Məhkəmə qərarları › İş №1(102)-2204/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2204/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2204/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynli Azər Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyy əti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx xxx-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həmidov küçəsi, ev 48, mənzil 1-də qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 aprel 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 may 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyi n olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Mobin” və “Arif” adı ilə tanıdıqları şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda təmiz halda çəkisi 6.053,55 qram qurudulmuş marixuana, 1340 ədəd həb şəklində təsir maddəsinin miqdarı 53,6 qram metadon və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 9,620 qram tiryək narkotik vasitələri Astara rayonu ərazisinə gedərək, Astara rayonunun Diquli kəndi ərazisində gizlədilməsi barədə məlumat verməsindən sonra onlar tanışları Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra Bakı şəhərindən qeyd olunan yerə gedərək həmin narkotik vasitələri əldə edib daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 8 iyul 2022-ci il t arixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Astara rayonu, Diquli kəndi ərazisində, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının 15-ci sahənin arxa tərəfində saxlanılmış və iki ədəd bağlamanın içərisində olan külli miqdarda təmiz halda çəkisi 6.053,55 qram qurudulmuş marixuana, 1340 ədəd həb şəklində təsir maddəsinin miqdarı 53,6 qram metadon və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 9,620 qram tiryək narkotik vasitələr üzərilərindən aşkar olunaraq götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə n əzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və qeyd olunan maddənin sanksiyası həddində aşağı cəza təyin edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti, digər Təqsirləndirilən şəxs1 müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu, Təqsirləndirilən şəxs2 müda fiəçisi İbrahimov Elvin Telman oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-36/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Hüseynli Azər Kamil oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkum barəsində tətbiq ed ilən cəza cinayət qanununun müəyyən edilmiş hüdudlarından kənara çıxmasa da, sərtliyinə görə ədalətsizdir, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil. İşə baxan məhkəmələr Məhkum ilə bağlı yüngülləşdirici halların dairəsini tam müəyyən etməmiş və cəza təyin edərkən nəzərə almamışdır. Məhkəmə yüngülləşdirici hal kimi məhkumun ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını nəzərə alsa da, lakin himayəsində azyaşlı uşağının olmasına dair birbaşa qanunla müəyyən edilmiş və nəzərə alınmalı olan yüngülləşdirici halı nəzərə almamışdır. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Məhkum ailəli olması, törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsi, ailəsinin başsız və qazancsız qalması, arvadının u şağı təkbaşına böyütməsi, cəza çəkdiyi müddətdə hər hansı qanun pozuntularına yol verməməsi kimi hallar da əlavə edilməli və nəzərə alınmalıdır. Məhkumun cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilsə də, bunun konkret hansı hərəkətlərdə ifadə olunması dəqiq göstərilmədiyi ilə yanaşı, həmin hərəkətlərin xüsusilə fəal iştirak kimi qiymətləndirilməsinin səbəbləri də əsaslandırılmamışdır. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarının Məhkum tətbiq edilən cəza hissəsində dəyişdirilməsi, təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərb aycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012 -ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyy əti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin maraqlarının müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

24. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayə t-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

25. Məhkum daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

26. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid ed ilmiş, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

27. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmasını, cəzasını ağırlaşdıran hal olaraq Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın minimum həddində - 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının orta həddində - 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Azərbaycan Respublilası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

29. Lakin hər iki instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları müəyyən edərkən məhkumun himayəsində 2017-ci il təvəllüdlü bir azyaşlı övladının olmasına dair Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində təsbit edilmiş halın mövcudluğunu göstərməmişdir.

30. Bununla belə məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələr məhkumun himayəsində bir azyaşlı uşağının olmasına dair cəzasını yüngülləşdirən halın mövcud olmasını müəyyən etməsələr də, lakin nəticədə məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilmişdir. Buna görə də həmin halın mövcudluğu Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas yaratmır.

31. Məhkəmə kollegiyası müdafiəçinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Məhkum ailəli olması, törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsi, ailəsinin başçısız və qazancsız qalması, arvadının uşağı təkbaşına böyütməsi, cəza çəkdiyi müddətdə hər hansı qanun pozuntularına yol verməməsi kimi təyin edilmiş cəzanın ailə vəziyyətinə təsirini əks etdirən halların nəzərə alınmalı olması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən halların sayı qanunla məhdudlaşdırılmasa da, lakin qanunla birbaşa göstərilməyən hər hansı bir halın yüngülləşdirici hal kimi qəbul edilməsi məhkə mənin səlahiyyətindədir, imperativ xarakter daşımır.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

33. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkan lar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı dəyişdir ilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hüseynli Azər Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-424/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar