Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-221/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X3, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Abışov Sadıq Hü seyn oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.H.Abışov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1971-ci il tarixdə Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, Azərbay can Respublikasının vətəndaşı, İİİ qrup əlil, ali təhsilli, dul, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, «Bakı Telefon Rabitəsi» məhdud məsuliyyətli cəmiyyəti ATS 323-də mühəndis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 mülki iddiaları baxılmamış saxlanılmaqla onlara vurulan fiziki və maddi ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Mə cəlləsinin (bundan sonra mətndə CPM-in) 180.3-cü maddəsində nəzərdə tutulan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilmiş, Zərərçəkmiş şəxs5 mülki iddiadan imtina etməsi isə qəbul edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum 2021-ci il iyulun 08-də saat 15 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus «Nissan X Trail» minik markalı **TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zığ-Hövsan yolu ilə Zığ qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsini n 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni sürücü hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan bütöv xətti kəsməməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və Zığ-Hövsan yolunun 3-cü kilometrliyində idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin etməmiş, hərəkət istiqamətlərini ayıran ağ bütov xətti kəsib əks hərəkət yoluna çıxaraq əks istiqamətdə hərəkət edən, Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes-Benz E200» markalı **-DV-*** dövl ət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini X1 boğaz nahiyəsinin dərin kəsilmiş yarası, alın nahiyəsinin soyulmuş yarası, hər iki göz qapağının əzilmiş-didilmiş yarası, burun sümüyünün qapalı sınığı, bədənin çoxsaylı qançır və sıyrıqları kimi xəsarətlər almaqla hadisə yerində ölümünə, Məhkum idarə etdiyi avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 dalağın, mədəaltı vəzinin, diafraqmamn, nazik bağırsağın müsariqəsinin, yoğun bağırsağın seroz qişasının zədələnməsi, perionarxası hematoma, ikitərəfli hemopnevmotoraks, hər iki diz qapağının və hər iki baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, bədənin çoxsaylı əzilmiş yaraları kimi xəsarətlər almaqla göstərilən tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölümünə, Zərərçəkm iş şəxs3 baş beyin əzilməsi, skelet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı hematomaları, qançırları və sıyrıqları nəticəsində inkişaf etmiş ürək ağçiyər çatışmamazlıqdan 2021-ci il iyulun 14-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında ölümünə, yəni üç şəxsin ölümünə, habelə Zərərçəkmiş şəxs7 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol bazu sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol kürək sümüyünün çoxsaylı sınıqları, sağ oturaq və qasıq sümüklərinin sınıqları, sağ İV və Vİ qabırğaların yerdəyişməmiş sınıqları kimi xəsarətlər almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, «Mercedes-Benz E200» markalı avtomobilin sürücüsü Zər ərçəkmiş şəxs4 hər iki ağciyərin kontuziyası və sağtərəfli pnevmatoraksla müşayiət olunan qabırğaların çoxsaylı sınıqları və döş sümüyünün sınığı, sağ baldırın hemamotası kimi xəsarətlər almaqla insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər, sonuncunun idarə etdiyi avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs6 sağ sirkə kasasının çox qəlpəli, yerdəyişmiş, qapağı sınığı, budun arxaya travmatik çıxığı, üz skeleti sümüklərinin minimal yerdəyişmiş sınıqları kimi xəsarətlər almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs5 sağ tərəfli travmatik hemopnevmotoraks, qabırğaların çoxsaylı sınıqları, döş sümüyünün sınığı, sağ kürək sümüyünün sınığı, sağ çiyin oynağının dislokasiyası, döş qəfəsinin və qarının hər iki yan səthinin, hər iki bal dır nahiyəsinin hematoması kimi xəsarətlər almaqla insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 11 yanvar 2023cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş və Məhkum CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) ayadək artırılaraq həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Zərərçəkmiş şəxs5 mülki iddiasından imtina etməsi nəzərə alınaraq həmin iddia üzrə icraata xitam verilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.H.Abışov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə qərarlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi başqa bir avtomaşının onun idarə etdiyi avtomaşına toxunması səbəbindən baş vermiş, lakin o, bu halı sübuta yetirə bilməmişdir. Hadisə nəticəsində arvadı və xalası qızı da vəfat etmiş, özünün isə sağlamlığına ağır zərər dəymişdir. İşə baxan birinci instansiya məhkəməsi hadisə nəticəsində vəfat edənlərdən ikisinin onun ailə üzvülərinin olmasını, özünün sağlamlığına ağır zərər dəyməsini, xəstəliyini, İİİ dərəcəli əlil olmasını, məcburi köçkün olmasını, ilk məhkumluğunu, müsbət xarakterizə olunmasını, həmçinin qarşı avtomobildə vəfat edən şəxsin dəfn və yas xərclərini ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını nəzərə almaqla ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxarmış, lakin həmin hökmdən narazı qalan dövlət ittiham çısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən hökm dəyişdirilmiş və onun cəzası ağırlaşdırılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Məhkum qeyd olunanları və barəsindəki cəzanı halları nəzərə almaqla kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarını ləğv edərək barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətində müdafiəçi S.H.Abışov CPM-in və cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına, M əhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayət işi üzrə həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsdir. Belə ki, onun ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin ölümü baş vermişdir ki, bunlardan ikisi Məhkum ailə üzvləri, yəni arvadı Zərərçəkmiş şəxs2 və xalası qızı Zərərçəkmiş şəxs3 olmuş, özü bu hadisə nəticəsində komaya düşərək iki dəfə cərrahi əməliyyat keçirmiş, apellyasiya instansiyası məhkəməsi isə onun eyni anda həm arvadını, həm də yaxın qohumunu itirməsi zamanı onun dərin sarsıntı və iztirab keçirməsini, həmçinin digər avtomaşında olub hadisə nəticəsində vəfat etmiş zərər çəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsin i, sonuncuların ona qarşı hər hansı tələb və şikayətlərinin olmamasını, məhkumun 3-cü qrup əlil olmasını, davam edən ağır xəstəliklərini, ailə vəziyyətini, himayəsində anasız yetkinlik yaşına çatmayan uşağının olmasını, məcburi köçkün olmasını nəzərə almamış, buna görə də apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin etdiyi cəza ağırlıq baxımından açıq-aşkar ədalətsizdir. O, bu əməli qəsdən törətməmiş, hadisə baş verən zaman sərxoş olmamış, yalnız ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində 3 nəfər olmaqla, 2 nəfərin onun idarə etdiyi avtomobildə ölümünün baş verməsi həmin hadisənin cinayət əməlinə çevrilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi bütün bunları nəzərə alaraq haqlı olaraq təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsində əldə olunmuş sübutlarla mübahisəsiz qaydada təsdiq olunmuşdur ki, iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı tələblərinin və şikayətlərinin olmamasını bildirmiş, hətta ona qarşı qaldırılmış mülki iddialarından da imtina etmişlər. Lakin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə məhkəmə baxışı iclasında zərərşəxslərdən biri hökmdən apellyasiya şikayəti deyil, sadə şikayət verərək yenidən Məhkumlə heç bir barışığın əldə olunmadığını bildirmiş, bu şikayətin hansı şəraitdə məhkəməyə təqdim olunması isə məlum deyil. Qeyd olunanları nəzərə alaraq müdafiəçi S.H.Abışov da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsin i və apellyasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərərçəkmiş şəxsin hüquqi varisi N.F.Nəcəflinin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zə rərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi S.H.Abışovun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından ayrı-ayrılıqda verdikdəri kassasiya şikayətlərinin məzmunlarından göründüy ü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bir çox halları nəzərə almayıb əsassız olaraq Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılması barədə qərar qəbul etmiş, bununla da CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi S.H.Abışovun kassasiya şikayə tlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını həmin materiallarla əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmay araq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə ko llegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qəra rını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və ya xud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqları n Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bü tün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, habelə hər hansı cinayətin törədilməsindən zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının cinayət mühakimə icraatının aparılması zamanı bərpa olunmasını da nəzərdə tutur. Əvvəla, kassasiya şikayətlərində onun müəllifləri Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin sübuta yetirilməsini və onun əməlinin hüquqi tövsifini mübahisələndirməsələr də məhkəmə kollegiyası, sonuncuya təyin olunmuş cəzanın həddindən artıq sərt olması barədə bu müraciətlərin dəlillərinə cavab verilməsi üçün həmin məsələlərin də yoxlanılmasını zəruri hesab etmiş və cinayət işinin materiallarına əsasən apardığı bu yoxlamanın nəticəsindjə müəyyən etmişdir ki, hazırki iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək birinci instansiya məhkəməsinin həm Məhkum tə qsirinin sübuta yetirilməsi, həm də onun əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, Məhkum yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş, onun bu əməli isə üç şəxsin ölümünə, iki şəxsin sağlamlığına ağır, iki şəxsin isə sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğundan həmin əməl CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə tövsiflə bağlı məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə müraciət edərək qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda CM-in 263.1-ci maddəsi ilə, bu əmə llər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – CM-in 263.1-1ci maddəsi ilə, eyni əməllər ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda CM-in 263.3-cü maddəsi ilə tövsif edilir, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinən şəxs isə - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi CM-in 263.3-cü maddəsi ilə öz sərtliyinə görə açıq-aşkar ağır cəzanın təyin edilməsi və bu cəzanın iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə t arazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hans ı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Həmçinin, Məhkum cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası onun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bər pa etməlidir, bu tələb isə aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edil ən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngü lləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təq ibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icra atının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli t ədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunverici liyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cin ayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ha belə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və c əzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nət icələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngüll əşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktı nda bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən maddi və prosessual hüquq normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müə yyən edilmiş aşağıdakılara müraciət etməyi zəruri sayır. Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmündən görünür ki, həmin məhkəmə ona təqsirli bilindiyi CM-in 263.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzhərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edərkən yalnız cəzanı yüngülləşdirən (kassasiya şikayətlərində də istinad olunan) halları sadalamaqla kifayətlənmiş, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini qeyd etmiş, lakin məhkum olunmuş şəxsin törətdiyi cinayətin xaratkerinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin yuxarıda göstərilən ağır nəticələrə səbəb olmasına diqqət yetirməyərək bunlara heç bir qiymət verməmiş, eyni zamanda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair ci nayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri və həmin Qərar əsasında formalaşmış vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Belə ki, həmin Qərarın 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün ha llarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilmişdir. Qərarın 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü- özlüyündə CM- in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməm əsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Kassasiya müraciətlərində mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından göründüyü kimi, həmin məhkəmə birinci instansiyası məhkəməsinin yuxarıda göstərilə n nöqsanları aradan qaldırmaqla, digər tərəfdən isə həm cəzanın məqsədlərinə dair cinayət qanunvericiliyinin tələblərini, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 3 nəfər şəxsin ölümü, 2 nəfər şəxsin sağlamlığına ağır, 2 nəfər şəxsin sağlamlığına az ağır zərər vuran xəsarət yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş şəxsin barəsində bir sıra cəzanı yüngülləşdirən halları sadalamaqla onun məntəqə tipli cəzaçəkmə müəssisəində çəkməsinə əsas olan 5 ( beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ədalətli hesab oluna bilməz. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, qanunvericilik şəxsə CM-in 263.3cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəzanın təyin edilməsini istisna etmir, lakin bu məsələ həll edilərkən həddindən artıq diqqətli olmaq lazımdır. Lakin, nəzərə almaq lazımdır ki, bu həddə təyin olunmuş cəza heç də bütün hallarda cəzanın məqsədlərini təmin edən cəza kimi dəyərləndirilə bilməz və bu məsələnin həlli zamanı törədilmiş əməlin bütün hallarına, onun nəticələrinə nəzər yetirilərək onlara da müvafiq qiymət qiymət verilməlidir Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həm qanuni, həm də kifayət qədər ədalətli cəza təyin etmiş və bu zaman maddi hüquq normalarının tətbiqində səhvə, nəticə etibarı ilə isə CPM-in 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin heç bir dəlili ilə razılaşmayaraq onları qəbuledilməz sayır və kassasiya şikayətlərinin təmin edilməsi haqda zərərçəkmiş şəxsin hüquqi varisinin, Məhkum və onun müdafiəçisi S.H.Abışovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum CM-in 263.3-cü ma ddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi S.H.Abışovun kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-221/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-221/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver