Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2206/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi İbrahimov Taleh Vəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 8 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı ilə CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından Məhkum və onun müdafiəçisi T.V.İbrahimov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ba kı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyeva Aytən Heydər qızı (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1990-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Şübani-1, hərbi şəhərcikdə qeydiyyatda olmaqla, həmin şəhərcikdə yaşamış, CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 9 (doqquz) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən t oplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq qaz silahı əldə edərək gəzdirmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «Ekol Firat Magnum» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməy ən bir ədəd qaz silahını, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd darağı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində saxlamaqla daşımışdır. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəldikdən sonra şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «X» adlı şəxs və qeyriləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyə si qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 12099,2 qram (12 kiloqram 99,2 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 5018 qram (5 kiloqram 18 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop m addə metamfetamini istintaqa məlum olmayan vaxtda naməlum məkana göndərib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Məhkumla razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum Təqsirləndirilən şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, naməlum məkandan İran İslam Respublikası vətəndaşı «X» adlı şəxs və qeyriləri tərəfindən iki ədəd bel çantasında külli miqdarda 12099,2 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2005 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edə n 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları və külli miqdarda 5018 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə heroinin 38,1 qramını Təqsirləndirilən şəxs üzərində, qeyd edilən metamfetaminin 42,5 qramını Məhkum üzərində, qalan heroinin 12061.1 qram çəkidə hissəsini, qalan metamfetaminin 4975,5 qram çəkidə hissəsini, həmçinin 2005 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını Məhkum icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respubli kası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum və Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə saat 02:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketin yaxınlığında «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərlərində şəxsi axtarış həyata keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 38,1 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan bükümdə, Məhkum əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 42,5 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf sellofan bükümdə aşkar olun araq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Məhkum razılığı və iştirakı ilə Təqsirləndirilən şəxslə birlikdə Məhkum icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin saxlanc yerindən bir ədəd zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «Ekol Firat Magnum» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz silahı, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd darağ və avtomobilin arxa oturacağının üzərindən iki ədəd çantada külli miqdarda ayrı-ayrılıq da çəkiləri 1003,8 qram, 1009,8 qram, 1012,4 qram, 1010,9 qram, 1010,4 qram, 1000,6 qram 1010,5 qram, 1006,0 qram, 1008,7 qram, 1007,2 qram, 1010,1 qram, 970,7 qram olmaqla ümumi təmiz çəkisi 12061,1 qram (12 kiloqram 61,1 qram) çəkidə narkotik vasitə heroin ümumilikdə 12 (on iki) ədəd bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 1005 qram, 495,0 qram ümumi təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 3 (üç) ədəd sellofan bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 1001,5 qram, 1014,8 qram, 1002,0 qram, 946,8 qram, ümumi təmiz çəki 4975,5 qram (4 kiloqram 975,5 qram) psixotrop maddə metamfetamin 5 (beş) ədəd s ellofan bağlamada və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda aşkar olunaraq götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Ələkbərov Əfqan Qəzənfər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 17 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm Məhkum aid hissədə dəyişdirilm iş, sonuncuya CM-in 228.4-cü maddəsi ilə cəza təyin olunmasına və CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum bu maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilmiş, hökm qalan hissədə isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi T.V.İbrahimov ayrı-ayrılıqda kassasiya şikayətləri və Məhkum həmçinin kassasiya şikayətinə əlavə verərək aşağıdakıları xahiş etmişlər: - Məhkum – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və törətdiyi əməlin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilərək ona həmin maddənin sanksiyasının ən aşağı həddində cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsini, - müdafiəçi T.V.İbrahimov – qərarın ləğv edilməsini, Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə edilmiş əlavənin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra maddələrində nəzərdə tutulmuş tələblərə, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına, qüvvədən düşmüş “Narkotik vasit ələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, Məhkum təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi T.V.İbrahimov həmin şikayətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ilkin və ibtidai araşdırmalar kobud qanun pozuntuları, o cümlədən məhkumun prosessual və müdafiə hüquqlarının pozulması ilə aparılmış, ibtidai araşdırma orqanı tərəfindən cinayətin motivinin və törədilmə üsulunun nədən ibarət olması müəyyən edilməmiş və əsaslandırılmamış, birinci və apellyasiya instansiyası məhkəmələri isə ittihamın əsassız olmasına və iş materialları ilə təkzib edilməsinə baxmayaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə dair əsassız nəticəyə gəlmişlər. Bu nəticəyə gələrkən məhkəmələr iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmiş, əldə edilmiş sübubutlara düzgün hüquqi qiymət verməmiş və Məhkum təqsirliliyi obyektiv və mötəbər sübutlara əsasən deyil, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə əsasən müəyyən edilmişdir. Bu zaman məhkəmələr nəzərə almamışlar ki, iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı Məhkum bir çox prosessual hüquqları pozulmuş, polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələrə və psixotrop maddəyə sonuncunun heç bir aidiyyatı olmamış və o, narkotik vasitələrin və psixot rop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir cinayət əməli törətməmişdir. Məhkəmələr isə Məhkum bu haqda məhkəmə iclasında verdiyi ifadələrə əsaslanmaqdan imtina edərək qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına sonuncunun ibtidai araşdırma zamanı heç bir sübutla təsdiq olunmayan etirafedici ifadələrini qoymuşlar. Bununla yanaşı məhkəmələr hazırkı iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs ifadələrinə də düzgün hüquqi qiymət verməmişlər. Belə ki, Təqsirləndirilən şəxs etiraf etmişdir ki, sözügedən narkotik vasitələr və psixotrop maddə ona aid olmuş, onun Məhkumla bu vasitələri və maddəni əldə etməsi barədə heç bir razılığı olmamış, sonuncu onların satışın həyata keçirmək məqsədi izləməmişdir. İş materiallarından göründüyü kimi, həmin iş üzrə bütün prosessual sənədlər formal olaraq tərtib edilmiş, bu sənədlərdə əksini tapmış hallar əvvəlcədən hazırlanmış, bu isə Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi və həbs olunması məqsədilə edilmişdir. Qeyd olunanlarla bağlı kassasiya şikayətində daha geniş dəlillər irəli sürən müdafiəçi T.V.İbrahimov onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Məhkum müdafiəçisi T.V.İbrahimovun kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində və ona edilmiş əlavədə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edi b işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirərək həmin şikayətində və ona edilmiş əlavədə qeyd etmişdir ki, onun əməli əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və ona qarşı qanunsuz olaraq həmin maddələr üzrə ittiham hökmü çıxarılmışdır. Müarciət müəllifi həmçinin qeyd etmişdir ki, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ittiham tərəfi kifayət qədər sübutlar əldə edə bilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına, bununla bağlı hər hansı hərəkətlər etməsinə dair sübutlar iş materiallarında mövcud olmamış, onun cinayətə aidiyyatı və təqsiri sübuta yetirilməmişdir. Həmçinin məhkəmələr iş üzrə toplanmış sübutları ətraflı və obyektiv araşdırmayaraq bu sübutlara düzgün qiymət verməmiş, bununla da Azərbaycan Respubl ikasının Konstitusiyasında və prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir çox prinsiplərin, o cümlədən təqsirsizlik prinsipinin pozulmasına yol vermişlər. Eyni zamanda məhkəmələr onun məhkəmə iclasında verdiyi ifadələrinə əhəmiyyət verməmiş, qəbul etdikləri yekun məhkəmə aktlarında isə heç bir sübutla təsdiq olunmayan ibtidai araşdırma zamanı verdiyi ifadələrinə və qanun pozuntuları ilə əldə edilmiş sübutlara əsaslanmışlar. Bununla yanaşı bu aktları qəbul edərkən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmamasını, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satmaq niyyətində olmamasını, habelə 2016-cı ildə “Aprel döyüşlərində” və 44 günlük İİ Qarabağ müharibəsində şücaət göstərərək bütün rayonların işğaldan azad olunmasında fəal iştirak etməsini, buna görə 14 medalla təltif olunmasını, doqquz nəfərdən ibarət ailəsinin olmasını, anasının olmamasını, yeni evlənməsini və övladının olmamasını, yaşlı atasının onun himayəsində olmasını nəzərə almamış və nəticədə əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasına baxmayaraq həmin maddələrlə təqsirli bilinərək ağır cəzaya məruz qalmışdır. Odur ki, Məhkum qeyd olunanları nəzərə alaraq kassasiya müraciətlərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun, hər birisinin ayrı-ayrılıqda verdikləri, lakin faktiki olaraq məzmunlarına görə eyni olan kassasiya müraciətlərindən göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı CM-in 23 4.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, araşdırılmış sübutlara isə qanunda nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmiş, Məhkum təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, onun barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Həmçinin Məhkum öz kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən onun törətdiyi cinayətin tövsifində səhvə yol verildiyini və nəticədə ağır cəzaya məruz qaldığını iddia edir. Bununla da, müraciət müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməl i olması haqqında tələblərini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol verdik də və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun kassasiya şikayətlərini, habelə məhkumun kassasiya şikayətinə etdiyi əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 -cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üs tünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından veri lmiş kassasiya müraciətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya müraciətlərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqs ədinin olması bəyan edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslar la cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törəd ilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilm əməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayə t tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilmə z. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi və CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alın masına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanu nvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib s ayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və aza dlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə min miş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilin də tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tər əfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şə xsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nə zərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-c u il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri v ə ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddə sinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəm ə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq məhkəməyə təqdim olunan bütün sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, araşdırılmış sübutları isə CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlən dirməklə Məhkum narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, toplanmış və araşdırılmış sübutların onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda, yəni Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinay ət əməllərini törətməsi barədə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllər üzrə onun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, hazırkı iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, şahidlərin ifadələri, bir sıra istintaq hərək ətlərinin aparılmasına dair protokollarda əksini tapmış hallarla, məhkəmə ekspertizalarının rəyləri ilə, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum Təqsirləndirilən şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, naməlum məkandan İran İslam Respublikası vətəndaşı «X» adlı şəxs və qeyriləri tərəfindən iki ədəd bel çantası nda külli miqdarda 12099,2 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2005 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları və külli miqdarda 5018 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə heroinin 38,1 qramını Təqsirləndirilən şəxs üzərində, qeyd edilən metamfetaminin 42,5 qramını Məhkum üzərində, qalan heroinin 12061.1 qram çəkidə hissəsini, qalan metamfetaminin 4975,5 qram çəkidə hissəsini, həmçinin 2005 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını Məhkum icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum və Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə saat 02:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketin yaxınlığında «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərlərində şəxsi axtarış həyata keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 38,1 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan bükümdə, Məhkum əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 42,5 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Məhkum razılığı və iştirakı ilə Təqsirləndirilən şəxslə birlikdə Məhkum icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin saxlanc yerindən bir ədəd zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «Ekol Firat Magnum» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz sila hı, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd darağ və avtomobilin arxa oturacağının üzərindən iki ədəd çantada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1003,8 qram, 1009,8 qram, 1012,4 qram, 1010,9 qram, 1010,4 qram, 1000,6 qram 1010,5 qram, 1006,0 qram, 1008,7 qram, 1007,2 qram, 1010,1 qram, 970,7 qram olmaqla ümumi təmiz çəkisi 12061,1 qram (12 kiloqram 61,1 qram) çəkidə narkotik vasitə heroin ümumilikdə 12 (on iki) ədəd bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 1005 qram, 495,0 qram ümumi təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 3 (üç) ədəd sellofan bağlama da, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 1001,5 qram, 1014,8 qram, 1002,0 qram, 946,8 qram, ümumi təmiz çəki 4975,5 qram (4 kiloqram 975,5 qram) psixotrop maddə metamfetamin 5 (beş) ədəd sellofan bağlamada və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda aşkar olunaraq götürülmüşdür. Məhkəmələrin iş üzrə gəldikləri bu nəticə ilə bağlı və eyni zamanda kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası bu halların arxasında duran sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən Məhku m özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək Təqsirləndirilən şəxs ona 5000 manat borcu olduğunu, hadisə olan günü sonuncunun pulu qaytarmaqdan ötrü onu Masazıra dəvət etməsini, marketdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmasını, avtomobilini polis əməkdaşlarının sürüb apardıqlarını, baxış zamanı isə atomobilindən narkotik vasitələr aşkar edilərək götürülməsini, İran vətəndaşını tanımadığını, lakin tutulandan iki gün sonra İran vətəndaşının ona mesaj yazaraq harada yaşadığını, hansı rayondan olduğunu, harada işlədiyini soruşmasını, narkotik vasitələrlə bağlı hər hansı bir məlumatının olmadığını bildirsə də, ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən göstərmişdir ki, o, 25 okt yabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində gedən döyüşlərdə ayaq nahiyyəsindən yaralanmış və buna görə də Bakı şəhərindəki hərbi hospitala təxliyyə olunmuş və orada müalicə almışdır. Hospitalda müalicə aldığı müddətdə hospitalın yaxınlığındakı X adlı şəxsin işlətdiyi kafeyə gedib-gəlirmiş və həmin kafedə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Bu ərəfədə o, Təqsirləndirilən şəxs, onun kimi «şüşə» kimi tanıdığı metamfetamin qəbul etdiyini öyrənmiş, bundan sonra Təqsirləndirilən şəxslə münasibəti sıxlaşmış və bir neçə dəfə sonuncu ilə birlikdə metamfetamin qəbul etmişdir. 11 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb işi olduğunu və onunla görüşmək istədiyini bildirmiş, o, da etiraz etməmiş və sonuncu ilə görüşmüş, bu zaman Təqsirləndirilən şəxs tanışı «X» ad lı İran İslam Respublikası vətəndaşının Şirvan şəhərinə iki çantada narkotik vasitə və psixotrop maddə qoydura biləcəyini, bunun müqabilində İranlının 5000 manat məbləğində pul verəcəyini bildirib birlikdə həmin narkotik vasitə və psixotrop maddəni götürməyi təklif edərək həmin 5000 manatı verəcəyini bildirmişdir. O da həmin vaxt borcu olduğundan Təqsirləndirilən şəxslə razılaşmışdır. Ertəsi gün, yəni 12 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxslə görüşüb birlikdə Bakı şəhərindən Şirvan şəhərinə yollanmışlar. Şirvan şəhərinə rentacardan icarəyə götürdüyü «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Yol boyu Təqsirləndirilən şəxs iranlı «X»lə danışırmış və «X» narkotik vasitə və psixotrop maddənin İlham adlı şəxsdə olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs həmin şəxslə də danışırmış. Onlar saat 11:00 radələrində Sabirabad rayonunun Zalqarağac kəndinə çatdıqdan sonra yol kənarında, kanalın qırağında tək dayanan Xla görüşmüşlər. Təqsirləndirilən şəxs avtomobildən enib İlhamla görüşmüş və ondan iki ədəd çantanı götürüb avtomobilə əyləşmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs X18ə verməsi üçün ondan 300 manat pulu da borc olaraq götürmüşdür. Bundan sonra onlar geri qayıtmış, yolda iranlının göndəriyi çantanı açıb istifadələri üçün o, bir qədər metamfetamin, Təqsirləndirilən şəxs isə bir qədər heroin götürüb əynindəki gödəkçələrin ciblərinə qoymuşlar. Daha sonra onlar əldə edilən narkotik vasitə və psixotrop maddəni İranlıya verməmək, özlərində saxlamaq, yəni İranlını «aldatmaq» qərarına gəlmişlər. Artıq gecə vaxtı onlar Bakıya çatmış və o, Təqsirləndirilən şəxs Masazır qəsəbəsinə aparıb orada düşürmüş, ozü isə yaşadığı evə getmiş, həmin zaman əldə etdikləri iki çanta narkotik vasitə və psixotrop maddə idarə etdiyi avtomobildə qalmışdır. Növbəti gün Təqsirləndirilən şəxs ona Masazır qəsəbəsində yaşayan tanışı X19a narkotik vasitə və psixotrop maddəni təklif etdiyini və X19un narkotik vasitə və psixotrop maddənin əvəzində onlara avtomobil, ev və pul təklif etdiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və bu razılaşmanın həyata keçirilməsi məqsədilə dekabrın 13-dən 14-nə keçən gecə onunla birlikdə idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsinə getmişdir. Həmin vaxt narkotik vasitələr və psixotrop maddə yerləşdi rilmiş iki ədəd çanta idarə etdiyi avtomobildə olmuşdur. Saat 02:40 radələrində onlar Masazır qəsəbəsinə çatdıqda «Qurtuluş 93» yaşayış massivindəki «Araz» marketin qarşısında avtomobili saxlayıb ikisi də marketə daxil olmuş, marketdən siqaret, su alıb bayıra çıxanda əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək sonuncunu və həmçinin yanında olan şəxs kimi onun özünü «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün ona və Təqsirləndirilən şəxs müdafiəçilər t əyin edilmiş, bundan sonra hər ikisi şübhəli şəxs qismində tutulmuş və onlara hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra növbə ilə onların üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etmələri təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində gizlətdiyi bir büküm heroini, o, isə üzərində saxladığı metamfetaminin aşkar olunacağını görüb öz səmimiyyətini göstərmək üçün əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir büküm metamfetamini təhqiqatçıya təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirmiş və ona məxsus bir ədəd «İphone 12 Pro» markalı mobil telefon aparatını aşkar edib götürmüşlər. Daha sonra polis əməkdaşları təqdim etdiyi metamfe tamini elektron tərəzidə çəkmiş və bu zaman çəkisinin təxminən qırx qramdan yuxarı olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, İran İslam Respublikası vətəndaşı «X» adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə və psixortop maddənin hazırda idarə etdiyi avtomobildə olduğunu bildirmiş, buna görə polis əməkdaşları tərəfindən Baş İdarənin həyətində saxlanılan avtomobilə baxış keçirilmiş və avtomobilin salonunun arxa hissəsindən iki ədəd çantada olan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana, 600 ədəd metadon həbi, külli miqdarda psixotrop maddə aşkar olunaraq götürülmüş və ayrı-ayrı bağlamalarda qablaşdırılmış, bundan əvvəl isə həmin əşyalar tərəzidə çəkilmiş və heroinin 12 kiloqramdan artıq, metanfetaminin 5 kiloqram yarımdan artıq, qurudulmuş marixuananı n isə 2 kiloqramdan artıq miqdarlarda olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı avtomobilinin saxlanc yerindən bir ədəd qaz tapançası, həmin tapançaya aid bir ədəd darağı və 11 ədəd patronu aşkar edilmiş, həmin tapançanı və patronları isə o, «Ramin» adlı İran İslam respublikası vətəndaşının göndərdiyi və içərisində narkotik vasitələr, psixotrop maddə olan çantaların birinin içərisindən tapıb avtomobilində saxlamışdır. Bu istintaq hərəkətləri videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə aparılmış, polis əməkdaşları tərəfindən ona hər hansı təsir və təzyiq göstərilməmişdir. Həm üzərində şəxsi axtarış aparılması, həm də avtomobilə baxış keçrilməsi nəticəsində aşkar edilərək götürülmüş əşyalar təhqiqatçı tərəfindən qablaşdırılmış, bu haqda müvafiq protokollar tərt ib edilmiş və o, həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş şəxslərlə birlikdə həmin hərəkətlərin doğruluğunu imzası ilə təsdiq etmişdir. Təhlil göstərir ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında ibtidai araşdırmanın ilkin mərhələsində məzmununa görə verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadələr versə də, onun bu ifadələri cinayət təqibinin həm bu mərhələsində toplanmış, həm də məhkəmə iclasında araşdırılmış sübutlarla, yəni şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid3 Cəmiyət oğlunun, Şahid2 ifadələri ilə tam təkzib edilmişdir. Belə ki, şahidlər Şahid1, Şahid3 və Şahid2, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında, hər birisi ayrı- ayrılıqda göstərmişlər ki, 13 dekabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə etməsi, daşıması, saxlaması və satması barədə məlumat daxil olduqdan sonra sonucunun olduğu yerin müəyyənləşdirilməsi və cinayət başında ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olunmuş, qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs tanışı Məhkum ilə birlikdə sonuncunun idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** qeydiyyat nişanlı avtomobillə bir gün əvvəl rayonların birindən İran İslam Respublikasından qaçaqmalç ılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhərinə daşımaları və özlərində saxlamaları müəyyən edimiş və bundan sonra hər iki şəxsin yerinin müəyyənləşdirilib cinayət başında yaxalanması istiqamətində tərəflərindən təxirəsalınmaz tədbirlərin keçirilməsinə başlanmışdır. Artıq dekabrın 13-dən 14-nə keçən gecə hər iki şəxsin olduğu yer müəyyənləşdirilmiş və saat 02:40-da Təqsirləndirilən şəxs və Məhkum Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketdən çıxarkən onlar tərəfindən saxlanılmışdır. Həmin vaxt onların yanındaX19 adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs və Məhkum əməliyyat qrupunun üzvləri olaraq özlərini təqdim edib onlardan özlərini təqdim etməsini istədikdən sonra sonuncular da özlərini təqdim e tmiş, onların şəxsiyyətlərini dəqiqləşdirmiş, daha sonra ilk olaraq Təqsirləndirilən şəxs və Məhkum qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirilərək onlara hüquq və vəzifələrini izah edərək onlara Baş İdarəyə getmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs və Məhkum buna etiraz etməmiş və buna görə onlar hamısı «Hyundai Elantra» markalı avtomobillə birlikdə Baş İdarəyə getmişlər. Orada araşdırmanın aparılması BNMİ-nin baş təhqiqatçısı X20yə həvalə edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsinin inzibati binasındakı otaqların birində ilk oaraq Təqsirləndirilən şəxs və Məhkum üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onlar və müdafiəçilər iştirak etmiş və videoçəklişdən istifadə olunmuşdur. Bu isti ntaq hərəkətinin aparılması zamanı ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm təqdim edərək həmin bükümdə «kakos», yəni heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən büküm kəsilərək açılmış və bükümdə qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Məhkum da üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsini təklif etmiş, o, da öz növbəsində əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm təqdim edərək həmin bükümdə «şüşə» adlandırdığı metamfetaminin olmasını bildirmişdir. Həmçinin Məhkum üzərindən « İphone» markalı mobil telefon aparatı da aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə və Məhkum üzərindən götürülmüş psixotrop maddə tərəzidə çəkilmiş və heroinin 44 qram, metamfetaminin isə 47 qram çəkidə olmaları müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən verilmiş şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini «X» adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi heroindən olduğunu, həmin şəxsin göndərdiyi heroini Şirvan şəhəri ərazisindən götürdüyünü və həmin narkotik vasitəni iranlının dediyi yerə qoyacağı təqdirdə sonuncunun ona 1 kiloqram «nəşə» verəcəyini vəd etdiyini, narkotik vasitələri götürmək üçün Məhkumla birlikdə iki gün əvvəl sonuncunun idarə etdiyi avtomobillə getdiyini bildi rmiş, Məhkum da öz növbəsində bu halları təsdiq etmiş və eyni zamanda iranlının narkotik vasitələri götürüb onun deyəcəyi yerə qoymaları müqabilində onlara 5000 manat məbləğində pul vəd etdiyini, bundan 10 gün əvvəl də bir dəfə də iranlının tapşırığına əsasən külli miqdarda narkotik vasitə götürdüyünü bildirmişdir. Məhkum dediklərini Təqsirləndirilən şəxs də təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Məhkum sonuncunun idarə etdiyi avtomaşında da narkotik vasitələr olmasını, avtomobilə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmiş, buna görə BNMİ-nin inzibati binasının həyətində saxlanılan «Hyundai» markalı **-NC-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Məhkum bir daha avtomobilin salonunda narkotik vasitələr olmasını bildirmiş, Təqsirləndirilən şəxs av tomobilin arxa oturacağının üzərindəki iki ədəd bel çantasını, Məhkum isə saxlanc yerindən bir ədəd tapançaya oxşar əşyanı götürüb təhqiqatçıya təqdim etmişlər. Həmin çantalarda yerləşdirilmiş bağlamalara baxış keçirilərkən onların içərisində narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və metadon həblərinin olması aşkar edilmişdir. Bu əşyalar da tərəzidə çəkilmiş və heroinin 12 kiloqram 80 qram, metamfetaminin 5 kiloqram 680 qram, qurudulmuş marixuananın 2 kiloqram 775 qram, metadon həblərinin isə 600 ədəd olması müəyyən edilmişdir. Adları göstərilən şahidlər həmçinin qeyd etmişlər ki, Təqsirləndirilən şəxs və Məhkum saxlanılarkən, Baş İdarəyə gətirilərkən və orada olarkən hər hansı psixi və ya fiziki təsirə məruz qalmamış, onlara qarşı başqa qanuna zidd hərəkətlər də edilməmiş və hər ikisi şəxsi axtarış və avtomaşına baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni birlikdə əldə edib daşıdıqlarını etiraf etmişlər. İş materiallarının təhlili göstərir ki, həm Məhkum, həm də Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri şahidlərin yuxarıda təsvir edilmiş ifadələri ilə yanaşı, həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında 14 dekabr 2021-ci il tarixli, avtomobilə baxış keçirilməsi və götürmə haqqında eyni tarixli, mobil telefonlara baxış keçirilməsi haqqında 7 yanvar 2022-ci il tarixli protokollarla, məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizalarının 14 dekabr 2021-ci il tarixli müvafiq olaraq 6/5491 və 7/1284 nömrəli rəyləri ilə və işə əlavə olunmuş sübut əhəmiyyə tli sənədlərlə təkzib edilməz şəkildə müəyyən olunmuş hallarla üst-üstə düşür və həmin hallarla kassasiya müraciətlərinin dəlilləri tam təkzib olunur. Həm bunun əksini, həm də məhkəmə aktlarının əsasına qoyulmuş sübutların yol verilməz olmasını təsdiq edən sübutlar isə məhkəmələrə təqdim olunmamış və kassasiya müraciətlərində də belə mötəbər sübutlara istinad edilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni zamanda məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin məhkəmələr tərəfindən onun təqsirliliyinə dəlalət edən əsas sübutlardan biri kimi qəbul edilməsində və həmin ifadəl ərin qəbul olunmuş yekun məhkəmə aktlarının əsasına qoyulmasında da heç bir qanun pozuntusu görmür, çünki məhkumun bu ifadələri CPM-in 126.6-cı maddəsinin tələb etdiyi kimi, iş üzrə qanuni yolla toplanmış və araşdırılmış digər bütün mötəbər sübutların məcmusu ilə təsdiq edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, cinayət təqibi aparılarkən onu CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və onun təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı nata mamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndi rib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmiş, belə qiymətləndirmə və Məhkum narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərə maddi hüquq normalarının tətdbiqi, yəni onun əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi araşdırılmış sübutlarla yanaşı, aşağıda göstərilənlərlə də tam uzlaşır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin q anunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şəxsin CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirl i bilinərək cəzalandırılması üçün isə aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxs və ya şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələblə bağlı müvafiq izah və tövsiyələr həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edil məsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nn 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bi r qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələri nin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-c i maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddə sində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edil məlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan b ir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonun cu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarı da qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessual qanunvericiliyin tələbləri ilə yanaşı, maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-in 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası o nəticəyə gəlir ki, Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun kassasiya şikayətlərində, həmçinin məhkum olunmuş şəxsin kassasiya şikayətinə etdiyi əlavədə göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və buna görə bu dəlillər sonuncunun cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallara uyğun olmam ası barədə onun kassasiya şikayətinin və kassasiya şikayətinə etdiyi əlavənin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericili yinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilə n cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayəti n xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in yuxarıda istinad olunan 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikd ə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Qeyd olunduğu kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəb ərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən t örədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 say lı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasə n müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraiti nə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 5 6-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olma yan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formal aşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşk arlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziy anın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixində Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkum olunmuş şəxsin törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə, CMin 59.2-ci maddəsinə əsasən onun Vətən Müharibəsi iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə”, “C əbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Şücaətə görə” “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley” və “İgidliyə görə” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar qismində, eyni zamanda CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın həddində qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya şikayətlərinə baxılarkən apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, məhkumun və onun müdafiəçisinin kassasiya müraciətlərinə baxılarkən də həmin məh kəmələrin cəza təyini zamanı nəzərə almadıqları və müvafiq sübutlarla təsdiq olunan yeni hal müəyyən edilməmiş və məhkum müvafiq sübutlarla təsdiq olunan həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürməmişdir. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı CPM-in 139.0-cı maddəsində göstərilən digər hallarla yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun kassasiya müraciətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11, 4 16.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, təsvir olunanlardan görünür ki, Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun kassasiya müraciətlərində iddia etdikləri və CPM-in 416.1-ci madəsində nəzərdə tutulmuş pozuntulardan hər hansı biri müəyyən edilmir və belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar da yaranmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun ayrı-ayrılıqda verdikləri kassasiya şikayət lərinin və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlillərini nəzərdən keçirərək və həmin müraciətlərin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi T.V.İbrahimovun, bu müraciətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya müraciətləri təmin edilməməli, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı isə həmin müraciətlərə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti və ona etdiyi əlavə, habelə sonuncunun müdafiəçisi T.V.İbrahimovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2206/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2206/2025
28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver