Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2209/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 17 avqust 1984-cü ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Unive rsal Education” şirkətinin rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 167-3.1-ci və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-131/2025 nömrəli 29 aprel 2025ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin (hakim: X3) 1(012)-551/2024 nömrəli 23 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək barəsində Cinayət Mə cəlləsinin 167-3.1-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətə, həmin Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 22 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-131/2025 nömrəli 29 aprel 2025ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), R.Ə.Ağayev və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, həmin Məcəlləsinin 228.1-ci maddəsi ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edil miş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 22 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli bir ədəd yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanı, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 1 ədəd darağı, təyinatı üzrə istifadə və atəş üçün yararlı vəziyyətdə olan zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 09x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatı hesab edilən 04 ədəd patronu qanunsuz olaraq əldə edib gəzdirməklə əlində olan boz rəngli əl çantasının içərisində saxlayıb ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 22 iyul 2023-cü il tarixdə saat 13:50-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 15:41-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində tutduğu boz rəngli əl çan tasının içərisindən bir ədəd yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq və 09x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatı hesab edilən 4 ədəd patron aşkar edilərək götürülmüşdür.. Belə ki, Məhkum tamah niyyəti ilə narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan X2 və «Əli» adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 18 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində sonuncunun yerləşdirdiyi və X2 tərəfindən istintaqa məlum olmayan ünvandan əldə edilmiş ümumi təmiz çəkisi 0,532 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qramını 18 aprel 2023-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Yasamal rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Nurpaşa Tomayevdən götürərək şəxsiyyəti istintaqa məlum olmayan «Mişa» adlı şəxsə çatdırmaq üçün üzərində saxlayaraq daşımış və həmin gün saat 19:40 radələrində Nərimanov rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Nərimanov rayonu, X8 küçəsi 16 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış m əqsədi ilə Nurpaşa Tomayevdən qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,282 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə dini ekstemist materiallar, yəni dini ektremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar olduğunu bilə-bilə “X5 hocaefendi” yazılmış kserosurətlər (24 vərəq), “Kim terör örgütü?” yazılmış kserosurətlər (2 vərəq) “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?” yazılmış kserosurətlər (2 vərəq), “Cumhuriyet de tuzağa düştü” yazılmış kserosurətlər (2 vərəq) “Mülaane kim vurdu” yazıl mış kserosurətlər (2 vərəq), “ASUS” markalı noutbukda olan “Fethullah Gülen” hocaefendinin hizmet anlayışı” slaydı ünvan 6 ünvanında yerləşən iş otağında və yaşadığı ünvan 7 ünvanında saxlamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli qərarı əsasında Məhkum iştirakı ilə 22 iyul 2023-cü il tarixdə saat 20:26-dan etibarən ünvan 6 ünvanında yerləşən iş otağına keçirilmiş axtarış istintaq hərəkəti zamanı iş masasının üzərindən içərisində dini ekstermist material hesab edilən, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran “Fethullah Gülen hocaefendinin hizmet anlayışı” slaydı olan “Asus” markalı noutbuk aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin davamı olaraq B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli qərarı əsasında Məhkum iştirakı ilə 22 iyul 2023-cü il tarixdə saat 22:20-dən etibarən onun yaşadığı ünvan 9 ünvanında yerləşən evə keçirilmiş axtarış istintaq hərəkəti zamanı evin uşaq otağında olan şkafın üzərindəki dini ekstremist materiallar hesab edilən, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran “X5 hocaefendi” yazılmış kserosurətlər (24 vərəq), “Kim terör örgütü?” yazılmış kserosurətlər (2 vərəq) “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?” yazılmış kserosurətlər (2 vərəq), “Cumhuriyet de tuzağa düştü” yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?” yazılmış kserosurətlər (4 vərəq), “Mü laane kime vurdu” yazılmış kserosurətlər (2 vərəq), aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini və ya cinayət işinin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə təyin edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə iş üzrə ədalətsiz qərar qəbul edilmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş ma terialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı məhkumun müdafiəçisi Müdafiəçi1 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-131/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasi
Məhkəmə qərarları › İş №1(102)-2209/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2209/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver