Məhkəmə qərarları › İş №1(102)-2201/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2201/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2201/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi - Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və Müdafiəçi8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-61/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Quliyev (sədrlik edən), Siyavuş Hacıyev və Aytən Əliyeva) 31 may 2025-ci il tarixli 1(101)-711/2024 nömrəli hökmü ilə 1 yanvar 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonunun Düdəngə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib, CM-in 29,120.2.1 və 29, 120.2.5-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 may 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənard a, Fransa Respublikasının ərazisində olan tanışı və həmyerlisi qeyrisi ilə 2023-cü ilin fevral-mart aylarında özünün istifadəsində olan +**********60 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” tətbiqi vasitəsi ilə qeyrisinin istifadəsində olan +**********0 mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən sonuncu ona 2022-ci ilin oktyabr ayında Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində qardaşının Zərərçəkmiş şəxs1 tərəfindən öldürüldüyünü və sonuncunun hazırda Bakı şəhərində yaşadığını bildirmiş, buna görə də Zərərçəkmiş şəxs1 olduğu dəqiq yerin müəyyən edilərək qisas niyyəti ilə qəsdən öldürülməsini tapşırmışdır. Eləcə də, qeyrisi qeyd olunan cinayət əməlini Məhkum törədəcəyi halda sonuncunu öz himayəsi altına alacağını, bununla da maddi xərclərdən yaxa qurtaracağını, xarici ölkə yə qaçması üçün şərait yaradacağını, xarici ölkələrin birində yaşamasını, işləməsini təmin edəcəyini vəd etmişdir. Məhkum qeyrisindən aldığı tapşırığı icra edə biləcəyini vəd edərək sonuncu ilə cinayətkar sövdələşməyə girmiş, hadisəni törətdikdən sonra hadisə yerindən dərhal uzaqlaşmaq məqsədilə 2 mart 2023-cü il tarixdə qeyrisinin təlimatı əsasında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən “085 RENT A CAR”a yaxınlaşıb oradan öz adına **-SG-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” markalı avtomobili 188 nömrəli zaminlik müqaviləsi əsasında kirayələmiş, habelə qeyrisinin tapşırığı ilə 4 mart 2023-cü il tarixdə məlum olmayan yerdən və şəxsdən nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah olan tapançanı, onun komplekt hissəsi sayılan 2 ədəd sandığı v ə çoxlu sayda döyüş sursatı olan 9 mm kalibrli patronları əldə edib saxlayıb, daşımaqla üzərində, habelə həmin avtomobildə gəzdirməklə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanına gedərək onu qəsdən sifarişlə öldürmək məqsədilə 6 mart 2023-cü il tarixədək izləmiş, lakin qətl hadisəsinin törədilməsini həyata keçirmək üçün əlverişli şərait yaranmadığından icra edə bilməmiş, yəni iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməmişdir. Bundan sonra, vahid niyyətlə 6 mart 2023-cü il tarixdə qeyrisi ilə “WhatsApp” tətbiqi vasitəsilə növbəti dəfə əlaqə saxlayarkən sonuncu ona tapşırığın bir nəfər şəxs tərəfindən törədilməsinin çətinlik yaradacağını bildirdikdən sonra, qeyrisi tanışı X3 ilə əlaqə saxlamasını və odlu silahla qəsdən adam öldürmə cinayətinin törədilməsi ndə Şahmar İsmayılovla birlikdə hərəkət etməsini tapşırmışdır. Məhkum ona tapşırılan sifarişi icra etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərindən 6 mart 2023-cü il tarixdə J22256 nömrəli Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gələn Şahmar İsmayılovla Bakı şəhəri, Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında görüşüb sonuncunun yaşadığı, idmanla məşğul olduğu ünvanları, idarə etdiyi avtomobilin şəklini, nömrəsini, modelini, avtomobilin zirehli olmasını və digər zəruri məlumatları ona bildirmiş, Zərərçəkmiş şəxs1 izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili kirayələdiyini qeyd etməklə, həmin görüşləri zamanı avtomobildə olan nömrəsi silinmiş “Ruger” markalı “SR9c” modelli tapançanı Şahmar İsmayılova nümay iş etdirmiş, cinayətin məhz bu silahdan istifadə edilməklə törədiləcəyini bildirməklə Şahmar İsmayılovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Bundan sonra X10 Əkbərovun qətlə yetirilməsi cinayətinin törədilməsi ilə bağlı qeyrisindən aldığı tapşırığı dostluq münasibətində olduğu, habelə həmyerlisi olmaqla, Bakı şəhərində yaşadığı üçün ərazini yaxşı tanıyan X5 bildirmiş, sonuncunun qeyd edilən cinayətin törədilməsində birgə iştirak etməsinə dair razılığını aldıqdan sonra bu barədə qeyrisini məlumatlandırmış, habelə qeyrisi də Şahmar İsmayılov vasitəsi ilə Vüqar Quliyevə maddi köməklik edəcəyi, öz himayəsinə götürəcəyi, xarici ölkələrə getmək istədikdə isə orada normal həyat şəraiti ilə təmin edəcəyini bildirmişdir. Bununla da X11 Quliyevi razılığı əsasında Məhkumla qaba qcadan əlbir olduğu qrupa daxil etmişdir. Qeyrisi məlum olmayan şəxslər vasitəsilə ilkin olaraq Şahmar İsmayılovun "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********412237 nömrəli bank kartı, Vüqar Quliyevin isə "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli bank kartları vasitəsi ilə Şahmar İsmayılova qətlin icrası üçün 4 mart - 10 mart 2023-cü il tarixlərində ilkin mərhələdə xərclərin (qalma, avtomobil kirayələmə, qidalanma və sair) qarşılanması məqsədilə ümumilikdə 950 manat pulun göndərilməsini təmin etmişdir. Daha sonra, Məhkum, Şahmar İsmayılov və Vüqar Quliyevin hadisədən sonra çevik hərəkət etmələri məqsədilə 6 mart 2023-cü il tarixdə, təxminən saat 21 radələrində Bakı şəhəri, Novxanı qəsəbəsi ərazisində görüşməklə kirayə götürdüyü **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili Şahmar İsmayılova təhvil vermişdir. Şahmar İsmayılov isə ərazini öyrənmək məqsədilə Vüqar Quliyevlə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsinə gəlmiş, sonra isə qeyrisinin tapşırığına əsasən avtomobili küçədə saxlayaraq qapıları bağlayıb açarı avtomobilin sağ qabaq təkəri üzərinə yerləşdirməklə otaq kirayələdikləri Bakı şəhəri, Xətai prospekti 39 ünvanında yerləşən “Gorgud” adlı hotelə gedib gecələmiş, sabahısı gün, yəni 7 mart 2023-cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs1 izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə yaxınlaşarkən qeyrisi qrupun üzvü Şahmar İsmayılovla mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq qabaqcadan əlbir oldu qları məlum olmayan şəxslər tərəfindən tapançanın avtomobilin yük yerinə yerləşdirildiyini bildirmiş, Şahmar İsmayılov və Vüqar Quliyev birlikdə avtomobilin yük yerinə baxdıqda həqiqətən də nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın, çoxlu sayda döyüş sursatı sayılan 9 mm kalibrli patronların və 2 ədəd odlu silahın komplekt hissəsi olan sandığın olduğunu görmüşlər. Bundan sonra, 8 mart 2023-cü il tarixdə, saat 02:22-də qrupun üzvləri Şahmar İsmayılov və Vüqar Quliyev birlikdə **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə hərəkət edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində Böyükşor şossesi ilə paralel 250 metr hava məsafəsi uzaqlığında “40°26′5.47″ şm. e. 50°1′11.19″ ş. u” koordinata çatdıqdan sonra ətrafda yaşayış yer lərinin, eləcə də kənar şəxslərin olmamasına əmin olub özləri ilə daşıyaraq gətirdikləri nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın atəşə yararlı olub olmamasını yoxlamaq məqsədilə avtomobildən enmədən Şahmar İsmayılov qabaq pəncərəni endirib havaya bir dəfə atəş açmaqla tapançanın atəşə yararlı olduğuna əmin olmuşdur. Plana və ümumi cinayətkar niyyətə uyğun olaraq X11 Quliyevlə birlikdə sonuncunun istifadəsində olan “Hyundai Accent” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və Məhkum kirayələdiyi **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə sonuncunun və qeyrisinin verdiyi məlumatlar əsasında, yəni Zərərçəkmiş şəxs1 yaşadığı ev və idmanla məşğul olduğu ünvanları müəyyən edib 6 mart 2023-cü il tarixdən 10 mart 2023 -cü il tarixədək Zərərçəkmiş şəxs1 izləmiş, bu barədə “Whatsapp” tətbiqi vasitəsi ilə və məlum olmayan digər üsulla birbirlərini məlumatlandırmış və Zərərçəkmiş şəxs1 öldürməyə əlverişli şəraitin yaranmasını gözləmişlər. Qeyrisi tərəfindən hazırlanmış və daimi nəzarət etdiyi, habelə Məhkum ümumi cinayətkar niyyəti ilə əhatə olunan planın davamı olaraq, qrupun üzvlərindən X11 Quliyevlə birlikdə 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə və Təbriz küçələri istiqamətində **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə gedib sonuncunun yaşadığı evdən çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxıb “Toyota Land Cruiser” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək ünvan 4 ünvanında yerləşən “Vurgun Residence” adlı binada fəaliyyət göstərən “1st Fitness&SPA” adlı idman zalına gəlmiş, Şahmar İsmayılov və Vüqar Quliyev isə Zərərçəkmiş şəxs1 izləyərək sonuncunun arxasınca gəlib “Vurgun Residence” adlı bina ilə həmin küçədə yerləşən “Görüş” kafesinin arasında olan keçiddə dayanmaqla özlərinə əlverişli yer seçib Zərərçəkmiş şəxs1 idman zalından çıxmasını gözləmişlər. Həmin gün saat 14:24-də Zərərçəkmiş şəxs1 tək idman zalından çıxıb yol kənarında saxladığı avtomobilinə yaxınlaşarkən, X11 Quliyevdən bir qədər qarşıya keçib qara rəngli gödəkçəsinin altında döyüşə hazır vəziyyətdə saxladığı nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli tapançanı çıxarıb sağ əlində tutmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq, lakin t əşkilatçı olan qeyrisi, qabaqcadan əlbir olduğu Məhkum və qrupun digər üzvlərinin ümumi niyyətlərindən kənara çıxaraq, Vüqar Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində kənar şəxslərin intensiv hərəkət etdiyi küçədə təxminən 10-15 metr məsafədən hücum edərək ümumi təhlükəli üsulla 3-4 dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs1 istiqamətində qəsdən atəşlər açmış, Zərərçəkmiş şəxs1 atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdığından onlar öz iradələrindən asılı olmayan səbəblərdən qəsdən adam öldürmədə ifadə olunan əməllərini başa çatdıra bilməmişdir. Daha sonra Şahmar İsmayılov razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumi təhlükəli üsulla k ütləyə şüurlu şəkildə, yəni kənar şəxsləri öldürmək niyyətləri olmasa da, onlara hər hansı dərəcədə xəsarətlərin yetirilməsini arzu edib odlu silahdan qəsdən açdıqları atəşlər nəticəsində həmin küçə ilə, “Vurgun Residence” adlı binanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs3 sol sağrı nahiyəsində giriş dəliyi və sağ xayalıqda çıxış dəliyi olan yara kanalı boyunca sağ xayanın yaralanması ilə müşayiət olunan odlu silah güllə yarası, sağ baldırın orta üçdə birinin arxa səthində giriş dəliyi və sağ baldırın orta üçdə birinin ön səthində çıxış dəliyi olan odlu silah güllə yarası ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və yolun əks istiqamətində “Hundai Elantra” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobi ldə sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 dəyməsi nəticəsində ona sol baldırın aşağı üçdə birinin bayır səthinin odlu silah güllə yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmasa da ümumi təhlükəli üsulla sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra qrupun üzvləri X11 Quliyevlə birlikdə yaxalanmamaları məqsədilə hadisə yerindən **-V X-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə uzaqlaşıb Bakı şəhəri Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatdıqda izi itirmək, şəhərdə təhlükəsizlik kameralarının görüntülərinə düşməmək və ölkəni çevik olaraq tərk etmək məqsədilə avtomobili yolun sol hərəkət hissəsində saxlayıb “Hyundai GETS” markalı, **-FS-*** dövlət nömrə nişanlı taksi ilə Bakı şəhəri, Nərimanov rayonu “Çanaqqala” restoranının qarşısına, oradan Vüqar Quliyevin istifadəsində olan “Hyundai Accent” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanınadək, oradan isə “Honda İNSİGHT” markalı 77FK-349 dövlət qeydiyyat nişanlı taksi ilə hava limanı istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin ərəfədə Şahmar İsmayılov məlum olmayan üsulla qeyrisi ilə əlaqə saxlayı b Zərərçəkmiş şəxs1 sifarişə əsasən qəsdən öldürdüklərini, ölkəni tərk etmək üçün aviabilet almaq məqsədilə bank kartına pul göndərməsini xahiş etmiş, qeyrisi dərhal Vüqar Quliyevin adına "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli leobank kart hesabına məlum olmayn şəxslər vasitəsilə 10 mart 2023-cü il tarixdə, saat 15:24-də 2550 manat pulun göndərilməsini təmin etmiş, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatıb Bakı-İstanbul reysinə iki ədəd bilet alıb ölkəni tərk etmək istəyərkən keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı saxlanılmışlar. Məhkum isə qabaqcadan əlbir olduğu qrup üzvləri Şahmar İsmayılov və Vüqar Quliyevin saxlanıldığını qeyrisindən öyrənib Bakı şəhəri Novxanı qəsəbəsi istiqamətində qaçmaqla, sonuncunun tapşırığına uyğun olaraq gizlənmə yə nail olmuşdur. Bundan başqa, Məhkum satış məqsədi olmadan məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz olaraq 9,335 qram və 9,958 qram olmaqla ümumi təmiz çəkisi 19,293 qram olan şəxsi istehlak miqdarından artıq, yəni külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib ünvan 6 ünvanına daşımaqla üzərində saxlamış və daxil olmuş əməliyyat məlumatı əsasında 5 may 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanında saxlanılaraq polis idarəsinə gətirilib, üzərinə saat 21:20-dən etibarən videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zaman 9,335 qram və 9,958 qram olmaqla ümumi təmiz çəkisi 19,293 qram külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əmin Əliyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Fərid Əyyubov) 25 fevral 2025-ci il tarixli 1(103)61/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli, 1(103)-61/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. O, şikayətində keçirilən məhkəmə iclaslarında verdiyi vəsatətlərinin heç biri təmin edilmədiyini göstərmişdir. 4 may 2023-cü il tarixdə saat 17-18 radələrində Bakı şəhər Baş Polis İdarəsində onu həbs etmişlər. Həbs olunduqdan sonra ona işgəncələr verilmiş və döyülərək cinayətlərin törədilməsini zorla boynuna qoymuşlar. Onun göndərildiyi Nəsimi Rayon Polis idarəsində o dərəcədə döyülmüşdür ki, həmin gecə saat 22-23 radələrində halı pisləşdiyindən ona təcili yardım çağırılmışlar. O, bu barədə dəfələrlə hər iki instansiya məhkəməsində vəsatətlə bildirsə də, heç bir hakim onun vəsatəti təmin e tməməmiş, döyülmə halları araşdırılmamışdır. Cinayət işi üzrə keçən silahda onun barmaq izləri yoxdur. Bu açıq şəkildə göstərir ki, onun həmin cinayətə aidiyyəti yoxdur. Narkotik vasitə tutulduqdan bir gün sonra onun üzərində aşkar edilmişdir. Buda inandırıcı deyil. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları tam və hərtərəfli yoxlamamış, cinayət işi üzrə araşdırma düzgün aparılmamışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istə yir ki, analoji dəlillər məhkumun müdafiəçi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasə n müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinini tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsas landıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsasl ı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermişlər. Həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməsə də, onun ittihamda göstərilən cinayət əməllərini törətməsi, birinci in stansiya məhkəməsində onun və digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Həmin sübutlar məhkəmə iclasında tədqiq edərək yoxlanılmış və qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə yaranan heç bir hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticə yə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həm Məhkum məhkəmə iclasında verdiyi ifadədə, həm də tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsizliyi, yəni onun heç bir cinayəti törətməməsi barədə irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə kollegiyası h esab edir ki, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə digər sübutlarla təsdiq edildiyindən aşağı instansiya məhkəmələri əsaslı olaraq onun bu ifadəsi düzgün, məhkəmə iclasında verdiyi ifadəni isə həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Eləcə də, cinayət işinin materiallarından görünür ki, məhkəmələr Məhkum məhkəmə iclasında verdiyi ifadədə və kassasiya şikayətində məhkumun hüquqlarının pozulması və polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi barədə irəli sürülmüş dəlillər araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu barədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmələr Məhkum məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar e dilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı təzyiqlərə məruz qalmasına görə etiraf etməsi və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması barədə nəticəyə gəlmişlər. Belə ki, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, habelə barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkum polis əməkdaşları tərəfindən ona hər hansı pis rəftara məruz qalmasını göstərməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Məhkum keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində külli mi qdarda psixotrop maddə metamfetamin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Məhkum qarşı zor tətbiq olunmasını və ya ona hər hansı qanunsuz yolla təzyiq göstərilməsini təsdiq edən heç bir hal müəyyən edilməmiş, müdafiə tərəfinin bu barədə irəli sürdüyü dəlillər isə hər hansı sübuta və ya işin faktiki hallarına əsaslanmır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlillərini əsassız sayır. Məhkəmə ko llegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respub likası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət ed ən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həm in şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-61/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.11-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-61/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar