarının tələbləri pozulmamış, qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahları ilə ziddiyyət təşkil etmir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-220/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-220/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver