Məhkəmə qərarları › İş №1(102)-221/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-221/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-221/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X14 oğlunun iştirakı ilə 13 avqust 1983-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə (hakim Z.C.Tahirov) X10 - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.Ş.H üseynov (sədrlik edən), G.İ.Cavadova və R.R.Rəfiyev) apellyasiya protesti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X10 ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində saxlayaraq daşıdığı 10 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,038 qr., 0,047 qr., 0,046 qr., 0,051 qr., 0,048qr., 0,054 qr., 0,057 qr., 0,045 qr., 0,051., 0,077qr. olan, birlikdə ümumi təmiz çəkiləri 0,514 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Zaqatala şəhəri «Qala düzü» adlanan ərazidə tanışı ünvan 2 ünva nında yaşayan Təqsirləndirilən şəxs 60 manata satmış, 18 sentyabr 2020-ci il tarixdə, axşam saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın ön sağ cibində saxladığı bir ədəd kağız bükülüyə qoyduğu 10 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 0,514 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa tə yin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə Bəraət almış şəxsa bəraət verilməsinə dair əsas sübut növü kimi Təqsirləndirilən şəxs ibtidai istintaqın son mərhələsində dəyişilmiş və məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrə əsaslanmışdır. Həmin ifadələrində Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitəni Bəraət almış şəxsdan deyil, başqa bəraət almış şəxs adlı şəxsdən aldığını bildirmişdir. Halbuki, istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni məhz Bəraət almış şəxsdan aldığını bildirmiş və həmin ifadəsini R.Rəsulovla üz ləşdirmə zamanı da təsdiq etmişdir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən X10 CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair hökmün dəyişdirilmədən saxlanılmasına dair qərar qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərin ə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin mə hkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, R.Rəsulovun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-in 1.1- ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiq ətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq R.Rəsulova bəraət vermiş, apelyasiya instansiya məhk əməsi isə əsaslı olaraq hökmü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittih am tərəfinin üzərinə düşür İş üzrə tərtib edilmiş ittiham aktına əsasən təqsirləndirilən şəxs X13 ittiham aktına əsasən, xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində saxlayaraq daşıdığı 10 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, birlikdə ümumi təmiz çəkiləri 0,514 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, saat 15 radələrində Zaqatala şəhəri «Qala düzü» adlanan ərazidə tanışı ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs 60 manata satmış, 18 sentyabr 2020-ci il tarixdə, axşam saat 18 radələrində Balakən RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, üzərində şəxs i axtarış aparılarkən əynindəki cins şalvarın ön sağ cibində saxladığı bir ədəd kağız bükülüyə qoyduğu 10 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 0,514 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, X13 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşamış,əvvəllər nаrkоtik vаsitədən istifаdə etmiş, təxminən 1-2 il olar ki, narkotik vasitələrdən istifadə etməmişdir. O, X10 oğlu adlı şəxsə narkotik vasitə satmamışdır. Ümumiyyətlə, heç kimə heç vaxt narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs tutulаn ərəfədə оnunlа telefonlа danışsa da, İlqarı həmin vaxt görməmişdir. X10ın mоbil telefоnundа onun telefоn nömrəsi olduğuna görə, onu Bаlаkən rаyоn pоlis şöbəsinə а pаrmışlar. Pоlis şöbəsində o, X10ı görmüş və bildirmişdir ki, X10lа аrаlarındа telefоn dаnışığı оlub, lаkin bаşqа mövzudа, yəni hissəhissə ödənişlə mаşın almaq barədə olmuşdur. X10 ona zəng edərək pulunu hissə-hissə ödəmək şərti ilə özünə mаşın təşkil etməyi xаhiş etmişdir. Yаxın dоstu özünə məxsus “Оpel” mаrkаlı аvtоmоbili həmin qаydаdа sаtmаq istədiyi üçün o, аrаçılıq edib həmin mаşını X10а sаtmаq istəmişdir. Bаlаkən rаyоn pоlis şöbəsində üzərində аxtаrış edib heç nə tаpmаmışlar, sоnrа onun rаzılığı ilə evində аxtаrış etmişlər və yenə də heç nə tаpmаdıqlаrı üçün bir sutkа onu sаxlаdıqdаn sоnrа аzаd etmişlər. Həmin vаxt heç bir sübut оlmаdığı üçün pоlis şöbəsində onun bаrəsində оlаn аrаşdırmаyа xitаm verilmiş, lаkin prоkurоrluq bununlа rаzılаşmаmış və qərаrı ləğv etmişdir. Özünün şəxsi av tomobili olmasa da, avtomobillərin qiymətlərini bilmiş və onları satan şəxsləri tanımışdır. Faktiki olaraq isə maşınları gətirib, onları satmaqla məşğul olmuşdur. Sadəcə bu işdə, yəni maşın alqı-satqısında vasitəçilik etmişdir. Təqsirləndirilən şəxs də ona xx.xx.2020-ci il tarixdə zəng edib, özünü təqdim edərək köhnə “Jiquli” və ya “Opel” almaq istədiyini demiş və maşınların qiymətləri ilə maraqlanmışdır. X11 аdlı şəxsi tаnımаmış və оnunlа heç bir münаsibəti оlmаmışdır. X11 məhkəmədə özü etirаf etmişdir ki, hər dəfə pоlis əməkdаşlаrının təhriki ilə о, tаnımаdığı müxtəlif şəxslərin аdlаrını çəkib və оnlаrın üzünə durub və həmin şəxslər də cinаyət məsuliyyətinə cəlb оlunublаr. Ona görə də barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, nаrkоtik vаsitədən təxminən 1-2 il bundаn əvvəl istifаdə etmişdir. Аrtıq uzun müddətdir ki, istifаdə etməmişdir. O tutulаn gün Bəraət almış şəxslа bir neçə dəfə telefоnlа dаnışıb. Bəraət almış şəxsın nömrəsini ona X11 verib. Çünki o, X11lə rаstlаşаndа оnа bildirib ki, mаşın аlmаq istəyir. X11 ona Bəraət almış şəxsın nömrəsini mаşın аlverinə bаxаn şəxs kimi verib və o da məhz mаşın аlmаq üçün Bəraət almış şəxsа bir neçə dəfə zəng etmişdir. O, mаşını nisyə, yəni pulunu hissə-hissə ödəmək şərti ilə аlmаq istəyirdi. X11 də ona demişdir ki, Bəraət almış şəxs bu işə bаxır. Zaqatalа şəhərinə getməyinin səbəbi yaşadığı evin təmiri ilə bağlı kafel almaq olmuşdur. X15 nömrəsini ona narkotik vasitə almaq üçün verməyib. T utulmаmışdаn əvvəl nаrkоtik vаsitəni kimdən аldığını xаtırlаmır və tаnımır, çünki bilаvаsitə həmin şəxsdən nаrkоtik vаsitə аlmаyıb, üçüncü şəxsin vаsitəsi ilə аlmışdır. Bəraət almış şəxsın vаsitəsi ilə Zаqаtаlа şəhərindən “Оpel” mаrkаlı аvtоmаşın аlmаq istəyib, lаkin аvtоmаşının sаhibi ilə kredit bаrədə rаzılığа gələ bilmədikləri üçün həmin mаşını аlа bilməyib. O, pоlis şöbəsində müxtəlif cür psixоlоji təzyiqlərə məruz qаlmışdır. Оrаdа ona qаrşı fiziki təzyiqlər оlmаsa da, həmin vаxt onu pоlis şöbəsində dindirəndə, üzərinə bаxış keçirəndə və sаir əməliyyаt-аxtаrış hərəkətləri ediləndə, ümumiyyətlə, çоx gərgin vəziyyət vаr idi və o da ömründə birinci dəfə idi ki, belə bir vəziyyətə düşdüyü üçün nə etdiyinin və suаllаrа nə cür cаvаb verdiyinin fərqində оlmаmışdır. Yəni nə deyiblərsə, оnu təs diqləyib, hаrа deyiblərsə, оrа dа imzа edib. Onu pоlis şöbəsinə аpаrаndаn sonra orada bаşqа şəxslər bаrəsində də ondan sоruşublаr. Həmin vаxt pоlis şöbəsində bir çоx şəxsin аdlаrını sаdаlаyıb və ona deyiblər ki, Bəraət almış şəxsdаn dа nаrkоtik vаsitə аldığını desin. O, həmin vаxt Bəraət almış şəxsın аdını desə də, Bəraət almış şəxsı nəzərdə tutmаyıb. Belə ki, Zаqаtаlаdа Bəraət almış şəxs аdlı bаşqа şəxs də vаr, hаnsı ki, vаxtı ilə оndаn nаrkоtik vаsitə аldığı üçün məhz həmin Bəraət almış şəxsı nəzərdə tutaraq belə bir аd demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bаlаkən RPŞ-nin bаş əməliyyаt müvəkkili Şahid1 göstərmişdir ki,o,Bəraət almış şəxsu əvvəllər tаnımаmış,hаdisə günü X10 sаxlаnılаrаq pоlis şöbəsinə gətirilmiş və оrаdа оndаn nаrkоtik vаsitəni kimdən аldığını sоruşduqdа о, nаrkоtik vаsitəni Zаqаtаlа sаkini Bəraət almış şəxsdаn 60 mаnаtа аldığını demişdir. Həmin vаxt X10а qаrşı nə fiziki, nə də psixoloji təzyiq оlmamışdır. Bundаn sоnrа keçirilən istintаq hərəkətlərində o, iştirаk etməmişdir. X10 nаrkоtik vаsitəni Rаşаddаn аldığını bildirdikdən sоnrа və Bəraət almış şəxs аrtıq məlum оlduqdаn sоnrа nə üçün Bəraət almış şəxsın həmin gün deyil, məhz 20 gün sоnrа tutulmаsı bаrədə heç bir məlumаtı olmamışdır. Çünki, həmin vаxt əməliyyаt tаpşırığı ona yаzılmаmışdır. Bəraət almış şəxsı müəyyən etmək üçün əməliyyаt-аxtаrış təqdiri keçirilməmiş, bu fаkt istintаq zаmаnı аşkаr оlunmuşdur. X11 bаrədə heç bir məlumаtı olmamış, оnu tаnımır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Bаlаkən RPŞ-də pоlis nəfəri Şahid3 göstərmişdir ki, o, Bəraət almış şə xsu və X10 hаzırkı işdən tаnımış və əvvəllər heç birini tаnımаmışdır. Belə ki, həmin vаxt əməliyyаt-аxtаrış hərəkətləri аpаrılаrkən o, videоçəkiliş etmişdir, yəni Bəraət almış şəxsun və X10 üzərinə bаxış keçirəndə və evində аxtаrış аpаrılаndа həmin prоseslərin videоçəkilişini аpаrdığı üçün kimin nə deməsini xаtırlаmır. Yalnız yadında qalmışdır ki, üzərinə bаxış keçirilən zаmаn X10ın cibindən nаrkоtik vаsitə çıxmış və оndаn həmin nаrkоtik vаsitəni hаrdаn аldığını sоruşdulаr demişdir ki, Bəraət almış şəxsdаn аlıb. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər mаşın аlveri ilə məşqul оlduğu üçün Bəraət almış şəxs bаrəsində də mаşın аlverinə bаxаn şəxs kimi eşitmiş və оnunlа əvvəllər təxminən 2-3 dəfə görüşmüşdür. X10 onun bibisinin e vi ilə qоnşuluqdа yаşаmış,bir gün bibisigilə getdiyində оnunlа оrаdа rаstlаşmışdır. X10 ona demişdir ki, nisyə, yəni pulunu hissə-hissə ödəmək şərti ilə mаşın аlmаq istəmişdir. Həmin vаxt o, аrtıq mаşın аlverinə bаxmаdığını bildirmiş və demişdir ki, tаnıdığı mаşın аlverçisi vаr, оnun telefоn nömrəsini verə bilər. Həmin gün X10а Bəraət almış şəxsın telefоn nömrəsini verib və demişdir ki, оnun dediyi qаydаdа mаşını аlmаq üçün Bəraət almış şəxsа mürаciət etsin. Bir müddət sоnrа onu pоlis şöbəsinə dəvət etmiş və оrаdа mənə heç bir yаzı yаzılmаyаn kаğızlаr verərək həmin kаğızlаrа imzа etdirmişlər. İbtidаi istintаq zаmаnı o, Bəraət almış şəxsın аdını verməmiş,əgər deyibsə,bаşqа Bəraət almış şəxsı nəzərdə tutmuşdur. Bаşqа Bəraət almış şəxs həmin şəxsdir ki, hаnsı ki, оnu rаyоndа hаmı nаrkоtik аlv erinə bаxаn və bir neçə dəfə də həmin əməlinə görə məhkum оlunаn şəxs kimi tаnımışdır.Yəni bu Bəraət almış şəxs həmin Bəraət almış şəxs deyildir. Şahid4 birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, həmin dönəmdə Balakən Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. 2020-ci ilin sentyabr ayında Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt ona əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs tutduqlarını və özünün də həbs olunmaq istəmirsə, Təqsirləndirilən şəxs və tanımadığı Zaqatala rayon sakini bəraət almış şəxs adlı şəxsə qarşı ifadə verməli olduğunu bildirmişlər. O da polis əməkda şlarının onu şərləyərək, həbs edəcəklərindən qorxduğu üçün onlarla razılaşmışdır. Polisin nəzərdə tutduğu bəraət almış şəxsın Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitdiyi “İranlı bəraət almış şəxs” ləqəbi ilə tanınan Hünərbəri bəraət almış şəxs olduğunu düşünmüşdür. Həqiqətdə Təqsirləndirilən şəxs ilə aralarında heç vaxt narkotik vasitə ilə bağlı söhbət olmamışdır. Təqsirləndirilən şəxs bir ağsaqqal kimi tanımışdır. Balakən RPŞ-nin əməkdaşları ondan başqa işlərdə də, o cümlədən, hazırda Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan X12 işi üzrə də öz mənafeləri üçün istifadə etmişlər. Faktiki olaraq həmin işdə də Balakən RPŞ-nin əməkdaşları ona pul vermişlər ki, X12 müxtəlif üsullarla təhrik edərək, ondan narkotik vasitə alsın. O, Təqsirləndirilən şəxs Bəraət almış şəxs adlı şəxsin narkotik vasitə satmasını və ondan narkoti vasitə almasını deməmiş, bundan əvvəl Bəraət almış şəxsu tanımamış və onun Təqsirləndirilən şəxs narkotik vasitə satmasını görməmiş və bilməmişdir. Onun məhkəmə iclasında verdiyi bu ifadəsi doğrudur. İş materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 07 dekabr 2020-ci il tarixli, 1014 nömrəli rəyindən görünür ki, X13 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Cinayət işinə dair məlumatların ələ keçirilməsinə dair” 19 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, 055 *** ** ** mob il telefon nömrəsi ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına, 055 *** ** ** mobil telefon nömrəsi isə ünvanı «1031,8,,,» kimi göstərilmiş Bəraət almış şəxs adlı şəxsin adına sənədləşdirilimişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi ilə Bəraət almış şəxsun istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə zəng edərək saat 12:55-də 4 saniyə, saat 12:56-da 66 saniyə, saat 13:07-də 84 saniyə, saat 13:35–də 36 saniyə danışmış, Bəraət almış şəxsun adına qeydə alınmış 055 *** ** ** nömrəsindən saat 13:49-da Təqsirləndirilən şəxs zəng olunaraq 21 saniyə, Təqsirləndirilən şəxs həmin nömrəyə 14:02-də zəng edərək 40 saniyə, 14:18-də Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəsinə zəng edərək 10 saniyə, 14:30 -da 8 saniyə, 14:41-də 9 saniyə, 17:09-da 74 saniyə, 17:19-da 44 saniyə danışmışlar. Təqsirləndirilən şəxs abunəçisi olduğu 055 *** ** ** mobil telefon nömrəsindən Bəraət almış şəxsun hər hansı nömrəsinə sms göndərilməmiş və ya onun nömrəsinə qeyd edilən şəxsin istifadə etdiyi mobil telefon nömrələrindən sms daxil olmamışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəçisi olduğu 055 *** ** ** nömrəsi saat 14:30 radələrindən 14:47 radələrinədək Zaqatala Olimp Kompleksi, Zaqatala Sülh küçəsi şanının əhatə dairəsində olmuşdur. İş materiallarında olan “Telefon danışıqlarına dair ələ keçirilmiş məlumatların ləğv edilməsi barədə” 19 oktyabr 2020-ci il tarixli protokolda qeyd olunur ki, “ Balakən Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X4 tərtib edir həmin protokolu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51 və 259.5-ci maddələrinə əsasən ondan ötrü ki, ********* nömrəli cinayət işi üzrə ələ keçirilmiş məlumatlardan işə aid olan məlumatların ələ keçirilməsi barədə protokol tərtib edilərək, cinayət işinin materiallarına əlavə edilmiş və işə aid olmayan əldə edilmiş məlumatlar ləğv edildi.” Ancaq iş materiallarından da göründüyü kimi, "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqlarına dair disk tam olaraq məhv edilmişdir ki, bu da həmin sübutun məhkəmə istintaqında tədqiqini mümkünsüz etmişdir. İş materiallarında olan Zaqatala rayon prokuroru, ədliyyə müşaviri Rasim Musayev tərəfindən təsdiq edilmiş 16 may 2021-ci il tarixli “İttiham aktı”ndan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayon lararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 28 fevral 2021-ci il tarixli 178 nömrəli rəyinin surətindən görünür ki, X8 narkotik vasitə olan heroindən epizodik istifadə halları olub, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Balakən rayon prokuroru, ədliyyə müşaviri X14tərəfindən təsdiq edilmiş 10 noyabr 2020-ci il tarixli “İttiham aktı”ndan görünür ki, hazırkı iş üzrə Şahid4, X5 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə və X6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə də şahid qismində dindirilmişdir. İş materiallarında olan həmin cinayət işi üzrə Şəki Apel lyasiya Məhkəməsi Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli, 1(107)-36/2022 saylı hökmün surətindən, Şahid4 polis işçiləri ilə əməkdaşlıq etdiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinin 16 aprel 2021-ci il tarixli, 109-8726-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X13 barəsində Balakən RPŞ-də əməliyyat qeydiyyat işi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin 17 may 2021-ci il tarixli, 201-11572-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X13 barəsində Zaqatala RPŞ-də əməliyyat qeydiyyat işi açılmayıb. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından məlum olur ki, X9 narkotik vasitələr in qanunsuz dövriyyəsilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri; onun izlənilməsi, telefon danışıqlarına qulaq asılması, telefon danışıq məlumatlarının götürülməsi, videomüşahidə kamerasından istifadə edilməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barəsində əməliyyat-qeydiyyat işi açılmadan o, tutulmuş və onun prosessual hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən X9 09 oktyabr 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi tutulması üçün əsas iş üzrə digər təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilk ifadələri və i ş üzrə Şahid4 ifadəsi olmuşdur. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqın sonraki mərhələsində ilkin ifadələrində qeyd olunan halları təkzib edərək, onda aşkarlanmış narkotik vasiəni X7 almadığını bildirmiş, məhkəmə iclasında verdiyi ifadəsində də bu halı təsdiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X10 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr R.Rəsulovun xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsi n cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq R.Rəsulovun əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezum psiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Ko nstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 14 3-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq R.Rəsulova satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma c inayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-c i maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X13 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar