Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2201/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024- cü il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Ramiz Mübariz oğlu) X1, 23 avqust 1957-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanınd a qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Eyni zamanda məhkəmə iş üzrə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X11 tərəfindən ibtidai araşdırma aparılarkən kobud qanun pozuntularına yol verilməsini müəyyən edərək onun barəsində 14 mart 2024-cü il tarixli xüsusi qərar qəbul etmiş və həmin qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X1a qarşı CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülərək sonuncu həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, 03 mart 2023-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında olan torpaq mübahisəsi ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs saç və qollarından tutub divara çırparaq ona sağ bazunun orta 1/3-nin ön səthinin dərialtı hematoması, boynun sol yan səthinin aşağı 1/3-nin 2 (iki) ədəd sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət işinə birinci instansiya məhkəməsində baxılması nəticəsində X1ya qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən və araşdırılmış sübutlar onun göstərilən ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etməd iyindən həmin məhkəmə tərəfindən yuxarıda göstərilən hökm çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Nəbiyev Tural Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 04 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə kassasiya şikayəti verərək hər iki kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, X1ya qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, əsasən də zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2 İrşad oğlunun və Şahid1 ifadələrinə, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.H.Əsədov həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X1nın təqsirsizliyi barədə məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Halbuki, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla X1nın ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmələr isə əsassız olaraq zərərçəkmiş in və ittiham üzrə baş vermiş halları təsdiq edən şahidlərin ifadələrinin ziddiyyətli olmasına istinad edərək bu sübutları mötəbər sübutlar kimi hesab etməkdən imtina etmiş və X1ya bəraət verilməli olması barədə səhv nəticəyə gəlmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş, habelə Ali Məhkəmənin Plenumun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və töbvsiyələri nəzərə almamışlar. Odur ki, dövlət ittihamçısı T.H.Əsədov şərh olunan dəlillərə əsaslanaraq onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Eyni ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da kassasiya şikayətində CPM-nin bir sıra maddələrinə, X1ya qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübu tlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, o, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə düzgün X1ya bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə düzgün qərar qəbul etməmiş, onun həmin hökmdən verdiyi apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli yoxlamamış, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara isə düzgün qiymət verməmişdir. Bununla da məhkəmələr X1ya bəraət verilməsi olması barədə nəticəyə gələrkən digər tərəfdən onun zərər çəkmiş şəxs kimi pozulmuş hüquqlarının bərpa olunması heç bir tədbir görməmiş, əsassız olaraq bəraət almış şəxsin və müdafiə tərəfinin vəsatətlərinə əsasən əlavə ş ahid qismində dindirilmiş şəxslərin ifadələrinə üstünlük vermiş, işə isə qərəzsiz və obyektiv baxılmasını təmin etməmişlər. Qeyd olunanlara əsaslanaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Bəraət almış X1 kassasiya protestinə yazılı etiraz verərək həmin protestin təmin edilməməsini və barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin bütün iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs X1 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə bəraət almış şəxs X1nın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsəl ələr: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunlarından görünür ki, onun müəllifləri hər birisi ayrı-ayrılıqda X1nın barəsindəki bəraət hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini və nəticədə X1ya qanunsuz olaraq bəraət verilməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1. 3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin müraciətlərin dəlillərinə cavab verilməsi üçün X1nın barəsindəki cinayət işinin materiallar ını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətlən dirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin apar ılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarından verilmiş kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Kon stitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmə rəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlə r üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühü m əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səla hiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cin ayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mö vcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə h əmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiy asında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməl in (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət t örətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühaki mə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olu nmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsi ndə cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətənda şın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 1 25.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstəri lən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət pr osesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şə rt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əs aslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normala r, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğu n olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən h adisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması v ə Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilm iş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkə məsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstə rilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2036-cıil tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansi ya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar (əlavə şahid qismində dindirilmiş ş əxslərin ifadələri) məhkəmə iclasında tam həcmdə araşdırılmış, məhkəmə çıxardığı hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X1nın ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısı T.H.Əsədovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsin bununla bağlı vəsatətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmada n baxaraq X1nın barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları və zərər çəkmiş şəxs ittihamın sübuta yetirilməsi məqsədilə həm ittiham aktında göstərilən, həm də birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlardan başqa əlavə sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən, kassasiya şikyətində iddia olunsa da, zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqlarının pozulmasına yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası X1nın barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı T.H.Əsədov və zərərçəkmiş Zərərçəkmiş şəxs öz kassasiya müraciətlərində məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsin i iddia etsələr də, kassasiya müraciətlərinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-nin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il hökmündə və apellyasiya instansiyası məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarında əsaslandıqları sübutların bir hissəsinə müraciət edərək həmin sübutlara hazırki qərarda da istinad etməyi zəruri sayır. Belə ki, cinayət işinin materiallarından görünür ki, X1 ci nayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib eyni məzmunda ifadələr verərək məhkəmə iclasında da göstərmişdir ki, o, 2004-cü ildə Zərərçəkmiş şəxs 12 sot torpaq sahəsi satmış, sonuncu isə onun qardaşına məxsus əlavə 7 sot torpaq sahəsini zəbt etmiş, bu səbəbdən o, qarşı tərəfdən zəbt olunmuş həmin torpaq sahəsini geri qaytarılmasını tələb etmiş, buna görə onların arasında bu məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir. Mülki işə məhkəmədə baxılması ilə əlaqədar məhkəmənin müvafiq qərarına əsasən torpaq sahəsinin ölçülməsini təmin etmək məqsədilə 03 mart 2023-cü il tarixdə saat 11:30 radələrində o, özünün sifariş etdiyi taksi vasitəsilə DƏMDRX-nin 2 saylı Ərazi İdarəsinin 3 nəfər əməkdaşı ilə birlikdə qeyd olunan torpaq sahəsinin yer ləşdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Şirvanovka” marketin yanındakı əraziyə getmiş və orada Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısını döydükdə Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Şahid2 qapını açıb onun qarşısına çıxaraq ölçmə aparmaq üçün onları həyətə buraxmamışdır. Bu zaman onların arasında sözlə mübahisə olsa da, o, istər Zərərçəkmiş şəxsi, istərsə də onun əri Famili döyməmiş və Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, sonuncuların torpaq ölçülərinin götürülməsinə icazə vermədikləri üçün özü ilə gəldiyi mütəxəssislərlə birlikdə gəldikləri taksi ilə ərazini tərk etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, o, X1dan 2004-cü ildə hal-hazırda yaşadıqları evin yerləşdiyi 18 sot torpaq sahəsini 3000 ABŞ dollarına almış, orada ev tikdirmiş və hal hazırda da həmin evdə yaşayır. Torpaq sahəsini aldıqları zaman Məsməxanım Qədiməliyeva torpağı əl yazısı olan kağızda satdığını qeyd etsə də, həmin torpaq sahəsini öz adına keçirməmiş və özünə aid sənədlərini onlara vermiş, həmin sənədləri isə sonradan qonşuluqda yaşayan Araz adlı şəxsin vasitəsilə ondan almışdır. Bununla əlaqədar olaraq onların aralarında mübahisə başlamış və X1 sonradan 18 sot deyil, 12 sot torpaq sahəsini satdığını bildirməklə bir neçə dəfə onların yaşadıqları ünvana gəlib onları narahat etmiş, onların mübahisəsinə isə məhkəmədə hal hazırda da baxılır. 03 mart 2023-cü il tarixdə də məhkəmə iclası keçirilmiş, lakin o, həmin gün məhkəməyə getməmiş və vəsatət qaldıraraq etiraz vermiş, bir qədər sonra onlardan xəbərsiz olaraq X1 ekspertlərlərlə birlikdə onun yaşadığı ü nvana gəlmişdir. Həmin vaxt həyətdə olan itlərin səsindən həyat yoldaşı Şahid2lə birgə çölə çıxdıqda o, X1nın və ekspertlərin gəldiklərini görmüş, ekspertlərə ölçülərinin götürülməsinə etiraz etmiş, buna görə ekspertlər çıxıb getmişlər. Onların yaşadıqları əraziyə nə ilə gəldiklərini o, görməmiş, lakin sonuncuların taksi avtomaşınına minib getdiklərini görmüşdür. Bundan sonra X1 onun və ərinin nalayiq söyüşlər söyərək Şahid2in üzərinə cummuş, bu zaman o, özünü qabağa atmış, X1 isə onun saçından tutaraq başını divara çırpmışdır. O, hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə məlumat vermiş və ifadə vermək üçün polis şöbəsinə gedərkən yolda halı pisləşdiyinə görə “Heydər Əliyev” parkının yaxınlığında avtobusdan düşmüş, oradan keçən insanlar ona kömək etmiş, təcili tibbi yardım çağırmış və tə cili tibbi yardım maşını ilə gələn tibb işçiləri onu travmatoloji xəstəxanaya aparmış, orada da həkim onu müayinə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman səs-küyə onlarla üzbəüz yaşayan qonşusu çölə çıxmış, X1in nalayiq ifadələr işlətdiyini sonuncu da görmüş və həmin qonşu yenidən tez qapını bağlayıb öz həyətinə girmişdir. Həmçinin ekspertlər getdikdən sonra hadisə yerinə ilk olaraq qonşuları Şahid1, daha sonra Şahid3 gəlmiş, X1nın onun başını divara vurmasını onlar da görmüşlər. Hadisə zamanı X1 hamısı eyni anda olmaqla saçından tutub başını divara vurmuş, boğazını cırmış, qoluna yumruqla vurmuş, onu götürüb divara çırpmış, başı arxadan hasarın daşlarına dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs qeyd etmişdir ki, o, arxa-arxaya gedərək divara dəymiş, bu vaxt X1 onun üzərinə gəlmiş, onu hasara itələmiş, ayağı büdrəmiş, başının arxa hissəsi hasara dəymiş, lakin bunun nəticəsində o, yıxılmamış, hadisə isə qısa müddətdə baş vermişdir. Şahid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, 03 mart 2023-cü il tarixdə saat 12 radələrində o, evlərindən çıxıb qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evlərinin yaxınlığında göyərti almağa gedərkən sonuncunun evinin qarşısında boz rəngli taksi olduğunu və həmin taksinin içərisində sürücünün oturduğunu görmüşdür. O, Zərərçəkmiş şəxsin evinin qarşısına çatan zaman X1in və Zərərçəkmiş şəxs əlbəyaxa olduqlarını, Zərərçəkmiş şəxsin saçının X1ın əlində olduğunu, sonuncunun nalayiq ifadələr işlədərək taksiyə oturub getdiyini görmüşdür. Ver ilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, həmçinin X1nın Zərərçəkmiş şəxs saçından tutub divara vurduğunu da görmüş, bundan sonra isə sonuncu həyət qapısından öz həyətinə keçmiş, o, da göyərtini alıb evinə qayıtmış, səhərisi gün Zərərçəkmiş şəxsdən nə olduğunu soruşduqda, sonuncu torpaq üstündə mübahisənin baş verdiyini demiş, həmçinin qolunda olan göyərtini göstərmişdir. X1ı əvvəllər də yaşadıqları ərazidə görmüş, hadisə vaxtı zərəçəkmişlə özündən başqa yalnız taksi sürücüsü olmuş, o da qabaqda oturmuş, hadisə yerində X1, taksi sürücüsü və Şahid2dən başqa digər şəxsləri görməmişdir. Bu hadisədən təxminən 4-5 dəqiqə sonra hadisə yerinə qonşuları Şahid3 gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə X1 3 nəfər eksper tlə birlikdə onların yaşadığı ünvana gəlmiş, o, darvazanı açaraq çölə çıxan zaman darvazanın ağzında X1, onun arxasında isə 3 nəfər eksperti görmüşdür. O, əsəbi halda X1nın bu torpaqla heç bir əlaqəsinin olmadığını, sənədlərə saxtakarlıq etdiyini bildirmiş, bundan sonra aralarında mübahisə yaranmış, daha sonra yanlarına arvadı Zərərçəkmiş şəxs gəlmişdir. Bu zaman boz rəngli taksinin sürücüsü maşını darvaza ilə üzbəüz saxlamışdır. Bu zaman X1 onu söyməyə başlamış, onu çiynindən itələmiş, onun bu hərəkətlərini görən arvadı Zərərçəkmiş şəxs sonuncunun onlara şər atmasından qorxduğunu bildirmiş və araya girmişdir. Bundan sonra X1 arvadı ilə əlbəyaxa olmuş, onu darvazanın sütununa, daha sonra divarın sol tərəfinə çırpmış, beləliklə dava-dalaş başlamış, həmin vaxt X1ın əlində əl çantası olmuşdur. Hadisə zamanı orada digər qonşular da olmuş, ekspertlər mübahisə zamanı bir qədər gözləyib hadisə yerindən uzaqlaşmış və baş vermiş münaqişəni görməmişlər. Ekspertlər gedəndən sonra mübahisə qızışmış və 10-15 dəqiqə davam etmiş, X1 yoldaşının yaxasından tutub sirkələmiş, yoldaşı müvazinətini itirərək darvazanın tininə dəymişdir. Onlar aralaşandan sonra X1 taksiyə minib hadisə yerindən getmişdir. Bundan sonra o, arvadının xəstəxanaya getdiyini bilməmiş, onun bədənində olan xəsarətləri isə sonradan görmüşdür. Verilmiş suallara cavab olaraq Şahid2 həmçinin bildirmişdir ki, o, ekspertlərin başqa maşınla gəlmələrini görməmiş, yoldaşının dava dalaş zamanı onu darvazadan içəri itələməsini xatırlamır, X1 çantası ilə hara gəldi vurmuş, bu hadisəni qonşu evin sahibi və Şahid1 adlı qonşu görmüş, Zə rərçəkmiş şəxsin yıxılıb-yıxılmadığını dəqiq deyə bilmir, ola bilsin ki, X1 Zərərçəkmiş şəxsi həm də taxta parçası və ya əlindəki çantası vurmuş, lakin həm bu hallar barədə, həm də X1 arvadına cırmaq atdığını ya da yumruqla vurduğunu dəqiq bilmir, onun hadisə zamanı istifadə etdiyi taxtanın haradan götürülməsi haqda məlumatı yoxdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətləri əsasında əlavə şahid qismində dindirilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 2 saylı Sumqayıt ərazi İdarəsində mühəndis-inventarlaşdırıcı vəzifəsində işləyən Şahid4, Şahid7, X5 (bəraət almış və zərər çəkmiş şəxsin ifadələrinə görə - ekspertlər), Quliyevlərin qonşusu Şahid3, taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid5 məhkəmə iclasında verdikləri ifadələrinin təhlili göstərir ki, həmin şahidlə r, hər birisi ayrı-ayrılıqda X1nın ifadələri ilə üst-üstə düşən ifadələr verərək sonuncu ilə birlikdə Corat qəsəbəsinə gəlib orada olduqları müddətdə X1nın kiminləsə əlbəyaxa olmasını, onun hər hansı şəxsi, o cümlədən Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməsini müşahidə etməmələrini, qısa müddətdən sonra oradan gəldikləri taksi avtomaşını ilə X1 ilə birlikdə çıxıb getmələrini göstərmişlər. Şahidlər Şahid4, Şahid7 və X5 həmçinin qeyd etmişlər ki, onlar məhkəmənin qərarı əsasında torpaq ölçülərini götürmək məqsədilə Quliyevlərin yaşadıqları yerə gəlsələr də, ev sahibləri onları həyətə buraxmadıqlarına görə orda hər hansı iş görə bilməmiş, buna görə sonuncularla X1 arasında sözlə mübahisə olmuş, lakin həmin mübahisə zamanı X1 heç kimə qarşı zor tətbiq etməmişdir. İş materiallarından görü ndüyü kimi, X1ya qarşı CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, Şahid2anın və Şahid1 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ziddiyyətli, biri-biri ilə uzlaşmayan ifadələrinə və məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli 289 saylı rəyinə əsaslanmışdır ki, bu sübutlarla meydana gələn ziddiyyətlər ibtidai araşdırma orqanı tərəfindən aradan qaldırılmamış, X1nın ona istinad olunan cinayət əməlini törətməsini təsdiq edən başqa, mötəbər sübutları isə ittiham tərəfi məhkəmələrə təqdim etməmiş və belə sübutları məhkəmələr araşdırmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, buna görə, məhkəmələr birinci instansiyası məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların hər birisinə müqayisəli şəkildə və məcmu halında qiymətləndirərək, yəni CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməyərək X1nın ona istinad olunan cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə haqlı nəticəyə gəlmiş və bu zaman onu da nəzərə almışlar ki, zərər çəkmiş Zərərçəkmiş şəxs və onun əri X onlarla X1 arasında uzun müddət torpaq mübahisəsi olduğundan həmişə ona qarşı qərəzli mövqedən çıxış etmiş, Şahid1 isə onların qonşusu olmaqla hadisənin hallarını onlardan fərqli şəkildə təsvir etmiş, həmin şəxslərin verdikləri ifadələrdə Zərərçəkmiş şəxs müxtəlif xəsarətlərin alması barədə hallar (sonuncunun hasara çırpılması, saçının yolunması, başının hasar çıxıntılarına dəyməsi, heç ittihamda göstərilmədiyi halda onun həm də taxta parça sı və ya əl çantası ilə döyülməsi, münaqişənin 10-15 dəqiqə ərzində davam etməsi) məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş həmin xəsarətlərin yetirilməsi mexanizmi və lokalizasiyası ilə bağlı nəticələrlə uzlaşmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda, məhkəmələr tamamilə düzgün olaraq təqsirsizlik prinsipinə əsasən bütün bu ziddiyyətləri iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X1nın ziyanına həll etməkdən imtina etmiş və qanuni və əsaslı olaraq ona təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini mümkün bilmişlər. Bu haqda müvafiq yekun məhkəmə aktları qəbul edərkən isə məhkəmələr Konstitusiyanın, CPM-nin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelər i, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə yanaşı həmçinin aşağıdakı prosessual hüquq normalarına da əməl etmişlər. Belə ki, CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə təhlil edib bütün yuxarıda göstərilənlərdən çıxış edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dö vlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, qeyd olunan kassasiya müraciətləri təmin edilməməli, X1ya CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-c maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2201/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2201/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver