Məhkəmə qərarları › İş №1(102)-2202/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2202/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2202/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X2 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Qusar rayonunun Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-5/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(067)-5/2024 nömrəli hökmü ilə (hakim X.İ.Quliyev) əməlində cinayət tərkibi olmadığına görə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsi qərara alınmışdır. Məhkəmənin həmin hök mündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərər çəkmiş şəxs (mülki iddiaçı) tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-5/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), M.Ə.Rzayev və R.O.Əsgərova) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(067)-5/2024 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 6 9.3-cü maddəsinin tələbinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2021-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 1 ay 3 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Apellyasiya məhkəməsinin hökmünə əsasən Məhkum fiziki şəxs olaraq vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində (VÖEN:**********) qeydiyyatda olan qızının əri (kürəkəni) Şahid3 vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsindən (bundan sonra VÖEN) istifadə edərək Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “GOLD Market” adlı mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində vergi qanunvericiliyinin tələblərini pozaraq, Şahid3 vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə, külli miqdar təşkil edən, 292.196,64 ma nat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, qızının əri (kürəkəni) Şahid3 məxsus VÖEN-dən istifadə edərək, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axdundov küçəsində yerləşən “GOLD Market” adlı mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində 2018-ci ilin 4-cü rübü üzrə 5500,43 manat az hesablayıb, 2019-cu ilin 1-ci rübü üzrə 374,97 manat, 2-ci rübü üzrə 544,40 manat, 3-cü rübü üzrə 523,99 manat və 4-cü rübü üzrə 757,99 manat, cəmi isə 2201,35 manat artıq hesablamaqla, cəmi 3299,08 manat sadələşdirilmiş vergini az; 2018-ci il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəliri 121726,50 manat, xərci 101438,75 manat, vergiyə cəlb ol unan mənfəəti 20287,75 manat və ödənilməli mənfəət vergisi 4057,55 manat olduğu halda, həmin il üzrə bəyannamə təqdim etmədən, 4057,55 manat mənfəət vergisini az; xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan həmin sahibkarlıq fəaliyyəti dövrü üzrə vergi tutulan əməliyyatlarının həcmi 200000,0 manatdan artıq olduğundan, Azərbaycan Respublikası VM-nin 155.1-ci maddəsinin qüvvədə olan müddəalarına əsasən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata dair ərizə verib, istifadəsində olan VÖEN üzrə könüllü qeydiyyatdan keçməli olduğu halda, ƏDV qeydiyyatından keçməyib, bəyannamə təqdim etməməklə, 2018-ci ilin dekabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, 2019-cu ilin yanvar ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, fevral ayı üzrə 121726,50 manat dövriyy ədən 21910,77 manat, mart ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, aprel ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, may ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, iyun ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, iyul ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, avqust ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, sentyabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, oktyabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, noyabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat və dekabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat olmaqla, cəmi 284840,01 manat ƏDV-ni az hesablamaqla, ümumilikdə külli miqdar təşkil edən, 292.196,64 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şika yətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə iş üzrə ədalətsiz qərar qəbul edilmişdir. İş kassasiya instansiya məhkəməsində baxılarnadək Məhkum məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum, onun müdafiəçisi Müdafiəçi1un və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-5/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar