Məhkəmə qərarları › İş №1(102)-2204/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2204/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2204/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qə rarından Məhkum2 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eldar Mikayılov, hakimlər Əliövsəd Abasov və Mahmud Ağalarov) 1(101)-686/2019 nömrəli 30 dekabr 2019-cu il tarixli hökmü ilə, xx xxxx 1967-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Bağlar massivində yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 05 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə C M-in 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən CM-in 320.1ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə müvafiq hökm dəyişdirilməklə üzərində saxlanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, əməli tövsif edilməklə üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 6 (altı) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətindən Məhkum2 şərti olaraq vaxtından əvvəl azad olunması Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməklə və həmin qərar üzrə Məhkum2 cəzasının çəkilməmiş qalan hissəsi olan - 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş əsas cəzaya qismən birləşdirilməklə Məhkum2 üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə Məhkum3 və Məhkum1 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1 öz tanışları Məhkum3, Məhkum2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla ayrı-ayrı şəxslərə qarşı təkrarən dələduzluq etmiş və həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismi ndə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə ayrı-ayrı şəxsləri təhrik etmişlər. Məhkum2 yuxarıda qeyd edilən əməllərdən başqa istintaq zamanı şəxsiyyətləri müəyyən edilmiş digər şəxslərlə də qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla ayrı-ayrı şəxslərə qarşı təkrarən dələduzluq etmiş və həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Belə ki, Məhkum1 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla həmin əmələ görə məhkum olunmuş X13 ilə q abaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun tanışı olan Zərərçəkmiş şəxs1 övladı Müsəvi Əhmədovu Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə kimi qəbul etdirilməsində köməklik göstərilməsinə dair Fərhad Qasımova 2007-ci ilin may ayında müraciəti əsasında sonuncu ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Müsəvi Əhmədovu qeyd edilən filiala tələbə kimi qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, həmin adla Abşeron rayonu. Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 54- də istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş cinayətdən xəbərsiz olan «Allahverdi» adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus 9000 (doqquz min) manat məbləğində, eyni niyyətlə, 2008-ci ilin may ayında Fərhad Qasımovla birlikdə Zərərçəkmiş şəxs1la ünvan 3 ünvand a yerləşən "xxxx" MTK-nin ofisində görüşdükləri zaman həmin ofisdə Zərərçəkmiş şəxs1 3000 (üç min) ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 2476,5 (iki min dörd yüz yetmiş altı manat əlli qəpik) manat olmaqla, cəmi 11476,5 manat (on bir min dörd yüz. yetmiş altı manat əlli qəpik) məbləğində pul vəsaitini və inandırmaq üçün Müsəvi Əhmədovun şəxsiyyət vəsiqəsinin və attestatının surətini, üç ədəd fotoşəklini alıb, sonuncunu görəcəyi işə inandırmaq üçün istintaqa məlum olmayan şəxs vasitəsi ilə və istintaqa məlum olmayan şəraitdə Müsəvi Əhmədovun guya Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında təhsil almasına dair 2007-ci il tarixli, 07/17 nömrəli hüquq verən vəsiqənin məzmununa bilə-bilə yalan məlumatlar, yəni X4 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin D ərbənd filialının Gömrük işinin təşkili fakültəsinə qəbul olunması və vəsiqənin xx.xx.2007-ci il tarixdə verilməsi barədə əlyazma mətn, habelə filialın rektoru və fakültənin dekanının imzaları birbaşa qələmlə icra olunmuş, vəsiqənin sol tərəfində “Derbentskiy filial Azerbaydjanskoqo Qosudarstvennoqo Ekonomiçeskoqo Universiteta Resp. Azerbaydjan İNN 170014567” məzmunlu, sağ tərəfində olan “Derbentskiy filial Azerbaydjanskoqo Qosudarstvennoqo Ekonomiçeskoqo Universiteta uçebnaya çast” məzmunlu möhür əksinin təsviri və “Derbentskiy filial Azerbaydjanskoqo Qosudarstvennoqo dnevnoe otdelenie Ekonomiçeskoqo Universiteta” məzmunlu mətni olan ştamp əksi axınlı çap üsulu ilə rəqəmsal, çap qurğusunda (çoxaldıcı qurğu, printer) köçürülməklə istifadə etmək məqsədilə qanunsuz hazırlatdırdığı saxta tələ bə biletini qabaqcadan əlbir olduğu Fərhad Qasımovun vasitəsilə 2007-ci ilin avqust ayında Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 54-də Zərərçəkmiş şəxs1 təqdim edib, əldə etdiyi həmin məbləğdə pul vəsaitini Fərhad Qasımovla öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində Müsavi Əhmədovun guya Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında təhsil almasına dair 2007-ci il tarixli, 07/17 nömrəli hüquq verən həmin vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Bundan başqa, Məhkum1 təkrarən, aldatma və etibard an sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin mart ayında Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsi ilə tanıdığı Şahid4 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən məktəblərdən birinə riyaziyyat müəlliməsi işinə qəbul etdirəcəyinə qabaqcadan əlbir olduğu həmin şəxslər vasitəsilə yalandan vəd verib, qeyd edilən məsələnin Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 8000 (səkkiz min) manat pul verilməsi müqabilində həll ediləcəyini Məhkum4 və istintaq z amanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsilə bildirib aldadaraq. Şahid4 onlara olan inam və etibarından yararlanaraq həmin ay ərzində sonuncudan Bakı şəhəri, Yasamal rayonu ərazisində 8000 (səkkiz min) manat məbləğində pulu Məhkum4 vasitəsilə alaraq, sonuncu və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid4 məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəc əyi hərəkətin müqabilində birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4m təhrik etmişlər. Bundan başqa, Məhkum1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin aprel ayında Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsi ilə tanıdığı Şahid3 bacısı Səfa Xudaverdiyevanı Bakı şəhərində yerləşən kolleclərdən birinə imtahandan kənar qiyabi əsaslarla tələbə kimi qəbul etdirəcəyinə qabaqcadan əlbir olduğu həmin şəxslər vasitəsilə yalandan vəd verib, qeyd edilən məsələni Dövlət İmtahan Mərkəzində yüksək və zifə tutan şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Səfa Xudaverdiyevanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 (səkkiz min) manat pul verilməsi müqabilində həll edəcəyini Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsilə bildirib aldadaraq, Şahid3 onlara olan inam və etibarından yararlanaraq həmin ay ərzində sonuncudan Bakı şəhəri, Yasamal rayonu ərazisində 8000 (səkkiz min) manat pulu Məhkum4 vasitəsilə alaraq, sonuncu və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid3 məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib x eyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Məhkum4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid3 təhrik etmişlər. Bundan başqa, Məhkum1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin iyul ayında Məhkum4 vasitəsi ilə tanıdığı Şahid8 qohumu “Rəşad” adlı şəxsin Bakı Dövlət Universtetinin biologiya fakültəsindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə qanunsuz köçürəc əyinə dair yalandan vəd verib, qeyd edilən məsələni Dövlət İmtahan Mərkəzində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 40000 (qırx min) manat pul verilməsi müqabilində həll edəcəyini Məhkum4 vasitəsilə bildirib aldadaraq. Şahid8 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri, Nərimanov rayonu ərazisində 30000 (otuz min) manat məbləğində pulu Məhkum4 vasitəsilə alaraq sonuncu ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid8 məxsus 30000 (otuz min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tə krarən Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid8 təhrik etmiş, sonuncu onların cinayətkar niyyətindən xəbərdar olaraq və aldadıldığını bilərək tələb olunmuş pulun 10000 (on min) manat məbləğində hissəsini vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid8 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməyə cəhd etmişlər. Bundan başqa, Məhkum1 təkrarən, aldatma və etibardan sui-istifa də etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin iyul ayında Məhkum4 vasitəsi ilə tanıdığı Şahid7 Yasamal rayonu ərazisində yerləşən 20 saylı tam orta məktəbə riyaziyyat müəlliməsi işinə qəbul etdirəcəyinə yalandan vəd verib, qeyd edilən məsələni Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 22000 (iyirmi iki min) manat pul verilməsi müqabilində həll edəcəyini Məhkum4 vasitəsilə bildirib aldadaraq, Şahid7 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində 22000 (iyirmi iki min) manat məbləğində pulu Məhkum4 vasitəsilə alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid7 məxsus 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid7 təhrik etmişlər. Bununla yanaşı, Məhkum1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum4, Məhkum5, Məhkum6 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018ci ilin iyul ayında Məhkum4 vasitəsi ilə tanıdığı Şahid6nm övladı X8 rayonu ərazisində yerləşən Fizika riyaziyyat təmayüllü məktəbə ədəbiyyat müəlliməsi və onun gəlini X16 rayonunda yerləşən Humanitar liseyə ədəbiyyat müəlliməsi işinə qəbul etdirəcəyinə qabaqcadan əlbir olduğu həmin şəxslər vasitəsilə yalandan vəd verib, qeyd edilən məsələni Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 38000 (otuz səkkiz min) manat pul verilməsi müqabilində həll edəcəyini Məhkum4 vasitəsilə bildirib aldadaraq, Şahid6 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Məhkum4 vasitəsilə Bakı şəhəri, Səbail Badamdar qəsəbəsi ərazisi ndə 18000 (on səkkiz min) manat, həmin ilin avqust ayı ərzində isə Bakı şəhəri, Səbail rayonu ərazisində Məhkum4 vasitəsilə 20000 (iyirmi min) manat, vahid niyyətlə cəmi 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitini alaraq, həmin pul vəsaitinin 29000 (iyirmi doqquz min) manatını Məhkum4 və Məhkum5 ilə özü arasında bölüb, 9000 (doqquz min) manatını isə Məhkum6 və qeyrisinə təqdim edib onlar arasında bölünüb, şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məryəm Bayramovuya məxsus 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitini etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Məhkum4, Məhkum5, Məhkum6 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid6 təhrik etmişlər. Göstərilənlərdən başqa, Məhkum1 təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum3, Məhkum2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin avqust ayında istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə tanıdığı Şahid2 övladı Pərviz Məmmədovu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi vasitəsilə imtahandan kənar Azərbaycan Tibb Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalandan vəd verib, qeyd ed ilən məsələni həmin Mərkəzin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Pərviz Məmmədovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 90000 (doxsan min) manat pul verilməsi müqabilində həll edəcəyini istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə bildirib aldadaraq, Şahid2 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri ərazisində istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə 90000 (doxsan min) manat məbləğində pulu alaraq, sonuncu, Məhkum3 və Məhkum2la öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid2 məxsus 90000 (doxsan min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və ald atma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Məhkum3, Məhkum2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid2 təhrik etmişlər. Öz növbəsində Məhkum2 yuxarıda qeyd edilən əməllərdən başqa, özgə əmlakını aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2011-ci ilin avqust ayında tanışları mərhum X14 və həmin əmələ görə məhkum olunmuş X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müraciətinə əsasən sonuncunun qızı Nigar Əli yevanı əvvəlcə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinə, növbəti tədris ilində isə Azərbaycan Dillər Universitetinə köçürəcəyini vəd verib, etibarından istifadə edərək, onu aldadıb Vaqif Rəhimovun vasitəsi ilə 2011-ci ilin sentyabr ayında Gəncə şəhəri, “Xan bağı” parkında yerləşən çayxanada 20000 (iyirmi min) manat, bir müddət sonra Bakı metropolitenin “Gənclik” stansiyasının yaxınlığında 4500 (dörd min beş yüz) manat pulunu almaqla, inandırmaq üçün 2013-cü ilin fevral ayında metronun «Gənclik» stansiyasının yaxınlığında yerləşən “Çempion” kafesində istintaqa məlum olmayan şəraitdə hazırladıqları saxta rəsmi sənədləri, - hər hansı bir texniki qurğu, skaner, fotoaparat və sair vasitəsi ilə kompüterə köçürülməklə, qrafik proqram təminatından istifadə e dilməklə birbaşa axınlı printerlə çap edilməklə hazırlanmış üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu” sözləri yazılmış möhür əksi olan X11 adına Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında təhsil alaraq ona Dövlət Attestasiya Komissiyasının 04 iyul 2012-ci il tarixli qərarı ilə “Filologiya, Azərbaycan dili və Ədəbiyyat” ixtisası verilməsi barədə 11/0333 qeydiyyat nömrəli, B 229974 saylı diplom və 23 avqust 2012-ci il tarixli diplom əlavəsini, o cümlədən diplomda və diplom əlacəsində aidiyyəti şəxslərin imzalarını saxtalaşdırıb Zərərçəkmiş şəxs2 təqdim etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 məxsus 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Bundan başqa Məhkum2 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla barəsində cinayət işi ayrıca icraata ayrılmış X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək 2012-ci ilin avqust ayında sonuncunun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 övladı Surə Balayevanı 35000 (otuz beş min) manat müqabilində ilkin olaraq Rusiya Federasiyasında yerləşən ali təhsil müəssisələrindən birinə, həmin ilin oktyabr ayında isə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə köçürəcəyinə yalandan vəd verib Zərərçəkmiş şəxs3 onlara olan inam və etibarından sui-istifadə etməklə, 2012-ci ilin avqust ayında sonuncudan Bakı şəhəri, Xətai rayonu ərazisində Saqif Quliyev vasitəsilə 35000 (otuz beş min) manat məbləğində pulu alaraq, sonuncu ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs3 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi) hakimlər Faiq Qasımov və Elmar Rəhimov) 1(103)-33/2021 nömrəli 03 mart 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 05 il müddətə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə Məhkum2 CM-in 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilımiş, Məhkum2 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə müvafiq hökm dəyişdirilməklə üzərində saxlanmış, Bakı Apellyasiya Mə hkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq əməli tövsif edilməklə üzərində qəti olaraq saxlanılmış 2 il 6 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 28 gün müddətindən Məhkum2 şərti olaraq vaxtından əvvəl azad olunması Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və həmin qərar üzrə Məhkum2 cəzasının çəkilməmiş qalan hissəsi - 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş əsas cəzaya qismən birləşdirilməklə Məhkum2 üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 müdafiəçisi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum2 müdafiəçiləri Sadıqov X3 Eynulla Qüdrət oğlu verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçiləri Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 22 noyabr 2022-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəf lərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında məhkəmə baxışınadək, yəni 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum2 ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Mə hkum2 müdafiəçiləri Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətini məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar