Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2207/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Müdafiəçi – Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-128/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü (X1 (sədrlik edən və məruzəçi), X16 və X14) ilə xx xxxx 1962-ci il tarixdə Gədəbəy rayonunun Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 16 oktyabr 2015-ci il tarixdən 12 oktyabr 2016-ci il tarixədək tutulduğu 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət bir günə bir gün hesabı ilə cəmi 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 7 (yeddi) il 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişd irilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X13, hakimlər: X4 və X3 ibarət tərkibdə) 25 dekabr 2023-cü il tarixli, 1(103)-1799/2023 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-128/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü Rusiya Federasiyasında fəaliyyət göstərən nüfuzlu və geniş əlaqələri olan sahibkar kimi təqdim edib etibar qazanaraq özünə inandırdıqdan sonra sonuncunun Rusiya Federasiyasının Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iş qurmaq niyyətini bilib ona məxsus maliyyə vəsaitlərini Bakı şəhərində tanışları vasitəsi ilə qəbul edib Rusiya Federasiyasının Moskva şəhərinə heç bir rüsum ödənilmədən qeyri-rəsmi üsulla köçürülməsini təmin edəcəyi və göndəriləcək pulların 0,7 faizi miqdarında gəlir əldə edəcəyi barədə qabaqcadan vəd verib inandıraraq Zərərçəkmiş şəxsla razılaşdıqdan sonra 26 aprel 2013-cü il tarixdə sonuncuya məxsus olan həmin dövr üçün milli məzənnə ilə 313840 (üç yüz on üç min səkkiz yüz qırx ) manat təşkil edən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu ləğv olunmuş "xxxx " ASC-in ünvan 2 ünvanda yerləşən filialında Zərərçəkmiş şəxs əlbəəl olaraq qəbul etmiş şəxsiyyəti istintaqa məlum olmayan “Roma” adlı şəxs vasitəsi ilə Moskva şəhərinə istintaqla müəyyən edilməsi mümkün olmayan üsulla köçürülməsinə nail olub əldə etdikdən sonra cinayətkar niyyətinin bir hissəsi olaraq şübhəyə səbəb olmadan etibar qazanmaq məqsədilə həmin məbləğdə pulu Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə sonuncunun tanışı Şahid7 təhvil vermiş, qeyd edilən pul köçürülməsinin həyata keçirilməsi ilə Zərərçəkmiş şəxs özünə qarşı daha da inandırmağa nail olub cinayətkar niyyətinə davam edərək eyni məqsəd üçün 2013-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs məxsus həmin dövrə münasibətdə milli məzənnə ilə 784.700 (yeddi yüz səksən dörd min yeddi yüz) ma nat təşkil edən 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pulu ünvan 3 ünvanda yerləşən “Maqnit” adlı məişət avadanlıqları mağazasının yanında Zərərçəkmiş şəxs əlbəəl olaraq qəbul etmiş şəxsiyyəti istintaqa məlum olmayan “Rəhim” adlı şəxs vasitəsi ilə Moskva şəhərinə istintaqla müəyyən edilməsi mümkün olmayan üsulla köçürülməsinə nail olub əldə etdikdən sonra qazanılmış etibara əsasən şübhələrə səbəb olmayacağına əmin olub sonuncu pulların köçürülməsində texniki problemlər səbəbindən yubanma olması barədə Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumat verməklə cinayətkar niyyətinə davam edərək eyni məqsəd üçün vahid niyyətlə 17 may 2013-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus həmin dövrə münasibətdə milli məzənnə ilə 439.432 (dörd yüz otuz doqquz min dörd yüz otuz iki) manat təşkil edən 560.000 (beş yüz altmış min) ABŞ dolları məbləğində pulu ləğv olunmuş "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 522 A nömrəli ünvanda yerləşən “Avtoinvest” filialında Zərərçəkmiş şəxs tanışlarından əlbəəl olaraq qəbul etmiş şəxsiyyəti istintaqa məlum olmayan xəzinədarlar vasitəsi ilə Moskva şəhərinə istintaqla müəyyən edilməsi mümkün olmayan üsulla köçürülməsinə nail olub əvvəlki pul köçürülməsi ilə birlikdə ümumilikdə həmin dövr üçün milli məzənnə ilə 1.224.132 (bir milyon iki yüz iyirmi dörd min yüz otuz iki) manat təşkil edən 1.560.000 (bir milyon beş yüz altmış min) ABŞ dolları məbləğində pulu əldə etdikdən sonra həmin pulların 548.000 (beş yüz qırx səkkiz min) ABŞ dollarını yəni milli məzənnə ilə 430.015.60 ( dörd yüz otuz min on beş manat aıtmış qəpik) man atını Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə sonuncunun tanışı Şahid7 təhvil verib, həmin dövr üçün milli məzənnə ilə 794.116.40 ( yeddi yüz doxsan dörd min yüz on altı manat qırx qəpik) manat təşkil edən 1.012.000 (bir milyon on iki min) ABŞ dolları məbləğində pulu isə verdiyi vədə əməl etməyib ələ keçirməklə Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, mə hkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, ibtidai istintaq orqanı yalnız zərərçəkmiş şəxsin ifadəsinə və şəxsi mülahizələrinə əsasən Məhkum ittiham vermiş, onun AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə hər hansı mötəbər sübutlar əldə edə bilməmiş, çıxış yolu kimi cinayət işi materialalrını dolayı şahid ifadələri ilə ittihamı "formalaşdırmışdır". Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2023-cü il tarixli İttihamedici Hökmün qüvvədə saxlanmasına dair xx.xx.2023-cü il tarixdə 1(103)1799/2023 saylı Qərarını qəbul etməsini nəzərə alsaq, ən geci xx.xx.2023-cü il tarixində məh kəmə iclasının protokolları ilə tanış olmaq üçün təqsirləndirilmiş şəxsin müdafiəçisinə təqdim edilməli idi, halbuki çox təkidli müraciətlərdən sonra yalnız xx.xx.2024-cü il tarixində məhkəmə iclas protokolları ilə tanış ola bildik. Bu isə Cinayət Prosessual Məcəlləsinin prosessual normasının pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.7.-ci maddəsinə əsasən "Məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfinden onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məh kəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir." Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixində keçirilən baxış iclası üzrə tərtib edilmiş protokolda zərərçəkən Zərərçəkmiş şəxs ifadəsi tamamilə təhrif edilmişdi, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə "yazılan" zərərçəkənin ifadəsi eyni ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokoluna köçürülmüş, həqiqətdə həmin günün məhkəmə iclasında zərərçəkənin verdiyi ifadə ilə eynilik təşkil etmir. Həmin iclasın audio və video yazılarına diqqət etsək görərik ki, həqiqətən də zərərçəkənin protokol ifadəsi ilə audio və video yazılış ifadələri arasında ciddi ziddiyyət vardır. Belə ki, xx.xx.2023-cü il tarixliProtokolda zərərçəkən Zərərçəkmiş şəxs guya aşağıdakı sözlər ilə ifadəsinə başlamışdır: "İlk növbədə bildirmək istəyirəm ki, bu hadisədən 10 ildən artıq vaxt keçib. Onagörə ola bilər ki, bəzi məqamları fərqli şəkildə izah edim" Halbuki məhkəmə iclasının audio və video yazılarında beşinci yazıda zərərçəkən ifadəsini bu sözlər ilə başlamamışdır. Bu ifadə qeyri-müəyyən şəkildə proses iştirakçılarının məlumatı xaricində əlavə edilmişdir. Daha sonra zərərçəkən Zərərçəkmiş şəxs ifadəsi xx.xx.2023-cü il tarixli BakıAğır Cinayətlər Məhkəməsinin hökmündən köçürülməklə, yazılmışdır. Zərərçəkən ümumiyyət lə 1,000,000.00 (bir milyon) ABŞ dollarını hissə-hissə verdiyini cəmi 1 mln.ABŞ dollar borc məbləğinə uyğun pul verdiyini məhkəmə iclasının audio və videoyazısında təsbit edilsə də məhkəmə iclas protokolunda köçürülmüş rəqəm toplamdaverdiyi pulun 1,948,000.00 (bir milyon dogquz yüz qırx səkkiz min) AB$ dollarıolduğunu göstərir. Həmçinin protokolda hökmdən köçürülərək, Rəhim adlı şəxsə 1 milyonABŞ dolları pul verildiyi yazılsa da məhkəmə iclasının audio video yazılarında da təsbitedildiyi kimi Bakı Ağır Cinayətləri Məhkəməsində qətiyyətlə səsləndirdiyi Rəhim adlı şəxsizərərçəkən Bakı Apellyasiya Məhkəməsində Malik adlı şəxs adlandırmağa başlamışdır ki,hətta məhkəmə sədrinin suallarına da Rəhim və yaxud Malik adlı şəxsə 1 mln. ABŞ dollarıpulu vermişdir kimi təzadlı, ziddiyyətli ifadələr verm işdir. İfadəsində dövlət ittihamçısının suallarına cavab hissəsində sualları cavablandırmaqla verdiyi ifadə həmin gün iclas zalında verdiyi ifadəni əhatə edir. Məhkəməiclas zalının audio və video çəkilişində də təsbit edilmişdir. Bu isə zərərçəkən PoladxanDadaşovun daha öncə Bakı Ağır Cinayətlər Məhkəməsində və istintaqda verdiyi ifadələriilə ziddiyyət təşkil edir. Onun tərəfindən həqiqətən də bu pulların nəinki təqsirləndirilən şəxsMəhkum, həmçinin ümumiyyətlə kiməsə verilib-verilməməsini şübhə altına alır,ehtimallar yaradır. İfadəsində müdafiəçinin suallarına cavab hissəsində sualları cavablandırmaqla verdiyi ifadə həmin gün iclas zalında verdiyi ifadəni əhatə edir. Məhkəmə iclas zalının audiovə video çəkilişində də təsbit edilmişdir. Bu isə zərərçəkən Zərərçəkmiş şəxs daha öncəBakı Ağır Cinayətlər Məhkəməsində və istintaqda verdiyi ifadələri ilə ziddiyyət təşkil edir. Onun tərəfindən həqiqətən də bu pulların nəinki təqsirləndirilən şəxs Məhkum,həmçinin ümumiyyətlə kiməsə verilib-verilməməsini şübhə altına alır, ehtimallar yaradır. İfadəsində sədrlik edənin suallarına cavab hissəsində isə qətiyyətli şəkildə “Rəhimadlı şəxsə pul vermişəm” ifadəsi də məhkəmə iclas zalının audio və video çəkilişindəRəhimdirmi yoxsa Malikdirmi təzadlı ifadəsi ilə ziddiyyət təşkil edir. Daha sonra xx.xx.2023-cü il tarixli iclas protokolunda təqsirləndirilən şəxs Məhkum son sözündə Məhkum aşağıdakı sözləri qeyd edilməmişdir: "Məhkəmədən xahişində zərərçəkən Zərərçəkmiş şəxs ifadələri ziddiyyətli vəşübhəlidir, şübhəli və ehtimal olunan hallar Azərbaycan Respublikası Cinayət Prosessual qanunveric iliyə görə təqsirləndirilən şəxsin xeyrinə nəzərə alınmalıdır. Verdiyim qəbz olsa-olsa ən pis halda mülki borc kimi baxıla bilər, bu qəbzin verilməsində hər hansı bir cinayət tərkibi yoxdur." Təqsirləndirilən şəxs Məhkum son sözündə protokolda buraxılmış yuxarıdakı ifadə məhkəmə iclas zalının həmin günün audio və video yazılarında təsbit edilmişdir. Əlavə olaraq bildirməliyik ki, qismən məhkəmə istintaqı zamanı 1,000,000.00 (bir milyon) ABŞ dollarının verildiyi ehtimal olunan Şahid10 şahid qismində məhkəmə iclasına dəvət edilmişdir və onun verdiyi ifadə ibtidai istintaq üzrə tərtib edilmiş ittiham aktının və Bakı Ağır Cinayətlər Məhkəməsinin ittihamedici hökmünün tam əssasız olmasını bir daha təsdiq etdi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iclas protokolunda Şahid10 şahid ifadəsi həmin günün iclas zalının audio-video yazısına uyğun qeyd edilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında onun ifadəsinin “Təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi xatırlamır və ola bilər ki, zərərçəkmiş şəxsin pul verdiyi Rəhim adlı şəxs başqa Rəhim olmuşdur" bu iki cümləsi Şahid10 məxsus deyil. Həmin günün iclas protokolu və audio və video yazılarında qeyd edildiyi kimi Şahid10 adı,soyadı və atasının adı qeyd olunmaqla, təqsirləndirilən şexs məhkəmə zalında və zərərçəkən şəxs şifahi qaydada təqdim edilməklə, ayrı-ayrılıqda onları tanıyıb-tanımaması sorğu sual edilmiş, həm təqsirləndirilmiş şəxsin müdafiəçisi Müdafiəçi eyni məzmunlu sualına, həmçinin məhkəmə iclasına sədrlik edən Qədim Babayevin həmin şəxsləri tanıyıb, tanımaması sualların a təqsirləndirilən şexse ve zərərçəkən şəxsə münasibətdə ayrı-ayrılıqda hər dəfə Şahid10 tərəfindən “Xeyr, tanımıram ” cavabları verilmişdir. Məhkəmə qərarında isə qeyri-müəyyən tərzdə bu cavab təhrif olunaraq, "xatırlamır" kimi qeyd edilmişdir. Məhkəmə zalında Cinayət Kollegiyası Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı sorğuya əsaslanaraq, həmin dövrdə Bakı şəhəri ərazisində məhz Şahid10 olmasına əmin olduqları halda əlavə olaraq ona sual verildi ki, başqa Rəhim adlı şəxsi "xxxx"da tanıyırdı ya yox, bu suala da Şahid10 qətiyyətli cavab vermiş və "Xeyr, tanımıram" demişdir. Məhkəmə iclasının həmin günə tərtib edilmiş protokollarında və audio və video yazılarında da qeyd etdiyimiz cavab öz əksini tapmasına baxmayaraq. məhkəmə qərarında yanlış olaraq şahidin ifadəsi "ola bilər ki, z ərərçəkmiş şəxsin pul verdiyi Rəhim adlı şəxs başqa Rəhim olmuşdur" kimi qeyd edilmişdir. İttihamedici hökmü qüvvədə saxlayan qərarda Şahid10 qətiyyətli cavabları məhkəmə qərarında qeyd edilsə, birbaşa bəraətverici əsasları bərqərar etmiş olardı. Cinayət işinin əsas əhəmiyyət kəsb edən məqamı Şahid10 ilə zərərçəkən Zərərçəkmiş şəxs və təqsirləndirilmiş şəxs Məhkum birbaşa və yaxud dolayı əlaqələri, bu cinayət işində öz təsdiqini tapmadı, bu təsdiq olmadığı halda zərərçəkənə görə təqsirləndirilmiş şəxsə tərtib edilmiş ittiham da əsassızdır. Bütün qeyd olunan prosessual pozuntular, ona dəlalət edir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs 1 000 000 (bir milyon) ABŞ dolları pulu almamışdır. Ona görə də hesab edirik ki, Məhkum bəraət verilməlidir. Hüquqi məsələlər: Məhkum və müdafiəçi sinin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum zərər çəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməməsini, onun əməlində bu cinayətin tərkib əlamətlərinin olmamasını, buna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində qanunsuz və əsassız yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146- cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəs inin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin ye ni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsind ə müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-ed ilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayətprosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslə rin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinay ət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsin ə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törə tməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlə rdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu v ə ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Kassasiya şikayətində də istinad olunan “Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olm ayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmas ına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət müha kimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət pros esinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da on un təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədil məsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işinə baxılarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvaf iq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-nin 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və y a az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın d üzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, hə min maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsas landıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nə ticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılm ış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ə dalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı ol mayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətn də Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qəra rları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidə n baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarı n 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları ə sas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin və beynəlxalq müqavilələrin normalar ının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini S.V.Rəhimovanın ona qarşı irəli sürülmüş ittihamda və təqsirli bilinərək məhkum olunduğu, hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş cinayət əməllərini törətməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticə üzrə həmin məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarını yoxladıqda, onların yuxarıda istinad olunan qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqı nda tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özü nün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq CM-in 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzlu q cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlə rinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-in İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə dey il, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsə di ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmı ş hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymə tləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq ci nayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs ya lnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən 11 iyun 2015-ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən et mək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası dələduzluq cinayətinə yuxarıda verilmiş təfsirdən, Al i Məhkəmənin Plenumunun izahlarından çıxış edərək hesab edir ki, Məhkum hazırki iş üzrə zərərçəkmişə qarşı məhz dələduzluq cinayətini törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni zərər çəkmiş şəxsin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında heç bir təsir və ya təzyiq göstərilmədən verdikləri ardıcıl ifadələri ilə yanaşı, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə, bir hissəsi isə həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilsə də, məhkəmə kollegiyası hazırki qərarda da həmin sübutların bir qisminə istinad etməyi zəruri bilir. İşdə olan "xxxx" MMC-in 09 iyul 2014-cü il tarixli 14541 nömrəli müşayiət məktubu ilə istintaqa təqdim edilmiş bir ədəd CD diskin məzmununda olan rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X7 istifadəsində olmuş 050-516-87- 00 mobil nömrəsi X2 adına qeydiyyata alınmaqla abunəçinin ünvanı Bakı şəhəri qeyd olunmuşdur. Baxış zamanı zərərçəkmiş şəxs X7 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2013 cü il tarixdə saat 23:19:06 dəqiqədə **********314 mobil nömrəsinə “Pamiz zanq ela.sroçno” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 00:30:32 dəqiqədə **********314 mobil nömrəsinə “Çava bermayaçaksam? ramiz armızda başqa sonbat yaranaçaq tel çav ver” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 11:50:05 dəqiqədə **********314 mobil nömrəsinə “Ramiz salam man sani qozlairam.çavab ver” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 17:48:34 dəqiqədə **********314 mobil nömrəsinə “Çavab ver” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 18:18:23 dəqiqədə **********314 mobil nömrəsinə “Ramiz” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:51:02 dəqiqədə **** ******314 mobil nömrəsinə “Ramiz çavab verda” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 13:40:57 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz sana sozum var teli qotur mazqi elma” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 13:47:23 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz sonbat taçilidir sonra qeç olaçaq” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 16:03:19 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz qurtarmadı soxbatin? Mani qozlairlar. Uşaqlara çavab vermak lazımdır.zanq ela” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 16:09:40 dəqiqədə **********444 mobil nömrəsinə “Mana çavab ver tez” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 16:27:56 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz eşitmirsan? Qormirsan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 16:36:28 dəqiqədə **********444 mobil nömrəsinə “ Manim vaxtım yoxdu. Sozumizda sana va evreylardi. Uşaqlar çavab qozȂlair man sanla danışmalıyam.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 17:02:13 dəqiqədə **********444 mobil nömrəsinə “Başa duşmirsan.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 19:40:47 dəqiqədə **********444 mobil nömrəsinə “Pamiz san neça Adamsan zanq ela. Mana çavab ver” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 40:45:13 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz san na demak istairsam.zanq etmamayda. Sozuni de.yoxsa pulu ver” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:14:46 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz jivoysan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:34:24 dəqiqədə **********444 mobil nömrəsinə “Qaydaçaksan moskvaya yoxsan man qalim sibira. Pul lazımdır mana” məzmunlu, xx.xx.2013 cü il tarixdə s aat 14:36:19 dəqiqədə **********444 mobil nömrəsinə “Na vaxt?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 12:08:40 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz çavab ver naradasan adam kişi olar çox qaçaçaqsan mandan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 19:11:59 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz mana zanq elamasan sabax evrdylarin dalı daqılaçak.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 21:06:17 dəqiqədə **********314 mobil nömrəsinə “Ramiz çavab ver. Polad” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 21:26:46 dəqiqədə **********314 mobil nömrəsinə “Yena qoruşdasan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 22:53:41 dəqiqədə **********314 mobil nömrəsinə “Ramiz eşitmirsan bu olkada yoxsan ya tela baxmırsan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 12:17:43 dəqiqədə **********314 mobil nömrəsinə “Ramiz zanq ela.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:36:37 dəqiqədə **********444 mobil nömrəsinə “Ramiz kişisan çavab ver” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 15:40:53 dəqiqədə **********444 mobil nömrəsinə “Kişi tel çavab ver.adamsan işi çatinlaşdirma.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 15:50:55 dəqiqədə **********444 mobil nömrəsinə “Pulu ver qozlayan var. Problem yaratma soz danışmısan” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 18:21:15 dəqiqədə **********444 mobil nömrəsinə “Kişi ol tel qotur yoxsa sabax sanin evreylarun arvadın sikaçam.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 19:43:25 dəqiqədə **********444 mobil nömrəsinə “Ram kişi zanq ela adını kişi qoymusan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 23:14:58 dəqiqədə **********444 mobil nömrəsinə “ Kişsan çavab ver.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 12:35:17 dəqiqədə **********444 mobil nömrəsinə “Pulu ver! Saninçun pis olaçaq. San mani başa duşmadin” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 13:34:22 dəqiqədə **********444 mobil nömrəsinə “Qanba pulu üatdır yoxsa sani sikaçam oqraş.” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:05:39 dəqiqədə **********444 mobil nömrəsinə “Sikimi yeyarsan qoraçaksan pul çatmasa sani neça sikaçam san qanbasan oqraş manim pulumla yaşayırsan olda adını kişi qoymusan?” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:07:32 dəqiqədə **********444 mobil nömrəsinə “Yaxşı fikirlaş oqraş kimdi. Çavab tapmasan man sana izan edaram” məzmunlu, xx.xx.2013 cü il tarixdə saat 14:15:09 dəqiqədə **********444 mobil nömrəsinə “Baxarıq.qanba. Man ela onu istairam bakını. ” məzmunlu ismarıclar göndərilməsi müəyyən edilmişdir. Bundan başqa baxış zamanı zərərçəkmiş şəxs X5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin antena bölməsinə baxış zamanı 2013-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinin anten əhatə dairəsi Bakı şəhəri 28 may küçəsinin antena əhatə dairəsində olmuşdur. 17 may 2013-cü il tarixdə saat 12:48:04 dəqiqədə ***-***-**-** mobil nömrəsi ilə aparılan telefon danışığı Bakı şəhəri 28 may küçəsi və F.X.Xoyski,Koroglu Rahimov küçələrinin anten əhatə dairəsində olmuşdur.. Bundan başqa **********314 və **********444 mobil telefon nömrələri ilə X5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 2013-cü ilin müxtəlif vaxtlarında telefon vasitəsi ilə danışıqlar olmuşdur. Cinay ət işinin istintaq materiallarına Rus dilindən Azərbaycan dilinə tərcümə olunaraq əlavə edilmiş 19 sentyabr 2013-cü il tarixli qəbzdən görünür ki, Məhkum Zərərçəkmiş şəxs biznesin inkişafı üçün 1.012.000 ABŞ dolları məbləğində pulu götürmüş və həmin pulu xx.xx.2014-cü il tarixədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Bundan başqa həmin pula əlavə olaraqda 25 min ABŞ dolları dividend kimi ödəyəcəyini öz öhdəsinə götürür. Həmin qəbz Məhkum, Şahid8 və Zərərçəkmiş şəxs tərəfindən imzalanır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 29 mart 2022ci il tarixli 4/299 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, 19 sentyabr 2013-cü il tarixli qəbzdəki yazılar və Məhkum adından olan imzalar eyni şəxs, Məhkum tərəfindən icra olunmuşdur Məhku m özü də nə ibtida araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında hər hansı sübutun yolverilməzliyini təsdiq edən heç bir dəlil irəli sürməmiş və onların (xüsusilə də zərər çəkmiş şəxslərin ifadələrinin) sübutlar siyahısından çıxarılması haqda təşəbbüslə çıxış etməmiş, onun iddiaları isə yalnız ehtimallar üzərində qurulmuşdur. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinə əsasən yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hans ı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 125.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilənlər də Məhkum zərər çəkmiş şəxsə məxsus pul vəsaitlərini ələ keçirmək niy yətinin əvvəlcədən yaranmasına və onun sonuncuları aldatmaqla və etibarlarından sui-istifadə etməklə həmin pulları ələ keçirməsinə, zərər çəkmiş şəxsə xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin l ehinə və əleyhinə ifadələr vermiş zərər çəkmiş şəxsləri və şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən S.V.Rəhimovanın əməllərinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun və müdafiəçinin kassasiya şikayətində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib edildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini qəbuledilməz sayaraq belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum ona təyin olunmuş cəzanın açıq-aşkar ağır olması barədə dəlillər və belə dəlillərə əsasən həmin cəzanın yüngülləşdirillməs haqda tələb irəli sürülməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də yoxlamış və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi də həll olunarkən məhkəmə CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini səciyyələndirən halları, o cümlədən CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən etməsə də, habelə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bütün bu hallara uğun olaraq ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmiş, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu məsələ ilə bağlı həmin məhkəmənin mövqeyi ilə razılaşmış və əsaslı nəticəyə gəlmişdir. Bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün ə saslar görmür və eyni zamanda həmin qərarın istər cəza təyini hissəsində, istərsə də başqa hissələrdə dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Zəminə Əliyevanın və Müdafiəçi çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2207/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2207/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver