Məhkəmə qərarları › İş №1(102)-220/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-220/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-220/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qasımov Rövşən Əliqasım oğlunun iştirakları ilə, Lənkəran Ağır Ci nayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarından məhkum və müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) 11 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) il 1 (bir) ay 16 (on altı) günü hazırki hökm üzrə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doq quz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni - 12 oktyabr 2021-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 16 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci i l tarixli qərarından məhkum və müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 12 oktyabr 2021-ci ildə, saat 15 radələrində idarə etdiyi ağ rəngli, “VAZ 21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonu, Qarabulaq qəsəbəsi, kərpic şəhərciyi adlanan yerdə olarkən həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs özünün qardaşı X3 arvadı X7 ilə sevgi münasibətlərində olmasını bilib ondan qisas almaq qərarına gələrək bu məqsədilə onu öldürmək üçün idarə etdiyi avtomobili qəsdən Zərərçəkmiş şəxs üzərinə sürərək sonuncunu arxadan avtomobillə vurub ona sağ bud sümüyü cisminin fraqmentləri yerinidəyişən qapalı sınığından ibarət, dərəcəsinə görə sağlaml ığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra, avtomobildən düşüb avtomobilinin ön alın şüşəsində qalmış Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutaraq yerə saldıqdan sonra əvvəlcədən Zərərçəkmiş şəxs öldürmək məqsədilə özü ilə götürüb üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turistik bıçağı ilə əvvəlcə Zərərçəkmiş şəxs boyun nahiyəsinin ön səthini kəsmiş, sonra yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül və az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olduğunu görüb öldüyünü düşünərək avtomobilindən götürdüyü kəndirin bir ucunu Zərərçəkmiş şəxs boyun na hiyəsinə bağlamış, digər ucunu isə öz avtomobilinə bağlayarkən səs-küyə hadisə yerinə toplaşmış kənar şəxslərin müdaxiləsi nəticəsində buna nail ola bilməmiş, nəticədə Zərərçəkmiş şəxs öldüyünü düşünərək və ətrafa çoxsaylı şəxslərin toplaşmasını görərək avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmış, lakin Zərərçəkmiş şəxs dərhal Füzuli rayon Mərkəzi xəstəxanasına çatdırılaraq orada ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə, yəni qəsdən onu həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi Qasımov Rövşən Əl iqasım oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkum tərəfindən zərərçəkmiş şəxsi öldürməsi üçün bütün imkanları olmasına baxmayaraq, məhkum bunu etməmişdir. Avtomobillə zərərçəkmişi vurandan sonra avtomobillə yenidən onun üstündən keçməsinin kimsə qarşısını ala bilməzdi. Yəni təqsirləndirilən şəxs zərərçəkmişi həyatdan məhrum etmə niyyətində olsa idi, bu niyyəti həyata keçirmək üçün həmin zaman ona kimsə mane ola bilməzdi və buna kifayət qədər imkanı və zamanı olmuşdur. Belə ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri nə iş materiallarında olan sənədlərə və sübutlara, nə də məhkum edilmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, işin tam həqiqəti əldə etməsi üçün iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparmamışdır. Məhkəmələr məhkum edilmiş şəxsin AR CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmiş, hökmdə və qərarda öz mövqeyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilən Azərbaycan Respublikası CM-nin 127.1 maddəsi ittiham irəli sürülməli olduğu halda, yanlış olaraq Azərbaycan Respublikası CM-nin 29,120.1 maddəsi ilə tövsif edilməsi ibtidai istintaq orqanı, birinci instansiya və apellyasiya instansiyası tərəfindən qanunun tələblərinin pozulması deməkdir. Qeyd olunanlara əsasən, Məhkum əməlini CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini xahiş edilir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Qasımov Rövşən Əliqasım oğlu çıxış edərək, Məhkum istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı şəxsi öldürmək niyyətinin olmaması barədə ifadə verdiyini, onun şəxsi öldürməsi üçün kifayət qədər zamanının və imkanının olduğunu, lakin bu halın baş vermədiyini, ittiham tərəfinin işin obyektiv araşdırılmasını həyata keçirmədiyini, hadisə yerində olan digər şahidləri dindirmədiyini, Şirvan Apellyasiya Məhkəməsində məhkəmə istintaqının obyektiv aparılmadığını, iş üzrə zərərçəkmiş şəxsin ümumiyyətlə məhkəmə baxışına gəlmədəyini bildirib, kassasiya şikayətlərinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müdafiəçisinin dediklərinə əlavəsinin olmadığını bildirib, kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materialları ilə subuta yetirildiyini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hadisə zam anı zərərçəkmiş şəxsi idarə etdiyi avtomobillə vuraraq az ağır bədən xəsarəti yetirdikdən sonra üzərində olan bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə, xüsusilə də, boğaz nahiyyəsinə xəsarətlər yetirməsini nəzərə alaraq verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiy a kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini və tərəflərin məhkəmə çıxışlarını nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin C M-nin 127.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəl i əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törə tdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məs uliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərini nəzərə almaqla, cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəfələrin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərə kətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayətin başa çatmayacağını əvvəlcədən dərk etmir. Cinayət etməyə cəhdin ən mühüm obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Belə ki, baxılan iş ü zrə keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli 2796 nömrəli rəyi ilə Məhkum psixi cəhətdən sağlam olması, öz hərəkətlərinin mənasını dərk etməsi, onları ölçüb-biçmək iqtidarında olması müəyyən edilmiş, onun öz hərəkətlərinin mənasını dərk etməsini, o cümlədən 5060 km/saat sürətlə idarə olunan avtomobillə qəflətən piyadanın vurmağın nəticəsinin nə olmasını, eləcə də bıçağın xassələrini bilməsini, bıçaqla bədənə vurulan zərbənin hansı nəticələr doğura biləcəyini anlamasını müdafiə tərəfi də şübhə altına almamışdır. Məhkum Zərərçəkmiş şəxs “cəzalandırma” tədbirini realizə etmək üçün hadisə yerinə gəlməmişdən əvvəl özü ilə bıçaq götürməsi, sonuncu ilə “danışıq aparmaq niyyətində olsa da” heç bir danışıq aparmadan idarə etdiyi avtomobillə zərərçəkmiş şəxsi qəflətən vuraraq ona az ağır bədən xəsarəti yetirməklə müqavimətini qırması, bundan sonra ona bıçaqla bədəninin müxtəlif nahiyələrinə, xüsusilədə boğaz hissəsinə xəsarətlər yetirməsi, hələ bu azmış kimi zərərçəkmiş şəxsi kəndirlə avtomobilinin arxasına bağlayaraq sürümək istəməsi, hadisə yerinə gələn şəxslərin aktiv müdaxiləsindən sonra sonuncu arzusunu realizə edə bilməməsi məhz Məhkum zərərçəkmiş şəxsi birbaşa qəsdlə öldürmək niyyətində olmasını təsdiq edir. Cinayət işinin materialları əsasında işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının təhlilindən görünür ki, Məhkum qeyd olunan hərəkətlərinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Yalnız hadisə yerinə gəlmiş şəxslərin aktiv mü daxiləsi nəticəsində cinayətkar niyyətini başa çatdıra bilməmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Şikayətlərin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müəyyən olunmuş faktiki halları, yəni Məhkum avtomobil ilə qəsdən Zərərçəkmiş şəxs üzərinə sürərək sonuncunu arxadan avtomobillə vurub xəsarətləri yetirdikdən sonra, avtomobildən düşüb Zərərçəkmiş şəxs bıçaq ilə bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olduğunu görüb öld üyünü düşünərək avtomobilindən götürdüyü kəndirin bir ucunu Zərərçəkmiş şəxs boyun nahiyəsinə bağlamış, digər ucunu isə öz avtomobilinə bağlayarkən səs-küyə hadisə yerinə toplaşmış kənar şəxslərin müdaxiləsi nəticəsində buna nail ola bilməməsi sonuncunu qəsdən həyatdan məhrum edilməsinə cəhd kimi qiymətləndirir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində 3 azyaşlı uşağının olması, cinayətin zərər çəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törətməsi, könüllü olaraq polis şöbəsinə getməsi, törətdiyi cinayəti qismən etiraf etməsi və yaşayış yerindən müsbət xarakterizə olunm ası) və cəzasını ağırlaşdıran hal (cinayətin texniki vasitədən istifadə edilməklə törədilməsi) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respub likası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəm əsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar